Время в Баку - 15:41

САМОЕ ЧИТАЕМОЕ

Adını soruşdum, «Etibar» dedi… Fakt-yoxlamasının yaratdığı etibarsız mənzərə


Etibar Hüseynovla bağlı son günlərdə yetərli yazılar, facebook statusları, “Telegram” postları paylaşılıb. Həmin yazıların yalnız sərlövhələrini qeyd edək: “Etibar Hüseynov niyə “yumurtlayır”? “Söyüş makinasınının “düymə”sini kim basıb?”, “Etibar Hüseynov deyəndə ağlınıza nə gəlir?”, «Sitatın sonu»ndan Etibarın sonuna: «Söyüş maşını»nı guruldadan nədir?”, «Onun kimilərin mahiyyətini, xislətini ifşa eləmək, açıb hər kəsə göstərmək lazımdır ki…», “Etibar Hüseynov, sənin buqələmun sifətini xalq yaxşı tanıyır!”, “Hikmət Hacıyevin özünüreklamı heç inandırıcı gəlmir”…
Yalnız adları qeyd edilən yazılarda Etibar Hüseynovun psixoqrafikası tam çəkilib deyə, təkrarçılıqdan uzaq olmaq üçün diqqətçəkən iki məqama aydınlıq gətirəcəyik. Xəbəri olmayan oxucular üçün qısa məlumat verək ki, E.Hüseynovun paylaşımlarında H.Hacıyevin özünüreklamla məşğul olduğunu, hətta bunun üçün “facebook”da hesab açdırıb, trollar vasitəsilə özünə qarşı olanlara cavab verdiyi iddia edir.
Əvvəla, hələ 44 günlük Vətən savaşı dövründə Hikmət Hacıyev facebookda hər hansı səhifə, qrup və ya profili olmadığını dəfələrlə bildirib. Prezidentin köməkçisi bəyan etmişdi ki, Twitter-dən başqa heç bir sosial media hesabı yoxdur.
Gəlin, həmin məlumatı bir daha xatırlayaq.

02 noyabr 2020-ci il tarixində mediada Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına sosial şəbəkələrdə saxta profillər yaradılması haqda məlumatlar yayıldı. Bu barədə Hikmət Hacıyev özünün “Twitter” hesabında məlumat vermişdi.


Prezidentin köməkçisi bildirirdi ki, “Hörmətli izləyicilər! Mənim adıma “Twitter”də @hikmet_hajiyev və “Telegram” kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl “Instagram” və “Facebook”da belə saxta profillər yaradılıb. Mənim yalnız “Twitter”də @HikmetHajiyev adlı hesabım vardır”.

Xatirimdədir, müharibə dövründə sosial şəbəkələr və informasiya təhlükəsizliyi mövzusunda yetərli biliyi olan bir mütəxəssislə söhbət edirdik. Söhbət əsnasında Hikmət Hacıyevin adına facebook-da qrupların, profillərin, səhifələrin açıldığını və bunun bir sıra baxımlardan çox təhlükəli olduğunu dedik. Həmin şəxs bildirdi ki, gündə onlarla belə qrup, səhifələrdən şikayət edilsə də, xeyri yoxdur. Bu məsələdə sosial şəbəkə istifadəçiləri, media dəstək verməli, saxta səhifələr bloklanmalıdır. O vaxtdan bəri əksər sosial şəbəkə istifadəçiləri, situasiyanın təhlükəsini anlayanlar facebook-da H.Hacıyevin adıyla rastlarına çıxan heç bir hesabı-səhifəni, qrupu izləmir, iqnor və şikayət edirlər.
Elədirsə, bəs Etibar Hüseynovun davamlı olaraq israr etdiyi nədir?

