Время в Баку - 07:39

САМОЕ ЧИТАЕМОЕ

—> Türkün qızıl kitabı adlanan» TÜRKÜN VƏ TÜRK DİLİNİN KÖKƏNİ (mixi yazılı mətnlər əsasında) kitabının qısa məzmunu


25317131_1534288146640090_969099_oTarixdə ilk dəfədir ki, çivi yazıların dilinin Türk dili olduğu faktı 34 fəsillik bu kitablarda öz eksini tapıb. Bəşər kəndi sivil dünyası ilə gil yazılı lövhələrə borcludur. Onlar türkündür. 8 min il bundan qabaq Babildə Türk ilk piktoqram yazıları icad ədəndən sonrakı 2 min ildə onları çivi işarərələrinə çevirdi. Bundan sonra insan düşündüklərini nisbətən asanlıqla yazı vasitəsilə ifadə etmək imlanı qazandı. Bizim türk dilində olduqlarını təsdiqlədiyimiz yazılı mənbəələrə çox böyük arealda rast gəlinir. Babilden əlavə, onlara İribunyedə (İrevanda), Nahçıvanda. Muğanda, Luristan və Təhti Cəmçid (Persepolis) və Həmmədanda da var. Onlar türkün yaşadıkları coğrafi gənişliyin tarihi nişanələridir. Kitap 10 minillik Türk tarihini danılmaz dəlillər və yazılı gerçək həqiqətlərlə tədiqləyən yazılı qəbalədir.

 

ГЕНЕЗИС ТЮРКА И ТЮРКСКОГО ЯЗЫКА (на основе клинописи) (rusca), GENEZIS OF TURK AND TURKSIH LANGUAGE (on the base of cuneiform) (ingilisce) – TÜRKÜN QIZIL KİTABI TÜRKÜN VƏ TÜRK DİLİNİN KÖKƏNİ (mixi yazılı mətnlər əsasında) kitabları akademik səviyyədə yazılmış fundamental əsərlər olub, ilk dəfə dünyaya mixi yazılı mətnlərin dilinin türk dili olduğunu bəyan edir. Bu ideya göydən düşməyib. Sayı 650-dən çox olan mixi işarələrin ilk deşifrəçiləri ingilis Raulinson, holland Hinks və fransız Oppert (1835-1856) bəzi mətnləri tərcümə edəndən sonra qərara gəlmişdilər ki, onların dili iltisaqi (aqqlütinativ, yapışqan) dil olub, türk dillərinə çox oxşayır. Əfsus ki, bu ideya sonradan sarpdırıldı və Şumer, Akkad, Urartu adlandırılan süni dillər peyda oldu. Biz bizə qədər bütün tədqiqatçılardan fərqli olaraq, səslərin, sözlərin oxşarlığına deyil, bütöv sətirlərin və mətnlərin tərcüməsinə baş vuraraq, “Semantik modelləşdirmə” adlandırdığımız metodla sübut edirik ki, mixi yazıları əlifba olmayıb (səslərin qrafikası), heca sisteminə əsaslandığından (ulular hecalara işarələr icad ediblər) və yazıda durğu işarələrindən istrifadə edilmədiyindən, hər kəs onlara öz istədiyi kimi yanaşır. Nəticədə, yalan və boş sözlər yığnağından ibarət tərcümələr peyda olur. Onlar da sanballı dünya elm jurnallarının səhifələrini doldurur.

Biz də modəlləşdirmə metoduna 40 illik araşdırmalar sonucu gəlmişik. Azərbaycanca yazılan və 10 iri mətnin türkcə tərcüməsini özündə birləşdirən 472 səhifəlik ƏCDAD kitabı, (azərbaycan türkcəsi, Sietl, 1997), bu sahədə bizim ilk tərcümə təcrübəmiz idi. Adları çəkilən kitablar isə əvvəlki mətnlərin təkmil tərcümələri ilə yanaşı, bir çox yeni mətnlərin tərcümələrini də özlərində cəmləyir.
Kitablar 34 fəsildən ibarətdir:

“Ön söz əvəzi Xülasə” adlanan ilkin bölməsi (7 səh.) kitabın yazılma məqsədindən, əsərləri təftiş edilib, yalan-palan olduğu üçün heçə endirilmiş müəlliflərə müraciətdən və aldığımız nəticələrdən söhbət açır.
