Время в Баку - 01:09

САМОЕ ЧИТАЕМОЕ

DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ FUAD MURADOVUN DÜNYA AZƏRBAYCANLILARI ÜZƏRİNDƏN AZƏRBAYCAN RƏHBƏRLİYİNƏ QƏBUL ETDİRMƏK İSTƏDİYİ YALANLAR VİDEO


Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.

Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının doğma Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində istifadə etmək, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.

2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan vermişdir.

         Ötən dövrün ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur.

 Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilib. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması da, məhz bu zərurətdən irəli gəlmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir. Bu mənada Azərbaycan Respublikası Prezidentinin “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Sərəncamı Azərbaycan Respublikasının diaspor quruculuğu işinə verdiyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirilməlidir.

Diasporla iş üzrə Dövlət Komitəsinin indiki sədri Fuad Muradov isə Komitənin bu məqsədlərini öz məkrli fəaliyyəti ilə demək olar ki sıfıra endirmişdir, sanki Komitə babası Bazirqaudan ona miras qalan bir əmlakdır.

Beləliklə, gələk əsas məqsədimizə. Noyabr ayının 21 Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət ünvanlayıb.

Düşünürük ki bu müraciət Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun fiaskoya uğrayan fəaliyyətinin üstünü örtmək üçün dünya azərbaycanlıları üzərindən Azərbaycan rəhbərliyinə böyük işlər gördüyünü əsaslandırmağa hesablanan yalanlardan ibarətdir.

Fuad Muradovun müraciətdə qeyd etdiyi: “Qətnamə layihəsi Senatda müzakirə olunan gün diaspor üzvləri Senatın binası qarşısında icazəli piket keçiriblər.” fikri tamamilə yalnışdır. əsası olmayan yalandır. (piketin tam orijinal versiyasını buradan izləmək olar:  https://youtu.be/rv-otEZk_vM)

Onlar daha öncədən çəkilən videonu həmin gün keçirilən piket olaraq təqdim edirlər.

Əgər Fuad Muradovun fikri ilə razılaşsaq, bəs onda piketin bu versiyasını necə başa düşək? https://www.youtube.com/watch?v=t0RAVvGua-8 Bu, Fuad Muradovun yalanını ifşa edən bir faktdır.

Çəkinin ölçü vahidi var. Sürətin, hündürlüyün də eynilə. Amma insanın saflığının, səmimiliyinin, dürüstlüyünün, mədəniyyətinin yaxşı və pis cəhətini ölçən cihaz yoxdur. Ona görə rüşvətxor. cinayətkar, xəyanətkar, pozğun, əli əyri, yalançı kefiyyətsiz insanlar çoxalıb. Belələrinin qarşısını almaq elə də asan deyil.

Diasporla iş üzrə Dovlət Komitəsinin yaydığı müracətin bu iddiası tam yalandır: “Aparılan sistemli və ardıcıl işin nəticəsidir ki, xaricdəki Azərbaycan icmaları vətənpərvərlik adı ilə manipulyasiya edən təsadüfi adamlardan təmizlənir, dövlətçilik maraq və mənafelərini hər şeydən üstün tutan insanların güc birliyinə çevrilir”.

Əvvəlcə mən rəhbəri olduğum fond haqqında Fuad Muradova qısa və tutarlı cavab vermək istəyirəm. Xaricdə olan yeganə təşkilatdır ki, iki dövlətin Prezidenti öz çıxışlarında fondun fəaliyyətinə yüksək qiymət verib. Fuad Muradov isə bizi gözümçıxdıya salıb. (Prezidentlərin original çıxışlarını buradan izləmək olar: https://youtu.be/EzcLCX0SqJU)

Qırğızıstan Prezidenti Sadır Japarovun dediyi: “Hörmətli İlham Heydər oğlu, bizim ölkədə Heydər Əlirza oğlu Əliyevin olduqca çox pərəstişkarı var. Bu, boş sözlər deyil. Bu, sübutdur – mən əlimdə “Azərbaycan xalqının dahi oğlu Heydər Əlirza oğlu Əliyev barədə xatirə” albomunu tutmuşam. Bu albomu onun pərəstişkarları hazırlayıblar və məndən xahiş ediblər ki, onu Sizə çatdırım. İcazənizlə Sizə təqdim edirəm”.

