Время в Баку - 15:45

САМОЕ ЧИТАЕМОЕ

Ümumilli Liderimiz Heydər Əliyevin siyasi kursunda İran türklərinin taleyi


Sayman Aruz

Azərbaycan Respublikası Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsini müdiri

 

“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından

İran və Araz çayının cənubundakı 40 milyon türkün taleyi həmişə Azərbaycanın mərhum Lideri Heydər Əliyevin siyasi kursunun diqqət mərkəzində olmuşdur. Hansı ki, 75 il əvvəl başlamış, bu günə qədər davam etmiş və gələcəkdə daha sürətli bir tempdə davam etdiriləcəkdir.

Bu məqalədə təsvir olunduğu kimi Heydər Əliyevin İrandakı türklərlə bağlı irəli sürdüyü siyasətə nəzər salacağıq:

Heydər Əliyevin 1945-46-cı illərdə 19 yaşında olarkən Əziz Əliyevin (Heydər Əliyevin qayınatası) başçılığı ilə Araz çayının cənubuna etdiyi ilk səfəri tarixdə qeyd olunur.

Həmin il, Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Təbriz mərkəzli Azərbaycan Milli Hökumətinin qurulması ilə üst-üstə düşür. O dönəmdə Əziz Əliyev tərəfindən Seyid Cəfər Pişəvəriyə iki vacib strategiya təklif olunur:

1-Tehransız Azərbaycan uğursuzluğa düçar olacaq. Ona görə də uzun bir siyasi həyat sürmək istəyirsinizsə, bu şəhəri Azərbaycan ərazisinə əlavə etməlisiniz.

2- Kürdlərin Azərbaycan ərazisi daxilində bir hökumət və ya muxtariyyət yaratmasına icazə verməməlisiniz, çünki kürdlər həmişə türklərə qarşı bölgə güclərinin tətiyi və aləti kimi çıxış edirlər.

Başqa sözlə, Əziz Əliyevin məktəbindəki Güney Azərbaycanın taleyinə həssaslıq, Heydər Əliyevin zehnində ciddi şəkildə inkişaf edir.

Nəhayət, beynəlxalq güclərin qarşılıqlı razılaşmaları səbəbindən Pəhləvi ordusunun Azərbaycanı işğalı zamanı Azərbaycan milli hökuməti müqaviməti tərk etmək məcburiyyətində qaldı, Fadilər vətənlərini tərk edərək Araz çayının şimalına, əsasən də Bakıya köçməyə məcbur oldular. Lakin, bu mühacirləri təşkilatlandırmaqda Moskvanın açıq bir siyasətinin olmaması səbəbindən milli hökumətə sadiq olanlar Məhəmməd Biria (Milli Hökümətin Mədəniyyət Naziri) və Doktor Məhəmməd Tağı Zehtabi kimi mühakimə edilərək Sibirə sürgün edilir. Bu zaman, Sovet KQB kəşfiyyat sistemində yenicə işə başlamış gənc Heydər Əliyevin siyasi zəkası azərbaycanlı mühacir qardaşlarının köməyinə gəldi.

Stalinin ədalətsiz məhkəmə sistemi tərəfindən Sibirə sürgün edilən Məhəmməd Biria, Heydər Əliyevin yardımı ilə Bakıya qaytarılır. Muhammad Biria (1985-ci il təv.) İranda nəşr olunan xatirələrində yazırdı: “Heydər Əliyev adlı bir şəxs mənim günahsızlığımı sübut edərək məni azad etdi və Bakıya gətirdi.”

Stalinin KQB rəisi Laurenti Beria ilə soyadının oxşarlığını bəyan edən Məhəmməd Biria, Sibirdən qayıdarkən Laurenti Berianın soyadına görə onunla Heydər Əliyev arasında müzakirələrin olduğunu və Heydər Əliyevlə uzun söhbətdən sonra Biriaya bu sözləri söylədiyini yazır: “sən Azərbaycanın Biriasısan və bizim üçün əzizsən.”

Həmçinin, Məhəmməd Biriyanın taleyi ilə tanış olan və Sibirə sürgün olunan doktor Məhəmmədtağı Zehtabi, Heydər Əliyevin dövründə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində dərs deməyə başlayır. Müəyyən dönəmdə Abülfaz Elçibəyin müşaviri işləmiş Vəfa Quluzadənin söylədiyinə görə, Azərbaycanın keçmiş prezidenti Abülfaz Elçibəy, doktor Zehtabi-dən ilhamlanaraq, Türk düşüncəsi ilə tanış olur və ondan sonradır ki, özünün  milli fəaliyyətinə başlayır. Başqa sözlə desək, Zehtabı kimi böyük bir alim azərbaycanlı Heydər Əliyevdən əvvəl Sibirə sürgün edilir, ancaq Heydər Əliyev vəzifəyə gələndən sonra həmin şəxs Azərbaycana geri dönərək Bakı Dövlət Universitetində özünə kürsü qazanır və eyni universitetdə Türk dünyasının milli oyanış nəzəriyyəsini yazır.

