Время в Баку - 14:47

САМОЕ ЧИТАЕМОЕ

“Etibar Hüseynov, sənin buqələmun sifətini xalq yaxşı tanıyır!” – SİTATIN SONU


“Lider” telekanalında “Sitatın sonu” verilişi ilə populyarlaşan, beləcə cilddən-cildə girə-girə sonunda deputat mandatı belə qazanan Etibar Hüseynovu təqdim etməyə, məncə, ehtiyac yoxdur. Elə yuxarıdakı qısa təqdimat onun haqqında ilkin siqnalları cəmiyyətə ötürür.

“Sitatın sonu” verilişinin aparıcısı və müəllifi kimi hələ o dönəmlərdə E.Hüseynov efirə qoltuğunda xoruzla çıxmaqla daxilinin “ədəbi-poetik” təsvirini yaratmışdı. Öz aləmində “yenilik” edən və mənəviyyatının mahiyyətini xoruz banı ilə təqdim edən “həmkarım”dan hələ o zamanlar ağlım bir şey kəsmirdi. Bəli, mən yanılmamışdım. Çünki o, bu hərəkəti ilə get-gedə mediaya hoqqabazlıq, kin-küdurət, söyüş və vulqarlıq gətirən bir jurnalist tipi yaradırdı.

Yunan filosoflarından biri ölən oğlu üçün ağlayanda şagirdləri deyirmiş ki, “Usta, axı niyə ağlayırsan, bu ki faydasızdır?”. O da cavab verib ki, “Elə faydasız olduğuna görə ağlayıram”. Bu mənada Etibar Hüseynov da filosof olmasa belə, indiki durumunda özü özünü, deyəsən, faydasız statusları ilə ağlayır. El dili ilə desək, öz əli ilə özünü döyür, dili ilə ifşa edir. İçindəki nifrəti göstərir, daxilindəki pisliyi qabardır. Və bu nifrin də açıq-aşkar, öz çılpaqlığı ilə hiss olunur.

İllərdir məmləkəti çürük qoz qədər dəyərləndirməyən Ramiz Mehdiyevin himayəsi ilə deputat seçilən bir şəxs axı necə səmimi ola bilər?

Axı indi hər kəs bilir ki, vaxtilə qapısını döymədiyin, pula görə boynunu bükmədiyin icra başçısı qalmamışdı. İndi nə baş verir? Bildiyimə görə, Əli Həsənovdan xeyli miqdarda pul alırdın. İndi pulunu kəsiblər deyə, şüvən qaldırırsan, kin-küdurət püskürürsən. Belə çıxır ki, sənə vaxtında pul verənlərin sifarişini yerinə yetirirsən!

“Lider” telekanalında işlədiyin dövrlərdə hansı pəstahlardan çıxmırdın?

Səni kollektivdə intriqa yaradan biri kimi tanımırdılarmı? “Lider”dəki iş yoldaşların indi də haqqında danışanda sənə bir nömrəli əyyaş deyirlər. Kollektivdə neçə qız-gəlinə “ilişməyin”, neçəsini yoldan çıxarmaq istədiyin nə tez yadından çıxdı? Neçə dəfə bu əməlinə görə sifətinə tüpürdüklərini niyə xatırlamırsan?

Adamı yandıran odur ki, belə tiplərin iqtidar “sevgisi” şəxsi gödənindən o yana keçmir. Belələrinin “dövlətçilik eşqi” aylıq pullar zamanı dombalır.

Gələk statusların yalan hissəsinə. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev haqqında öz aləmində şedevr bildiyin 3-4 yazı-sicilləmənə. Guya Hikmət Hacıyevin facebook səhifəsinə iradlarını bildirirsən. Axı bu günə qədər bir media portal olaraq Azərbaycan Prezidentinin köməkçisinin facebook səhifəsinə istinad etməmişik. Hikmət Hacıyevin müharibə dövründə açıqlamalarını onun Twitter hesabından istifadə etməklə yayımlamışıq. Şəxsən ermənilərin gecə Gəncəni bombalaması ilə bağlı Hikmət Hacıyevin münasibətini Twitterdən götürüb paylaşmışam. Deməli, Azər Həsrətin dediyi kimi, ona görə də şəxsən mən facebook-da H.Hacıyevin adıyla qarşıma çıxan heç bir hesabı-səhifəni rəsmi açıq mənbə hesab etməmişəm.

Belə çıxır ki, Hikmət Hacıyevin adına açılan profillləri özünün məqsədli, sifarişli yazına alət etməklə vicdanının yanından ildırım sürətilə keçmisən. Əgər o da varsa… Bəlkə əvvəldən elə “şüurlu” şəkildə o profillərdən birini elə özün yaratmısan. Səndən hər şey gözləmək olar.

Elə həmkarım Rumiyyə Miraslanın hələ 2018-ci ildə sənin haqqında dediyi sözlər sanki bu gün üçün yazılmışdı:

“Sənin “kimliyini”, hansı tərbiyəsizliyin yiyəsi olduğunu, hansı “məzhəb”ə qulluq etdiyini bilməyən yoxdur. Necə deyərlər, məşhuri-cahansan, 72 faizli sabun kimi.

Bir müddət TV ekranlarında çıxarmadığın pəstahlar qalmadı. Söyə-söyə deputat oldun, kreslo gördü ac gözün. Ancaq millətdən başqa hər kəsə “vəkillik” elədin. Sonra “nə mal” olduğunu gördülər, anladılar və cəmdəyini vızıldatdılar bayıra. İndi də sosial şəbəkələrdə eşələnirsən, yenidən “gün görmək” üçün yollar axtarırsan. Ha əlləşirsən, ha vuruşursan, doyunca otura bilmədiyin deputat kreslosuna qovuşa bilmirsən ki, bilmirsən. Hansı sabundan istifadə eləsən də, əsla xeyri olmur, bir “deşik” tapıb başını soxmağı bacarmırsan.

Bilirsənmi niyə? Çünki sən keyfiyyətsiz Çin malı kimi bir şeysən!”

Hə, Etibar, misalları çox gətirə bilərəm. Oxucunun vaxtını sənin kimi dəyərini itirmişlərə görə almağa lüzum yoxdur. Amma sənin haqqında daha bir bir məşhur sitatı qeyd etməklə mahiyyətinə nida işarəsi qoya bilərəm:

“Etibar Hüseynov, sənin buqələmun sifətini xalq yaxşı tanıyır!”.

Yadındadırmı, haqqında 2016-cı ildə Vəhdət Partiyası mətbuat xidmətinin rəhbəri Coşqun Kürçaylı nələr demişdi?

“Etibar Hüseynov deputat seçiləndə xalq, seçicilər onları “təmsil etdiyinə” görə daha çox utanırdı və deputat olduğu müddətdə də göstərdiyi “fəaliyyəti”, danışıqları bu gün də unutmayıb. Deputat olduğun zaman qaçqınları təhqir etməyini xalq yaddan çıxarmayıb. “Bakını ac-yalavac, mədəniyyətsiz, psixoz qaçqınlar korlayır” ifadən hələ də çox-çox insanın qulağında cingildəyir. Digər bir məqamı da xatırladım ki, sənin necə deputat olduğun da hamıya bəllidir. Odur ki, işlətdiyin ifadələrdə diqqətli ol və bil nə danışırsan. Əks təqdirdə,  öz əməllərin Domokl qılıncı kimi öz başının üstündə dayanıb”.

SİTATIN SONU

Natiq Səlim,

KONKRET.az

НОВОСТНАЯ ЛЕНТА