Bu albomun hazırlanması bizim fəaliyyətimizlə bağlıdır.

Azərbaycan Prezident cənab İlham Əliyevin bu sözləri isə: “Hörmətli Sadır Nurqojoyeviç, belə xatirə hədiyyəsinə görə sağ olun. Biz burada videokadrlarda Heydər Əlirza oğlunun “Manas”ın minilliyi təntənələrində iştirakını gördük və bizim nümayəndə heyətimizin bütün üzvləri, — mən onların hisslərinə şərikəm, eyni hissləri — fəxarət hisslərini, onun Azərbaycan və Qırğız xalqlarının qardaşlıq yolunu davam etdirdiyimizlə bağlı hissləri keçirdik. Lakin Siz mənə hələ bir kitab da bağışlamısınız.” Bu isə Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən bizim əməyimizə verilən yüksək qiymətdir. Çünki həmin görüntülər bizim sifarişimizlə çəkilən “İki Dahi Şəxsiyyət…” filmindən kadrlar idi.

 

 

 

 

 

 

 

 

 

 

Cənab Prezident İlham Əliyevun əlindəki albom və kitab tərəfimizdən hazırlanmışdır.

Özünü karlığa, korluğa, görməməzliyə vuranların bir daha diqqətinə çatdırım ki, Prezidentlərin çıxışlarında qeyd etdikləri tərifəlayiq fəaliyyətlər və Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdiyi albom və kitab da bizə aiddir. Aşağıda bu faktı təsdiqləyən sənəd verilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu da bir dəlil

Kitab tərcüməsi və nəşri böyük hadisədir. Bu həqiqətləri görməyənlər bizim nəşr etdirdiyimiz kitabları, onlar haqqında verdiyimiz məlumatları da görməmək üçün gözlərini yumanlardırlar. Kitabın nəşr edildiyi haqda məlumatı Diasporla iş üzrə Dövlət komitəsinin e-mail ünvanına göndərmişdim. Diasporada Orta Asiya üzrə şöbənin əməkdaşı Elmira Hacıyeva bizim göndərdiyimiz məlumatı görmədiyini deyirdi. Mən də həmin məlumatı ona birbaşa votsapla göndərirdim. Yenə də “görmürdü”, biz tərəfdən məlumat gələndə nədənsə onların gözləri kor, qulaqları isə kar olurdu. Dillərində isə tutuquşu kimi əzbərlədikləri vətənpərvərlik sözləri vardı.  Bizim gördüyümüz işlərin 10-undan birini saytlarında işıqlandırırdılar, qalanlarını isə “görmürdülər.”

İndi Fuad Muradovun bizə qarşı olan mövqeyi birmənalı olaraq mənfidir və qərəzlidir.

Bu il fevral ayının 22-də mənə Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Elmira Hacıyeva zəng edib dedi ki, sizə  Dünya Azərbaycanlılarının V Qurultayında  iştirak etməyiniz üçün bildiriş göndərmişik, həmin bildirişə cavab verin. E-maili açıb, təcili bildirişə cavab verdim. Sonra mənə anket göndərdilər, şəkil istədilər, gəlmək və qayıtmaq tarixini istədilər, — hamısını göndərdim. Diasporlarla əlaqələrimiz var. Onlardan maraqlanırdım nə vaxt gedəcəklərini. Bilet göndərilib ya yox? Digər Diasporlara bilet göndərildiyi halda məni “unutmuşdular.” Aprel ayının 6-da Elmira Hacıyevaya zəng etdim. O, mənə dedi ki, indi sizinlə şöbə müdiri Vüsal Məmmədov danışacaq. Vüsal Məmmədov mənə, “sizin Qurultayda iştirakınızı rəhbərlik ləğv edib”, — dedi.