1-ci Fəsil — (9 səh.) — “Mixi yazıların dili “Şumercə,” yoxsa türkcə səslənir?” adlanır. Bu fəsildə Gil yazılı işarələrin yaranma və sirrlərinin açılma tarixinə baş vurulur, dünya alimlərinin bu sahədə atdıqları kobud səhvlərə diqqət çəkilir. Guya “Şumer, Akkad, Assir, Urartu” və s. xalqlara məxsus olduqları deyilən qədim sətirlərin modelləşdirilməsi sayəsində onların necə asanlıqla türkcə səslənmələri barədə faktiki misallar gətirirlir. Yapışqan dil olduğundan, uzun hecalı kəlmələrlə zəngin olan (bəzən 10-12 heca) türk dilindən hansı yolla adları çəkilən süni dillər yaradılması mexanizmi göstərilir. Süni dillərdən edilən süni tərcümələr də zəngin bəşər tarixini yağmalayır, mətnlərin başına-gözünə döyülərək ən müxtəlif sahələrə həsr edilmiş real mövzular boş-boş sözyığınına çevrirtdirilir. İnsan qəlbinin real yanğısı, istəyi, arzusu, zəkasının məhsulu heç zaman olmamış bir yığın allahlarla əvəz edilir. Mövzular Yerdən uzaqlaşdırılıb göylərlə bağlanır, mərkəzdə zəkalı İnsan deyil, cinlər, şəyatinlər durur, onlar mətnlərin baş qəhrəmanları kimi təqdim edilir. Bütün dünya üzrə edilmiş tərcümələri bir yerə yığsan, ulu nəsillərdən bircə sətirbaşı dəqiq məlumat almaq olmur. Fəslin ifşa obyekti bütövlükdə mixi yazıların tərcümələrini həyata keçirən dünyanın çox tədqiqatçılarının işləri tənqid edilir.
2-ci Fəsil — (19 səh.) — Əcdad (1997) kitabından sonra müəllifə (T.Azərtürkə) yazılmış məktublar və kitaba verilmiş rəylər və qiymətlər toplusudur. Onlar müəllifin nə üçün gil yazılara yenidən girişdiyinin məqsədini yaxşı açdıqlarından, maraqla oxunur və bizə məlum olmayan elm sahəsinin çox sirrlərinin çölə tökülməsində oxuculara kömək edir.
3-cü Fəsil — (8 səh.) — filologiya doktoru, rəhmətlik professor Elməddin Əlibəyzadənin (Azərbaycan) Enlil İsmə Dağan adlı antik şairimizdən ilk dəfə (1994) tərcümə etdiyim üç qəzəlinin ədəbi analizi verilir. Professor əruz vəznində olan qəzəllərin doğrudan da azərbaycan türkcəsincə yazıldığını dilimizin qrammatik qanunları ilə təsdiq edən geniş təsvirini qələmlə çəkir.
4-cü Fəsil — (9 səh.) — Azərbaycan türk tarixini, türkü təhrif edən, onu daima yamanlayan, türkün X əsrdən əvvəlki tarixindən yazmaq istəyən hər bir müəllifi ən pis küçə latayirləri ilə mətbuat səhifələrindən söyüb, ağzına gələni deyən, bütün qədim türkdilli xalqları da irandilli adlandırmaqla, Kəsrəvi kimi alçaq satqının ideyasını (biz Azərbaycan türkləri farsdan dönmüşük) təsdiqləməklə, fars dəyirmanına su tökən Azərbaycanın başıbəlalı tarixçisi İqrar Əliyevə T.Azərtürkün 1999-da ünvanladığı və onu ifşa edən geniş elmi məktubundan ibarətdir.
5-ci Fəsil – (9 səh.) — “Qədim Türkün yazılı dünyasına qısa səyahət” adlanır. Fəsil Qazan Universitetinin tarix üzrə professoru, kitabın rus variantının elmi redaktorlarından biri, dostum Qamirzan Davletşinə məktub formasında tərtib edilib. Türk və xüsusilə Tatar türkləri tarixinə çoxlu sanballı əsərlər həsr etmiş Davletşin müəllifin nəticələrinə inanır. O tez-tez universitet tələbələri qarşısındakı mühazirələrində mənim araşdırmalarımın nəticələrindən geniş istifadə etdiyini yazır. Çar- və Sovet Rusiyası imperiyasının apardığı siyasətinin biz türklərin tarixini bu torpaqlardan necə məharətlə sildirib, yerində virusla zədələnmiş süni erməni kələmləri əkdirdiyini tutarlı dəlillərlə, mixi yazılı yeni tapıntılarla sübutu bu fəsildə öz əksini tapıb.
6-cı Fəsil – (21 səh.) — Yüzlərlə tərcümə edilə bilinməyən, yəni “Şumer”, “Akkad” dilləri üçün düzəldilmiş süni lüğətlərə heç cürə sığmayan mixi sözləri, və söz birləşmələrinin türkcə səsləndiklərinə, onlardan enən türk rayihəsinə diqqət yetirərək (hələ 1980-ci illərdən), durğu və sözayırıcı işarələrsiz yazılmış hecalı yazı sistemində hecaların düzgün qəliblənməməsi qərarına gələn müəllif, ABŞ-da zəngin elmi materiallardan istifadə edərək öz ideyasının həqiqiliyini bir daha təsdiq etdi. Və aydın oldu ki, mixi işarələri düzgün deşifrə edilsələr də, bütün çaşqınlıq sətirlərin oxunmasında (semantik (məna) cəhətdən) bir yerə yığılmasında baş verir. Və bu da olmamış süni dillərin yaranmasına səbəb olur. Bu fəsildə söhbət qədim yazıların türkcə «fonetik və semantik modelləşdirmə metodundan» və onun tətbiqi sayəsində qədim “ölü” mətnlərə yenidən nəfəs verilməsindən gedir.
