Время в Баку - 03:55

САМОЕ ЧИТАЕМОЕ

Bişkekdə anım günü keçirilmişdir


Dünən, sentyabrın 27 də Bişkek şəhərindəki Azərbaycan Meçitində keçirilən Qarabağın işğaldan azad edilməsi üçün başladılan 44 günlük Zəfər müharibəsinin ildönümü münasibəti ilə anım mərasiminə qatıldım. Tədbiri Bişkekdəki «Azəri» İctimai Birliyinin Prezidenti Əzizağa Əliyev təşkil etmişdi. Qeyd edək ki tədbirin təşkilatçılığı yüksək səviyyədə idi.
Tədbirdə mənə də söz verildi. Çox təəssüflər olsun ki tədbirdə iştirak edən fars əlaltılarının səyi nəticəsində çıxışım yarımçıq qaldı. Fars əlaltıları olan azərbaycanfobların bəziləri mənim üzərimə hücum edərək tədbiri tərk etdilər. Onların hamısının adlarını, kimin oğlu İranda molla təhsili aldığını gələcək yazılarımda açıqlayacağam.
Həmin çıxışımın tam mətnini feysbukda paylaşıram. Buyurun oxuyun. Rəyləriniz maraqlıdır.
«Əziz dostlar və soydaşlar, əvvəlcə istərdim Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başladılan 44 günlük zəfər müharibəsi ilə əlaqədar üzdəniraq qonşumuzun xoşagəlməz hərəkətləri haqqında sizləri məlumatlandırım.
1. İran parlamentinin millət vəkili Kazım Delxoş azərbaycanlıları təhqir edib.
O, azərbaycanlılara Maku şəhərində, Bazırqan sərhəd keçid məntəqəsində olan zaman aşağılayıcı ifadə işlədib. Belə ki, görüşlərinin birində telefonla danışan Delxoş, “Bunlar türkdür, heç nə anlamazlar” sözlərini söyləyib.
2. İranın Baş Qərargah rəisi general Məhəmməd Baqiri SƏRSƏM AÇIQLAMA edib. O deyib: Azərbaycana 4000 raket atıb, Bakını məhv edərik. Əgər Azərbaycan tərəfə İrandan bir güllə belə atılsa İran adlı Dövlət bir həftə ərzində Azərbaycan Dövlətinə çevriləcək.
3. İranın ali dini rəhbəri ayətulah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətulla Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirib.
Amili Ərdəbilin cümə namazı xütbələrində deyib: «Şirin quyruğu ilə oynama!» Çaqqalla dostluq edən şirin quyruğunu kəsmək bizim üçün o qədər də çətin olmaz, ağayi Amili.
4. İran parlamentinin deputatı Məhəmməd Rza Əhmədi Azərbaycan haqda düşməncə ifadələr işlədib.
İranlı millət vəkili Məhəmməd Rza Əhmədi Twitter hesabından Azərbaycanın Qarabağdakı möhtəşəm qələbəsi haqqında rəzalət dolu ifadələr işlədib.
O, deyib: “Bakı idarəçiləri Türkiyə sayəsində qazandıqları zəfəri özlərininki sayıb, qürurlanırlar. Sizin kiçik ölkənizin tarixi bizim ən gənc millət vəkilimizdən azdır”
Görünür İran parlamentinin deputatının tarix bilgisi ya çox azdır, ya da ümumiyyətlə Azərbaycanın BÖYÜK ZƏFƏRİ adamın psixoloji durumuna təsir edib.
Azərbaycanı “Bakı idarəçiləri” adlandırmaqla həddini aşan Əhmədi bəlkə İran adlanan coğrafiyanın və hətta müasir İran dövlətinin uzun əsrlər boyunca Türk hökümdarlar tərəfindən idarə edildiyini unudub? Əhmədi soyadlı deputat İran dövlətini 1925-ci ilədək idarə edən Qacarları unudubmu? Bəs həmin Qacarların nə az, nə çox düz 1000 il İranı idarə etməsi faktını necə, unudubmu?
Ona Mirzə Ələkbər Sabirin “Ağladıqca kişi qeyrətsiz olur” satirik şeiri ilə cavab verək:
«Ağladıqca kişi qeyrətsiz olur,
Necə ki, ağladı İran oldu…».