Komitədə Fuad Muradovun köməkçisi olaraq bilinən Nəsirov Natiqə təcili  zəng edib məsələ ilə bağlı məlumat almaq üçün soruşdum: “Fuad Muradov mənim Qurultayda iştirakımı niyə ləğv edib, axı deyirdin, müəllim hər daim sizin fəaliyyətinizlə maraqlanır?”

Natiq Nəsirovun cavabı mənə belə oldu: “Burada müəllimlik bir şey yoxdur. Sizin Qurultayda iştirakınızı Prezident Administrasiyasından Azərbaycanın Qırğızıstandakı Səfirinin məktubu əsasında ləğv ediblər.”

Əvvəlcə mən Səfirliyə zəng elədim ki, məsələni aydınlaşdırım.  Onlar bildirdilər ki, ümumiyyətlə, belə bir məktub yazmayıblar, dedilər ki, sizi aldadıblar.

Azərbaycan Respublikası Prezident Administrasiyasına, müvafiq qurumun əməkdaşına zəng edib soruşdum ki, mənim Qurultayda iştirakım kimin marağına uyğun gəlmirdi? Mənə çox net şəkildə cavab verdilər: Qurultayın təşkilatçılarına da, dəvət edilənlərin siyahısında kimlərin adının qalmasına, kimlərin adının ləğv olunmasına da qərarı Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov verir.

Ağalar, kiminsə məndən xoşu gələ bilər, gəlməyə bilər. Hamının bir-birindən xoşu gəlmək kimi bir öhdəliyi yoxdur. Ancaq bizim hamımızın ortaq bir marağımız olmalıdır – o da Dövlətimizin və dövlətçiliyimizin maraqları. Bununla bərabər bizim vətənimizə, xalqımıza, Prezidentimizə sevgimiz ola bilər.

Fuad Muradov, bu qazanc əldə etmək xatirinə boğazdan yuxarı danışmaqla yox, qəlbin lap dərinliyindən gələn məhəbbətlə olmalıdır, həm də qarşılıq düşünmədən. Vətənimizə, Dövlətimizəə, Prezidentimizə məhəbbət sizdə yoxdur, əgər olsaydı həmin dəyərlər bizi birləşdirərdi.

Tutaq ki, cənab Səfir məktub yazıb, Prezident Administrasiyasında mənim adımı dəvət olunanlar siyahısından çıxarıblar. Onda bəs sən kimsən, Fuad Muradov, hanı bizim ortaq dəyərlərimiz? O ortaq dəyərlərin xatirinə məni istəməyən Prezident Administrasiyasının əməkdaşı ilə mənim aramda körpü olmalıydın. Müdafiə eləməliydin məni, heyif ki, etmədin. Etmək istəmədin!

Ancaq diaspor rəhbərləri ilə görüşdə yalandan dedin ki, Dövlətin maraqları olan yerdə mən hətta atamın sözünə belə baxmıram. Nə qədər ucuz və bayağı sözlər idi dediklərin. Əksinə, çalışdın intriqa yaradıb Səfirlə məni qarşı qarşı qoyasan. Budur sənin əsl xislətin.

Haşiyə. Bizim kənddə bir kişi var. Bir gün onun yoldaşı xəngəl bişirir. Xəngəli yeyərkən həmin adamın yoldaşı ağzını marçıldada-marçıldada yeyir. Əri yoldaşının başına əlindəki qaşıqla vurur. Yoldaşı ağlayaraq deyir, — axı məni niyə vurursan? Əri cavabında deyir ki, yeyərkən ağzını marçıldadatdığına görə. Qadın xəngəli çox sakit, ehtiyatla və yavaş-yavaş yeməyə başlayır. Bir az yeyəndən sonra əri əlindəki qaşıqla qadının başına təkrar vurur. Qadın deyir, indiki ağzımı marçıldadatmıram, bəs niyə yenə vurdun? Əri deyir, bayaq ağzını marçıldatdığın yadıma düşdükcə dəli oluram, ona görə. Mən də Fuad Muradovun elədiyi bu antimilli işləri yadıma saldıqca əsəbiləşirəm, dəli oluram. Ona görə də, əlimə qələm alıb başlayıram onun etdiyi yaramaz hərəkətləri yazmağa.

