Время в Баку - 16:07

САМОЕ ЧИТАЕМОЕ

MÜNXENDƏ PAŞİNYAN UTANMADAN YENİ YALANLAR DEDİ və YENƏ CAVABINI ALDI


XOCALI SOYQIRIMININ 31-ci İLDÖNÜMÜNƏ CƏMİ BİR HƏFTƏ QALMIŞ, 2023-cü il fevralın 18-də Amaniyanın Münxen şəhərində keçrilən nəvbəti Təhlükəsizlik Konfransı çərçivəsində «Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması» mövzusunda plenar iclas keçirilib. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər. Həmin plenar iclasda xanım Kristof Heusgen  həmin bölgədə ”Biz hələ də çox kritik olan vəziyyəti müşahidə edirik”,”xaricdən beynəlxalq birlik olaraq nəzər saldıqda, humanitar vəziyyət bizi narahat edir” və “Laçın dəhlizini görürük və o, xaricdən sanki blokadaya salınmış kimi görünür”. və s. fikirlər söyləyib.

Xanım Kristof Heusgenin bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın da ürəyincə olub və o da öz növbəsində xanım Heusgenə təşəkkür edərək  bildirib ki,”Siz haqlısınız. Laçın dəhlizi artıq yetmiş gündür ki, bağlıdır. İndi əfsuslar olsun ki, Dağlıq Qarabağda humanitar böhran baş verir. Həmçinin enerji böhranı da baş verir, çünki Dağlıq Qarabağa elektrik enerjisinin təchizatı kəsilmişdir. Qaz təchizatı da kəsilmişdir”. Beləliklə, Paşinyan Azərbaycana qarşı növbəti əsassız bir ittiham irəli sürüb ki,  biz bunu rədd edirik.

Ermənistanın Baş naziri əlavə edib ki, “Biz hesablamalar aparmışıq və son 70 gün ərzində qaz təchizatı ən azından on dəfə kəsilmişdir. Bu problem həll olunmalıdır. Bizim mövqeyimiz ondan ibarətdir ki, 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyannamədə Laçın dəhlizi ilə əlaqədar çox dəqiq müddəalar var. Həmin Bəyannaməyə əsasən, Laçın dəhlizinin işlək vəziyyətdə saxlanılması Azərbaycan və Rusiya sülhməramlılarının öhdəliyidir. Lakin əfsuslar olsun ki, indi bizdə vəziyyət tamamilə fərqlidir. Mən beynəlxalq ictimaiyyətin diqqəti bu məsələyə yönəldilməlidir deyərkən, Laçın dəhlizini də nəzərdə tuturdum. Çünki biz qorxuruq ki, vəziyyətin bu cür davam etməsi Dağlıq Qarabağdakı ermənilər üçün qarşısıalınmaz humanitar fəsadlara gətirib çıxara bilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha Azərbaycanın mövqeyini bildirib və qeyd edib ki, orada  hər hansı bir blokadadan söhbət gedə bilməz. Prezident  haqlı olaraq “2022-ci il dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik”-deyə cavab verib.

Azərbaycan prezidenti onu da əlavə edib ki, biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Eyni zamanda, president İlham Əliyev  “yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar” təklifini də verib.

Bəli, zaman artıq Azərbaycanın xeyrinə işləyir. Erməni separatistlərin və terroristlərin sonu yetişib. Əgər Qarabağın erməni icması 44 günlük müharibənin nəticələrindən ibrət dərsi çıxarmasalar və Azərbaycan qanunlarına tabe olub separitizm meyllərinə son qoymasalar, təbii ki, onlar da ağır duruma düşəcək və qarşısıalınmaz hümanitar fəsadlarla qarşılaşacaqlar. Vaxtilə Qarabağda xaos, anarxiya yaradanlar, Xocalı, Qaradağlı və s. kimi çoxsaylı soyqırımları törədənlər indi Xankəndində hümanitar fəlakət yaşandığını dilə gətirir, utanmadan və qızarmadan  blokadanın götürülməsini xahiş edirlər. Bəs, Xocalıda və digər yerlərdə törədilən Soyqırımın qurbanları insan deyildilər. Bəs, Naxçıvanın blokadası nə vaxt götürüləcək? Məgər orada 30 ildir insanlar blokadadan əziyyət çəkmirlər? Belə yerdə deyiblər:Utanmasan oynamağa nə var.

İLKİN ƏLİYEV -YAP QARADAĞ RAYON TƏŞKİLATININ FƏAL GƏNCİ

НОВОСТНАЯ ЛЕНТА