Время в Баку - 09:01

САМОЕ ЧИТАЕМОЕ

B Ə Y A N A T


Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)
1990-cı il 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə
əlaqədar

B Ə Y A N A T I

Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil
olmuş, eyni zamanda, xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq və
şərəfli səhifələrindən olan20 Yanvar hadisələrindən 33 il ötür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu
tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi.
Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı təcavüzkar
siyasətininkeçmiş SSRİ rəhbərliyi tərəfindən dəstəklənməsinə, onların
ölkəmizə qarşı ermənipərəst və qərəzli siyasətinə etiraz edən dinc, mülki
azərbaycanlıların səsini boğmaq, həmçinin müstəqillik arzularını
gerçəkləşdirmələrinin qarşısını almaq məqsədilə bu qanlı hadisə
törədilmişdir. Sovet imperiyası tərəfindən günahsız insanlara qarşı vəhşi
terror aktı törədilməsinə baxmayaraq Azərbaycan xalqının iradəsini
qırmaq mümkün olmamışdır.
Bakı və Sumqayıt şəhərləriilə yanaşı, Azərbaycanın bir neçə
rayonunda keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən insanlıq
əleyhinə törədilən bu cinayət nəticəsində 150 nəfər dinc mülki şəxs, o
cümlədən uşaqlar, qadınlar və ahıl şəxslər amansızcasına öldürülmüş,
744 insan yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmiş, onlardan
112 nəfər SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilmişdir.
Qan yaddaşımız olan 20 Yanvar hadisələri yaxın keçmişimizdə
yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da,xalqımızın
yaddaşına şərəfli qəhrəmanlıq tarixi kimi həkk olundu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevailə üzvləri
ilə birlikdə 1990-cı il 21 yanvar tarixində təzyiqlərə və çətinliklərə
baxmayaraq, 20 yanvar tarixində baş vermiş insanlıq əleyhinə
cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək, mətbuat konfransı
keçirmiş, SSRİ rəhbərliyi tərəfindən törədilən bu cinayətlə bağlı sərt
bəyanat vermişdir.
Ulu Öndər Heydər Əliyev1990-ci ilin noyabrın 20-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sessiyasında 20 Yanvar faciəsini
Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirmiş,
onun Azərbaycan rəhbərliyinə qayıdışından sonra — 1994-cü ildə 20
Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş, bu cinayəti
törədənlərin adları ictimaiyyətə çatdırılmış və 20 Yanvar — Ümumxalq
Hüzn Günü elan edilmişdir.
20 Yanvar hadisələri zamanı dinc əhaliyə qanlı divan tutulması,
yüzlərlə insanın öldürülərək yaşamaq haqqının əlindən alınması və ya
yaralanması, qurbanlar arasında qadınlar, ahıllar və uşaqların olması,
digər şəxslərin informasiya blokadası şəraitində saxlanılmaqla baş verən
hadisələr haqqında düzgün məlumat almaq imkanlarından məhrum
edilməsi faktları beynəlxalq hüququn ən mühüm prinsiplərindən birinin
– insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipinin kobud və
kütləvi pozuntusu idi.
Baş vermiş faciə nəticəsində BMT-nin Ümumdünya İnsan
Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq
Pakt və digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə
pozulmuşdur.
20 Yanvar hadisələri zamanı törədilən əməllər insan hüquqlarını
kobud və kütləvi şəkildə pozan, beynəlxalq hüquq, o cümlədən
beynəlxalq humanitar hüquq normalarına açıq-aşkar hörmətsizliklə
yanaşılan və Azərbaycanın suverenliyi, müstəqilliyi əleyhinə yönəlmiş
silahlı təcavüz aktı olmaqla yanaşı, eyni zamanda, insanlıq əleyhinə
cinayətdir.
Azərbaycana qarşı hərbi təcavüz nəticəsində baş vermiş qanlı 20
Yanvar hadisələrinin, bəşəriyyət və insanlıq əleyhinə yönəlmiş cinayət
kimi, beynəlxalq hüquq çərçivəsində qiymətləndiriləcəyinə, bu cinayəti
törədənlərin qanun qarşısında cavab verəcəyinə və cinayətkarların
cəzasız qalmayacaqlarına inanırıq.
Beynəlxalq təşkilatları və dünya ictimaiyyətini beynəlxalq hüququn
hamılıqla qəbul olunmuş prinsip və normalarına zidd olaraq insan
hüquqlarının kobudcasına pozulması ilə nəticələnmiş 20 Yanvar
faciəsinə tezliklə hüquqi qiymət verməyə çağırırıq.
Səbinə Əliyeva
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)
19yanvar 2023-cü il

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin
İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına,
BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa
İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa
Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam
Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar
Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları
Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh
Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları
institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin
respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir

НОВОСТНАЯ ЛЕНТА