7-ci Fəsil – (20 səh.) — “Mixi işarələrin mənşəyi. Kimindir onlar?” adlanır. 8 min il öncə, hələ yazı icad olunmamışdan qabaq, ulular şəkil yazılardan istifdə ediblər. Məs., maral buynuzu çəkərək, ona “darax” deyiblər. Sonrakı 2 min il ərzində həmən şəkil yazılar tədricən mixi yazı sisteminə təkamül edib. Bu yol həm də əlifba yasının yaranmasına mane olub. Piktoqramların mənalarına söykənərək, onların türkün əcdadları tərəfindən yaradıldıqları faktları çoxlu misallarla sübuta yetirilir.
8-ci Fəsil – (26 səh.) — “İncildə türkizmlər” adlanır. Amerika alimi, şumüerşünaslığın əsasını qoymuş Odessa yəhudisi S.N. Kramer sübut edir ki, yəhudilər şumerlərdən şox şeyləri iqtibas ediblər, yəni borc alıblar. Hətta, İncilin ilkin kitabı olan Mənşə (Yaranış) gil yazılardan köçürmədir və bunun üçün o, 20-dən artıq fakt gətirir. Bizim tədqiqatlar onların 20-dən daha çox olduğunu sübut edir. Və biz deyəndə ki, şumer adında xalq olmayıb, gil yazılı xalq özünü Türük (türk) adlandırıb, o zaman kimin kimdən borc aldığı tam aydınlaşır. Adamdan İbrahimə (Abraham) kimi Ataerkillərin (Patriarxların) adlarından tutmuş, ay adlarına qədər – hər şeyin türkcə səsləndiyi faktları hər kəsi təəccübdə buxovlamaq qabiliyyətinə malikdir: «Dünənki nomad» sayılan Türkün İncildə bu sayda izləri haradan, İlahi?!» deyə…
9-cu Fəsil – (16 səh.) — Antik Azərbaycan şairi ENLİL İSMƏ DAĞANIN poetik yaradıcılığından danışır. Onun üç qəzəlinin tərcüməsi verilir. Bircə misal:
“Aya Enlil, kürdür, an ki, şax e pad aça,
Əbcü əkir ki, ağacı şum uranda dərə məhsul.”
(Aya Enlil, ilacdır, anla ki, əgər şax (budaq) almaz qaş formasında çiçək aça,
Ağsaqqal əkir ki ağacı, tarlaya şum çəkəndə ondan heç olmasa bir nübar (məhsul) dərə).
Bu günkü Azərbaycan və Türkiyə türkcəsində səslənən bu cür yaradıcılıq nümunələri “dilbilməz” alman alimi Römerin (100 il qabaq) əlində əllaməlik nümunəsi kimi qələmə verilir – Fəsil bu cür müqayisəli açılışlarla doludur.

Sonra Şairin Anasının ölümünə həsr etdiyi iri poemasından tərcümə edə bildiyimiz (1996) kiçik bir nümunə təqdim edilir:
“Şa Enlil, a yerdə də səmim zikir şunu,
Mərd əmər dərd sar ilə, zarı məharətlə sunu!”
(Yaşa Enlil, a (Ana) məzarda da bizləri səmimi zikir edir (düşünür),
Mərd o adamdır ki, bu dağ boyda dərdi məharətlə sona qədər çəkə bilə…
10-cu Fəsil — (4 səh.) – Enlil İsmə Dağanın kiçik medalyon üzərinə qazılmış dəyərli bir fəlsəfi deyimini və elementar məktəb şagirdləri üçün hazırlatdırdığı gil lövhədəki Vurma cədvəlinin açılışlarına həsr edilib:
1 ara 1 [babbardu]-bərabərdi) 1; 2 ara 2 — 4; 3 ara 3 — 9; taa 11-ə kimi…
11 ara 11 = 121 – (121-i ulular 60+60+1) vasitəsilə ifadə edirdilər. 60 onlarda bizim onluğu əvəz edirdi. Mərkəzdə duran oynaq rəqəm kimi. Cədvəlin sonunda “xxxx — imci ildə lu (ulu) Enlillə” (tərtib edilib) sözləri diqqəti cəlb edir. Əfsus ki, ilin rəqəmləri ovulub tökülüb.