Azərbaycanın xalq şairi, mərhum Söhrab Tahir, Heydər Əliyevin Güney Azərbaycan ziyalılarına diqqəti ilə bağlı öz xatirələrində belə deyir: “Sovet İttifaqı dönəmində rəsmi tədbirlərin birində özümü qərib adlandırdım. Bir müddətdən sonra kimsə əlini çiynimə qoydu. Gördüm ki, Heydər Əliyevdir. O, mənə dedi ki,” Biz, Özbəklərə, Qırğızlara qardaş deyirik, ancaq qardaş deyməyə haqqımız yoxdur, sən isə bizim ailənin bir üzvü, həqiqi qardaşımızsan.”

Heydər Əliyevin siyasi həyatına nəzər saldıqda, Azərbaycan tarixində danılmaz və təsdiqlənmiş iki əsas prinsipə və onun üçün xarakterik olan siyasətə rast gəlirik:

 — Quzey Azərbaycanda (Müstəqil Azərbaycan)

Ruslar tərəfindən Azərbaycan kökənli Qacar ​​sülaləsinin zorla təhmil edilmiş Türkmənçay müqaviləsi bağlandıqdan sonra Araz çayının şimalındaki azərbaycanlı ziyalılar həm çar, həm də Sovet ittifaqı dövründə ciddi şəkildə represiyaya məruz qaldılar. Ancaq Heydər Əliyev vəzifəyə gələndən sonra ziyalılara olan kütləvi soyqırımlar yerini onlara edilən hörmət və izzətə verir. Heydər Əliyevdən sonra ziyalılar hərmət görür, diqqət mərkəzində olurlar.

— Güney Azərbaycanda

Azərbaycan milli hökumətinin məğlubiyyətindən sonra ziyalılar, şairlər, sənətkarlar və s. Araz çayının cənubundan Bakıya köç etdilər, ancaq burada da mühacirlərin qorxunc Stalinist sisteminin qılıncına tuş gəldilər ki, yenə də Heydər Əliyevin onlara etdiyi köməklər sayəsində bu vəziyyətdən çıxa bildilər. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Güney Azərbaycan ziyalıları hörmət və izzət qazanırlar. (Söhrab Tahirin taleyi, Bi Ria və Zehtabi) Cənubda görmədikləri izzət və hörməti Arazın şimalında görə və hiss edə bilirlər.

Daha sonra 1979-cu ildə İranda baş verən İslam İnqilabı dövründə, Xəlqi-müsəlman partiyasının qiyamı zamanı Təbrizdəki soydaşlarımızın qətlə yetirildiyini görən Heydər Əliyev onların taleyinə biganə qalmadı və Heydər Əliyevin vəsatəti  ilə Moskva bu hadisələrin əlyhinə bəyanat verməyə məcbur qaldı. Həmin bəyanatda Tehranın ekstremizmi qınanır və nəticə olaraq da azərbaycanlı məhbuslar edamdan azad edilir.

İran inqilabının və molla rejiminin mahiyyətini sürətlə dərk edən Heydər Əliyev Araz çayının şimalının gələcəkdə mollaların radikalçılıq məktəbinin sui-qəsdinə məruz qalmaması və Arazın cənubundaki soydaşlarımızın kifayət qədər sosial və mədəni bilik əldə etməsi üçün Abdulla Şaiqin  «Tülkü həccə gedir» kimi mənalı əsərin kağızdan antena dalğalarına və televiziya proqramlarına keçirilməsinə göstəriş verir. Həmin proqram hər həftə davamlı olaraq Azərbaycan radio və televiziyasının uşaq və yeniyetmələr proqram bölümündə yayımlanır (İran İslam Respublikasının Mədəniyyəti nazirliyi bir neçə ay əvvəl bu hekayəni özündə daşıyan kitabların toplanmasını və daha spnra onların yandırılması tapşırığını vermişdir.)

Sovet ittifaqı dövründə Heydər Əliyevin bilavasitə nəzarəti altında çəkilən filmlərdə də son 200 ildə Azərbaycanda misli görünməmiş müasir xalq quruculuğu anlayışı ilə qarşılaşırıq.

