Время в Баку - 17:45

САМОЕ ЧИТАЕМОЕ

Qırğızıstan parlamentində TÜRKPA-nın nümayəndə heyəti ilə görüş olub


Qırğızıstan parlamenti-Joqorku Keneşin sədri Talant Mamıtov aprelin 11-də ölkədə keçiriləcək referendumda iştirak etmək üçün Bişkekə gələn Türkiyə Böyük Millət Məclisinin deputatı Rəcəb Şəkərin rəhbərliyi ilə TÜRKPA-nın nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinin tərkibində Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov da var.

AZƏRTAC Qırğızıstan parlamentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Talant Mamıtov qonaqları salamlayıb, referenduma hazırlıq, bu böyük siyasi kampaniyanın demokratik ruhda, açıq və ədalətli keçirilməsi istiqamətində görülən işlərdən danışıb.

Parlamentin sədri türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan addımlar və həyata keçiriləcək layihələrdən söhbət açıb, bu istiqamətdə TÜRKPA-nın böyük rolu olduğunu diqqətə çatdırıb.

Rəcəb Şəkər referenduma hazırlığın yüksək səviyyədə olduğunu bildirib, müasir texnologiyalardan istifadə olunmasını yüksək qiymətləndirib.

Vüqar İskəndərov görüşdəki çıxışında Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb, bildirib ki, türkdilli dövlətlər arasında münasibətlərin inkişafı ölkələrimizin mənafeyinə uyğundur. Milli Məclisin deputatı deyib ki, keçiriləcək referendum Qırğızıstanı demokratik inkişafa aparan daha bir addımdır.

НОВОСТНАЯ ЛЕНТА