11-ci Fəsil – (52 səh.) — Enlil İsməni antik dövrün fövqalədə astronomu kimi təqdim edir. 38 bənddən ibarət şeirlə yazılmış kosmik elmi müşahidələr özünün elmliyi, dolğun və düzgün təsviri ilə bu günkü insanı təəccübdə buxovlayır. Məs., Ay tutulması bu günkü elmin sübut etdiyi eyni yolla 6500 il bundan öncə Enlil İsmənin qeydlərində həkk olunub:
“Ye[r], Ay yannıtu Şəməşü, çığrı it dama anu [ki], libb ışı?..”
(Yer və Ay günəşə yannıtu (birgə yan alcaq), çığrı (göy qübbəsi) anu (Ayı) itələyirmi (dama — tələyə) ki ha, parıltı kəsilir (libb ışı) — Ay tutulur?

Bahar Bayramının girmə anı da Enlil İsmə tədqiqatlarında bu günkü astronomik müşahidələrdən qəti fərqlənmir (həmçinin bax 30-cu fəsil). Onun yaradıcılığında Mars planeti elə bu adda da, Yupiter Mərduk, Günəş Şəməş adı ilə verilrir.
Aristoteldən 4500 il qabaq Enlil İsmə Yerin kürə (qlobus) şəklində olduğunu təsdiq edir: «… U ki aləm içdə bir kürrədü Yer ha!..» (O ki, kainatda Yer kürə formasındadır).
Bu cür zəkanın yaratdığı və min illərdən sonra belə anlaşılacaq və günərliyini itirməyəcək zəngin milli irs holland mənşəli Amerika alimi prof. M.Voqelsanqın səyləri ilə “akkad dilinin ədəbi dil nümunələri” adı altında kor qəpik dəyərində heçə endirilib.
12-ci Fəsil – (17 səh.) – “Mərduka yeni himn, yoxsa Mərdukun qəzəbi?” adlanır. Mərduk ulularımızın şimşək, ildırım, zəlzələ və dağuna (vulkanik püskürmələr) allahı olub. Şimşəyə işarədən ona Mərd Uk (Ox) da deyiblər. İlk dəfə biz ulu yazarın Ete eli ölkəsində İşşutim adlı şəhərinin başı üstündə baş vermiş dağunanın (vulkanik püskürmənin) geniş mixi yazılı təsviri ilə tanış oluruq. Bizdən əvvəl mətni oxuyub tərcümə etmiş Bağdad universitetinin professoru al Ravi mövzunu yenə də olmamış İqiqi allahı və allahlar dəsti ilə bağlayır, torpağın, şəhərin, millətin təbii fəlakət qarşısındakı faciəsini boş-boş söz yığınına çevirir. Halbuki, hadisənin təsviri zamanı yazının müəllifi şəhərin adından aman diləyir:

“Digir ki, İşşutim qəsri, bel (bəla, fəlakət)! Tikümtimi sərir taşlar pilpayalarla (sütunlarla)!”
13-cü Fəsil — (31 səh.) – atda sulu qabar (sap) xəstəliyinə və onun müalicəsinə həsr edilmiş azman bir əsəri əks etdirir. Xəstəlik zamanı ata necə qulluq göstərmək, ona lazımi bitgi təbiətli ilaclar və hətta aspirinin əcdadı sayılan antiseptik səəlsi (salisil duzu), göydaş məhlulu (Mis Zaci) tətbiq etmək tövsiyə olunur. Uluların daxili endokrin və limfa vəzilərindən xəbərdar olduqları aşkar edilir. Əsər veterinariya tarixində ən dəyərli ərməğan kimi dərsliklərə salınmalıdır.
14-15-ci Fəsillər – (13 səh.) — Yenə də veterinariyaya həsr edilmiş digər iki yığcam mətndən biri zahı atın doğuşu zamanı madyan ata qulluq etməyin təsviridirsə, digəri doğulmuş dayçaya və doğuşdan sonra zəifləmiş anaya xidmətin nümunələrinin əksidir.
16-cı Fəsil – (54 səh.) — Naxçıvanda İlandağ qayasəthi yazısının yenidən açılışını əks etdirir. Yazının İrəvandan Culfaya oğurluğa gəlmiş Erm. Arxeologiya institutunun direktoru İqumnov tərəfindən fotosu çəkilərək İrəvana aparılıb (1989). Erməni müəllifləri u an bir yerə yığışaraq, mətnin başına-gözünə döyərək «deşifrə edib» və tələm-tələsik “Naxçıvanda Urartu yazısı” adlı məqalə ilə İtaliya jurnallarının birində çıxış ediblər (1992). İtaliyalı urartoloq mətni yenidən oxuyub və çoxlu düzəlişlər edib. Naxçıvanı, Qarabağı və hətta Cənubi Azərbaycanımzda Qərəçay sahillərini Urartu dövlətinin sərhədlərinə qatan ermənilər bu düzəlişə qızsalar da, artıq istədiklərinə nail olublar. Bizim qədim torpaqları dünya elminə Urartu əraziləri kimi tanıdıblar. Biz yenə də «gəlmələr» statusunda qalmışıq. Əslində əski qayasəthi material təmiz türkcə səslənir və o, Naxçıvan-İribunye (İrəvan)-Sərdarbad, hətta mən deyərdim, Van Xanı Sərdarın (onu da Urartu çarlığının banisi kimi tanıyır elm dünyası) Lidiya kralı Karun ilə bağladığı sazişdən söhbət açır. Orada uydurulmuş Urartudan söhbət belə getmir. Fəsil yeni erməni fırıldağının üstünü açan tutarlı elmi dəlillərlə zəngindir.
