Время в Баку - 19:18

САМОЕ ЧИТАЕМОЕ

«Mən sizi bütün ruhumla, qəlbimlə sevirəm…»


“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından

SÜDABƏ SƏRVİ

       Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər

Birliklərinin üzvü,  Prezident mükafatçısı

 

                 «Mən sizi bütün ruhumla, qəlbimlə sevirəm…»

          Qədim Şərq əfsanələrinin birində deyilir: bir obada çox ağıllı, savadlı və uzaqgörən bir  başçı varmış. Xalqın birliyini istəməyən satqın və xain adamlar onu gözdən sallmaq üçün arxada, küncdə-bucaqda ona qarşı çıxışlar edir, əleyhinə təbligatlar aparırlarmış.

Bir gün təsadüfən obaya bir üləma gəlib çıxır və həmin başçının necə böyük bir dahi olduğunu hiss edir. Gedərkən obanın adamlarına deyir:

-Bu dahi insanı sizə Tanrı göndərib. Onu qoruyun!

İllər keçir. Üləmanın dahi adlandırdıgı  insan dünyasını dəyişir. Çox keçmir obanın adamları necə böyük bir şəxsiyyəti itirdiklərini anlayırlar…

Hər dəfə böyük şəxsiyyət, dahi insan Heydər Əliyev haqqında düşünəndə, bu qədim əfsanəni xatırlayıram. Bəli! Onu da bizə Tanrı göndərmişdi. Göndərmişdi ki, Azərbaycan adlı məmləkəti yer üzündə tanıtsın. İnsanların şüurunda, təfəkküründə, tərəqqisində dəyişikliklər etsin. Xalqını, millətini bəlalardan qorusun, xilas etsin! Dahi o insanlara deyilir ki, öz əməlləri ilə cəmiyyətin istiqamətinin dəyişməsinə  təsir edə bilirlər, müharibələrin qarşısını alırar.

Böyük Cavidin misraları düşür yada:“Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur Yer üzünü!”

Heydər Əliyev bir vaxt ölkəmizdə anarxiyanın baş alıb getdiyi zamanda nəinki neçə-neçə tökülən qanların izini kəsdi, həm də əsrlər boyu bir-biri ilə mehriban yaşayan etnik müsəlman xalqlarının birliyini qoruyub saxladı,
Azərbaycanı parçalamağa qoymadı. Təkcə elə bu əməlləri ilə o dahidir, şəxsiyyətdir, fenomendir!

Bu adı qazanana qədər ömür yolu elə də hamar omayıb rəhbərimizin. Ona qarşı çıxanlar, “hücum edənlər” də çox olub. Bu barədə bir  qədər sonra söhbət açacagıq. İstərdim qüısa da olsa, dahi şəxsiyyətin ömür yoluna ekskurs edək.

Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində, Əlirza kişinin ailəsində doğulub. Deyilənə görə, elə uşaqlıqdan xüsusi istedadı, qabiliyyəti, zəkası ilə yaşıdlarından fərqlənirmiş. Azərbaycanın Xalq artisti Zəroş Həmzəyeva xatirələrində yazır: “Birinci sinifdə oxuyurduq. Bir gün sinfimizə qonur gözlü, kübar görünüşlü bir oğlan gəldi. Çox agıllı və iti baxışları vardı. Müəllim ona bir neçə sual verdi, hamısına təmkinlə, düzgün cavab verdi. Müəllim diqqətlə ona baxıb, gələcəkdə səndən böyük adam olacaq,-dedi»

Həmin uşaq H.Əliyev idi. Müəllim səhv etməmişdi. Orta məktəbi bitirdikdən sonra gənc Heydər Naxçıvan Pedaqoji texnikumuna daxil olur və 1939-cu ildə oranı bitirir. Az sonra Azərbaycan Sənaye institunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə daxil olur. Lakin həmin ərəfədə başlanan SSRİ-Almanaiya müharibəsi təhsilini başa çatdırmağa ona imkan vermir. Vəziyyət ağır oldugundan 1941-ci ildə onu Naxçıvana işə dəvət edirlər.  Xalq Daxili İşlər Komissarlıgında və Xalq Komissarları sovetində şöbə müdiri kimi fəaliyyətə başlayır. Müharibənin ən qızğın çagında ölkədə cinayətlər, neqativ hallar, əyintilər baş alıb gedirdi. Belə bir vaxtda gənc, istedadlı və bacarıqlı kadrlara böyük ehtiyac vardı.

