Время в Баку - 09:16

САМОЕ ЧИТАЕМОЕ

AZƏRBAYCANÇILIQ: AZƏRBAYÇAN DILININ DÜNYADA XARICI DIL KIMI TANINMASI


“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından

Abdullayeva Mehriban Surxay qızı

Pedaqogika üzrə fəlsəfə doktoru

Moskva -2020

 

Ümummilli lider Heydər Əliyev həmişə böyük iftixar hissi ilə deyirdi: «Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı — Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq»

Azərbaycançılığı şərtləndirən amillərdən biri də Azərbaycan dilinin milli dil kimi qorunub saxlanılması, inkişaf etdirilərək dünya dilləri arasında daha geniş məkanda yayılmasıdır.

    Bugünkü müasir Azərbaycan dili dövlət dili olması və özünün qədim qrafikasına qayıtması üçün çox uzun və mürəkkər inkişaf yolu keçmişdir.

Azərbaycan dili dünyanın ən qədim və ən zəngin dillərindən biridir, türk dilləri Oğuz qrupuna daxildir və türk və türkmənlərə çox yaxındır. Qədim Azərbaycan dili müasir Azərbaycan dilindən fars və ərəb dillərindən çox sayda leksik və sintaktik mənimsəmə baxımından fərqlənir. Müasir Azərbaycan dili təkcə ədəbiyyat və poeziyanın deyil, həm də jurnalistikanın və elmin dilidir. Azərbaycan milli dilinin formalaşması VII-IX əsrlərə təsadüf edir. Azərbaycan ədəbi dili, yazılı abidələri XIII əsrdən bəri təqdim olunan köhnə yazılı türk dillərindən biridir.

Hələ XI-XII əsrlərdə fars dilində yazıb yaratmış Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi və Azərbaycan ədəbiyyatının başqa klassik şairlərinin əsərlərində Azərbaycan dilinə aid bir sıra sözlər işlədilmişdir. Fars dilində yazılmış Gatran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi və XI 12-ci əsr Azərbaycan ədəbiyyatının digər klassiklərinin əsərlərində bütövlükdə tipik Azərbaycan sözləri və ifadələrindən istifadə edilmişdir.

XİV əsrin Azərbaycan şairi İmadəddin Nəsiminin Azərbaycan dilində yaratdığı çoxsaylı bədii əsərləri bizə qədər gəlib çatmışdır. Azərbacan dili ərəb və fars dillərinin təsiri altında inkişaf edirdi.

Azərbaycan dilinin tarixini iki böyük dövrə bölmək olar: qədim dövr (XVI-XVIII əsrlər) və müasir dövr (XVIII əsrdən sonra).

XV əsrin sonundan Səfəvilər sülaləsinin güclü Azərbaycan dövləti yarandığı dövrdə Azərbaycan dilinin rolu Yaxın Şərqdə əhəmiyyəti çox artmışdır.

Səfəvilər sülaləsinin banisi Şah İsmayıl Xətai olmuşdur.
Şah İsmayıl vahid Azərbaycan dövlətinin əsasını qoymuş, Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmışdır. Lirik və epic əsərlərini “Xətai” təxəllüsü ilə yazmışdır. Yaratdığı əsərlərin çoxu Azərbaycan dilində olmuşdur. Yeni yaradılmış dövlətdə Azərbaycan dili saray, ordu, məhkəmə prosesləri və poeziya dili olmuşdur. O zaman fars dili aministrativ və ədəbi dil idi; sikkələrin üstündəki yazılar fars dilində idi.

XVI əsrdə Azərbaycanın görkəmli lirik şairi Fizuli Azərbaycan dilində möhtəşəhəm əsərlər, poemalar, qəzəllər və Şərq ədəbiyyatının digər poeziya janrlarını yaratmışdır.