Heydər Əliyevin göstərişləri ilə hazırlanmış filmləri təhlil etdikdə xüsusi verilmiş milli mesajlara rast gəlirik. Hər bir azərbaycanlı, Türk-İslam dünyasının təfəkkür və siyasət paytaxtı olan Heydər Əliyev ilə fəxr etməlidir.

Bu filmlərdə İrandakı türklərin taleyi hər zaman diqqət mərkəzində olmuşdur.

Məsələn, diqqətinizi bəzi filmlərdə Heydər Əliyevin «Fars faşist məktəbi»nə vurduğu güclü siyasi yumruq və mesajlara yönəltmək istərdim:

Keçmiş Sovet ittifaqı dövründə Heydər Əliyevin bilavasitə nəzarəti altında “Fars şovonizmi” və “din ifratçıları»na qarşı çəkildiyi filmlər:

-Ölülər. «اولو لر«

Bu filmdə İsfahandan bir fars din “xadimi” ölüləri diriltmək iddiası ilə adi insanları din pərdəsi altında qəddarlıqla aldadır.

-«Dəli Kür» filmi

Türklərin orjinal mədəniyyətinə bağlı olan və Muğamı yaxşı oxuyan bir azərbaycanlı gənc dolayı yolla eşşəyə minən mollaya «vələdi-zina»-deyə müraciət edir. Mollanın isə öz növbəsində «vələdi-zina» olduqlarını etiraf edir. Bu filmldə hər iki tərəf də fars dilində danışır.

-«Tülkü həccə gedir» filmi

Müftə yemək yeməyə çalışan, toyuqları aldadaraq, artıq tövbə etdiyini və Həcc ziyarətinə toyuqlarla getmək istədiyini söyləyir. Yolda isə hamısını bir-bir özünə yem edir.

Qeyd edək ki, bu filmdən 40 il sonra İran parlamentinin üzvü Əkbər Alami və İranın keçmiş prezidenti Mahmud Əhmədinejad bu filmin məzmunu əsasında mollalara müraciət edərək onlara irandaki  etdikləri əməllərinə yönəlik haqlı ittihamlar irəli sürdülər.

«Şovinistlər və faşistlərin ekstremist məktəbi» ni hədəf alan filmlər:

Babək filmi

İranşəhr məktəbi, İrançılıq və İran adını qabardaraq Azərbaycanın və Azərbaycan şəhərlərinin tarixi adını boykot etməyə çalışarkən, Həmədan, Zəncan və Qəzvin, Astara, Rəşt, Savə, Ərak kimi bölgələri Azərbaycandan ayırıb, Azərbaycanın tarixi ərazisi olan bu bölgələri Azərbaycan siyasi xəritəsindən silməyə çalışdı.

Babəkın filmi isə həmin dönəmdə, «Mən həmişə sizinləyəm, Azərbaycan” ictimai-siyasi-mədəni mesajı ilə ekran edilir.

-Qaçaq Nəbi filmi

Bu filmdə Cənubi Azərbaycanla bağlı iki əsas məqama rast gəlirik:

Birici bu ki, Qoçaq Nəbi Tehran hökumətinin fars vurğuları ilə danışan nümayəndəsinə belə deyir:

“Arazın o tayı da mənimdir, bu tayı da!

Yəni Araz çayının həm şimalı, həm də cənubu mənim vətənimdir (Heydər Əliyevin siyasi ideyalarına inteqrasiya olunmuş Azərbaycanın dirçəlişi manifesti)

İkinci bu ki, Nəbi Türkləri mühacirətə məcbur etmək üçün Tehrandan göndərilən agentin üzünə şapalaq vurur. Əslində bu şapalaq Azərbaycanlıların yaşayış məntəqələrinin boşaldılması siyasətinə qarşı vurulan Heydə Əliyev şapalağı idi.

İndi diqqətinizi Heydər Əliyevin siyasi metodlarına yönəltmək istərdim. Görəcəyik ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Cənubi Azərbaycanlılarının taleyi heç vaxt Heydər Əliyevin siyasi proqramlarından silinmir. Əksinə bu dəfə filmlərin siyasi mesajları artıq siyasət səhnəsinin əsas nəzəriyyələrinə çevrilir.

