Время в Баку - 14:55

САМОЕ ЧИТАЕМОЕ

Ümummil lilider H.Əliyev və Azərbaycanın təhsil sisteminin yeniliklərindən


“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından

 

 

Q. Ə. Pirquliyeva

t. ü. f. d., dosent, BDU-nun başmüəllimi

 

Azərbayacnın dövlətçilik tarixinin ən yeni dövründə    önəmli pillədə duran  Heydər Əliyevin xalqımızın həyatında görmüş olduğu vacib işlərdən biri də təhsil sistemində olan yeniliklər olmuşdur. Ölkənin idarə edilməsinin bütün dövrlərində daxili siyasətin prioritet sahələrdən olan təhsildə həyata keçirilən mühüm  mütərəqqi qərarlardan biri də  hələ keçən əsrin 70-80 ci illərindən keçmiş SSRİ –də ayrı-ayrı sahələrdə daha çox tanınmış universitetlərə azərbaycanlıların göndərilməsi proqramı olmuşuşdu.

”Təhsil millətin gələcəyidir” deyən H.Əliyev bu gələcəyin bütün istiqamətlərini çox yaxşı bilən müdrik, dərin zəkalı, çox savadlı bir insan idi. O, elmin bütün sahələrində olan geriləmələri çox yaxşı görmək qabiliyyətinə malik idi. Bu səbəbdən də təhsil üçün göndərilən abituriyentlər qarşısında öncədən geniş ixtisas seçimi və ona müvafiq tələblər qoyulurdu. Həmin illərdə hələ ölkəmizdə bəzi elm sahələrinin yalnız adı haqqında cüzi məlumatlar var idi. Məsələn, orta təhsil aldığımız zaman biz gənclər arxeologiya,, ekologiya, sosiologiya, arxeoqrafiya, antropologiya, psixologiya və onlarla belə ixtisaslar haqqqında çox az məlumatımızolduğundan seçim zamanı da müəyyən çətinliklər olurdu.Bu zaman  sənəd qəbulu prosesində indiki Bakı Dövlət Universitetinin birinci korpusunda yerləşən xüsusi indiki leksikologiyada ifadə etsək,  işçi qrupu gələcəyin iddiaçılarına xeyli izah verirdi. Bu abituriyentlərə verilən bəzi imtiyazlar da gəncləri, o cümlədən bu yazının müəllifini çox maraqlandırırdı. Belə ki, öncədən bizim qəbul olacağımız universitetlərdə təqaüdlə, yataqxana ilə təmin olacağımız və təhsili bitirib respublikaya qayıtmağımızn mütləq şərt olaraq, ixtisasımıza uyğun işlə təmin ediləcəyimizə dövlət təminatı verilirdi.

Həmin illərdə Ulu öndərimiz Heydər Əliyevin sanki biz gənclər üçün dediyi bu fikri oxuculara bir daha çatdırmaq istəyirəm. “Hər bir dövlət, əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o,  mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır” -deyən dövlət başçısı bu işin həyata keçirilməsində şəxsən özü iştirak etmişdi.

Bununla da,  həmin illərin gəncləri qarşısında  geniş imkanlar açılırdı. Burda heç bir narahatçılıq qalmırdı. Respublikanın rəhbərliyi təhsil alacağımız 5 ildə bütün təminatı, o cümlədən tanımadığımız respublikalarda məişət məsələləri öncədən həll edilirdi. Biz o zaman əslində bu prosesin nə qədər çətin və bahalı bir iş olduğunu,sözsüz ki, dərk etmirdik. Amma bu gün artıq öz övladlarımızn təhsil məsləsində başqa ölkələrə üz tutmaq istəyi çox vaxt arzu olaraq qalır. Bu və ya digər məsələlərin həllində bu qədər ciddi işlər görən H.Əliyevin “həyat böyük bir prosesdir.Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır” müdrik fikri bizi sanki həm də bu günü görməyi bacaran bir insanın, dövlət başçısının uzaqgörənliyini bir daha təsdiq edir.

1981-ci ilin yayında qəbul imtahanlarında iştirak edib, özümün seçdiyim Özbəkistan respublikasının Daşkənd şəhərindəki Dövlət universitetinin  tarix fakültəsinin arxeologiya bölməsinə qəbul oldum. Bu seçimim təsadüfi deyildi. Orta məktəbin IX sinfində oxuyarkən mütləq bu ixtisası seçdiyimi valideynlərimə demişdim və bundan ötrü mütləq həmin illərdə çox az fəaliyyəti olan rus dili və ədəbiyyatı kursuna iki il getdim; yəni bilirdim ki, qəbul imtahanını bu dildə verməliyəm. Azərbaycan bölməsində təhsil aldığım üçün bu çox vacib məsələ idi.Qəbul imtahanlarından müvəffəiyyətlə keçib  həmin istisas üçün ayrılmış üç yerdən birini tutdum. Bu ixtisası seçməyimin əsas səbələri sırasında həmin illərdə arxeologiya sahəsində  xanımların sayının çox az olması,  həm də professional arxeoloqlara çox böyük ehtiyacın olması idi.