Şərqşünas çex filoloq Yan Ripka özünün 1968-ci ildə nəşr olunmuş “İran ədəbiyyatı tarixi” və 1970-ci ildə nəşr olunmuş “İran və tacik ədəbiyyatı tarixi” kitablarında Fizulinin yaradıcılığna qısa xülasə verir. Onun fikrincə, şairin fars dilində çoxlu sayda əsərləri olmasına baxmayaraq, Fizuli poeziyası fars ədəbiyyatında əsas yer tuta bilmir. Şairin Azərbaycan dilində yazılmış əsərləri öz dövrünün poeziyasında mühüm əhəmiyyət kəsb edir, Azərbaycan dilində yazdığı “Leyli və Məcnun” isə ən möhtəşəm əsəri sayılır.

Molla Pənah Vaqifin xalqa yaxın olan poeziya yaradıcılığı Azərbaycan poeziyasında yeni səhifə açır. Şairin lirikası həyatsevər və şəndir: Vaqif həyat həqiqətlərinə açıq gözlə baxır, hətta kədərdə belə fəlsəfi məna taparaq onun çətinliklərini ağlının gücü ilə dəf etməyə can atır. Vaqif xalq ədəbiyyatına yaxın olan aşıq sənəti növü sayılan qoşmanı Azərbaycan poeziyasında möhürünü təsdiqləmişdir. Vaqif sırf klassik üslübda yazdığı qəzəlləri, müxəmməsləri ilə Fizuli məktəbinə öz töhfələrini vermişdir.

Azərbaycan yazısı 1922-ci ilədək türk dillərinə məxsus olan xüsusi işarələri əlavə etməklə ərəb ərəb qrafikasına əsaslanırdı. Hətta, Azərbaycanın incəsənət xadimləri də qeyd edirdilər ki, bu, çox çətin qrafika sistemi idi. Görkəmli maarifçi yazıçı və şair, ictimai xadim M.F.Axundzadə, görkəmli azərbaycanlı filoloq M.Şaxtaxtinski, görkəmli ədəbiyyatşünas F.Köçərli v başqa alimlər, ictimai-siyasi xadimlər tərəfindən ərəb əlifbasının islahatı tərtib edilmişlayihələr inqilabaqədərki Azərbaycanda həyata keçirilmədi. Bu işdə görkəmli dramaturq M.F.Axundzadənin xidmətləri çox böyük olmuşdur. Axundov Yaxın Şərqdə ilk dəfə ana dilində dram əsərləri yaratdı, ərəb əlifbasının türk dillərinə uyğyn dəyişilməsi ilə bağlı layihə onun adı ilə bağlıdır.

M.F.Axundov 1862-ci ildə özünün yeni layihəsini təsdiq etdirmək üçün Konstantinopola gedir. Axundov hörmətlə qəbul edilsə də, onun layihəsi “Encumani-Daniş” elmi cəmiyyəti tərəfindən qəbul edilmir. Buna cavab olaraq M.F.Axundov “tamamilə islam əlifbasından imtina etmək,  Avropa yazı sisteminə keçməyi və buna uyğun olaraq sağdan sola yazmağı” təklif edir.

Yeni əlifba layihələri üzərində işin nəticəsində Axundov Avropa sisteminə əsaslanan və 42 işarədən (32 samit və 10 sait səs) ibarət olan yeni əlifba tərtib edir. Yeni əlifbada Axundov ərəb əlifbasında olan bütün samitləri saxlayaraq orda olmayan saitlər əlavə edir.

XX əsrin əvvəllərində latın qrafikasına keçmə məsələsi Azərbaycan ziyalıları tərəfindən dəfələrlə qaldırılmışdır. Ərəb əlifbasının dəyişdirilməsini N.Nərimanov, Ü.Hacıbəyli, C.Məmmədquluzadə, H.Zərdabi, M.Ə.Sabir, həmçinin “Molla Nəsrəddin” və başqa demokratik mətbuat orqanları dəstəkləyirdilər.

1919-cu ildə Azərbaycan Demokratik Respublikasının Maarif Nazirliyinin nəzdində yeni əlifbanın hazırlanması üzrə komissiya yaradıldı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə üzv seçilən Əfəndizadənin təklif etdiyi layihə komissiya tərəfindən bəyənilmişdir.  1919-cu ildə Əfəndizadənin tərtib etdiyi əlifba əsasında müstəqil dövlətin “Son türk əlifbası” adlı əlifba dərsliyinin nəşrinə icazə verilmişdir.