Məhz belə bir zamanda-1944-cü ildə onu KQB-yə işə dəvət edirlər. Bu dövrdə təhsilini artırmagı da unutmur gənc Heydər. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir.  1964-cü ildən 1967-ci ilədək Azərbaycan Nazirlər Soveti yanında KQB-sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsində işləyir və general-mayor rütbəsinə qədər yüksəlir. Yenə də təhsilini unutmur. Leninqradda (indiki Sankt-Peterburq) şəhərində çekistlik üzrə xüsusi ali təhsil alır.

Heydər Əliyevin KQB-yə sədr gəlməsi,əslində, o dövr sovet qanunları ilə heç də uyğun gəlmirdi. O vaxt adətən, müttəfiq respublikalarda bu vəzifəyə ancaq rus millətindən olan nümayəndələri seçirdilər. Azərbaycan üçün, Heydər Əliyev üçün bu, böyük qələbə idi!  Bu cümlənin altını xüsusi cızıram-Azərbaycan üçün, xalqımız üçün ilk azərbaycanlı gənc kadrın KQB-yə sədr gəlməsi böyük qələbə idi! Yalnız elmli, dərrakəli, vətənini, torpagını sevən vətənpərvər insanlar anlaya biləcəkdilər bunu. Və böyük  Zaman bütün bunları sübut edəcəkdi.  Faktlara müraciət edək.

KQB-yə sədr gəldikdən sonra Heydər Əliyev millətimizin neçə-neçə ziyalılarını həbsdən, “dissident” olmaqdan qorudu. Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Əbülfəz Əliyevi (Elçibəyi), İsmayıl Şıxlını, Gülhüseyn Hüseynoglunu və başqalarını. Əgər Heydər Əliyevi bu millətə Tanrı yetirməsəydi, bəlkə də, bu istedadlı milli ruhlu şairlər olmayacaqdılar! Hərdən düşünürəım ki, əgər H.Əliyev 37-ci ildə Azərbaycanda Birinci katib olsaydı, heç şübhəsiz ki, onun dərin siyasi gedişləri, uzaqgörənliyi, güclü iradəsi, özünə əminliyi, ən əsası isə xalqına olan sevgisi və birbaşa Stalinə təsir edə biləcək qüvvəsi  neçə-neçə dəyərli ziyalılarımızı repressiyanın cəngindən xilas edəcəkdi. Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Salman Mümtaz kimi istedadlı yazarlarımız, alimlərimiz güllələnməyəcəkdilər, yaxud uzaq Sibirin şaxtalılı- buzlu çöllərində məhv olub getməyəcəkdilər. Çünki H.Əliyev mədəniyyətə, ədəbiyyata böyük dəyər verirdi. Zamanında nə qədər şair və yazıçılarımızı qorudu, gizli və aşkar onları xilas etdi, həbsdən qurtardı. Bu həmin dövr idi ki, Moskva  Azərbaycanda milllətçi ünsürlər axtarırdı. Məhz belə bir zamanda H.Əliyev Azərbaycan ziyalılarını qoruyurdu. Bunu həmin ziyalılar özləri də dəfələrlə etiraf ediblər.

Yazıçılar Birliyinin sədri Anar “Unudulmaz görüşlər” kitabında yazır:”Sovet dövründə Azərbaycanın bir neçə gənc yazıçısı, şairi, jurnalisti gizli bir təşkilat yaratmaq fikrinə düşüblər. Bu barədə KQB duyuq düşüb, dərhal hamısı həbs olunub. Bu gənclərdən biri mənimlə “Qobustan” jurnalında işləyən istedadlı jurnalist və şair Tofiq Məhərrəmoglu idi. O vaxt bütün Sovet İttifaqında “əcinnələr ovuna” çıxmışdılar. Hər yerdə asi, dissident axtarırdılar.Bizim bu dəliqanlı cavanların da başına min oyun açıla bilərdi, izləri-tozları qalmazdı. Amma Heydər Əliyevin şəxsi cəsarəti, nüfuzu və riski sayəsində nəinki cəzalandırıldılar, hətta çox tez zamanda hamısını azadlığa buraxdılar. Tofiq Məhərrəmoglu danışırdı ki, Heydər Əliyev bizim hamımızı kabinetə çağırdı. Sütül, cılız cüssəli uşaqlar idik.

