Время в Баку - 16:05

САМОЕ ЧИТАЕМОЕ

 Ulu Öndər Heydər  Əliyev haqqında   x a t i r ə l ə r .


 

“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından

 

Zenfira Ağayeva

“Sahibkar Qadınlar” İctimai Birliyinin sədri, iş adamı  

  

Ümummilli lider Heydər Əliyev fenomen şəxsiyyət, əfsanəvi diplomat, uzaqgörən, müdrik  rəhbər idi. O doğma  Azərbaycanın xəritəsini özü ilə  diyar – diyar  gəzdiərək  müqqədəs Vətənimizi  bütün  dünyada tanıtdı.  Çox  xoşbəxtəm ki, dünyanın  Ən Böyük  Azərbaycanlısı  Heydər  Əliyevin  hakimiyyət  illəri  mənim  gözlərimin  önündə keçib  və  xalqına misilsiz  xidmətlərinin  şahidi  olmuşam. Həyatda  qazandığım  uğurlar  dahi  şəxsiyyətin  əbədiyaşar  adı ilə  bağlıdır.

Sahibkar qadın olaraq  mən  dəfələrlə ümummilli liderimizlə üz – üzə, göz – gözə görüşümüz , söhbətimiz olub.  Heydər  Əliyev  bütün  təbəqələrdən  olan  insanlarla  yaxın  dost, onlara mənəvi dəstək, arxa – dayaq olub. Böyük  Xilaskarla bağlı  unudulmaz  xatirələrim elə  bu günün özündə də yollarıma  işıq  salır, həyatımı nurlandırır.

Əziz oxucularımız sizin diqqətinizi tarixin  qan qoxuyan,  hər gün  dəhşətli faciələrin, qorxunc  hadisələrin baş verdiyi Gəncədə  vətəndaş müharibəsinin  qığılcımlarının  hər an  alovlandığı  məqamlara yönəltmək  istəyirəm . O vaxtlar ,yəni

10 iyun 1993 – cü ildə  Heydər  Əliyev  Gəncəyə  gəldi. Qədirbilən  gəncəlilər onu sonsuz sevinclə,  böyük izdihamla qarşıladılar.

Heydər Əliyevin  gəlişi  vulkan  kimi od püskürən, insanları  qardaş  qırğınına  sövq  edən  güclü  alovun  üzərinə  su töküb  söndürdü , şəhərə bir sərinlik gətirdi. Ümummilli Lider şəhər ziyalıları  ilə  görüşdü. Onları ayrı – ayrılıqda  dinlədi, baş verən hadisələrin  səbəblərini  araşdırdı, öyrəndi. Sonra paytaxt Bakıya  gəlib  xalqın təkidi  tələbi  ilə  hakimiyyətin başına keçdi.

Ulu Öndərlə Gəncənin  baş meydanında  keçirilən  möhtəşəm  toplantıda  mən  də  iştirak  edirdim. İnsanlar  Böyük  Xilaskara  inam  və  ümidlər  edirdilər. Nicat  yolunu  yalnız  və  yalnız  O göstərə  bilərdi. İnsan  dənizi təlatümə  gəlir: “Yaşasın  Heydər Əliyev!” , “Ulu Öndər bizi xilas et!” nidaları səslənirdi. Dahi şəxsiyyət  doğurudan  da  gəldi  və  ülvi  missiyasını  şərəflə  yerinə  yetirdi. Dünya  Azərbaycanlılarının  yeganə  lideri  olduğunu  təsdiqlədi.

Xatırlatmaq  istəyirəm ki, 1993 – cü ildə sovet  sistemi  dağılmış , zavod  və fabriklər, müəssisələr dağılmış, ölkə  iflic  vəziyyətə düşmüşdü. Elə bir faciə  ilə üz – üzə  qalmışdıq  ki, xaos  vəziyyətdə  nə  edəcəyimizi  bilmirdik. Ulu  Öndər  bütün təbəqələrdən  olan insanlarla  görüşdü, söhbətləşdi. Azərbaycanı və onun ikinci şəhəri olan Gəncəni bu vəziyyətdən çıxarmaq üçün hər gün yeni — yeni qərarlar verdi.

Sosial – iqtisadi, ictimai – siyasi, mədəni, hüquqi  sahələrdə geniş islahatları həyata keçirdərdi. Müstəqil  Respublikanın  ilk  Konstitusiyası  qəbul edildi. Prezident, parlament, bələdiyyə seçkiləri, referendumlar keçirildi. Dirçəliş illərindən  yüksəliş  illərinə  yön aldıq.

Mən deyərdim ki, dahi şəxsiyyətin qayğısı,  dərin zəkası,  uzaqgörənliyi  sayəsində  kiçik   və  orta sahibkarlığı  inkişaf  etdi.1995 – ci ildə Sahibkarlığa  Kömək  Özəlləşdirmə Proqramları  həyata  keçirilməyə  başladı. Sonralar  Sahibkarlığa Dəstək Milli Fondu yaradıldı.

