Время в Баку - 21:09

САМОЕ ЧИТАЕМОЕ

RF da fəaliyyət göstərən yenises.ru saytının qərəzli yazısı


Fevalın 21 də RF Samara şəhərində yaşayan diaspor fəalı Elmar Rəsulov redaksiyamıza fevralın 26 Samara şəhər Filarmoniyasında  Emin Agalarovun konsetinin olacagı barədə məlumat göndərdi.  Elmar Rəsulov həm də keçiriləcək konsertin afişasının şəklini də fakt kimi göndərmişdi. Başqa bir diaspora fəalı Aftandil Bərdəlinin isə konsert haqqında çəkdiyi qısa videoroliki də  redaksiyamıza təqdim etmişdi.

Emin Ağalarov konserti fevralın 26 da saat 19.00 keçirəcəyinə heç bir şübhə qalmamışdı. Xocalı soyqırım günü konsert verilməsi Xocalıda şəhid olan 613 qardaş- bacımızın ruhuna hörmətsizlikdir.

21.02.2023 tarixdə təcili konsertin afişasının şəklini və videoroliki Turktoday.info portalında dərc etdik.

Məlumatı buradan oxumaq olar: https://turktoday.info/az/26-fevralya-2023-goda-v-samare-sostoitsya-konc/

Bundan başqa məlumatı Feysbuk səhifəmdə paylaşdıq.

Foto şəkli təqdim edilir:

 

 

 

 

 

 

 

Məlumatın linkini bir çox ünvanlara, o cümlədən Azərbaycanın RF səfirliyinin əməkdaşı Aqşin Əliyevə də göndərdik (fotoşəkil təqdim edilir).

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fevral ayının 22 saat 12.00  Kebuter Haqverdi həmin məlumatı öz feysbuk səhifəsində paylaşdı

(Foto təqdim olunur)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Deyirlər «Qələbənin generalı çox olar».

Şirvan Kərimovun Emin Ağalarovun konsertinin təxirə salınmasında  heç bir əməyi yoxdur. Ona görə də Şirvan Kərimovu qələbənin saxta generalı adlandırmaq olar. 

Həmin gün axşam çağlarında RF fəaliyyət göstərən yenises.ru saytı Samara vilayəti Azərbaycanlıları Liqası (LASO) idarə heyətinin sədri Şirvan Kərimova istinad edərək konsertin təxirə salındığını yazır

 Yazını bu linkdən oxumaq olar: http://yenises.ru/emin-agalarovun-samarada-konserti-olmayacaq/

Beynəlxalq bir fondun, portalın rəhbəri olaraq yenises.ru saytının rəhbəri və təsisçisi Tünzalə Vəliqızına zəhg edərək iradımı bildirdim.
Yazıda  konsertin təxirə salınmasında əməyi keçən hər kəsin adının yazılmasının  haqqı olduğunu dedim və yazıya  əlavə etməsini xahiş etdim. Tünzalə xanlm, saytı özünün yaratdığını, heç kəsin on kömək etmədiyini, bir journalist kimi necə ona uyğundur, elə də edəcəyini dedi.

Əvvəlcə üzümü Tünzalə xanıma tutub deyirəm, rəhbəri olduğum portalı da biz heç kəsin yardımı olmadan yaratmışıq. Portal heç kəsdən yardım almadan Xalqımıza, dövlətimizə xidmət edir.  Bundan başqa, yenə də heş kəsin yardımına əl açmadan 144 kitabı müxtəlif dillərə tərcümə etdirib, nəşr edib pulsuz yaymışıq. Elə, RF bəzi kitabxanalarında da bizim nəşr etdirdiyimiz kitablara rast gəlmək olar. Nəşr etdirdiyimiz kitabların 90a yaxını portalımıza yüklənib. Portalın “Kitabxana” bölməinə daxil olub kitabları heç bir məhdudiyyət olmadan yükləyib oxumaq olar.

Etdiyin cüzi bir işi gözə soxaraq “burada mənəm, Bağdadda kor xəlifə” deməklə iş düzəlmir Tünzalə xanım.

Düşünürəm ki yenises.ru saytı RF fəliyyət göstərən diasporalar arasında narazılıq salmaq üçün yaradılıb və bu istiqamərdə fəaliyyətini davam etditir. Yaxın zamanlarda RF bir “tanınmış” jurnalist var var idi, işi bütün diasporalarımız arasında çaxnaşma yaratmaq idi. Belə bir deyim var “Müqəddəs yer boş qalmır”, Deyəsən RF fəaliyyət göstərən Azərbaycan diasporları növbəti dəfə bataqlığa düşür. Çünki həmin «Müqəddəs» yeri doldurmağa yenises.ru saytı iddialıdır.

Yenises.ru saytının yaradıcısı və baş redaktoru Tünzalə xanıma kiçik bir arayış.

Məncə, baş redaktor  RF KİVlər haqqımnda qanunu oxusa onun üçün faydalı olar. Həmin qanunun 45 maddəsində deyilir:-

“Гражданин или организация, в отношении которых в средстве массовой информации распространены сведения, не соответствующие действительности либо ущемляющие права и законные интересы гражданина, имеют право на ответ (комментарий, реплику) в том же средстве массовой информации.

В отношении ответа и отказа в таковом применяются правила статей 43 — 45 настоящего Закона”.

Bundan başqa, adıçəkilən qanunun 49 cu maddəsinin 2 bəndində deyilir:-

“проверять достоверность сообщаемой им информации” Bu isə jurnalistin hüququ yox, vəzifə borcudur.

Yazı nəşrə hazır olan vaxtı Elmar Rəsulov redaksiyamıza konsertin təxirə salınması haqda foto fakt göndərdi.

Tünzalə Vəliqızınadır sözün, gəlin heç kəsin haqqına girməyək, Yazımı isə Ulu Öndər Heydər Əliyevin sözləri ilə bitirirəm: “Ədalətsizliklə ədaləti bərpa etmək olmaz”

 

 

 

 

 

 

 

 

 

 

Mövzu nəzarətimizdədir.

Yazıda adı çəkilən hər kəsin cavab haqqını tanıyırıq

 

НОВОСТНАЯ ЛЕНТА