İndi keçək bəzi diaspor fəallarımızın etirazlarına. Feysbuk səhifəsində təsadüfən qarşıma çox maraqlı bir statutus çıxdı. Statusun müəllifi Hollandiyada yaşayan xanım çox fəal bir diaspor üzvüdür. Həmin xanımın təhdid edilməsini özündə əks etdirən mesajın şəkli də paylaşılmışdı. Üstündən heç bir saat keçməmiş status həmin xanımın səhifəsindən silindi.  Statusu olduğu kimi oxucularla paylaşıram:

“Həm suçlu, həm güclü… sizin 3 il şəkərbura, paxlava fəaliyyətinizdən fərqli olaraq, son 2 ildə 15 ilin işlərini gördüm:

— Rəqs edə-edə getdiyiniz Xocalı soyqırımına aid olan nümayişdən fərqli olaraq, mən Xocalı şahidlərinin kitabını tərcümə etdim;

— Holland dilində “Xocalıya  Ədalət vebsaytı” yaratdım; www.justiceforkhojaly.nl

— Xocalıya ədalət petisiyası hazırlandı, parlamentlə danışıqlar aparıldı.  Görüşə isə bizdən xəbərsiz gedib, Xocalı kitabını deyil də, kələğayı apardılar. DİDK-dan açıqlama istədim, dedilər bizlik deyil, səfirlik tapşırıq verib. Oynayın, həm də üç sifətli. Bir gün etdikləriniz yəqun ki, üzə çıxacaq.

— 44 günlük Vətən Müharibəsi zamanı və sonra nazırlik və parlamentlə durmadan kontaktlar yaratdıq, Azərbaycanın haqq səsini holland ictimaiətinə çatdırdıq;

— yerli və beynəlxalq televiziya, radio və qəzetlərdə Azərbaycan həqiqqətlərini yaydım;

— 2020-2022 ci illər arası 80-dən çox Qazi, Şəhid ailəsinə təmənnasız terapiya verdim. Bəzən gecə yatağımdan oyatdılar ki, qazimiz özünə sui-qəsd etmək istəyir. Qalxıb canla-başla kömək etdim, lazım gəlsə yenə də edərəm;

— Azərbaycanı 2017-ci ildə yıxıb sürüyən “For Magazine”-ni bizim haqqımızda pozitiv səda verəcək məqalələr yazmaq üçün razılaşdıq. Təəssüf ki, DİDK bu razılığımızı maliyələşdirməklə başqalarının adına yazdı.

— Viran qalmış Ağdamdan Holland dilində film çəkdirdim və Holland dilli portalda yayımlandı;

— Hələ 1993-2008 ci illərdə Azərbaycanda Qaçqın və məcburi köçkünlərlə ağır şəraitdə işlədiyim illərdəki fəaliyyət və nəaliyyətlərimi də demirəm.

İndi durub üstümə adam göndərib, sosial mediada artıq illərdir dolaşan bir videonu paylaşdığıma görə məni və yoldaşımı hədələyirlər. Elə bilirsiniz bilmirəm ki, bunu şəxsi konflikt zəmininə çevirib altından çıxmaq istəyirsiniz?

Trollardan xahiş, özünüz çixin dostluqdan!

Videoda nə ad çəkmişəm, nə də istinad etmişəm. Gedin, Xocalı əhlindən üzr istəyin.

Yalandan adımdan DİDK və Azərbaycanın Niderland Krallığındakı səfirliyinə də şaiələr deməyin. Ya da, bir geri baxın, bura necə gəlmisiniz… Utanın bir. Vaxtı ilə adından istifadə etdiyiniz şəhidin bacısıyam. Artıq susmayacam.”

