Время в Баку - 09:32

САМОЕ ЧИТАЕМОЕ

Azərbaycanım


“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından

Nəsibə İsrafilqızı

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, şairə publisist

 

 

Sən dünyaya gələndə məmləkətim, məkanım,

Kim qoyubdur adını, mənim Azərbaycanım ?!

Nə qədər məna vardır dörd hecalı adında

Canı sənə can deyir doğmanın da, yadında.

***********************************************

Azər-in, Baycan-ın var, səndən götürülüb adlar,

Xəzansız gülüstansan, sənə göz dikər yadlar.

Zülmətlərə nur verən, “Ay” yazılıb sözünə,

Sonra da “Can” kəlməsi yer alıbdı özünə.

*******************************************

Dilimizin  “ay can” i səndən alıb “Aycan” i,

Adıyla tanıyıbdı, dünya Azərbaycanı.

“Ər” sözü var sinəndə, ərlik özü var səndə,

Milyonların gizlənib “ər”ə birləşən “zər”də.

*****************************************************

Azərin, Aycanın va,r Baycanın “Azərbaycan”ın var,

Səndən gözəli varmı, cənnət misallı diyar.

Adın ilkdi, əzəldi, “ər” in, “zər” in gözəldi,

Bütün aləm yığılıb, sənin seyrinə gəldi.

**************************************************

Vətənimin adısan, nə söyləyim, bilmirəm,

Hər kəs özü oxusun, artıq heçnə demirem.

Sənlə nəfəs alıram, həqiqəti nə danım ,

Damardan axan qanım, doğma Azərbaycanim!

НОВОСТНАЯ ЛЕНТА