Burada iki versiya var. Birincisi, ermənilərlə Etibar Hüseynovun eyni mövqedən çıxış etməsi və ya Etibar Hüeynovun erməni mənbələrinə daha çox inanıb, məlumat paylaşması versiyasıdır. Belə ki, elə həmin gün yəni, 02 noyabr 2020-ci il tarixində Hikmət Hacıyevin paylaşdığı digər tvitdə çox diqqətçəkən məlumat var idi. Azərbaycan Prezidentinin köməkçisi onun adına açılan saxta profildən Ermənistan XİN-in səhifəsində şərhlər yazılmasını da qeyd edirdi: “Erməni təbliğat maşını mənim adımdan belə saxta profillər yaradır və sonra Ermənistan Xarici İşlər Nazirliyinə şərhlər yazır. Bu, cəfəngiyyatdır”. Bu qədər aydın və sadə izah.



İkinci versiya. Gəlin, əvvəl bunun elmi izahını verək, sonra fikirlərimizi əsaslandırarıq. Bildiyimiz kimi, kütlə şüuru ilə manipulyasiyada yetərli qədər çirkli metodlar var. Bunlardan beyin yuyulması, proyeksiya, qazlaytinq, qara PR, eyniləşdirmə (birləşdirilmə), mövzu müstəvisinin sürətli dəyişdirilməsi, təhqir, böhtan və s. -i misal göstərə bilərik. Bu metodlardan “proyeksiya” söhbətimizə, daha doğrusu, haqqında söhbət açdığımız şəxsin fəaliyətinə real uyğun gəldiyi üçün, mülahizələrimizi onun üzərində yürüdəcəyik.
Bu metoda görə, manipulyator diqqəti özündən yayındırmaq (və ya əksinə, yaddan çıxmış şəxs diqqəti öz üzərinə çəkmək) üçün neqativlərini, xarakterindəki pislikləri, yaramazlığını digərlərinin adına çıxır, onlar haqqında böhtan xarakterli məlumat formalaşdırır və sonradan informasiya basqısı edir. Dr.Martines-Levinin qənaətinə görə, narsist və sosiopatlar öz neqativlərini, iyrənc hərəkətlərini heç nədən xəbəri olmayan şəxsə yükləyə, ona böhtan ata bilərlər. Bu zaman sosiopat və narsistlər digərlərini öz bəd əməllərinə görə utandırmağa, xəcalət çəkdirməyə çalışırlar.

Etibar Hüseynovun iddiasına görə, Hikmət Hacıyevin özünə guya facebookda qrup və ya profillər yaratdıraraq, özünü təriflədir. Bu iddiaların irəli sürüldüyü 4 statusun hər birində müxtəlif peşə sahibləri, jurnalistlər tərəfindən dəfələrlə əks-arqument gətirilməsinə, fakt göstərilməsinə baxmayaraq E.Hüseynov dediyindən dönməyib. İlk baxışdan səbəb bəlli olmur, qaranlıq, anlaşılmayan situasiya yaranır. Kiçik araşdırma aparmaqla situasiyaya aydınlıq gətirməyə çalışdıq.

Əvvəlcə təqdim edəcəyimiz ilk skrinlərə diqqət edin. Birinci skrində özlərini “milli fədailər”(?) adlandıran qrupun rəhbəri, daha çox Qazaxlı Alikin oğlu kimi tanınan Fuad Muradovun şərhini görürsünüz. Az qala hər sözdə orfoqrafik, qrammatik səhvlər var, bunları kənara qoyuruq. “Qrup rəhbəri” açıqlamasında qeyd edir ki, “Hikmət Hacıyev”in adına açdığı qrupun adını qarşı tərəfin israrından sonra dəyişməyə məcburdur. Siz təsəvvür edirsiniz, məhz Hikmət Hacıyev özü bu qrupun bağlanmasını və ya adının çıxarılmasını istəyib. Sonradan qrup “Müasir Azərbaycan” adı ilə fəaliyyətini davam etdirib (skrinlərdə qırmızı oxla göstərilib), bununla da işimiz yoxdur.

НОВОСТНАЯ ЛЕНТА