Время в Баку - 00:28

САМОЕ ЧИТАЕМОЕ

Mehv-olsun-terrorizmi-DUZ.docx


Bakıda Atatürk Mərkəzində AMEA-nın müxbir üzvü, “Əməkdar elm və texnika xadimi”, Azərbaycan Jurnalistlər və Rəssamlar İttifaqının üzvü, “Şöhrət” ordenli, geologiya-mikrologiya elmləri doktoru, professor, Yasamal rayon Ağsaqqallar Şurasının sədri Kərim Məmmədxan oğlu Kərimovun siyasi karikaturalarından ibarət “Məhv olsun terrorizm” adlı sərgisi keçirilmişdir.

Alimlərin, vətənpərvər ziyalılarımızın, media nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri, Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, dilçi alim Nizami Cəfərov açaraq dedi:

— Bu tədbir Atatürk Mərkəzi ilə “Həkəri” qəzetinin birgə təşkilatçılığı ilə keçirilir. Kərim Kərimov görkəmli alimdir. Neft sahəsində onun gördüyü işlər bir örnəkdir. Mərkəzdə Kərim müəllimin üç dəfə sərgisi keçirilib. Gördüyünüz bu plakatlar insanları sülhə səsləyir. “Məhv olsun terrorizm” deməklə karikaturaçı rəssam bəşəriyyəti sülhə, əmin-amanlığa səsləyir.

Nizami Cəfərov vurğuladı ki, 700-dən artıq elmi əsərin, 22 sanballı monoqrafiyanın müəllifi olan Kərim Kərimov görkəmli akademikimiz Azad Mirzəcanzadə kimi alimlərimizlə bir sıradadır. Nizami müəllim tədbiri idarə etmək üçün “Həkəri” qəzetinin baş redaktoru, şair-publisist Rauf İlyasoğluna sözü verdi.

R.İlyasoğlu dedi:

— Professor Kərim Kərimovun neft və qaz geologiyası, regional geologiya və geotektonika sahəsində ölkəmizdə və onun hüdudlarından çox-çox uzaqlarda tanınmış alimdir. 28 ixtiranın, 135-dən artıq müxtəlif atlas və xəritələrin müəllifidir. Apardığı genişmiqyaslı elmi-tədqiqat işləri ilə yanaşı, o, həmçinin yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da böyük işlər görmüşdür.

Son on ildə geoloji elmlərin inkişafına verdiyi töhfələr və ölkəmizin ictimai-siyasi həyatında aktiv roluna görə professor Kərim Kərimov dəfələrlə “İlin adamı”, “İlin alimi” və “İlin ixtiraçısı” adına layiq görülmüşdür.

2001-ci ildə K.Kərimovun neft və qaz yataqlarının öyrənilməsində fəaliyyəti yüksək qiymətləndirilmiş, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Kərim Kərimov elmi əsaslarla ilk dəfə zəlzələnin öncədən olma proqnozunu sübut etmiş və əgər bu üsul tədliq edilərsə, bəşəriyyəti zəlzələ təhlükəsindən qismən də olsa qorunmasına səbəb ola bilər.

“Socar”ın Geofizika Geologiya İdarəsinin rəisi, geologiya-minerologiya elmləri namizədi Elçin Şirinov Kərim Kərimovun rəhbərliyi dövründə işləyərkən görkəmli alimin xidmətlərindən danışdı. Natiq vurğuladı ki, 1997-ci ildə Kərim Kərimovun rəhbərliyi ilə təsis etdiyi “Azərbaycanda Geofizika Yenilikləri” elmi jurnalını bu gün də Azərbaycan, rus və ingilis dillərində çap etdiririk.

Nərimanov rayon Ağsaqqallar Şurasının sədr müavini, əməkdar jurnalist, ictimai-siyasi xadim Bəbir Hüseynov dedi:

— 1991-ci ildə Türkiyənin İstanbul şəhərində Kərim Kərimovun siyasi plakatlarının sərgisində rəsmlərin satışından əldə olunmuş 100 min dollar gəlirini, o yeni yaranmaqda olan Milli Ordumuzun hesabına köçürmüşdür.

Karikaturaçı rəssamın 2000-ci ildə İstanbulda yenidən sərgisi keçirilmiş və bu dəfə 8 min dollar pulu Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara yardım olaraq vermişdir.

Kərim Kərimov böyük alimdir. Bir ağdamlı kimi həmyerlimizlə qürur duyuram.

Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli Kərimov 5 mindən çox siyasi karikatura çəkmiş Kərim Kərimovun yaradıcılığını yüksək qiymətləndirdi.

“Aytam uşaqların mədəni-maarifləndirilməsi” ictimai birliyinin sədri Aygün Zamanlının hazırlaşdırdığı Nərimanov rayonu 45 saylı tam orta məktəbin şagirdləri vətənpərvər mövzulu şeirlər söylədilər.

BDU-nun və Kooporasiya Universitetinin professoru Zahid Məmmədov Kərim Kərimovun yaradıcılığını vulkan püskürməsinə bənzətdi. Belə ki, bu gün də yorulmadan çalışan Kərim Kərimovun monoqrafiyaları neft və qaz sahəsində çalışan mütəxəssislərin stolüstü kitabıdır.

Tədbirdə Kərim Kərimovun rəhbərliyi altında uzun illər işləmiş Sabir Novruzov, Məhəmməd Məmmədov, Sumqayıtdan gəlmiş mühəndis Niyaz Allahverdiyev, şair Oqtay Zəngilanlı və başqaları görkəmli alimin insani keyfiyyətlərindən qürurla danışdılar.

Hazırda Yasamal rayon Ağsaqqallar Şurasının sədri olan Kərim Kərimov tədbir iştirakçılarına təşəkkürünü bildirdi və dedi:

— Əslim Qərbi Azərbaycanın Sisyan rayonunun Şəki kəndindəndir. 1918-ci illərdə erməni quldurları iki əmimi güllələyərək qətlə yetiriblər. Kənd camaatı pərən-pərən düşüb. Atam yeniyetmə yaşında qohumlarla qaçqın düşərək Laçında, Ağdamda və yarısı da Naxçıvanda məskunlaşıblar. Ağdamda anadan olmuşam. Atam oxuyub polis rəisi vəzifəsində vicdanla, halallıqla işləyib. İki qardaş, dörd bacım ali təhsil almışıq. Ədalətsizliyə qarşı mübarizə aparmışam. Həmişə xeyirxah işlərlə məşğul olmuşam. Elm sahəsində uğurlarım çox olub.

Dünyanın bir çox ölkələrinin Elmlər Akademiyasının həqiqi üzvüyəm. Məni dəfələrlə xarici ölkələrə işləməyə dəvət etsələr də, vətənimdə xidmət etməyi hər şeydən üstün tutmuşam.

Dövlətimiz əməyimi yüksək qiymətləndirib. Hər kəsə can sağlığı arzulayıram.

Sonra tədbir iştirakçılarına Kərim Kərimovun kitabları hədiyyə edildi və sərgi hər kəsdə qürur hissi oyatdı.

Rauf İlyasoğlu

Fotolar S.Məmmədindir.

НОВОСТНАЯ ЛЕНТА