-Sizsiniz bu hökuməti yıxmaq istəyənlər?-deyə güldü. Gedin, ağlınızı başınıza yıgın, öz işinizlə məşgul olun və xalqınıza gördüyünüz xeyirli işlərlə xidmət edin”-dedi.

H.Əliyevin KQB-də işlədiyi dövrlə bağlı başqa bir əhvalat da danışırlar. Əliyev sovet dövrünün siyasi dustaqlarından birini (deyilənə görə bu Əbülfəz Elçibəy olub) otağına çağırır. Söhbət əsnasında müsahibinin ac olduğunu hiss edir. Borş gətizdirir. Dustaq xörəyi iştahla gözünə təpir. Görüşün sonunda Heydər Əliyev onun azadlığa buraxıldıgını deyir və əlavə edir:

-Amma onu bil ki, bu idarədə borşu adama bir dəfə verirlər.

1969-cu ilin iyul plenumundan sonra H.Əliyev Azərbaycan KP MK-nın Birinci katibi seçildi. Heç şübhəsiz ki, bu, milllətimiz üçün çox gərəkli, vacib bir addım idi və çox sonralar böyük TARİX bu addımın doğru olduğunu sübut edəcəkdi. Çünki sovet idarəçiliyi altında yaşayan Azərbaycan xalqı çox vaxt öz hüquqlarını müdafiə edə bilmir, Moskvada, elə Azərbaycanda müxtəlif vəzifələrdə  kök salan millətçi daşnak-ermənilər tərəfindən müəyyən haqsızlıqlara, təzyiqlərə məruz qalırdı. Heydər Əliyev bütün bunların qarşısını çox gözəl və cəsarətlə ala bilirdi.

Deyirlər, katib seçildiyi ilk vaxtlar heç kəsin onu tanımadığı bir zamanda “mülki-libas” olub rayonları, bölgələri gəzər, qanun pozuntularını, müəyyən əyrilikləri öz gözləriylə müşahidə edər, müqəssirin cəzasını elə yerindəcə verərdi. Atam, əmilərim danışırdı ki, həmin vaxtlar bir çox rüşvətxorlar, əliəyrilər səksəkədə, qorxu içində imiş.

Bəli, 46 yaşlı yeni cavan katib bəzi qanun pozucularının, antipodların ürəyinə əməlli-başlı vəlvələ salmışdı. Və bu Onun böyük qələbəsi idi!

Tarix institunun keçmiş direktoru İqrar Əliyev danışırdı ki, 1977-ci ilin noyabr ayı idi. Gecə birdən telefon zəng çaldı. Düşündüm ki,  bu vaxt kim olar? Telefondakı adam salam verəndən sonra dedi:

-Danışan Əliyevdir.

-Hansı Əliyev?

-Heydər Əliyevdir.

Düzü, mən həm çox  təəccübləndim, həm də bir az təşviş keçirdim. Əliyev mənə dedi ki, sabah saat doqquzda yanıma gəlin, sizi gözləyirəm.

Səhər tezdən Mərkəzi Komitəyə getdim. H.Əliyev məni qəbul etdi. Dedi ki, bəs 3 məşhur yazıçımız Nizaminin məqbərəsinin Gəncədən Şəmkir yoluna  köçürülməsi haqqında məsələ qaldırıb. Bu barədə sənin fikrin nədir?

Mən dedim: “Heydər Əliyeviç, Nizamini Gəncədən ayırmaq böyük cinayətdir!”

Bu fikir H.Əliyevin xoşuna gəldi. Mərkəzi Komitənin qərariyla şairin məzarı bərpa olundu. Daha sonra Qəbələ RLS tikilərkən o abidənin üstündən yüksək gərginlikli  xətlərin keçirilməsi üçün dirəklər basdırılmalı idi. Ona görə şəhəri sökmək qərarına gəlirlər. Mən çox narahat oldum. Səhər tezdən bununla bağlı Ali sovetin sədri Qurban Xəlilova müraciət etdim. O dedi ki, narahat olmayın, sabah mən sizi Heydər Əliyevlə görüşdürərəm.

