Время в Баку - 09:42

САМОЕ ЧИТАЕМОЕ

SOCAR-ın Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib


SOCAR-ın Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu gün saat 12:30 radələrində Sumqayıtdakı Etilen-polietilen zavodunun ərazisində yerləşən anbar binasının təmiri ilə əlaqədar “Azərikimya” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı mexaniki quraşdırma sahəsinin işçiləri quraşdırıcı çilingər Məmmədov Əlövsət Adil oğlu və elektrik qaz qaynaqçısı Əzizli Toğrul Cavadxan oğlu avtosəbətdə işləyərkən avtosəbətin oxunun sınması nəticəsində yerə düşüblər.

Dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım hər iki işçini xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, 16:00 radələrində Məmmədov Əlövsət Adil oğlu dünyasını dəyişib. Toğrul Əzizlinin həyatı hazırda təhlükə altında deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Nəticə barədə əlavə məlumat veriləcək.

SOCAR-ın rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

НОВОСТНАЯ ЛЕНТА