Fars Şüubiyyəsi və fars faşizminə meydan oxuyan filmlərə əsaslanan Heydər Əliyevin siyasi nümunəsi:

Bu məsələni izah etməkdən ötrü, Heydər Əliyevin 2001-ci ildə Tehrana rəsmi səfərini və İranın Ali Rəhbəri Həzrəti Ayətullah Xamenei ilə görüşünə işarə etmək yerinə düşər. Həmin görüşdə Xamenei, diplomatiya, eyni zamanda Azərbaycan dilinə hörmətsizlik edərək Heydər Əliyev ilə danışmaqdan ötrü rus dilinə tərcüməçi gətirir. Ancaq həmin müzakirələr Heydər Əliyevin zəkası nəticəsində Azərbaycan dilində davam edərək, Azərbaycan xeyrinə tamamlanır.

Xamenei ilə görüşü zamanı Heydər Əliyevin Türk dilini müdafiə etməsi ilə bağlı Azərbaycan Respublikasının o zamankı Xarici İşlər naziri Vilayət Quliyein xatirələrini göz gəzdirmək yaxşı olardı:

«Heydər Əliyevin İran lideri ilə görüşü bir neçə dəqiqə davam etdi. Türk dilində fərdi nitqlər söyləndi. Sonra siyasi nümayəndə heyəti masaların arxasında əyləşdi. Xamenei Azərbaycan Prezidentini fars dilində qarşıladı və səfərini tarixi əhəmiyyət kəsb etdiyini söylədi. Təəccüblü deyildi ki, Xamenei İran dilinin rəsmi dili olduğu üçün fars dilində danışdı, amma tərcüməçisi bu sözləri Azərbaycan nümayəndə heyəti üçün rus dilinə tərcümə etməyə başlayanda Heydər Əliyev əsəbiləşdi və Xameneiyə müraciət edərək dedi: Cənab Xamenei, iki dəqiqə əvvəl burada ana dilimizdə danışdıq və bir-birimizi yaxşı başa düşdük, qəbul edirəm ki, bu İrandır və siz İranın rəsmi dilində, farsca danışmalısınız, amma bunu başa düşmürəm ki, tərcümə niyə rus dilində aparılmalıdır?

Xamenei cavab verdi ki, “rəsmi dilinizin rus dili olduğunu düşünürəm.“

Heydər Əliyev yenə qəzəbini gizlədə bilmədi və dedi:

«Ay kişi, Azərbaycan türkcəsi Sovet hakimiyyəti dövründə belə bizim rəsmi dilimiz idi. Bu məsələ həmin dövrün konstitusiyasında da öz təsdiqini tapmışdı. Moskvanın təzyiqinə baxmayaraq, ana dilimizi qoruduq və inkişaf etdirdik. Məktəblərimiz bu dildə idi. Universitetlərimizdə bu dildə araşdırmalar aparıldı və bu dildə kitablar nəşr olundu. Beynəlxalq səviyyədə müstəqillik qazandıqdan sonra da bu dildə danışırıq. Şəhidlərinin qanı ilə müstəqil olmağı və rus hökmranlığından qurtulmağı bacaran, min illik tarixi olan bir azərbaycanlının dilini kənara qoyub rus dilindən istifadə etməsini necə düşünürdünüz?“

Göründüyü kimi, Heydər Əliyev Azərbaycanın mədəniyyəti və tarixi ilə yaxşı tanış idi və Xameneiyə «Dəli Kür» filminin mesajı kimi, «A kişi“ müraciət edərək onların faşist təbiətini çox məharətlə hədəfə alır. Bundan əlavə, o, sırf siyasi dildə sübut etdi ki, mollaların rejimi və onların qurduğu siyasi sistem, kommunist sistemindən daha pis, daha təhlükəlidir. Çünki kommunist dövründə azərbaycanlılar inzibati və hətta siyasi işləri öz dillərində aparırdılar, lakin İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almasına icazə verilmir, bütün milli-mədəni haqları qadağan edilmişdir.

Keçmiş Sovet ittifaqı filmlərindəki nümunələrə əsaslanaraq, İran Türklərinə dəstək naminə Heydər Əliyevin siyasi həyatından nümunələr:

Babəkin filmindəki məşhur «Mən həmişə səninləyəm, ey Azərbaycan!» ifadəsi Dünya Azərbaycanlıları Konqresi zamanı Hrydər Əliyevin Səməd Vurğunun şeirini oxumaqla bir daha sübut olur. Bu şeiri Heydər Əliyev oxuduqdan sonra, onun şeiri oxuyarkən kövrək və səmimi vəziyyətdə olması qurultaydan bir gün sonra elektrik cərəyanı kimi dünya azərbaycanlıların ruhuna təsir etdi. Araz çayının cənubundakı yaşayan 45 milyondan artıq soydaşımızın ruh yaddaşına yazılaraq onların dillər əzbərinə çevrildi:

El Bilir ki, sen manimsen.