17-ci Fəsil – (40 səh.) – Məşhur avantyurist, yəhudi mənşəli rus alimi M.Dyakonovun “tərcümələrinin” təftişinə və tənqidinə həsr edilib. İribunyedən tapılmıış və “urartunundur” deyilən boş söz yığınından ibarət tərcümələrin üstündən tərəfimizdən qələm çəkilir. Sübut olunur ki, hər üç mətn təmiz türkcədir və Azərbaycan türk dilinin qərb ləhcəsində səslənən yazılar çox böyük tarixi informasiyalarla zəngindirlər. Azərbaycan türkcəsinin çəpərəsi və ya sümüknəşi (skeleti) üstündə qurulmuş Urartı dövləti və Urartu dili tamamilə yalandır. Aydın olur ki, Dyakonovun bu cəhdləri də torpaqlarımızda düşməni yerləşdirmək və köklərini elmi cəhətdən dərinləşdirmək üçün Sovet-rus siyasətinə quru xidmətdən başqa bir şey deyil.
18-ci Fəsil – (13 səh.) – Ədəbiyyatda uydurulmuş imperatror Sarqonun nəvəsi sayılan NƏRƏM SİN`in 3 rübaisi oxunub, açıqlanıb və məlum olub ki, hökmdar olsaydı da, Nərəm Sin, əslində antik Azərbaycan şairidir və onun gil lövhələrdə bizə gəlib çatmış şeriləri Azərbaycan ədəbiyyatının bəlkə də ən ilkin rübailəridir.
19-cu Fəsil – (38 səh.) – Böyük şumerşünas alim sayılan Miçiqan Universiteti Şumerologiya kafedrasının müdiri və Amerikada nəşr olunan “The Journal of Cuneform Studies” — Gil yazıların Tədqiqi jurnalının baş redaktoru Polşa yəhudisi prof. P.Mixalovskinin materialının kəskin və əsaslı tənqidi ilə seçilir. Kür-Araz ovalığında doğulub, görünür, Həmədana ərə getmiş və orada doğulduğu vətəni üçün darıxan BİDA HƏMMƏDANİ adlı şairəmizin təkcə Azərbaycan poeziyasının deyil, dünya poeziyasının belə ən dəyərli, qabaqcıl incilərindən biri olacaq şeirini onun atılmış Erşahunqa adlı bir kilsənin absurdla yoğrulmuş ah-vayı ilə əvəz etməsi heç bir məntiqə sığmayan ədəbi oğurluqdur. Ulularımızın ruhlarına təhqirdir. Sətirlərini Facebook`da verdiyim “Həmmədan kuku” adlı şeir – professorun əlilə puç edilərək, mənasız söz yığınına vardırılıb.
20-ci Fəsil – (31 səh.) – Vaxtilə Harvard Universitetinin professoru Bolio (indi o, Kanadada işləyir), babalarımızın filizdən qızıl çıxarmalarının kimyəvi yolunu azdıraraq, bir neçə mətni guya Nəbuhəddnəzərin Kaşşaya və Bau-Asitu adlı qızlarının varlığına və anların kofta-köynək dəyişmələri kimi ucuz mövzulara yozmasının toplusudur. Bu fəsil müdrik ulularımızın kalium sianid (Zaci Kian), sink sulfat (Siq Zaci), Kalium hidroksid (Yepşu) Sülemi (Süleymani — Civə) kimi kimyəvi preparatlardan istifadə edərək, altunu (qızılı) daş süxurlardan ekstraksiya etdikləri faktlarını əks etdirir. Ən təəccüblüsü və ziyada maraqlısı odur ki, ilkin mətn kalium sianidin (KCN) alınması reaksiyasını bütün ardıcıllığı ilə təsvir edir. Ulularımızın 4 min il bundan qabaq işləyib hazırladıqları sianidləşmə (kalium sinaidlə), amalqamasia (civə ilə) və flotasiya (Sink sulfatla) metodları bu gün də var dünyada qızıl istehsalında tətbiq olunan ölməz metodlardır.
