Время в Баку - 15:25

САМОЕ ЧИТАЕМОЕ

Mirismayıl Xələfli yazır: Qayğıkeş ana, sərt siyasətçi xanım


Əliyeva Mehriban Arif qızı 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru (1947), professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir.

Demək, Mehriban Əliyeva Azərbaycanın özüdür, sözüdür və gələcəyidir. Daima Azərbaycan qəhrəmanlarının xanımları öz bəylərinin yanında olub, millətinin haqq səsini dünyaya çatdırmaqda onlara yaxından dəstək olublar. Mehriban Əliyeva da Azərbaycanın xanım simvollarından biridir ki, millətimizin adından dünyaya səslənərək, bizim çatdıra bilməyəcəyimiz sözümüzü ölkədən kənarda dünya liderlərinin sıralarında ötükəm səslə onlara çatdırır. Bu gün Azərbaycanın ən ucqar kəndlərində müasir standartlara cavab verən məktəblər, tibb məntəqələri, vətəndaşların asudə vaxtlarını səmərəli keçirə bilmələri üçün kitabxanalar vətəndaşların ixtiyarına verilirsə, bu həm də ölkə rəhbəri cənab İlham Əliyevin daim yanında olan, ona dəstək olan xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin hər qarış torpağına, böyüyündən-kiçiyinə hər bir insanına dəyərindən, diqqət və qayğısından irəli gəlir. Son günlər qonşuluğumuza qədər gəlib çıxan sabitlik pozuntuları, əhalinin firavan həyatlarının darmadağın olması kimi hadisələrin Azərbaycanın başına gəlməməsi üçün bütün varlığı, əzmi ilə, elmi ilə çalışan Mehriban xanım bu işdə nəinki yorulmaq əksinə, bundan stimul alır.
Yaşının az olmağına baxmayaraq daim körpələrin, kimsəsiz qocaların, əlil insanların yanında olan Mehriban xanım “EL ANASI” tituluna layiq insandır.
Ən ucqar kəndlərdən özünə ünvanlanan mürciət məktublarına operativ, anında baxılıb həll olunması üçün öz ciddi tapşırıqlarını verməklə hər bir ölkə vətəndaşının yanında olduğunun bariz nümunəsidir.

Mehriban xanımın özü haqqında söylədikləri:

Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, müsahibələrinin birində peşə seçimini bu cür dəyərləndirir:
“Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası – həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir”

Bir sözlə “ HƏR BİR SAVADLI KİŞİNİN YANINDA AĞILLI QADIN VAR” devizi özünü bir daha Mehriban xanımın simasında göstərməkdədir. Ölkəmizin bugün müharibə şəraitində olmasına baxmayaraq cənab prezidentimiz İlham Əliyevin uğurla apardığı siyasətə dəstək olmaq və onunla çiyin-çiyinə bu şərəfli yolda addımlamaq Mehriban xanım Əliyevanın üzərinə düşür. Mehriban Əliyeva Azərbaycanın XANIMLIQ simvolu , milli dəyərlərimizə əsaslanan əsil ailə nümunəsi , siyasətdə kişilər sırasında sözünü deyən qadın , qayğıkeş ANADIR.

Mirismayıl Xələfli

XəbərAl.az

НОВОСТНАЯ ЛЕНТА