Əhmədi soyadlı həyasız deputat bilməlidir ki, bu gün İran adlı dövlət varsa, çox təssüf ki məhz Türk hökümdarların səbəbinə mövcuddur. O ki qaldı Azərbaycanın Qarabağdakı BÖYÜK ZƏFƏRİNƏ qısqanclıqla yanaşmağa, iranlı deputat bilməlidir ki, məhz Qarabağdakı möhtəşəm qələbədən sonra bölgədə yeni siyasi və iqtisadi reallıqlar formalaşıb. Tehranlı idarəçilər bu qələbəyə kin qusmaqla bölgənin reallıqlarından kənarda qala bilərlər. Yalnız mövcud reallıqlara dəstək vermələri və uymaları halında iqtisadi layihələrdə iştirak hüququ qazana bilərlər.
O ki qaldı qardaş Türkiyənin Azərbaycana dəstəyinə, Azərbaycan və Türkiyə dünyada bənzəri olmayan iki qardaş və təbii müttəfiqlərdir. Bəs bu deputat İran da daxil olmaqla bir çox ölkələrin Ermənistana verdiyi hərbi-siyasi dəstəyi niyə unudur? 44 günlük savaş dövründə İran ərazisində Ermənistana gedən hərbi yük karvanlarını unutduğumuzu zənn edirsiniz? Bəs İran ərazisinidən keçib Qarabağa ermənilər üçün döyüşməyə gələn PKK terrorçuları? Bəs müharibə dövründə və sonra İranın ermənilərə etdiyi yardımlar?
Tehrana bir həftə vaxt verildi
İran-Azərbaycan münasibətlərində soyuqluq davam edir. Son günlər Gorus-Qafan yolunda yaşanan məlum hadisələrdən sonra İran tərəfi nəinki özünü günahkar hesab etmir, hətta bir çox addımlarla Azərbaycana qarşı qərəzini açıq şəkildə göstərir.
İranın ölkəmizə yönəlik qeyri-konstruktiv mövqeyi, işğalçı Ermənistana dəstəyi bu ölkədə yaşayan soydaşlarımızı ciddi narahat edir. Sosial şəbəkələr üzərindən etirazını ifadə edən güney azərbaycanlıları İrana sentyabrın 27-nə — Vətən Müharibəsinin başlanmasının birinci ildönümünə qədər vaxt veriblər. Həmyerlilərimiz rəsmi Tehrandan Azərbaycana qarşı qərəzli münasibətdən üz döndərməyi tələb edirlər. Azərbaycana münasibətdə müsbət dəyişiklik baş verməyəcəyi təqdirdə İran əhalisi arasında çoxluq təşkil edən azərbaycanlıların ayağa qalxacağı, kütləvi aksiyalarla ölkə rəsmilərinə etiraz edəcəyi bildirilir.
5. İran Azərbaycanla münasibətləri heç vaxt həqiqi dostluq üzərində qurmayıb və qərəzli mövqe sərgiləyib.
“İran ərazisində tarixi torpaqlarımız var, xalqımızın, ziyalılarımızın bu torpaqlara tarixdən doğan mənəvi haqq kimi iddiası göz önündədir. İranda 45 milyon soydaşımız yaşayır, eyni dili, tarixi, mədəniyyəti paylaşırıq. O soydaşlarımızın ümidi, nuru Azərbaycan dövlətidir. İranın bunlarla barışacağını, Azərbaycanla həqiqətən dost kimi yan-yana dayanacağını düşünmək sadəlövhlük olar. İran-Azərbaycan dostluğu bu şərtlər altında heç zaman möhkəm ola bilməz”.
İranda yaşayan soydaşlarımız hər zaman Azərbaycanla bağlı mövzulara öz münasibətini bildiriblər:
Azərbaycanlılar etirazlarla, küçələrdə aksiyalar keçirməklə, sosial şəbəkələrdə trendlər yaratmaqla mövqeyini ifadə edirlər. Bu gün də vəziyyət davam edir və hətta durum günü-gündən şiddətlənir.