21-ci Fəsil – (12 səh.) – Bir neçə fəlsəfi məzmunlu yığcam əski deyimlərin tərcüməsidir. Məs., “Öncü idin, nam! Uğul, adam gərdümü, sərim bənim, arat Abiyi Süyuh” — İşlərin iti gedirdi — öncü idin, şan-şərəf! Oğul, eləki işlərin əydi, başımın tacı mənim, Şeyx Abidən məsləhət al. Gil lövhəyə qazılmış səhnədə kürsüsündə oturmuş müdrik ağsaqqal Şeyx (bunu da ərəb sözü sanır bizimkilər), qarşısında zindanda oturan gəncin düşdüyü situasiya kəlamı düzgün oxuduğumuza mütləq dəlalət edir. Bu ifadə ulularımızın dedikləri həyati zəngin kəlamlardan yüzdə biridir.
22-ci Fəsil – (17 səh.) – İlk dəfə azman bir mətn türkcə ulularımızın mal mübadiləsinə həsr edildiyi yazının sirrlərini açır. Məlum olur ki, «bir ad (saysız sayda) arı pətəgü`ünü» əcdadlar «16 dennut uku`na» (gözətçı oxuna) dəyişirmişlər. Mətni oxuduqcan, uzaq türk babalarımızın həyat tərzi, nə ilə yaşayıb, nə ilə nəfəs aldıqları, necə alver etdikləri səhnələri bütün dolğunluğu ilə göz önünə gəlir.
23-cü Fəsil – (17 səh.) – Söhbət bir parçası İstanbul muzeyinə, bir parçası Parisin Luvr muzeyinə düşmüş bir heykəlciyin üstündəki çivi yazının sirrlərinin açılmasından gedir. Bizim tərcümədə ilk dəfə dəqiq aydınlaşır ki, Amerika alimi Suterin dediyinin əksinə, balıqqulağı daşından yonulmuş heykəlcik heç də Şumerin ilkin imperator Şulqiyə yox, arzu və kamı «əl tut!» olan səxavətli ulumuza məxsusdur. Yazıda deyilir: “İç əlimdümü ki, ağlın qırşu qalu? Qalanı şu ölgin itə yala qalu. Gəl uri ki, maal? U gəlikü!” – Yəni, sən u biri dünyaya əlinin içindəki ağıl qırışından (xəttindən) başqa heç nə apara bilməyəcəksən, a xəsis. Səndən sonra nə qalsa, — heykəlin çiynində yonulmuş — bu ölgin itə yal kimi qalasıdır. Odur ki, varından qızırqanma, açıqəlli ol! Bu cür ŞAHANƏ TARİXİNİ İŞIQLANDIRAN KİTABLARIN ÇAPINA YARDIMÇI OL!
24-cü Fəsil – (114 səh.). Bu fəsildə daha bir antik dövr yazarımızla tanış olacaq oxucu. Onun adı ŞƏMSİ ƏDƏD ABİ`dir. Tərcümə etdiyimiz əsərdə şair indiki Türkiyə və Suriya ərazilərində yerləşmiş Ete eli türk elinə gəlmiş və çoxalmış ərəblərin yerli türkləri kəsib doğramalarından yana-yana danışır. İlk dəfə Türk millətimizin adına bu poemada Türükkü şəklində 3 dəfə rast gəlirik. Məlum olur ki, ərəblərin soyqırımına məruz qalmış Ete eli türkləri Aralıq dənizini üzüb keçərək indiki İtaliyada məskun salmışlar. İlk dəfə Ete türk — Etrüsk türklərinin Ete Elindən – indiki Kilikiya dənizinin sahillərindən gəldikləri və yeni adaya öz köhnə vətənlərinin adını (Ete eli – İtali) verdikləri faktları aydın olur. Aralıq dənizi sahilində — indiki Türkiyədə yerləşmiş Turandan gəlmiş türklərin şərəfinə, Turan (Tirreniya) və Adri və Atik türk tayfalarının şərəfinə isə Adriatik dənizinin adı meydana gəlib.
25-ci Fəsil – (19 səh.) – İtalyan alimi prof. Mayerin heçə endirdiyi böyük bir mətndən BİKƏ adlı Şairə Nənəmizin ağlasığmaz gözəlliyə malik bir əsərinin tərcüməsindən ibarətdir:
“A nə zırı dibale çəkir uda, kad (qədd) əbbadə?! Dimmə, Kürrə Ana əməli latehə!” — O nə məharətlə udu zilə çəkir belə qəddinə biçilmiş əbada?!, Dimmə, Kürrə ona — Allaha daima əməli duada! — beyti ilə başlayan poema Bahar Bayramını erdən qarşılayacaq cəmiyyət üzvlərinin gecə səhərə qədər keçirdikləri bayram şənliyindən məharətlə bəhs edir.