Bu da Muradovçu əhli keflərin Xocalı soqırımı tədbirinə çal — çağırla getdikləri video, buyurun baxın, sanki bayram şənliyinə gedirlər:

Xanımın paylaşdığı statusda 24 fevral 2020 ci ildə Berlində 26 fevralda keçiriləcək Xocalı soyqırımı tədbirində iştirak etmək üçün Hollandiyadan avtobusla çal çağırla gedən üzdəniraq Fuad Muradovçu diaspor üzvlərinin ifşası idi.

Bu da həmin xanıma qarşı olan təhdid mesajı. O xanımın adı və telefonu bizə məlumdur.

Əgər şəhid bacısı və fəal diaspora üzvü olan İlkanə xanımdan üzr istənilməsə təhdid edənin adını və telefonunu ictimailəşdirəcəyəm.

Mən indi başa düşdüm ki diasporalar niyə bir birlərindən hüquq mühafizə orqanlarına şikayətlər yazırlar. Belə bir deyim var: “Ağası gülüm olanın başına külüm olar”. Axı Fuad Muradov da məndən Qırğızıstan KQBsinə yazmışdı. Bunu sözgəlişi dedim.

Diasporla iş üzrə Dövlət komitəsinin müraciətində xüsusi olaraq vurğulanır: “Aparılan sistemli və ardıcıl işin nəticəsidir ki, xaricdəki Azərbaycan icmaları vətənpərvərlik adı ilə manipulyasiya edən təsadüfi adamlardan təmizlənir, dövlətçilik maraq və mənafelərini hər şeydən üstün tutan insanların güc birliyinə çevrilir.” Fuad Muradovun “fəaliyyəti” müraciətdəki bu iddianın tam əksidir.  O, diasporlarımızı vətənpərvərlərdən təmizləyir, əvəzində isə təsadüfi adamları, özünə şərik olan yalançıları, əxlaqsızları və “farsbaşları” diasporaya gətirir.

“Təbliğat işlərinin, keçirilən etiraz piketlərinin mahiyyətinə kölgə salmaq istəyən, düşmən dəyirmanına su tökən bəzi “vətənpərvər” müxalif qüvvələr çirkin məqsədlərini yenidən ortaya qoyur, sosial mediada heç bir faktoloji əsası olmayan məlumatlar yaymaqla həmvətənlərimizi yanıltmağa, dövlətimizin beynəlxalq arenadakı uğurlarına xələl gətirməyə çalışırlar. Bununla da, Azərbaycan dövlətinə qarşı aparılan çirkin kampaniyaların iştirakçısına çevrilirlər.” Tutaq ki,  Fuad Muradov müraciətində tutuquşu kimi əzbərləyərək dediyi bu sözlər doğrudur. Ağayi Fuad onda bu videoda göstərilən görüntülərə cavab verin. https://www.youtube.com/watch?v=t0RAVvGua-8

Hörmətli oxucular, Ağayi Fuad bu vudeodakı görüntülərə cavab verməsə, sonrasını  sizin öhdənizə buraxıram. Nəticəni deyin, kimdir düşmən dəyirmanına su tökən müxalif qüvvə?

Manipulyasiya edərək, Dövlətimizi, Prezidentimizi aldatmağa çalışan sənsən, ağayi Fuad Muradov. Dəfələrlə tələb etdik ki, televiziya kanallarının birində sizinlə canlı debata çıxaq. Burada da gözə kül üfürdün, özünə sərf edən şəkildə canlı debat təşkil etdin. Öz əməkdaşın olan bir trola sual verdirdin. Debata qoşulmaq üçün isə bizim telefonlarımız cavabsız qaldı.

Bu da sizə növbəti fakt: “Diaspor Komitəsi ilə bağlı daha bir faktı paylaşıram.