Yurdum, yuvam, məskənimsən.

Anam, doğma vətənimsən,

Ayrılarmı könül candan,

Azərbaycan, Azərbaycan!

Heydər Əliyevin siyasi metodunda Qoçaq Nəbinin şapalağı:

Heydər Əliyev, Xəzər dənizinin hüquqi rejimini müəyyənləşdirmək üçün İrana etdiyi səfərlərin birində  İranın o vaxtki prezidenti Seyyid Məhəmməd Xatəmi ilə jurnalistlərin qarşsına çıxır. Xatəmi orada «Mazəndəran dənizi» ifadəsini işlədərək Xəzərin adını saxtalaşdırır.  Bu zaman Heydər Əliyev dərhal rekasiya verir ki:

«Siz Xəzər dənizinin hüquqi rejiminin danışıqlar prosesini bu saxtakarlıqlarla yayındırırsınız. Mən Mazəndəran dənizi adını nə eşitməmişəm, nə də o adlı bir dəniz görməmişəm. Gözlərinizi açın! Və bu saxtakarlıqları dayandırın!”

Əslində, Heydər Əliyev bu siyasi hərəkəti ilə Türk bölgələrinin coğrafi adlarını saxtalaşdıran şovinist məktəbinin bütün antiazərbaycan siyasətlərinə meydan oxudu.

Ayrıca, Heydər Əliyevin Məhəmmədhüseyn Şəhriyarı Bakıya dəvət etmək yolunda misilsiz səyləri, (bu səfər, Tehran-Moskva tərəfindən dəstəklənməsə də, Bakı Şəhriyarın gəlişini gözləyən insanlarla dolu idi.) Bulud Qaraçurlu-«Səhənd»in şeirlərinin çap və təbliğ etməsi, doktor Cavad Heyətə və ümumiyyətlə Arzın cənubundan şimalına mühacirət edən bütün şairlərə, sənətkarlara, yazıçılara, jurnalistlər Heydə Əliyev tərəfindən diqqət və hörməti nəzərə alsaq bu yazını aşağıdakı mətnlə bitirə bilərik:

Son hissə:

Dağın zirvəsi uzaqdan görünə, müşahidə edilə bilər. Dövrümüz və çağımızın tələbləri və bizim yaşımızın azlığı mərhum Heydər Əliyevin siyasi həyatını anlamağımıza imkan verməsə də, onun siyasi metodlarının diqqətlə təhlil etməyimiz Azərbaycanın böyük Lideri, Heydər Əliyevin zirvəsini izləməyə bizə imkan verə bilər. Görünən odur ki, Araz çayının cənubundakı azərbaycanlı qardaşların taleyi mərhum Heydər Əliyevin diqqətindən heç vaxt uzaq olmamışdır.

Əslində Heydər Əliyevin bizə pay qoyduğu miras, azərbaycanlılar üçün 200 illik ayrılıq kədərini sonlandırdı və bu gün artıq qlobal miqyasda bir hökumətimiz var. Son iki yüz ildə, istər şimalda, istərsə də cənubda hər zaman Azərbaycan mərkəzli bir hökumət qurmağa çalışsaq da qısa müddətdən sonra məlum qüvvələr tərəfindən dağıdılıbdır. Ancaq bu dəfə Şah İsmayılın layiqli oğlu, mərhum Heydər Əliyev tərəfindən Azərbaycan dövlətçiliyinin irsini daşıyan Azərbaycan passportu onu istəyi və əzmi ilə varlıq qazandı. Əvvəlki kurslardan fərqli olaraq onun əmrinə əsasən:

“Azərbaycanın Müstəqilliyi əbədidir”. Və əbədi də qalacaqdır.

Əlbətdə ki, İrandakı milli hərəkatın gənc nəsli Heydər Əliyevin siyasi metodlarını tanımaq və tanıtmaq üçün səfərbər olaraq, Azərbaycanın layiqli övladı və əfsanəvi Liderinin yolunu davam etmək əzmindədirlər. Şübhəsiz ki, Azərbaycanın tarixi coğrafiyası Heydər Əliyevin siyasi ideyaları və Prezident İlham Əliyevin «Mən altmış milyon azərbaycanlının Prezidentiyəm» vurğusu ilə daha da canlanacaqdır.

 

 

 

НОВОСТНАЯ ЛЕНТА