Beləliklə bir neçə gündən sonra qəbul olan tələbələri   indiki H.Əliyev, o zamankı V.lenin sarayına dəvət etdilər. Avqust ayının sonuncu günü biz gənclər o möhtəşəm sarayda H.Əliyev və həmin illərdəki Mərkəzi Komitənin üzvləri ilə görüşdə  iştirak etdik. Belə bir dövlət səviyyəli görüş mənim həyatımda ilk dəfə baş verdiyindən çox həyəcanlı idim. İclasda H.Əliyev  yeni tələbə adı qazanan bütün tələbələrə öz xeyir-duasını verib, bizə təhsil, təhsilin insan  və cəmiyyətin həyatında yeri kimi bir çox , o zaman mənim hələ tam olaraq anlamadığım mühüm məslələrdən danışdı və sonra bir bir qəbul olan tələbələri kürsüyə çağırıb bizəkonvertdə təyyarə bileti, 70 manat pul, və ayrıca ağ köynək hədiyyə etməyə başladı.

Açığı deyim ki, mən ümumiyyətlə ilk dəfə idi ki, şəxsən H.Əliyevi həyatda görürdüm və adım çəkilən də böyük həyəcanla  tribunaya yaxınlaşdım. O böyük insan səmimi şəkildə hamı kimi məni də sakit səslə təbrik etdi , hədiyyələri verdi və mən təşəkkür edib aşağı düşməyə hazırlaşanda yalnız mənim eşidəcəyim səslə “mütləq geri qayıdarsan” sözlərini dedi. Uzun illər mən o sözləri beynimdə belə eşidirdim. Nəhayət,  təhsilimi başa vurduqdan sonra Daşkənddə iş yerləri təklif ediləndə mən birinci o böyük şəxsiyyətin bu tapşırığını və valideynlərimin məni necə ümidlərlə gözlədiklərini bilərək imtina edib geriyə — Vətənimə qayıtdım.

 Təhsil aldığım illərdə mənim digər tələbələrdən fərqli bir üstünlüyüm məndən asılı olmayan bir məsələ ilə əlaqəli olmuşdu. O zaman mənim soyadım Əliyeva olduğundan ilk gündən fakültə və universitet rəhbərliyi hər zaman məni açıq-aşkar hər şeydən qoruyub xüsusi olaraq sevirdilər. Bir neçə il bundan əvvəl dünyasını dəyişən, həmin illərdə tarix fakültəsinin dekanı olan tarix elmləri doktoru, Professor Qoqa Abraroviç Hidoyatov dəfələrlə çətin zamanlarda- pambıq yığımı, arxeoloji qazıntılar zamanı hamının önündə müəllimlərə və tələbə yoldaşlarıma məni qorumağı tapşırırdı. Əsas kimi də əvvəlcə H.Əliyevin siyasi fəaliyyətindən danışır və sonda bizim heç bir qohumuğumuz olmadığını bildiyinə baxmayaraq, mənim bu şəxsiyyətlə eyni soyadı daşıdığımı və bu faktın belə çox şərəfli bir üstünlük olduğunu deyirdi. Əlbəttə, biz tarixçi olaraqdekanımızın əsas məqsədini başa düşürdük . Belə ki, Q.A.Hidoyatov müasir tarix üzrə dünya şöhrətli bir alim olaraq, demək olar ki, oxuduğum illərdə tez –tez, hətta, Amerika Birləşmiş Ştatlarına mühazirələr oxumağa getdiyini və həmin dərslərdə  H.Əliyevin həyat və yaradıcılığına xüsusi yer ayırdığını çox yaxşı bilirdik. Beşinci kursda “Ən yeni tarix” dərslərində mən də o mühazirələri məmnuniyyətlə və fəxrlə dinlədim.

Mən bu yazıda öz şəxsi həyatımdan danışmaq deyil, əslində Heydər Əliyevin həqiqətən yaşadığı illərdə hamı tərəfindən hörmətlə tanınması, onun adı ilə bağlı olan bütün işlərin uğurlu olamsı və bizlərə də bu uğurdan pay düşməsi xoşbəxtliyini bölüşmək istədim.

H.Əliyevin Azərbaycanda dövlətçilik məsələlərinə həmişə xüsusi fikir verməsi, bu qəbildən gənclərin təhsil və tərbiyəsinə önəm verməsinin bəhrəsini ölkəmiz bu gün də görməkdədir. Həmin illərdə təhsil alıb ölkəyə qayıdan insanların əksəriyyəti öyrəndikləri ixtisaslarda çalışmaqda davam etmiş və öz davamçılarını yetirməkdədirlər.

Mən yaşadığım müddətdə hər şeyə görə   Heydər Əliyevə borcluyam. Bu borcdan çıxmaq mümkün deyil.Ən azı bu yazımla onun ruhu qarşısında baş əyməyi özümə borc bilirəm. Allah rəhmət etsin. Nə qədər ki, bu xalq var, onu unutmaq mümkün deyil.

 

 

 

 

 

НОВОСТНАЯ ЛЕНТА