Dahi Heydər  Əliyevin layiqli varisi möhtərəm Prezidentimiz  cənab  İlham Əliyev  tərəfindən  sahibkarlıq sahəsində  hərtərəfli,  mühüm  islahatlar  aparıldı  və  bu  gün  də  uğurla  davam  etdirilir.

Ulu Öndərin təşəbbüsü  ilə  öncə  müəssisələr  dövlətdən  ayrılaraq  özəlləşdirildi.  Məhdud Məsuliyyətli  “Qızıl Əllər” Tədris Müəssisəsi olaraq bizim müəssisə  də  onlardan biri  oldu.

Məhdud Məsuliyyətli “Qızıl Əllər” Tədris Müəssisəsi 1995 – ci ildən fəaliyyətə başlayıb və  1997-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3/9 № — li dövlət qeydiyyatından keçərək  fəaliyyət göstərir. Müəssisə 4 istiqamətdə fəaliyyət göstərir.  Peşə təhsil, iqtisadiyyat, xidmət  və  istehsalat. Hər bir özəl  müəssisə kimi  biz də  özümüzü necə maliyyələşdirmək  yollarını  aramağa  başladıq. Sahibkarlar, dövlət müəssisələri kadr hazırlığı üçün  müəssisəmizlə əməkdaşlıq edirlər. Xüsusi ilə də, xidmət sahəsində kadr  hazırlığına ehtiyac daha çox olduğunu nəzərə alaraq hər il onlarla kosmetoloq-bərbərlər, dərzilər, xalça, dülgərlər, ofisantlar, aşbazlar, qaynaqçılar  yetişdirilir. Peşə hazırlıq kurslarından ,diş-texniki,rəssam,modelyer- rəssam, zərgərlik, toxuculuq, xalçaçılıq, dərzi peşələrində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər kecirilir. Bu sərgilər dövlət səviyyəsində olmaqla ildə 2 dəfə keçirilir. Sərgilərə dövlət nümayəndələri və sahibkarlar da dəvət olunurlar ki, onların da sərgiyə çox böyük maraqları olur.

1999 – cu  ildə Ümummilli  Lider  yenə  sahibkarlarla  görüşdü. Bakıda  sahibkarlıqla  məşğul   olanların  əl işləri  və istehsal  məhsullarından  ibarət böyük  sərgi  keçirildi.  Biz  də  bu sərgidə  iştirak  etdik. Sərgidə  rəsm  əsərləri, gənc  qızların  əl işləri  yer  almışdı. Böyük  Heydər  Əliyev  hər bir  iştirakşıya   fərdi  olaraq  yaxınlaşıb  söhbət edir, suallar  verir səmimi  dialoq  qururdu.

  • Sən maliyyə işlərini necə quracaqsan?
  • Bu məhsullardan nə qədər qazanacaqsan?
  • Planların nədən  ibarətdir? — və digər suallar. Həmçinin  tövsiyələr  verərdi. Rəhbərin  doğma,  səmimi münasibəti, söhbətləri, tövsiyələrı bizim üçün mənəvi dəstək, əvəzolunmaz stimul

2002 – ci ildə Prezident  Aparatında sahibkarlarla  keçirilən  görüş tarixi məqamları  ilə  yadda  qaldı. Yenə də  biz öz  maraqlarımız  çərçivəsində  suallar  və  təkliflər  verdik, çıxışlar  etdik.  Ümummilli Lider   bildirdi ki, təkliflər  əsasında  ümumi  nəticəyə  gəlinəcək, yeni  proqramlar  hazırlanacaq, hər bir  sahibkar yeni layihələrdən bəhrələnəcək.

Bir məqamı da  yaxşı xatırlayıram. 2002 – ci ilin aprel ayı idi  Bakıda yenə  sərgimiz keçirildi. Respublikamızın tanınmış  sahibkarları , iş adamları  dəvət olumuşdular. Sərgidən sonra  Prezident  Aparatına  getdik. Orada da ,  məhdud çərçivədə sərgi  təşkil  olunmuşdu. Rəhbərlik  etdiyim MM “Qızıl Əllər”   “Təbriz” müəssisəsinin  işlərini  sərgiləyirdik. Ulu  Öndər  sərgimizə  diqqətlə  baxdıqdan  sonra mənə yaxınlaşdı  və  soruşdu:

  • Bu, Sizinmi işlərinizdi?

Dedim : — bəli, cənab Prezident!

  • Deməli sahibakarsıznız?

Dedim : — bəli, cənab Prezident!

— Amma mən belə deməzdim , Siz daha çox incəsənət adamına  bənzəyirsizniz — dedi və gülümsündü. Sonra  işimdə mənə uğurlar arzuladı. Əlbəttə, Rəhbərin xoş sözləri  mənim üçün əziz atanın, ən yaxın, doğma bir insanın  mənə nəvazişi,  səmimiyyəti  qayğısı  idi. Ümummilli  Liderlə  aramızda olan kiçik  dialoq, dilindən eşitdiyim sözlər  bu günə  qədər də mənim uğurlarımın  flaqmanı olub, mənə mənəvi  güc, qüvvə  verib.