H.Əliyev məni qəbul etdi. Axıra qədər-düz yarım saat sözümü kəsmədən dinlədi. Mən söhbətimi bitirən kimi telefonu götürdü və SSRİ  Hərbi Hava Qüvvələrinin Baş komandanına kəskin sözlər dedi. Bununla da məsələ həll oldu.

Belə bir əhvalat da olub: 70-ci illər imiş Rayonların birində qabaqcıl bir kolxoz sədri varmış. Gözügötürməyən paxıllar bir gün sədrin “torbasını tikirlər”. Həmin şəxs həbs olunmaq təhlükəsiylə üz-üzə qalır. Kolxoz sədri gecəykən rayondan çıxıb Bakıya gedir. Çox çətinliklə də olsa, Əliyevin qəbuluna düşə bilir. Həmin adam söhbət edirdi ki, qəbul otağında bir neçə dəqiqə gözlədikdən sonra Əliyevin olduğu otağa daxil oldum. Salam verdim. Salamımı aldı. Əvvəllər də iclaslarda görmüşdüm. Amma ilk dəfəydi ki, bu qədər yaxından görürdüm.

-Eşidirəm sizi.

O qədər nüfuzedici baxışları vardı ki, bir anlığa niyə gəldiyimi də unutdum. Dedim:

-Yoldaş Əliyev, mənim haqqımda sanksiya veriblər. Axtarışdayam. Rayon rəhbərliyi üzümə şahid durğuzub ki, guya mən kolxozun torpaqlarını satmışam. Amma vicdanım təmizdir. Bunlar sadəcə böhtandır…

Deyir ki, 10 dəqiqəyə qədər danışdım. Sözümü kəsmədən dinlədi. Sonra bir dəqiqəyə qədər arada sükut oldu. Bu bir dəqiqə mənə bir il kimi uzun göründü. Fikirləşdim ki, hə, işim bitdi. İndicə gəlib aparacaqlar. Daha gerisini düşünə bilmədim. Qəflətən dedi:

-Cəsarətiniz xoşuma gəldi. Gedə bilərsiniz.

Vəssəlam. Bununla da məsələ həll olundu.

Açıqlama verim ki, uzun illər partiya işində çalışmış həmin şəxs mənim atam idi. H.Əliyev həm də belə bir mərd, düzgünlüyə qiymət verməyi bacaran, ədalətsizliyə dözməyən bir insan idi! Onun necə böyük bir şəxsiyyət, dahi insan oldugunu və millətimiz, xalqımız, respublikamız üçün nə qədər böyük işlər gördüyünü atam mənə illər öncə söyləmişdi.

H.Əliyev işlədiyi illər ərzində ədəbiyyata, incəsənətə çox böyük dəyər verirdi. “Dədə Qorqud” dastanı haqqında film çəkmək təklifini məhz H.Əliyev vermişdi. 1995-ci ildə bir çıxışında deyirdi:” Tariximizin hələ çox səhifələri var ki, onları kinoya salmaq lazımdır. Məsələn, Dədə Qorqudun kinoya salınması tariximiz  üçün nə qədər böyük hadisədir. Nə üçün? Çünki gəlin açıq danışaq. Özümüzünkülərdən elə insanlar var ki, “Dədə Qorqud”u hələ yaxşı bilmirlər. Amma kino elə bir vasitədir ki, gəlib baxırsan, hər şey aydın olur”.

Heydər Əliyev 1982-ci ildə Moskvaya rəhbər vəzifəyə irəli çəkildi. Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilən Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini oldu. Bu, SSRİ-də rəhbər vəzifəyə çəkilən ilk müsəlman lider idi. Bundan sonra ona qarşı “hücumlar” başladı. Əlbəttə, Əliyev kimi savadlı, bacarıqlı və ağıllı siyasətçinin rəhbər vəzifəyə keçməsi ermənilərin yuxusuna haram qatmışdı. Ard arda Moskvaya böhtan dolu teleqramlar, şikayət məktubları gedirdi. Və nə yazıq ki, bunu təkcə ermənilər etmirdi, elə sapı özümüzdən olan baltalar, keçəl həmzələr də edirdilər.