Azərbaycan SSR yaradıldıqdan sonra Azərbaycan yazısının latınlaşdırılması yenidən aktuallaşır. Uzun müzakirələrdən sonra, 1922-ci ildə Azərbaycan komitəsi tərəfindən türk əlifbasından latın qrafikası əsasında Azərbaycan əlifbasının layihəsi nəşr edildi.

1926-cı ildə Bakı şəhərində keçirilən Türkoloqların Birinci Ümumittifaq qurultayı yeni Azərbaycan əlifbasının qəbul edilməsi barədə qərar qəbul edir.

1927-ci ildə S.Ağamalıoğlunun sədrliyi ilə yeni türk əlifbasının tətbiq edilməsi üzrə yaradılmış Azərbaycanın Ümumittifaq  Mərkəzi Komissiyası  öz iclaslarında türkdilli xalqlar üçün vahid əlifbanın yaradılması mələlərini müzakirə etmişdir. Nəticədə, 1933-cü ildə bəzi hərflərin yazılışı və digərlərinin fonetik mənasını dəyişdirən yeni əlifba qəbul edilmişdir.

Nəhayət,  yenidən 1939-cu ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti və Xalq Komissarları Şurası 1940-cı il yanvar ayının 1-dən Azərbaycan əlifbasının Azərbaycan SSR Xalq Komissarları Şurasının nəzdindəki komissiya tərəfindən tərtib edilmiş layihə əsaslanan rus qrafikasına keçirilməsi haqqında qərar qəbul etmişdir.

Daha sonra müasir Azərbaycan ədəbi dilinin  fonetik və morfoloji quruluşuna uyğun olaraq əvvəllər rus dilindən alınma sözlərdə işlədilən ц hərfi 1947-ci ildə, я, ё, е, ю hərfləri isə 1958-ci ildə ləğv edilmişdir, й hərfi isə Jj ilə əvəz edilmişdir.

İlk layihəyə əsasən əlifba belə idi: Аа, Бб, Вв, Гг, Ƣƣ, Дд, Ее, Әә, Жж, Зз, Ии, Йй, Кк, Ққ, Лл, Мм, Нн, Оо, Өө, Пп, Рр, Сс, Тт, Уу, Ўў, Фф, Хх, Һһ, Чч, Ҷҷ, Шш, Ыы, ’ (apostrof).

Ümummilli lider Heydər Əliyev Sovet İttifaqı dövründə də həmişə Azərbaycan dilinin dövlət dili olması üçün mübarizə aparmış və buna layiqincə nail olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasınin yeni layihəsində dövlət dili haqqında maddənin geniş müzakirəsindəki çıxışı: “Azərbaycanın1921-ci ildə qəbul edilmiş birinci Konstitusiyasında dövlət dili haqqında maddə, ümumiyyətlə,  yox idi Azərbaycanın 1937-ci ildə qəbul edilmiş Konstitusiyasında da dövlət dili haqqında heç bir maddə yox idi.

1956-cı ildə Azərbaycan Respublikası Ali Soveti 1937-ci ildə qəbul edilmiş konstitusiyaya əlavələr etdi. Konstitusiyaya Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olduğu haqqında maddə əlavə edildi. Həmin illərdə işləyən adamlar bunu xatırlayarlar. Bu dövrlərdə o maddənin qəbul edilməsi respublikada müəyyən mübahisələrə səbər oldu. Mən də bunun şahidi olmuşam.

Həmin maddənin qəbul edilməsindən sonra həyata keçirilən tədbirlər daha böyük mübahisə və narazılıqlara səbəb oldu. Deyə bilərəm ki, bu respublikanı çox çətin vəziyyət qarşısında qoydu. Ona görə ki, belə maddələr qəbul edildikdə, bəzən belə hadisələr baş verir, özünü böyük vətənpərvər kimi göztərmək istəyən, xalqın maraqlarına daha çox yaxın sayan bəzi adamlara göstəriş verilmişdi ki, bütün müəssisələrdə, idarə və təşkilatlarda bütün yazılar yalnız Azərbaycan dilində aparılsın. Yazı makinalarının şriftlərini dəyişdirməyə başladılar. Şübhəsiz, o o illərdə karküzarlıqda, katiblikdə, yazışmalarda ruz dili üstünlük təşkil edirdi, ona görə kiəsas işlər rus dilində aparılırdı. Ona görə də işçilərin əksəriyyəti də rusdillilər, ya rus və erməni millətindən, ya da rusdilli azərbaycanlılar idi.

