Время в Баку - 10:48

САМОЕ ЧИТАЕМОЕ

BÖYÜK MESENAT NÜSRƏT BƏYƏ, SAYĞILARIMLA


Indi deynən, sənə neçə yazmayım şeir?
Səndə vuran ol ürək də Azərbaycandır!
Bişkekdəki bir taleyə milyonlar əsir,
Sənin Dünyan dağuna* tək püskürən candır!*
Sənin Dünyan vulkan təki püskürən candır!
Səndə vuran ol ürək də Azərbaycandır!🌹
_______________________
*Dağuna — gil yazı türkcəsincə vulkan.
Sənə qoyulan ad da Allahın vergisidir. Valideynlər qoysa da u adı, sən Göynüklüdə doğulanda valideynlərin, yəqin ki, Musa Baba ad axtarmayıb. Yerdə uzanıb mürgü vuranda ona Yaradannan səmaları yaran vəhy gəlib:
— Eşidirsəən, Musa? Bu uşağın adını NÜSRƏT qoy.
O böyüyüb ƏRKAN oğlan olanda, mən onu Vətəndən çox-çox uzaqlara atacam, mənim adımı daşıyan dağlar qoynuna. TANRI DAĞLARINA. Və o orada böyük mesenatlıq edəcək. İnsanların mənəvi dünyasını oxuyub da, kitablarının nəşri ilə onlara sayğı bəsləyəcək.
Musa baba hövlnak gözlərin açıb, uşağın anasına:
-Arvad, oğlumuzun adını NÜSRƏT qoydu Böyük Yaradan!
Dedi ki, NÜSRƏT Gil yazılı Türk dilində də, ərəb dilində də «KÖMƏK», «ALLAH KÖMƏYİ» deməkdir. Dini mənası isə «Nailiyyət», «Müvəffəqiyyət», «Üstünlük», «Ucalıq»dır.
Ana yaman sevindi:
«-Neynək dedi, Allahın əmri nədir, o da olsun»! Təki balamız xöşbəxt olsun. Öz aramızdır, kişi, çox da gösəl səsləney.
Ana şirin Şəki ləhcəsində sevincini bölüşdü.
***
İsa Peyğəmbər doğulanda zahı anasını tövlədə gizlətmişdilər. Bakirə qız hamilə qalmışdı. Xalq doğum anını necə qəbul edəcəkdi? Uşağı qəbul edən 2-3 nəfər kişili-qadınlı onu yuyub sərəndən sonra, çölə çıxdı. Tövlənin eşiyi adamla dolu idi.
-Siz burada neynirsiz? Kişi, soyuqda donan camaatdan soruşdu.
-İnanc yerimiz olan uşaq dünyaya gəlir, ona səcdəyə gəlmişik.
Kişi tövləyə qayıdıb:
-Uşağımızın adını İMANU EL qoydum!..
O hələ doğulmamışdan millət ona inama gəlir.
***
İsa Peyğəmbərin ilkin adı Emanuel oldu. Niyə ona adı türkücə verdilər? Müəmmalıdır.
***
2011-in Oktyabrında İndiana ştatından bir xanım zəng vurdu:
-Hello, Dr. Azerturk, sizin kitabınızı ən əlverişli qiymətlə bizim nəşriyyatda çap etməyə hazırıq dedi.
