Время в Баку - 11:14

САМОЕ ЧИТАЕМОЕ

NƏRİMAN HƏSƏNZADƏ MÜƏLLİM, AD GÜNÜN MÜBARƏK, ŞAİR !!!


TƏBRİKLƏR ! 💯-ü haqlamadasınız, indi Nərdivanla 120-yə doğru!.. Siz qalxa bilərsiniz! Qalxacaqsınız.
NƏRİMAN HƏSƏNZADƏYƏ
«Bu dünya nərdivandı…
* Qalxanda mehribandı» *N. Həsənzadə
Nə qədər qalxa bilsən,
Qalx,
sənə tam həyandı!
Sənin gəlişin ilə
O şeirə boyandı.
Gül ətri qoxan şeirə,
Nəğmə tək axan şeirə…
Bulağın bal səsindən,
Çayın zümzüməsindən
İlham alan Xan şeirə!
Bülbül tək cəh-cəh vurub,
Şimşək tək çaxan şeirə.
Hər sözü, hər kəlməsi
Zirvəyə qalxan şeirə.
De, niyə yaşatmasın,
Dünya,
Nərman bəy, səni?
Bilir, duyub şeirindən
U polad iradəni…
İndi 100-ə gedirsən,
120-də sənindir!
Dünya özü söz verib,
O, Dünya sevənindir.
Enməyə də tələsmə,
Tez enəni, endirir,
Dünya sözə həlimdir.
Nə qədər sevə bilsən,
Sev onu sona qədər,
Dünya həyalı bir qız,
Dünya nazlı gəlindir…
НОВОСТНАЯ ЛЕНТА