Böyük  Heydər  Əliyevi  görən insanlar çox gözəl bilirər ki, dahi şəxsiyyətin  nüfuzedici  baxışları, həssas  qəlbi, həlim  xasiyyəti  var idi. Sanki  insanların   qəlbindən keçənləri  gözlərindən, üzündən  anlayırdı.  Sözümün canı  odur ki, sahibkarlar hər dəfə  Rəhbərimizlə  görüşəndə  əksər  problemlərin həllini tapırdılar, uğurlarımız daha da artırdı.

Bir dəfə də  yenə  Prezident Aparatında görüşümüz  keçirilirdi. 8 nəfər qadın idik, keçdik  lap arxa sırada əyləşdik. Ulu  Öndər içəri  daxil olub  salona göz gəzdirdi  və  dedi:

— Xanımlar siz niyə  arxada  əyləşmisiniz? Keçin birinci sıraya. Nazir  və nazir müavinləri onların arxasındakı  sırada  əyləşsinlər. Sonra bizə müraciət edib dedi:

— Əziz qadınlar, siz lap öndə  oturmalısınız. Çünki siz  çox çətin  və şərəfli  yoldasınız, ona görə də  öndə  olmağınız lazımdır.

Bu görüşdə mənim çıxışım da var idi. O vaxt İqtisadi İnkişaf naziri  Fərhad  Əliyev  idi. Ona dedim ki, mən çıxış etməyəcəyəm, çünki  özümü  hazır bilmirəm. Nazir dedi ki yox, ola bilməz, çıxışçılar sırasında adın var, siyahıda cənab Heydər Əliyevin qarşısındadır. Yenə etiraz etdim. Dedim ki, bu zamana qədər mən Ulu Öndərin  qarşısında  çıxış etməmişəm, indi də edə bilmərəm. Nazirimiz mənim bu sözlərimi  dahi şəxsiyyətə  çatdırdı. Sonra Fərhad müəllim  mənə dedi ki, cənab Prezidentimiz mənim sözlərimi çox səmimi qəbul edib . Həm də  o elə dövr idi ki,  çətinliklər içində  sıxılırdıq, atdığımız addımların  nə ilə  nəticələnəcəyini  bilmirik. Elə oldu ki, problemlərimizin  çoxu  o zaldaca həll  olundu, biz rahat nəfəs aldıq. Ulu Rəhbər dedi ki, salona bir qutu qoyulsun,  kimin nə şikayəti, istəyi varsa, anonim də  olsa o qutuya atsın. Mən iclas salonundan çıxarkən o qutunu da özümlə götürəcəm. Sizi narahat edən məsələləri öyrənib lazımi  qərarlarımı  verəcəm.  Hər kəs də  Ulu Öndərin dediyi kimi etdi. Sonda Heydər Əliyev   iclas salonundan   media işçilərini kənar şəxslər kimlər varsa  onları çıxartdı  və dedi ki, siz hamınız çıxın, mən sahibkarlarla təklikdə görüşəcəm. Qayğıkeş Rəhbər  hər kəsə öz fikrini sərbəst söyləmək  üçün şərait  yaratdı. Allah ona qəni – qəni rəhmət etsin. Mən deyərdim ki, məhz o gündən sahibkarlığın inkişafı  magistral yola çıxdı. Arzu,istəklərimiz reallığa  çevrildi, üzümüz güldü,  xalq arasında inam, güvən qazandıq.

Elə o görüşdə Amerikaya Biznes təhsili almaq üçün 5 nəfər Azərbaycanlı nümayəndə seçilməli idi. Onlardan biri də mən oldum. Bizim təhsil xərcimiz də dövlət tərəfindən  ödənildi. Təhsil zamanı biz çox şeylər öyrəndik. Mən deyərdim ki,  öyrəndiklərim sahibkarlığın inkişafı sahəsində  uğurlarıma geniş rəvac verdi, indi də fəaliyyətimdə müstəsna  rol oynayır. Hakimiyyətinin  son illərinə  kimi  biz sahibkarlar tez – tez Ulu Öndərlə görüşmüşük, onun  köməyi,  qayğısı  və  müdrik  tövsiyələri ilə irəli getmişik. Bü gün isə  möhtərəm Prezidentimiz  cənab İlham Əliyev  tərəfindən Ümummilli Liderimizin şərəfli ənənələri davam  etdirilir. Biz sahibkarlar  dünya miqyasında  nüfuzu  gündən – günə artan  qüdrətli, müstəqil Azərbaycanın çiçəklənməsi, doğma xalqımızın firavan yaşaması  parlaq gələcək naminə cənab İlham Əliyevin  ətrafında möhkəm  birləşmişik daha uca zirvələrə qətiyyətli addımlarımızı atırıq.

 

НОВОСТНАЯ ЛЕНТА