Bişkekdə Heydər Əliyevin anım günü münasibəti ilə məqalələr kitabı nəşr edilmişdir
Məlumatda bildirilir ki kitabda Azərbaycanın və bir sıra dövlətlərin tanınmış elm və fikir adamları Ümummilli Liderimiz Heydər Əliyevin həyatı və siyasi-ictimai fəaliyyəti haqqında maraqlı məqalələrlə çıxış ediblər. Önsöz müəllifi, Akademik Yaqub Mahmudov kitaba “Heydər Əliyev – zaman və məkan anlayişlarindan ucada duran azərbaycanli dahi” başlıqlı yazısında kitab haqqında geniş məlumat vermişdir.
Eyni zamanda AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov “Ata yurdumuzun Atatürkü” adlı geniş məqaləsi yer almışdır.
«Modern İnkişaf və Ailə» İctimai Birliyinin sədri Zərifə Rzaqulu qızı Quliyevanın müəllifi olduğu “15 iyun tariximizin qurtuluşunun zirvəsidir» kitabda öz əksini tapmışdır. Bundan başqa AMEA Tarix İnistitutu “Qarabağ tarixi” şöbəsinin müdiri, Dövlət Mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru, dosent Güntəkin Nəcəflinin « Heydər Əliyev – Azərbaycan xalqının milli təəssübkeşi (akademik Yaqub Mahmudovun xatirələri əsasında)” adlı geniş yazısı, Azərbaycan Respublikası Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsini müdiri, şair Sayman Aruzun “Ümumilli Liderimiz Heydər Əliyevin siyasi kursunda İran türklərinin taleyi” adlı məqaləsi Azərbaycan və fars dillərində, Bakı Dövlət Universitetinin professoru, Filologiya elmləri doktoru Leyla Zeynal qızı Gərayzadənin “Ulu öndər Heydər Əliyevin xalq şairinə verdiyi dəyər: Məmməd Araz” məqaləsi, Türkiyədən, İpekyolu Stratejik Araştırmalar Merkezi Başkanı Dr. Seyfullah Türksoyun “Modern Azerbaycan’ın Mimarı Haydar Aliyev”, Yeni azərbaycan partiyasinin siyasi şurasını üzvü Qafar Əliyevin, “Müasir Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu – Heydər Əliyev” AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent C.Ə.Bəhramov “Heydər Əliyevin neft strategiyası müasir Azərbaycan dövlətinin inkişafının təməl daşıdır”, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadənin “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti”, Qırğızıstandan əməkdar iqtisadçı Şaripa Sadıbakasovanın “O, tarix yaradırdı” və bir sıra tanınmış insanların məqalələri yer almışdır.
Əlavə olaraq bildirmək istəyirik ki kitab rus, azərbaycan, fars və türk dillərindədir. 375 səhifəlik kitab, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdəki “Uluu Toolor” nəşriyyatında 500 nüxsə ilə nəçr edilmişdir
Kitaba Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın yazdığı “İssık-Kul sahilində düşüncələr” şeiri 9 dildə tərcümə edilərək daxil edilmişdir. Fond ənənəsinə sadiq qalaraq bu kitabı da pulsuz yayacaq. Bu, fondun sifarişi ilə nəşr edilib pulsuz yayılan 115 ci kitabıdır.
Контакты редакции: info@turktoday.info Газета зарегистрирована в Министерстве юстиции Кыргызской Республики Регистрационный номер - 1278 от 15 января 2016 года