Asan radioda Fuad Muradov çıxış edir, Komitənin Avropa şöbəsinin əməkdaşları Elvin Əsgərov və Könül Əliyeva başqa ad soyadla cənab sədrlərinə hazırlanmış suallar verirlər .

Elvin Əsgərov efirə Emil Quliyev adı ilə çıxır. Buyurun dinləyin, şərhlər sizdən. Emilin (əslində Elvinin) sualını dinləyin. (Fuad Muradova verilən sualı bu linkdən izləmək olar.)

https://www.facebook.com/100003685635569/videos/1161491224775909/

(*Bir diaspor fəalının feysbuk səhifəsindən götürülüb)

Arzu edərdim ki, belə oyuncaq efirlərə hörmətli mediamız birdə alət olmasın.

Əziz dostlar, ağayi Fuad Muradovun yaratdığı diaspora koordinasiya şəbəkələri bundan artıq heç nəyə qadir deyildir. Düşünürük ki Fuad Muradov bunları məqsədyönlü şəkildə edir. Onun  fəaliyyətinin əsəs istiqaməti Prezidentimizin xaricdəki dayaqlarını zəiflətməyə və Prezidentmizin Beynəlxalq aləmdə artan nüfuzuna kölgə salmağa yönəlib.

Fuad Muradovun müraciətində daha sonra deyilir: “Məlum olduğu kimi, noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senat Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edib. Noyabrın 28-də isə hakim partiya nümayəndələrinin təqdim etdiyi bu qətnamə Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılacaq”.

Növbəti araşdırmamızda Fuad Muradovun  çirkin məqsədlərini yenidən ortaya qoyduğunu sübut etməyə çalışacağıq.

Əvvəlcə İlhan Aşkinin kim olduğunu onun özünün yazdığı statusla xaraktirizə edək. İlhan Aşkin Hollandiyada Dövlət sosial fondundan aldığı yardımla yaşayan Türkiyəni və Azərbaycanı sevməyən bir şəxsdir. İstinad etdiyim sənəd onun özünün paylaşdığı statusa söykənir

 

 

 

 

 

 

 

 

Dövlət Sosial fondunun yardımı ilə yaşayan bir şəxs sizcə hər hansı bir tədbiri maliyələşdirə bilərmi?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Farid Amiraliyevin  isə kim olduğunu, Praqaya necə gedib çıxdığını araşdırmaq kifayətdir ki, onun kimə və nəyə xidmət etdiyi məlum olsun. O zaman Ağayi Fuad Muradovun yaratdığı “Vətənpərvərlər” ordusu üzə çıxar.

 

 

 

 

 

 

 

Çox üzücü faktdır ki Ağayi Fuadın təkidi ilə Noyabrın 28-də  hakim partiya nümayəndələrinin təqdim etdiyi qətnamənin Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılmasına etiraz üçün Hollandiyadan heç kəs getmək istəmir. İş o yerə çatıb ki təşkilatçılar bir birinə səsli mesaj göndərirlər ki, “Gedib-gəlmək xərci bizdən, hoteldə qalmaq xərci də bizdən, gedib orada bir-iki saat bayraq yelləyib gedərik alış verişə, sonra da qayıdıb gələrik.”

Rəzalət! Biabırçılıq! Fuad Muradovun xaricdə koordinasiya adı altında qurduğu əsl diaspora şəbəkəsi budur.

Ağayi Fuad niyə diasporumuzu bu hala saldın? Bu dəfə demə ki səni istəməyənlər şər atırlar, yalan deyirlər. Məndə sənin xaricdə qurduğun «Vətənpərvərlər» şəbəkəsinin səs yazısı  var, lazım gəldikdə paylaşacağam. Biz tədbirlər keçirəndə dəvət olunmayanlar bizdən küsürdü. 2007- 2008 ci illərdə Ulu öndər Heydər Əliyevin 84 və 85 illiyinə 850 nəfərlik Opera və Balet  teatrına 1500-dən çox, 1250 nəfərlik Dövlət filarmoniyasına 2000-ə yaxın adam yığmışdıq. Buradan izləyə bilərsiniz:

  1. https://www.youtube.com/watch?v=icg4dox3jSg
  2. https://www.youtube.com/watch?v=ipa9EF6lOBI&t=8s

Əzbərlədiyiniz gəlişigözəl sözlərlə Dövlətimizi, Prezidentimizi aldatmağa çalışmaq lazım deyil, Fuad Bazirqaunun nəvəsi! Bunu etməyə sizə imkan verməyəcəyik!