26-cı Fəsil — (17 səh.) – Mahaçqala üstündə ucalan Tarkitau (Kumıkstan) dağından vaxtilə tapılmış mixi yazılı daş yazısının türkcə olduğu faktı öz əksini tapıb. Həmən yazı olduğu kimi həm də vaxtilə Perisya imperiyasının paytaxtı olmuş Təxti Cəmşiddə (yunanca Persepolis) mərmər lövhə üstündə aşkar edilib (1799). Vaxtilə əhəmənilər sülaləsinin imperiya kimi gur-gur gurlayan dövründə onların paytaxtında türkcə yazının varlığı adamı sanki diksindirir və — İrana türk sonradan gəlib — cəfəng ideyasını alt-üst edir. Bu sarsaq ideya növbəti fəsildə də darmadağın edilir.
27-ci Fəsil – (40 səh.) – İranın Luristan vilayətindəki Kəbir Kuh dağında aşkar edilmiş 36 sətirdən ibarət qayasəthi ox yazısı (mixi, gil, çivi yazıları — hamısı eyni məna yüklüdür) vaxtilə orada mövcud olmuş Türükkü dövlətinin (İncil) hökmdarı Aşşurun (onu Assuriyanın çarı hesab edirlər, Türükkünün də bu adda şahı olub) qonşusu pars tayfasının lideri birinci Əhəməni Haxameşə müraciətidir. Bu, yalnız qayasəthi abidəni türkcə qəlibləyib oxuyanda məlum olur. Hindistandan yeni köç edib Parsumaş adlandırdıqları yerdə məskən salmış parslar heç bir dinə xidmət etmirmişlər. Bu da cəmiyyətdə hər cürə nizamsızlığa, gigiyenaya rəayət olunmamasına, natəmizliyə, cəmiyyət daxilində çürük adət-ənənələrin kök salmasına səbəb olurmuş. İndiki Haloween (Holovin) adlanan ölülər və qarabasmalar bayramının atributları u dövrdə Hindistandan köç etmiş Parsumaş tayfalarından gəlir (Herodot). Aşşur Haxameşi özlərinin səcdə etdikləri təmiz, saf Günəşə, Oda, Ahuraya inama səsləyir. Lakin öz xalqını əzib, onun bütün qazancına sahib olan, qəddar və çopur Haxameş* bütün bu təklif və çağırışlara məhəl qoymur. Yazını oxuduqca, Herodotun ilk parslar barədə yazdğı hər cür nifrətdolu adətlərlə rastlaşırsan.
*Haxameşin qəddarlığı və çiçəkdən qalma dərin çopurluğu yazıdan bilinir:
«Əzir işlə əgilmüşü, giz (gizlidə) müthiş çəkür!» və
«Şam nəlip şu üzğə kəlük (keçəl, çopur), qisas almış üyədü» (güvədir)!
28-ci Fəsil – (18 səh.) – Cənubi Muğanın Arazqırağı Xudafərin kəndində (C.Azərbaycan) aşkar edilmiş mumiyanın üstündəki mixi yazıları təmiz türkcədir. Mumiyanın ən azı 6 min il yaşı var. Araşdırmalar və yazılardakı səmt belə mülahizə yürütməyə əsas verir ki, u “Adak (müqəddəs) yatağa yatan Hadi (yol göstərən)” Şəxs elə Zərdüşt peyğəmbərin özüdür.
29-cu Fəsil – (9 səh) – İncilin Daniyel kitabında getmiş və əsəri yazanlar tərəfindən səhv yozulduğundan, səmti, mənası, dilinin kimə məxsusluğu tamamilə azdırılmış: “Mene. Mene, Tekele uparsin” ifadəsinin türkcə olduğu və əslində böyük bir tarixi həqiqətin əksi-sədası kimi Müqəddəs kitaba düşdüyü tutarlı elmi dəlillərlə isbat edilir. Sübut olunur ki, İncil müəllifləri ifadənin yozumunu dəyişməklə İsraili zəbt edib var-dövlətini, Yerusəlimdəki «Allah evini», talan edərək qızıl qab-qacağına sahib çıxmış, gənc hökmdarını məhv edib, on munlərlə yəhudini əsir kimi Babilə gətirmiş Nəbuhəddnəzəri lənətləmək məqsədi güdüblər. Odur ki, xristianlar arasında böyük hökmdar ən alçaq, rəzil şəxs kimi tanınır. Bunda Daniel kitabının rolu danılmazdır. Bizim üçün isə bu ifadə həm də Nəbuhəddənəzər dövründə Babil sarayında Türk dilinin hökmranlığına yazılı sübutdur.