Onların bəziləri işdən azad edildi, bu da Azərbaycanda böyük narazılırlara səbəb oldu. Bundan Azərbaycanı xoşlamayan,  bəlkə də düşmənçilik münasibəti bəsləyən qüvvələr istifadə etdi. Yadınızdadırsa, 1959-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi Azərbaycanda milliyətçiliklə bağlı fərman qəbul etdi.

O vaxt Azərbaycan rəhbərliyi və bir neçə vəzifəli şəxslər dəyişdirildi, bundan istifadə edənlər öz şəxsi məqsədlərinə çatdılar. Hər halda bu tarixi hadisələr sizə məlumdur. Sonralar bütün bunlar müəyyən dərəcədə sakitləşdi.

1977-1978-ci illərdə biz yeni konstitusiya qəbul edəndə bu məsələ, şübhəsiz, əsas məsələlərdən biri oldu. Yeni konstitusiyada Azərbaycanın dövlət dilinin Azərbaycan dili olduğu haqqında maddə hazırladıq. Artıq qeyd etdiyim kimi, yeni konstitusiyanı hazırlayan komissiyanın sədri idim, və bu işin hamısına mən rəhbərlik edirdim.     Lakin həmin maddə Moskvada böyük narazılığa səbəb oldu. Onlar belə izah edirdilər ki, başqa respublikalarda bu maddə yoxdur, ona görə də bu, vacib deyil. İndi sizing vaxtınızı alıb bu haqda geniş danışmaq itstəmirəm. Amma o vaxt Sovet İttifaqının, Kommunist Partiyasının rəhbərlikləri ilə çox gərgin danışıqlar aparırdım. Sübut etməyə çalışırdım ki, konstitusiyamızda yazmalıyıq və yazacağıq ki, dövlət dilimiz  Azərbaycan dilidir.

Moskvada dərələrlə müzakirələr aparıldı, müxtəlif fikirlər söylənildi, əksəriyyətinin mahiyyəti buna söykənirdi ki, bu, belə olmamalıdır. Lakin biz buna nail olduq və 1978-ci ildə, səhv etmirəmsə, apreldə, biz konstitusiya qəbul etdik. Bu konstitusiyada yazılmışdı ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Hesab edirəm ki, o dövrdə, o dövrün çətin şəraitində bu, bizim respublikamızda, bütünlüklə ölkədə çox böyük bir hadisə oldu. Konstitusiyamızın 73-cü maddəsi –“Azərbaycanındövlət dili Azərbaycan dilidir”-indiyədək öz qüvvəsində qalır. Bunu nəzərə alaraq, belə fikir var ki, “Azərbaycan Konstitusiyanın 73-cü maddəsi qüvvədə qalır”, biz yeni konstitusiya layihəsində yazmışıq ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. 31 oktyabr, 1995. Bakı”

  Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci ildə imzaladığı tarixi Fərman Azərbaycan dilinin xarici dil kimi inkişafı üçün yeni imkanlar açdı. Bu Fərman Azərbaycan dilinin tədrisini yaxşılaşdırmaq istiqamətində Azərbaycan dili proqramları və dərs­lik­lərinin təkmilləşdirilməsi sahəsində dilçi alimlər, metodistlər, müəllimlər, bütöv­lükdə, respublikanın təhsil işçiləri qarşısında ciddi vəzifələr qoydu.

Azərbaycan dilinin xarici dil kimi tədrisi metodikası yalnız Sovetlər birliyi çökdükdən sonra, yəni ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycana, Azərbaycan xalqına və bu xalqın dilinə marağın oyanması ilə yüksək inkişaf mərhələsinə çatmışdır.

