Время в Баку - 01:24

САМОЕ ЧИТАЕМОЕ

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana


 

Türkiyə Respublikasının Prezidenti

Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident!

Əziz Türk dünyasının sevimlisi!

İyulun 12-də Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribat törətmişdir. Bu, Ermənistanın Azərbaycana qarşı növbəti xəyanətkar aqressiya aktıdır və bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Bu qəfil və xain hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri, eyni zamanda, mülki şəxslər həlak olmuş və yaralanmışdır.

Azərbaycan Ordusu bu təxribata layiqli cavab vermişdir. Şəhidlərimizin qisası alınmışdır. Onların qanı yerdə qalmamışdır, bundan sonra da qalmayacaqdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü təmin edəcəkdir.

Bu hadisə adi sərhəd toqquşması deyil, Ermənistanın işğalçı siyasətinin davamıdır. Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır. Ölkələrində hökm sürən sosial-iqtisadi problemlərin fonunda Azərbaycanla münaqişəni alovlandırmaqla müəyyən məqsədlərə çatmaq istəyirlər.

Ermənistanın Azərbaycana qarşı hərbi hücumuna ilk reaksiyanı qardaş Türkiyə Respublikası vermişdir.

Cənab Prezident, Siz  çıxışınızda Ermənistanın təxribatları ilə bağlı Türkiyənin qəti mövqeyini bir daha ifadə etdiniz. Azərbaycana göstərdiyiniz dəstəyi bütün dünya azərbaycanlıları yüksək qiymətləndirir.

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Əminik ki, Türkiyə- Azərbayvan birliyi və həmrəyliyi bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq möhkəmlənəcək və genişlənəcəkdir.

15 iyul dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Azərbaycan olmuşdur. Bununla Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olduğunu göstərmişdir.

Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” şüarı əsasında həm sevincli, həm də kədərli günlərdə daim bir-birinə dayaqdırlar.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayırıq. Azərbaycana verdiyiniz tam dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Həmişə Yanınızdayıq!

Dərin hörmətlə,  Təşəkkür məktubuna imza atanların adındın

                                      Nüsrət Məmmədov

     “Dünya azərbaycanlıları və digər türkdilli xalqları ittifaqının” prezidenti

Minnətdarlıq məktubunu imzaladılar:

  1. Zərifə Quliyeva – Azərbaycan Respublikası YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri
  2. Leyla Gərayzadə — Filologiya elmləri doktoru, BDU Rus ədəbiyyatı tarixi kafedrasının professoru, “Əsgər anaları” Şurasının sədri
  3. Abbasqulu Nəcəfzadə — Sənətşünaslıq elmləri doktoru, AMK-nın professoru
  4. Gülyanaq Məmmədova- AR xalq artisti
  5. Vəfa Quliyeva- Tarix elmləri doktoru, professor
  6. Həsən İsrafilov — iqtisad elmləri doktoru — professor
  7. Qiyas Xəlilov iqtisad elmləri namizədi- professor
  8. Xədicə Zeynalova- Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar və müsiqişünas- Almaniya
  9. Rəfail Qəribov- Texnika elmləri doktoru, professor- RF, Saratov şəhəri
  10. İnqilab Şirinbəyli (Şirinov) – Jurnalist-pedaqoq,http://kanal32.az/ saytının rəhbəri, məcburi köçkün
  11. Güntəkin Nəcəfli – tarix elmləri üzrə fəlsəfə doktoru – AMEA Bakıxanov adına tarix İnstitutunun dosenti. Azərbaycan Dövlət mükafatı laureatı
  12. Mehriban Abdullayeva — Pedaqogika üzrə fəlsəfə doktoru, “KİV və Diplomatiya Mərkəzi” ictimai birliyinin Prezidenti- Moskva
  13. Akif Mikailov – Komi Respublikası, “Azərbaycan” Milli-mədəni avtonomiyasının Prezidenti, RF,
  14. Qənirə. Ə. Pirquliyeva — tarix üzrə fəlsəfə doktoru- BDU-nun dosenti
  15. Zenfira Ağayeva- “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri, iş adamı
  16.  Nəsibə İsrafilqızı — Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, şairə publisist
  17. İsmayıl Rəhimov – Asıska türkləri, “Vətən” cəmiyyətinin sədri, “Dünya azərbaycanlıları və digər türkdilli xalqları ittifaqının” Azərbaycan nümayəndəliyinin rəhbəri- Azərbaycan
  18. Elmira İsmayılova- Pedaqogika üzrə fəlsəfə doktoru
  19. Sara Zeynal qızı Məmmədova- əməkdar müəllimə, “El gücü” Beynəlxalq Humanitar  Assosiasiyası İctimai Birliyinin sədri
  20. Nüsrət Məmmədov – Beynəlxalq Çingiz Aytmatov Akademiyasının akademiki
  21. Sehranə Ələsgər qızı Kasimi-AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  22. Seyfullah Türksoy — İpekyolu Stratejik Araştırmalar Merkezi Başkanı
  23. Dr. Kerem KARABULUT-Atatürk Üniversitesi, İktisadi ve İdari Bilimler Fakültesi, İktisat Bölümü.
  24. Əliyev Elşən Huquq oğlu – “Bulaq” cəmiyyətinin sədri, RF Ryazan şəhəri
  25. Abdullayev Famil-  Dünya azərbaycanlıları və digər türkdilli xalqları ittifaqının Qazaxıstan nümayəndəliyinin rəhbəri, RK, Petropavlovsk şəhəri
  26.  Qurbanov Ceyhun Eldar oğlu- xeyriyyəçi, Azərbaycan, Şəmkir.
  27.  Seyid Abdullayev- xeyriyyəçi, Azərbaycan

 

 

НОВОСТНАЯ ЛЕНТА