30-cu Fəsil – (13 səh.) — “Bahar Bayramı Türkündür, yoxsa Farsın?” adlanan bu fəsil, 9-11-ci fəsillərdə tanış olduğumuz böyük astronom Enlil İsmənin tədqiqatlarına və digər faktiki tarixi hadisələrə söykənərək, sübuta yetirilir ki, nəinki farsların Hindistandan indiki İrana gəldikləri zamandan, hətta onlar barədə hələ heç bir məlumat olmayan dövrlərdən belə Türk Bahar Bayramını Yeni ilin gəlişi kimi qeyd edirmiş. Onu Zaqrosdakı ilk dövrlərində Halovinə bənzər bayram qeyd etmiş oddan qorxan farslara bağlamağın qəti əsasları yoxdur. Əksinə, Bahar bayramının bu gün də yaşar bütün atributları Pasxanı qeyd edən tam dünya xalqları tərəfindən iqtibas edilib.
31-ci Fəsil – (12 səh.) — Bu fəsil adətən orta əsrlərin, özü də ərəbin, farsın məhsulu sayılan muğam sənətinə məxsus muğam növləri barədə məlumata hələ 6 min il bundan qabaq tikilmiş Ziqqurat məbədindən tapılmış silindrdəki gil yazılarda rast gəlinir. Antik şairlərimizin yaradıcılıqlarında biz Uşşaq, Mahur, Rast muğamlarının adları ilə rastlaşırıq. Muğam atributları olan və ox yazıları dövründən tanınan qəzəllərin, tarın, udun, sazın, zilin (zurnanın) varlığı da muğamın antik zamanlardan mövcud olduğunu təsdiq edir. Qiymətli lyapis-lazur daşının üstündə Daguna (Heyratı) və Demüz (Segah) muğamlarının adları və ifa qaydaları barədə Ustad göstərişi də böyük həqiqətdən xəbər verir. Bütün bunlar həm də bu yaxınlarda Sankt-Peterburqda çapdan çıxmış mənim “Hanki məkandan, hanki zamandan başlanır muğam?” (120 səh.) adlı azərbaycanca-rusca kitabında da öz əksini tapıb.
32-ci Fəsil – (12 səh.) – Gil yazılarda rast gəldiyimiz yeniliklər, bizə ilk növbədə “Miixi yazılı Azərbaycan Türk dilinin qrammatikası” (Bakı, 247 səh.) əsərini yazmağa imkan verdi. Onlar bizə həm də Azərbaycan türk dilində bir çox reformaların həyata keçirlməsi üçün təkliflər irəli sürməyə zəmin yaratdı. Biz ilk dəfə Azərbaycan dili üçün qadın cinsinin şəxs əvəzliyi (təkdə o — kişi cinsi, a — qadın cinsi üçün, cəmdə müvafiq olaraq, onlar, anlar) təklifini veirik. Zamanlar-, nəsillərarası tarixi mənəvi bağların bərpa edilməsi üçün elementar siniflərdə balalarımıza ərəb qrafikası əsaında yaradılmış və min ildən artıq istifadə olunmuş köhnə əlifbanın tədris edilməsi təklifi də onlarla dəyərli təkliflərdən biridir.
33-cü Fəsil – (9 səh.) – Türkün indiyə qədər heç kəs tərəfindən müşahidə edilməyən əfsanəvi bir təbiətindən bəhs edir. Xəritələrlə sübut olunur ki, hara köçməsindən asılı olmayaraq Türkün tarixən məskən salıdığı yer həmişə iki çay arteriyaları arasındakı münbit torpaqlar olub (Dəclə-Fərat, Kür-Araz, Araz-Səfidrud, Amu Dəya-Sır Dərya, Orxon-Yenisey və s.).
34-cü Fəsil – (25 səh.) – Tarixöncəki türklərdən söhbət açılır. Ox yazıların, Herodotun, Strabonun, Pilininin, Roma və digər orta əsr yunan tarixçilərinin verdikləri məlumatlara söykənərək, müəyyən edilmişdir ki, Türkün doğulduğu Torpaq İkiçayarasıdır — Babildir. O həm də Aralıq dənizi sahillərində və indi Yunanıstan (Ellin) adlanan Pelasaqiya İ-də və Çanaqqala ərazisinə təsadüf edən Pelsaqiya İİ (Herodot) yaşayıb yaratmışdır. İndiyə qədər bilinməyən çoxsaylı türk xalqlarının adları aşkar edilmişdir: Troya türkləri olan Pelasçılar, Tevkirlər (Xeyirxah türklər), Ete ellilər, Tekerler, Atik və Adrikler, Kumıklar, Kengerler, Turşlar, Trk`ler (Türklər), Eteokiprler, Eteokritler və s. xalqlar Aralıq dənizinn tarixöncəki türkdilli xalqları sırasına daxil edilməlidirlər. Yadigar qalmış çoxsaylı dil əlamətləri bütün sadalananları türkdillilərin əcdadları hesab etməyə tam imkan verir. Babilan türklərinin gil yazıları bütün dünya əlifbalarına təkan verən qüvvə olduğu kimi, Pelasq əlifbası da etrusk, yunan, latın və türkün Orxon-Yenisey runisinin əsasında duran yazıdır.
Tariyel Azərtürk professor

НОВОСТНАЯ ЛЕНТА