Время в Баку - 10:56

САМОЕ ЧИТАЕМОЕ

Etibar Hüseynov: `…Mən də nurçuyam`


Hansı saytı, hansı qəzeti səhifəliyirsənsə, mövzu nurçuluqdur. Siyahı gündən-günə genişlənir. Bu da antiazərbaycançı qüvvələrin fikirləşdiyi yeni taktikadır guya ki. Çünki artıq kiməesə `erməni` və ya `KQBşnik` demek dəbdən düşüb. Bu yarlıq keçərli deyil. Ona görə de NURÇU damğası dövriyyəyə buraxılıb`. Bu sözlər millət vəkili Etibar Hüseynova məxsusdur.
O, `nurçu` adlandırılanların siyahısına diqqət yetirməyi məsləhət görür: `Zakir Həsənov, Elmar Məmmədyarov, Elnur Aslanlı, Fərhad Məmmədov, Qənirə Paşayeva, Ceyhun Osmanlı, Fuad Muradov və s. Bir sözlə, hədəfə Azərbaycanda müsbət imicə malik kəslər anılıb. Amma keçməz. Sizlərin bu çirkin böhtan və iftira kampaniyanız bumeranq təki özünüzə qarşı çevriləcək. Və əgər nurçuluq millətə və dövlətə vicdanla çalışmağa, xidmət etməyə deyilirsə… Onda bu gündən mən də nurçuyam`.

AzVision.az

НОВОСТНАЯ ЛЕНТА