Время в Баку - 03:13

САМОЕ ЧИТАЕМОЕ

Bişkekdəki Heydər Əliyev adına məktəbə layiqli töhfə — FOTO


Bu gün Bişkekdə fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli məktəb- gimnaziyasında yaradılmış Heydər Əliyev guşəsinə layidli töhfə edilmişdir.
Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov,  diasor fəalı Əli Əliyevlə birlikdə  Heydər Əliyev adına məktəb-gimnaziyada olmuşlar.

Əvvəlcə Məktəb-gimnaziyanın direktoru Alımkulova Kanıkey Zakonbekovna qonaqları məktəbin sinif otaqları ilə  tanış etmiş.

Sonda Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov Bişkekdə rəhbəri olduğu fondun sifarişi ilə tərcümə edilib, nəşr edilmiş kitabları məktəb- gimnaziya hədiyyə etmişdir.

Töhfə edilmiş kitablar arasında Qafar Əliyevin müəllifi olduğu «Azərbaycanın xarici siyasəti və həqiqi dostları», «Müasir Azərbaycanın qurucusu və banisi» rus və qırğız dillərində, Amerikalı alim Tariyev Azərtürkün müəllifi olduğu «Türkün dili və kökəni, gil yazılar əsasında» ikicildliyini,Ulu Öndər Heydər Əliyevə, Mir Cəlal Paşayevə və Çingiz Aytmataova həsr olunmuş QR MEA nın orqanı olan «Ədəbiyyat və incəsənət» jurnalının nömrəsini, AR MEA Bakıxanov adına tarix institutu alimlər qrupunun müəllifi olduğu «Ermənilərin Azərbaycan ərazisində törətdikləri vəhşiliklər tarixi faktlarla» rus və ingilis dillərində, Həmin institutun alimi Güntəkin Nəcəflinin müəllifi olduğu, «Çar Rusiyasının Azərbaycan ərazisində erməni dövləti yaratmaq cəhdləri» rus dilində, Kanıbek İmanaliyevin müəllifi olduğu «Qırğızlar» Azərbaycan dilində və bir sıra başqa kitabları hədiyyə etmişdir.

Xatırladaq ki Kanıbek İmanaliyevin müəllifi olduğu Azərbaycan dilindəki  «Qırğızlar» kitabını Qırğızıstan  Respublikasının Prezidenti Sadır Japarov bu il oktyabr ayının 11 də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə təşkil olunmuş qəbulda ona hədiyyə etmişdir.

Qeyd edək ki  Heydər Əliyev guşəsində kitabları hədiyyə edərkən məktəb- gimnaziyanın direktoru Kanıkey Alımkulova ilə yanaşı, tədris işləri üzrə direktor müavini Lyubov Lısenkova, Elmi-metodik işlər üzrə direktor müavini

Minara Yakupova, Ibtidai siniflər müdiri Qalina Fadeyeva və Manasşünas Çolpon Kudayberqenova da  iştirak edirdilər.  Məktəb- gimnaziyanın direktoru Kanıkey Alımkulova Fondun Prezidenti Nüsrət Məmmədova hədiyyə üçün məmnun olduğunu  və ona dərin minnətdarlığını bildirdi. Nüsrət Məmmədov öz növbəsində Fondun Bişkekdə nəşr etdirdiyi bütün kitablardan bundan sonra da məktəbə hədiyyə edəcəyinə söz verdi.

НОВОСТНАЯ ЛЕНТА