06 Июля 2026 - Время в Бишкеке - 23:01

Bir sıra tanınmız şəxslər Prezident İlham Əliyevi qələbə münasibəti ilə təbrik etdi


Sayt rəhbərindən: Bizim, Azərbaycanın rəsmi mətbu orqanlarında dərc edilməyən, Sizə ünvanladığımız təbrik məktubu. cənab Prezident, ətrafınızdakı xainləri təmizləsəniz yaxşı olar. Xainlərdən biri Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovdur.  Azərbaycan Prezdent Administrasiyasında oturub Hidayət Orucovun havasına oynayanların hamısı sizə xəyanət edir. Bunu rəsmi bəyan edirəm.

Cənab Prezident!

Hakimiyyətdə olduğunuz illərdə uğurla həyata keçirdiyiniz siyasət nəticəsində Azərbaycanın  yeni tarixi qızıl hərflərlə yazılır. Qızıl hərflərlə yazdığınız  bu tarixi biz də diaspor olaraq yerlərdə fəxrlə təbliğ edirik

Cari il sentyabrın 27-də Ermənistanın atəşkəsi pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamasından  sonra Sizin əks-hücum əmrinizlə şanlı Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistanın əsarətində olan bir sıra şəhər və kəndləri qısa müddətdə işğaldan azad etdi.

Torpaqlarımızın düşmən işğalından azad edilməsi,  Dünya Azərbaycanlılarının və Türklərinin də illərdir arzu etdiyi xəyallarının gerçəkləşməsi deməkdir.

Əks-hücum əməliyyatları başladığı gündən, Diaspor   təşkilatları  da ətrafınızda yumruq kimi birləşərək, Sizi qeyd-şərtsiz dəstəklədi və dəstəkləyəcək.

Sizin dediyiniz “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” ifadəsi artıq vətənpərvərlik harayına çevrilib. Bu böyük işi Sizin komandanlığınız ilə müzəffər Azərbaycan Ordusu bacardı. Şəhidlərimizin qanı yerdə qalmadı! Şəhidlərimizin ruhu şad oldu!

Bu mübarizədə hər zaman olduğu kimi, Dünya Azərbaycan və Türk diasporları ilə birlikdə Sizin yanınızdayıq və hər bir əmrinizə tabeyik.

Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz  qətiyyət və səbrə görə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirik.

Şuşa qələbəsindən sonra Böyük Zəfər müjdənizi səbirsizliklə gözləyirik ifadəsi az sonra öz təsdiqini tapdı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə müharibə cəbhəsində tam qələbə qazandıq.  Güclü Azərbaycan Ordusunun cəbhədəki zəfəri ilə yanaşı, siyasi müstəvidə də qələbəni təmin etdiniz. Böyük zəfərin mubarək, cənab ali baș komandan!

Dərin hörmətlə,              “LİDER” qrupu adından Nüsrət Məmmədov

“Dünya azərbaycanlıları və digər türkdilli xalqları ittifaqı” ictimai Birliyinin Prezidenti

Təbriki imzaladılar;

  1. Yaqub Mahmudov- akademik
  2. Zərifə Quliyeva-
  3. Murafaddin Sakimov- Dünya Ahıska Türkleri Birliği(DATUB) kurucu üyesi (Təsisçisi)
  4. İsmayıl Rəhimov- Azərbaycanda yaşayan Axısxa Türkləri «Vətən» İctimai
  5. İnqilab Şirinov ( Şirinbəyli) «Kanal32» İnformasiya Agentliyinin Baş direktoru
  6. Məhərrəm Nəcəfzadə- İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri.
  7. Güntəkin Nəcəfli- AR MEA nın dosenti. Dövlət mükafatı laureate
  8. Səftər Hacıyev- dövlət qulluqçusu
  9. Daşqın Şikarov- diplomat
  10. İlqar Kərimov- iş adamı
  11. Abbasqulu Nəcəfzadə- AMK-nın Professoru
  12. Bilal Əliyev-Xalq artisti
  13. Gülyanaq Məmmədova- xalq artisti
  14. Gülyaz Məmmədova- xalq artisti
  15. Firuzə İbadova- xalq artisti
  16.  Gülzinat Surançiyeva- Qırğızıstan Respublikasının əməkdar artisti, Leyla Əliyevanın sözlərinə yazılmış “İssık Kul” mahnısının ifaçısı
  17. Seyfullah Türksoy-İpəkyolu strateji mərkəzinin başkanı
  18. Kərəm Karabulut- Atatürk Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi Öğretim Üyesi ERZURUM/TÜRKİYE
  19. Sehranə Kasimi. Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  20. Leyla Gərayzadə — professor
  21.  Qiyas Xəlilov – iş adamı
  22.  Zemfira Ağayeva — Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva və Türkiyə «SANKON» Konfederasyasımın Azərbaycan üzrə sədri
  23. Elmira İsmaiyova
  24. Səyyad Əlizadə- «Bayaz Gecalar» Yaradıcılıq Markazinin rahbari, müğanni-bastakar
  25. Sayman Aruz (Həsənzadə)- Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri, yazıçı-şair
  26. Nəsibə İsrafilqlzl — Şairə — publisist. AYB  və AJB- nin üzvü.»Qızıl qələm’ media mükafatçısı.
  27. Birliyi İdarə Heyətinin və İcmanın Sədri
  28. Akif Mikailov. Azərbayçan milli-mədəni muxtariyyətinin sədri. RF. Komi.
  29. Nüsrət Məmmədov- Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti
  30. Sara Zeynal qızı Məmmədova .  “El Gūcū” Beynəlxalq Humanitar Assosiasiyası Īçtimai Birliyinin  sədri
  31. Həsən İsrafilov- professor
  32. Hübar Rüstəmov- Moskva, vəkil
  33. Senya Salman Rabayev- mugenni ve bestekar. İsrail
  34. Tahir Əmiraslanov- tanınmış kulinar
  35. Ülvi Məmmədov-Fəlsəfə doktoru, dosent, Yazarlar Birliyinin üzvü, «Qizil Qələm» Mükafati Laureatı
САМОЕ ЧИТАЕМОЕ

НОВОСТНАЯ ЛЕНТА