Fransada 70 min Azərbaycanlı, 900 mindən çox türk yaşayır. Ermənilərin isə cəmi sayı 750 minə yaxındır.

Hörmətli azərbaycanlılar, bildiyiniz kimi, 15 iyun 2021-ci il tarixində, Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan və türk dillərində olmaqla iki əsl nüsxədə Bəyənnamə imzalamışlar. Həmin Bəyənnaməyə görə, müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylər birləşdiriləcək.

Bu məqsəd Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində ifadə olunub.

Sənəddə qeyd olunur ki, tərəflər ölkələrinin təqdim edilməsi və milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diasporal fəaliyyətin əlaqələndirilməsini və qarşılıqlı dəstəyi təşviq edəcəklər.

“Tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər”, — deyə Bəyannamədə vurğulanır.

Beləliklə əgər ağaqyi Fuad Muradov səmərəli fəaliyyət göstərsəydi, Şuşa bəyənnaməsinin bu müddəalarına əsaslanaraq Fransada yaşayan bir milyonluq türk və Azərbaycan icmasından heç olmasa min nəfər mitinqə çıxara bilərdi, başqa dövlətlərdən mitinq üçün avtobusla “əhli-kefləri” daşımağa ehtiyac qalmazdı.

Sonda onu da qeyd edim ki ağayi Fuad Muradov nəzərinizə çatdırım ki, biz etdiklərimizin hamısını öz şəxsi maliyəmiz hesabına edirik, siz isə Dövlətimizin büdcəsini talayaraq edirsiniz. Aradakı fərqi heç zaman unutmayın. Bizim etdiyimiz işlər isə sizin dövlət büdcəsindən maliyələşən qurumun işindən dəfələrlə çoxdur. Yenə də təkrarən sizi istədiyiniz televiziya kanalına canlı debata səsləyirəm, ictimaiyyət qarşısında siz də hesabat verin, mən də.

Əgər sizin bizdən çox və effektli işlər gördüyünüzü sübut edə bilsəniz, mən bir daha sizi- Diasporla iş üzrə Dövlət komitəsinin sədri ağayi Fuad Muradovu tənqid etməyəcəyimə söz verirəm.

Və sonda: Bilmirəm, siz cənab Prezidentimizlə heç qarşı qarşıya oturaraq söhbət etmisinizmi? Bu, mənə bir neçə dəfə nəsib olub. Onu deyə bilərəm ki Prezidentimiz çox alicənab, sadə və hümanist bir şəxsiyyətdir. Düşünməyin ki havaya sovurduğunuz yalanları təkcə bizlər bilirik. Əminəm  sizin hər addımınızdan Prezidentimiz xəbərdardır. Sizə bir ağsaqqal məsləhəti verim. Bütün səhvlərinizi etiraf edərək Prezidentimizdən üzr istəyin. İnanın ki o sizi bağışlayacaq.  Çünki O, böyükürəkli, sadə və hümanist bir adamdır. Nə qədər ki yalanlar uyduracaqsınız, özünüzü daha da dərin bataqlığa salacaqsınız. Unutmayın; O, nə qədər böyükürəkli, sadə və hümanist adam olsa da yalanlara, xəyanətə qarşı “Dəmir yumruq” yerindədir! Əlbəttə, bunu edəcəyinizə məndə əsaslı şübhələr var, ona görə ki siz böyük ambisiyalarla yaşayırsınız!

 

 

 

НОВОСТНАЯ ЛЕНТА