Biz Zəngəzur dəhlizi və Azərbaycanın tarixi torpaqları məsələsini qaldırılmalı, bunun təkcə dövlətin deyil, ümumilikdə Azərbaycan xalqının istəyi olduğunu vurğulamalıyıq. Zəngəzur dəhlizi bütün Azərbaycan xalqına lazımdır. İranın Azərbaycana göstərdiyi aqressiv münasibəti bütün azərbaycanlılar qınayırlar. Lazım gələrsə, bir Azərbaycanlı kimi biz də Azərbaycan dövlətinin və maraqlarının arxasında dayanacağıq. Artıq o dövr deyil ki, kimsə Azərbaycana qarşı hərbə-zorba dili ilə danışa bilsin. Bu məsələdə hamımız həmrəyik, birik. Azərbaycana qarşı yönələn bir gülləyə belə ciddi şəkildə cavab veriləcəyik. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, tarixi ədalətin bərpası, Zəngəzur bizim milli məsələmizdir və biz bütün bu problemlərin həllini tələb edirik”.
Qürur hissi ilə dəyə bilərik ki gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır.
İnanıram, bu gün Azərbaycan şairi, milli mücahid Əhməd Cavadın ruhunun şad olduğu gündür. Bu gün Nuru Paşanın, Ənvər Paşanın, İslam Qars Ordusunun əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür.
Bu gün hamımız, bütün türk dünyası üçün böyük qürur günüdür. Qarabağ Azərbaycandır! Qarabağ artıq ana vətəni ilə qucaqlaşmış, 30 illik həsrət sona çatmışdır. Türkiyə, Azərbaycan, Pakistan və İsrail kürək-kürəyə verdiyi müddətdə bütün çətinlikləri birgə aşmağa davam edəcək”.
Əziz soydaşlar təklif edirəm ki diasporumuz adından İranın Qırğızıstandakı səfirliyinə müraciət ünvanlayaq. Müraciətdə belə neqativ çıxışlara öz etirazımızı bildirməli, İranda yaşayan soydaşlarımızın hər bir aksiyalarında onların yanında olduğumuzu qeyd etməliyik.
Bu, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan balalarınızın, qardaş və bacılarımızın ruhunu şad edər.
Şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
Qarabağ Azərbaycandır!
6. Sonda Azərbaycanın Qırğızıstandakı erməni xislətli səfiri Hidayət Orucov haqqında bir neçə söz demək istəyirəm.
Əziz dostlar, inandırım sizi Qırğızıstan Azərbaycan əlaqələrinin inkişafına, Qırğızıstanda yaşayan Azərbaycanlıların təşkilatlanmasına Hidayət Orucovun vurduğu ziyanı heç ermənilər vurmayıb. O, Qırğızıstana səfir təyin olunan gündən bu günə kimi əsas işi Azərbaycanlılar arasında nifaq salmaq, KQByə donoslar yazmaq olub. Hamını bir birinə vuruşdurub, bir birinə donos yazdırıb. Rəhmətlik Çingiz Ələsgərov Hidayət Orucovun şərəfsizin biri olduğunu elə ilk görüşdən hiss eləmişdi. Ona görə də səfirliyin keçirdiyi bütün tədbirlərdə iştirak etməkdən imtina etmişdi. Onun ruhuna bir fatihə deyək. Məkanı cənnət olsun. Mən bir kitab yazmışam, “İblislərin oyunu” (Проделки демонов). Həmin kitabda dəlillərlə Hidayətin 10 illik səfirlik dövründə etdiyi bütün xainlikləri, satqınlıqları, şərəfsizlikləri qələmə almışam. Azərbaycanlıların bir olaraq, Hidayət kimi xainlərə birgə cavab verilməyimizi Allahdan arzu edirəm. Sağ olun!»
Azərbaycanfobların təziyiq altında tribunanı tərk etməzdən əvvəl Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun tərcümə etdirib, nəşr etdirdiyi kitabların nüsxələrini «Azəri» İctimai Birliynin Prezidenti Əzizağa Əliyevə təqdim etdim. İctimai Birliyin Prezidenti Əzizağa Əliyevə təqdim etdiyim kitabların siyahısı:
1. Türk dünyasının dahi şəxsiyyəti — (müəlliflər qrupu)
2. Ruhlarla söhbət- Vaqif Aslan (Türk və özbək dillərində)
3. Çingiz Aytmatov imperiyanın son yazıçısı-Osmonakun İbraimov
4. Qırğızlar- Kanıbek İmanaliyev
5. Азербайджан XVIII-XIX веках- Гюнтекин Наджафли
6. Игры Великих держав по созданию Армянского государства на территории Азербайджана- Ягуб Махмудов, Гюнтекин Наджафли
7. Писменное наследие Кавказских албан- Бахтияр Тунджай
НОВОСТНАЯ ЛЕНТА