“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı
«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından
Fəridə Nizamiqızı, jurnalist
Azərbaycan Respublikası milli dövlət quruculuğu yolunda uğurlar
qazanaraq böyük gələcəyə doğru inamla addımlayır.
HEYDƏR ƏLİYEV
Ulu öndər Heydər Əliyevin ideaları Azərbaycanın dünəni, bu günü və sabahıdır. Hətta, Azərbaycanın uğurlu gələcəyə dönməsidir.
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi öz adını fenomenler sırasının ilklərinə həkk etmişdir.Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu bir məqaləyə,bir kitaba nə də haqqında çəkiləcək filmə sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir xalqın məsuliyyətinin yükünü daşımışdır.
Ölməz liderimizin dediyi kimi, “Tarix heç nəyi silmir.” Elə bizdə tarixi və tarix yazanları unutmadıq, unutmarıq da. bu yazımda daxili sevgimlə bərabər internet portallarında rəsmi məlumatlara əsaslanaraq dahi və silinməz tarix yazan Heydər Əliyevin Azərbaycan üçün etdiklərinin kiçik bir qismini xatırlamaq və yetişən gənc nəslə ötürmək məqsədi ilə bölüşəcəyəm.
Dahi şəxsiyyət Heydər Əliyev hələ, Dövlət Təhlükəsizliyi Orqanlarında xidmət etdiyi zaman Azərbaycan xalqının rifahı,müsdəqillliyi yolunda bir necə layihələr icra etmişdir.Bəllidir ki, o dövrlərdə Azərbaycan müstəqilliyi üçün deyilən hər kəlmə bir insan həyatı üçün nə dərəcədə həyatı üçün risqli idi… Lakin böyük siyasi addımları, dərin zəkası sayəsində atdığı bütün addımlar ulu öndəri xalqı qarşısında daima üzüağ çıxardı.Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri olaraq gördüyü işlər xalqın yaddaşında dərin və siliniməz izlər salmışdır.Təbii ki, bu təssadüfi deyildirki,Heydər Əliyev sevgi ilə-Azərbaycan xalqının sevgisi ilə seçilmişdir.
İllər boyu başı bəlalı Azərbaycanın taleyində günəş məhs ulu öndərin hakimiyyətə gəlməsindən sonra doğdu. İnsanların xoşbəxtliyi üçün həqiqi bir azadlıq lazım idi!
Düşünürəmki,hər bir azərbaycanlı Azərbaycan tarixində böyük danılmaz əməyi olan şəxsiyyətləri unutmamlı, xatırlamalı və xatırlatmalıdır.
Bir Azərbaycan gənci olaraq,körpəlikdən ailəmdən aşılanaraq formalaşan “Heyder baba”dolu hafizəmlə tutduğum yol hər zaman məni xalqa xidmətə yönləndirdi.Məhs mediya sahəsində var olmağım ulu önderin bu sahəyə verdiyi əvəzsiz qiymətdən formalaşaraq məni hər zaman haqqı yazan bir mediya nümayəndəsi kimi var etdi…Mən kiçik yaşlarımdan dərk etmişdim ki, Heydər Əliyev bütün həyatı boyu vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir.
“-Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”. (Heydər Əliyev)
O, vədlər vermədi.Xalqı üçün, dövləti üçün lazım olan nə var idisə, həyatını riskə ataraq hərəkət etdi. Azərbaycan üçün, xalq üçün və bir daha əyani olaraq göstərdi ki, dövlət xalq üçün necə olmalıdır.
Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xəttləri çəkildi.
“-Mən dünyada müəllimdən yüksək ad tanımıram”. — Heydər Əliyev deyirdi.
Gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxs olan müəllimlərimizə ulu öndərin verdiyi dəyər sayəsində Azərbaycan təhsilinədə çiddi müsbət dəyişikliklər göz ilə görüləcək şəkildə yer aldı. Onun göstəricisi olaraq yetişən ziyalı gənclərimizi və ölkə hüdudlarından kənarda Azərbaycanımızı layiqli təbliğ edən gənclərimizii misal göstərmək olar.
“Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirən müəllimlərimizə ölkə başçısı tərəfindən verilən dəyər onları öz işlərində daha da ruhlandırırdı..
“ — Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”.(Heydər Əliyev)
Respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə yaraşıqlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı.
Bir tarixi faktı da unutmaq olmaz ki, zaman-zaman Abbasabad, Yelizavetpol, Kirovabad kimi adlandırılan şəhərin Sovetlər birliyi dönəmində, daha dəqiq desək, 60, 62 və 87-ci illərdə yenidən Gəncə adlandırılması üçün bir neçə dəfə cəhd göstərilsə də, bu istiqamətdə konkret addımlar ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə atılıb.
Bu da təsadüfi deyildirki, İlyas Əfəndiyevin “Xurşudbani Natavan” pyesi(“Qarabağnamə”) 1970- ci ildə, yəni ulu öndərin 1969-cu ildə hakimiyyətə gəlməsindən sonra “Bizi Azad Azərbaycan gözləyir” kimi şüarlar ifadə olunan pyesin səhnələşdirilməsinə icazə verildi.
“-Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz”. (Heydər Əliyev)
Ulu öndər xalqına təmənnasız xidmətlərini gündən- günə, müxtəlif sahələrdə islahatları gücləndirildi.
1996-cı və 1999-cu illərdə əsassız yoxlamaların və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında dövlət başçısı tərəfindən imzalanmış fərmanlar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynadı.
Eyni zamanda, ölkəmizdə siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının sərbəst nəşr olunması, özəl radio və televiziya kanallarının yayımlanması siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verdi.
İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlandı.
Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlandı və İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin Şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Qürurla deyd edərək xatırlatmalıyam ki, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur simalarının necə heyranlıqla, ehtiramla fikrilər bildirmişdirlər. Müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimləri tərəfindən dünya miqyasında böyüklüyü etiraf edilən, o cümlədən ABŞ-ın sabiq Prezidenti Corc Buşun “Şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putinin “Siyasi nəhəng”, Fransanın sabiq Prezidenti Jak Şirakın “Qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi bu günlərdə yenidən göz önündə canlanır, daxilimizdə ulu öndərə olan sevgi daha da yeniləşərək iftixar hissləri baş qaldırır.
“-Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. (Heydər Əliyev)
Bu gün dahi, fenomen şəxsiyyətin min bir əziyyətlərlə,tarixin amansız sınaqlarından keçərək qurub yaratdığı müstəqil dövləti kim qoruyub davam etdirə bilərdi? Təbii ki, Heydər Əliyev məktəbi keçən bir şəxsiyyət.!
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni,dünyaya örnək olan şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Çətin bir o qədər də şərəfli yolda Azərbaycancılıq ideyalarına xidmət edən hər bir kəs bir nəfər kimi ölkə başcımız Ali Baş Komandanımız cənab İlhamƏliyevin ətrafında var olmalı,hər birimiz öz sahəmizdə ona dəstək olmalıyıq.
Heydər Əliyev Azərbaycanın böyük liderti idi.O, böhranlar dövründə ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə blər.
Toni BLEYER Böyük Britaniyanın Baş naziri