Время в Баку - 01:48

САМОЕ ЧИТАЕМОЕ

Sönməz, əbədidir Heydər Əliyev!


“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından

 Həsən Şirinov, Polis General- mayoru

“Qızıl Qələm” mükafatı laureatı

“Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyev — xalqının

görən gözü, döyünən ürəyi, düşünən beyni və danışan dili idi.”

Mələklər qoynunda imdada catan,

Xalqın nicat yolun xalqa anladan!

Müqəddəs bu yola təkcə can atan,

İlahi quvvədir, Heydər Əliyev!

********************************

Bəşər tarixində yeri görünən..

Xalq ilə ağlayıb, xalq ilə gülən!

Birgə nəfəs alıb, birgə döyünən,

Yanan ürəyidir, Heydər Əliyev!

********************************

Millətin şərəfin, adın ucaldan,

İmzasın əbədi, tarixə atan,

Düşdüyü bəladan çıxış yol tapan,

Düşünən beynidir, Heydər Əliyev!

**********************************

Haqqın, ədalətin keşiyin cəkən,

Xalqın düşməninə tək sinə gərən,

Siyasi meydanda liderlik edən,

Danışan dilidir, Heydər Əliyev!

*********************************

Vətən, xalq yolunda canını verən,

Həyatda mənalı bir ömür sürən,

Hər bir addımında uzağı görən,

Xalqının gözüdür, Heydər Əliyev!

***********************************

Qılıncın qənimi, qələmin qulu,

Haqqın dərgahında uludur, ulu!

Sevdiyi Vətəndir, bir Allah yolu!

Sönməz, əbədidir Heydər Əliyev!

**********************************

Həsən deyir haqq sözünü elinən,

Xalq sevgisi qazanılmır dilinən,

Dünyada hər yerdən, görünə bilən,

Əlcatmaz zirvədir, Heydər Əliyev!

НОВОСТНАЯ ЛЕНТА