Azərbaycan dilinin xarici dil kimi tədrisi metodikası, ilk növbədə, Azərbay­can dilinin özəllikləri ilə bağlı olan spesifikasına baxmayaraq, xarici dillərin tədrisinin ümumi metodikasının bir hissəsidir və beləliklə, linqvodidaktikanın nəzərdən keçirdiyi əsas problemlər onun üçün də aktualdır.

Azərbaycan dilinin xarici dil kimi tədrisində, adətən, “linqvistik ölkəşünaslıq” terminindən istifadə olunur. Linqvistik ölkəşünaslıq  tədris prosesində Azərbaycan danışıq nitqinin milli-kulturoloji xüsusiliyini təqdim edən və Azərbaycan dilini öyrənən xarici tələbələrin kommunikativ kompetensiyasını təmin edən metodik fəndir. Linqvistik ölkəşünaslıq özündə linqvistik, psixolinqvistik, ekstralinqvistik və sosiolinqvistik faktorları birləşdirir. Eyni zamanda bu fəndə dil öyrənənlərin kommunikativ tələbatları, onların bu sahədə biliklərinin həcmi də nəzərə alınır.

Xarici dilin tədrisində ekstralinqvistik biliklərin yerinin, həcminin və rolunun dəqiqləşdirilməsi ötən əsrin 80-ci illərinin sonunda və 90-cı illərin əvvəllərində aktuallaşmağa başlamışdır

Hər dilin kontekstində onun “antropoloji” aspekti gizlənir və dil burada ətraf reallığın məntiqi inikası kimi deyil, həyatın əksinin milli təzahür forması kimi çıxış edir. Başqa xalqların dilinin mənimsənilməsi mütləq şəkildə digər etnopsixoloji və linqvokulturoloji vahidlərin mənimsənilməsini də nəzərdə tutur. Mədəniyyətlərarası dialoqa yönələn son onilliklər ərzində xarici dillərin öyrə­nilməsinin keyfiyyətcə yeni məqsədləri və istiqamətləri formalaşmışdır.

Xarici dillərin tədrisinin əsas məsələləri assosiativ psixologiya, Amerika pozi­tivizmi və funksional psixologiya fonunda nəzərdən keçirilir. Bu ideya dok­tri­nalarının adlarında insan, cəmiyyət və əşyalar haqqında müəyyən biliklər cəmlən­mişdir. Belə ki, assosiativ psixologiya tərəfdarları hesab edirdilər ki, assosiasiya vasitəsilə bütün psixi həyatın prinsipləri üzə çıxır.

Öz müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası beynəlxalq səviyyədə iqtisadi və mədəni əlaqələr saxlamaqla demokratik inkişaf yoluna qədəm qoydu. Bu əlaqələrin uğurla həyata keçirilməsində Azərbaycanın tərəfdaşlarının Azərbaycan dilini bilməsi mühüm əhəmiyyət kəsb edir.

Hal-hazırda nəinki Rusiya, eləcə də Şərq və Qərb ölkələri ilə münasibətlərin genişlənməsi ilə bağlı digər xalqların xarici dil kimi Azərbaycan dilinə marağı art­mışdır. Ünsiyyət saxlamaq üçün isə mütləq həmin dildə danışan xalqın mədəniy­yəti və ənənələri haqqında məlumata malik olmaq gərəkdir.  Bu mənada mədəniyyət komponentlərinin tədris prosesinə inteqrasiyası çox mühüm əhəmiyyət kəsb edir.

Müasir mərhələdə Azərbaycan dilinin xarici dil kimi öyrənilməsi tərəfdarlarından təkcə dilə yiyələnməni deyil, həm də Azərbaycan xal­qı­nın mədəniyyətinə dərin nüfuz etməyi də tələb edir. Azərbaycan dili dövlət dili statu­suna  malik olmaqla artıq digər funksiyanı – öyrənilməsi bir çox amillərlə əsaslandırılmış dil funksiyasını, ünsiyyət vasitəsi rolunu  həyata keçirir.

 

НОВОСТНАЯ ЛЕНТА