Mənim çap elətdirmək üçün kitabım-zadım yox idi. Yazdığım 5-6 kitabımı özüm çap elətdirmişdim. Həmən xanım, həmin gün 4-5 dəfə telefon açdı. Və israrcasına olmayan kitabımın nəşri üçün xLibris nəşriyyatına 3500 dollar ödəməyə məcbur etdi. Və kontrakt imzalatdırdı. İlk gün məbləğin 860 dollarıı mənnən ciri-cigginən qopardı. Sonra hər ay pul ödədim. Amma kitab yox idi. O gündən çoxdan yazmaq istdəiyim Genezis Türk`ün üstünə çökdüm. 4 il gecə-gündüz onu rusca bitirdim — 1300 səhifəlik. Nəşriyyat əlyazmamı bilgisayarda alan kimi, geri qaytardı: Bizim rus dili üzrə mütəxəssisimiz yoxdur, bağışlayın. Biz kitaba cavabdehik. Nə yazıldığından xəbərimiz olmaya-olmaya onu nəşr edə bilmərik.
Amma sağ olsun, Nəşriyyat meneceri təmiz adam çıxdı. Pulları sonuna kimi qaytardı hesabıma.
İndi kitabla qaldım ortada. Onu redaktə eləmək lazım idi. Azərbaycanca qurtarmışam məktəbi, institutu. Dissertasiya yazanda rus dilin öyrənmişəm. Həmin pulu Bakıda bir professor-redaktora ödədim. Redaktə zəif idi. Məcbur olub Nyu York nəşriyyatlarının biri ilə kontrakt bağladım. Düz 8 min dollar da redaktəsi, dizaynı, 2 cildin kitab formatına salınması üçün əlavə aldılar məndən.
Kitab bir il qaldı əlimdə. FB-də yazılarımı həmişə izləyib, Sədərəkdə sevinən virtual dostum Əli Nəcəfoğlu Əliyevə dərdimi dedim. Deyəsən zəng eləmişdi. O mənə «ALLAHIN KÖMƏYİN», yəni NÜSRƏTİ nişan verdi.
Və Kitab ilk dəfə 2017-də 2 cilddə, Bişkekdə NÜSRƏT müəllimin Fondunun dəstəyi ilə işıq üzü gördü. Sonra onu öz puluma Sankt-Peterburqda (2018), Bakıda (2019) yenidən nəşr etdirdim.
Bəli, TÜRKÜN QIZIL KİTABI adlandırdığım u kitabın həyata ilkin vəsiqəsini BÖYÜK MESENAT NÜSRƏT MƏMMƏDOV yazdı.
***
Indi deynən, sənə neçə yazmayım şeir?
Səndə vuran ol ürək də Azərbaycandır!
Bişkekdəki bir taleyə milyonlar əsir,
Sənin Dünyan dağuna* tək od verən candır!*
Sənin dünyan vulkan təki püskürən candır!
Səndə vuran ol ürək də Azərbaycandır!🌹
_______________________
*Dağuna — gil yazı türkcəsincə vulkan.
☘☘☘ ☘☘☘
🌹BİZİM BÖYÜK DOSTUMUZ, AZƏRBAYCANIN DÜNYABOYU BÖYÜK DOSTU FUAD MURADOV DA BU KİTABIN ABŞ-da NƏŞRİNƏ BÖYÜK DƏSTƏK GÖSTƏRDİ. TAMAMİLƏ ÖZÜNÜN TƏŞƏBBÜSÜ İLƏ. DÜZDÜR, İNGİLİS DİLİNDƏ VERDİYİM VAXTA NƏŞR ELƏTDİRƏ BİLMƏDİM KİTABLARI. YENƏ DƏ SƏNİN TANIŞLIĞINLA LONDNDA REDAKTƏ OLUNDU. İNDİ PULUN BÖYÜK QALIĞIN DA QIZIM WU-la GÖNDƏRDİ. YOLLADI LONDONA. KITABI ARTIQ NƏŞRƏ HAZIRLAYIRAM. GENİŞ ÜRƏYİNƏ, VƏTƏNƏ OLAN SEVGİSİNƏ, BÖYÜK SƏBRİNƏ GÖRƏ FUAD MÜƏLLİMƏ AYRICA TƏŞƏKKÜR ETMƏYİ ÖZÜMƏ BORC BİLİRƏM. KİTABIN BİRİNCİ CİLDİ TEZLİKLƏ NƏŞR OLUNMALIDIR
НОВОСТНАЯ ЛЕНТА