Время в Баку - 21:52

САМОЕ ЧИТАЕМОЕ

Bir sıra tanınmış şəxslər Prezident İlham Əliyevi qələbə münasibəti ilə təbrik etdi


Cənab Prezident!

Hakimiyyətdə olduğunuz illərdə uğurla həyata keçirdiyiniz siyasət nəticəsində Azərbaycanın  yeni tarixi qızıl hərflərlə yazılır. Qızıl hərflərlə yazdığınız  bu tarixi biz də diaspor olaraq yerlərdə fəxrlə təbliğ edirik

Cari il sentyabrın 27-də Ermənistanın atəşkəsi pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamasından  sonra Sizin əks-hücum əmrinizlə şanlı Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistanın əsarətində olan bir sıra şəhər və kəndləri qısa müddətdə işğaldan azad etdi.

Torpaqlarımızın düşmən işğalından azad edilməsi,  Dünya Azərbaycanlılarının və Türklərinin də illərdir arzu etdiyi xəyallarının gerçəkləşməsi deməkdir.

Əks-hücum əməliyyatları başladığı gündən, Diaspor   təşkilatları  da ətrafınızda yumruq kimi birləşərək, Sizi qeyd-şərtsiz dəstəklədi və dəstəkləyəcək.

Sizin dediyiniz “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” ifadəsi artıq vətənpərvərlik harayına çevrilib. Bu böyük işi Sizin komandanlığınız ilə müzəffər Azərbaycan Ordusu bacardı. Şəhidlərimizin qanı yerdə qalmadı! Şəhidlərimizin ruhu şad oldu!

Bu mübarizədə hər zaman olduğu kimi, Dünya Azərbaycan və Türk diasporları ilə birlikdə Sizin yanınızdayıq və hər bir əmrinizə tabeyik.

Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz  qətiyyət və səbrə görə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirik.

Şuşa qələbəsindən sonra Böyük Zəfər müjdənizi səbirsizliklə gözləyirik ifadəsi az sonra öz təsdiqini tapdı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə müharibə cəbhəsində tam qələbə qazandıq.  Güclü Azərbaycan Ordusunun cəbhədəki zəfəri ilə yanaşı, siyasi müstəvidə də qələbəni təmin etdiniz. Böyük zəfərin mubarək, cənab ali baș komandan!

Dərin hörmətlə,              “LİDER” qrupu adından Nüsrət Məmmədov

“Dünya azərbaycanlıları və digər türkdilli xalqları ittifaqı” ictimai Birliyinin Prezidenti

Təbriki imzaladılar;

  1. Yaqub Mahmudov- akademik
  2. Zərifə Quliyeva-
  3. Murafaddin Sakimov- Dünya Ahıska Türkleri Birliği(DATUB) kurucu üyesi (Təsisçisi)
  4. İsmayıl Rəhimov- Azərbaycanda yaşayan Axısxa Türkləri «Vətən» İctimai
  5. Leyla Gərayzadə — professor
  6. İnqilab Şirinov ( Şirinbəyli) «Kanal32» İnformasiya Agentliyinin Baş direktoru
  7. Məhərrəm Nəcəfzadə- İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri.
  8. Güntəkin Nəcəfli- AR MEA nın dosenti. Dövlət mükafatı laureate
  9. Səftər Hacıyev- dövlət qulluqçusu
  10. Nüşabə Ələsgərli — Sənətşünaslıq üzrə fəlsəfə doktoru
  11. Daşqın Şikarov- diplomat
  12. İlqar Kərimov- iş adamı
  13. Abbasqulu Nəcəfzadə- AMK-nın Professoru
  14. Bilal Əliyev-Xalq artisti
  15. Gülyanaq Məmmədova- xalq artisti
  16. Gülyaz Məmmədova- xalq artisti
  17. Firuzə İbadova- xalq artisti
  18.  Gülzinat Surançiyeva- Qırğızıstan Respublikasının əməkdar artisti, Leyla Əliyevanın sözlərinə yazılmış “İssık Kul” mahnısının ifaçısı
  19. Seyfullah Türksoy-İpəkyolu strateji mərkəzinin başkanı
  20. Kərəm Karabulut- Atatürk Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi Öğretim Üyesi ERZURUM/TÜRKİYE
  21. Sehranə Kasimi. Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  22.  Qiyas Xəlilov – iş adamı
  23.  Zemfira Ağayeva — Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva və Türkiyə «SANKON» Konfederasyasımın Azərbaycan üzrə sədri
  24. Elmira İsmaiyova
  25. Səyyad Əlizadə- «Bayaz Gecalar» Yaradıcılıq Markazinin rahbari, müğanni-bastakar
  26. Sayman Aruz (Həsənzadə)- Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri, yazıçı-şair
  27. Nəsibə İsrafilqlzl — Şairə — publisist. AYB  və AJB- nin üzvü.»Qızıl qələm’ media mükafatçısı.
  28. Birliyi İdarə Heyətinin və İcmanın Sədri
  29. Akif Mikailov. Azərbayçan milli-mədəni muxtariyyətinin sədri. RF. Komi.
  30. Nüsrət Məmmədov- Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti
  31. Sara Zeynal qızı Məmmədova .  “El Gūcū” Beynəlxalq Humanitar Assosiasiyası Īçtimai Birliyinin  sədri
  32. Həsən İsrafilov- professor
  33. Hübar Rüstəmov- Moskva, vəkil
  34. Senya Salman Rabayev- mugenni ve bestekar. İsrail
  35. Tahir Əmiraslanov- tanınmış kulinar
  36. Ülvi Məmmədov-Fəlsəfə doktoru, dosent, Yazarlar Birliyinin üzvü, «Qizil Qələm» Mükafati Laureatı

 

 

НОВОСТНАЯ ЛЕНТА