H.Əliyev 1987-ci ilin oktyabrında Baş katib Qorbaçovun Azərbaycana qarşı tutdugu ermənipərəst mövqeyinə, etdiyi haqsızlıqlara dözməyib infarkt keçirir. Uzun sürən mübarizədən sonra yüksək tribunadan Siyasi Büronun iclasında çıxış edərək Qorbaçova qəti şəkildə etirazını bildirərək tribunanı tərk edir və istefa verir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil oldu. Baxmayaraq ki, H.Əliyevi hakimiyyətdən uzaqlaşdırmışdılar, xəstə idi, onun hər addımını təqib edirdilər, amma bu böyük ürəkli insan həyatını riskə ataraq ailəsiylə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, yerli və xarici mətbuat nümayəndəllərini toplayıb bu qanlı cinayətə səbəb olan Qorbaçovu kəskin şəkildə tənqid etdi. «Ədalətsizliklə ədaləti bərpa etmək olmaz!»-dedi Heydər Əliyev.

Belə bir şey sovet tarixində ilk dəfə baş verirdi ki, vəzifədən uzaqlaşdırıldıqdan sonra həyatını riskə ataraq bu cür çıxış edəsən, özü də xəstə vəziyyətdə. Həm də təqib, təzyiq altında ola-ola. O vaxt çoxları dəhşətə gəlmişdi. Bu necə baş verdi axı? Vəzifədən kənarlaşdlrılmış büro üzvlərinə öz dairəsindən kənara çıxmaga icazə yox idi.  Bu cəsarətli addımına görə Əliyevin həbs olunacagını düşünənlər də vardı. Amma Heydər Əliyev bunu bacardı. Öz güclü iradəsiylə! Siyasi bacarıgıyla!

Dərhal mərkəzi mətbuat ona qarşı kampaniyaya başladı. .Hətta onun Bakıya qayıtmasına da imkan vermirdilər. Və nə yazıq ki, o vaxtkı Azərbaycan rəhbərliyi də onun vətənə dönməsinə imkan yaratmırdı. Əksinə, mane olurdu. Amma o gəldi. Mən o günləri yaxşı xatırlayıram. Biz çox gənc idik o vaxt, amma bütün hadisələrə həqiqəqtin gözüylə baxırdıq. Təkcə mən yox, H.Əliyevə qarşı olan haqsızlıqları çoxları xatırlayır. Ən təsirlisi buydu ki, bir zaman çörəkli, vəzifəli, bag-bagatlı etdiyi nakəslər-çörəyi dizinin üstündə olanlar “əşşi, daha çıxdı vəzifədən, qorxusu yoxdur”-deyərək onları çörəkli edən insana qarşı çıxdılar. Görünür, bu insan xislətidir. Daha nə deyəsən?

İş o yerə çatmışdı ki, Ali sovetin iclasında həmin çörəyi dizinin üstündə olanlar Əliyevə qarşı böhtan yarışına girmişdilər. Axırda Xalq şairi Bəxtiyar Vahabzadə dözməyib söz aldı, dedi:” Ay çörək itirənlər! Bir zamanlar Heydər Əliyevin pencəyinin tozunu çırpmaqdan ötrü növbəyə durmuşdunuz, yarışa girmişdiniz. İndi nə olub? Ayıbdır!”

Bəxtiyar müəllimin həmin çıxışını indiyə qədər unuda bilmirəm.

Mübariz insanlar heç vaxt məglub olmurlar. Yuxarıda Qorbaçova müraciətlə dediyi sitatı yenə xatırlatmaq istəyirəm:  ”»Ədalətsizliklə ədaləti bərpa etmək olmaz!»

Bəli. Bu ədalət parlaq bir aynaya dönüb kimin kim olduğunu göstərdi. Amma O, kimin kim olduğunu da çox gözəl bilirdi. Çünki insan sərrafı idi. Bogazdan yuxarı sözləri, vəzifə xatirinə ona yaltaqlananları da dəqiq seçə bilirdi.

Və O yenidən qayıtdı! Çünki bu QAYIDIŞ labüd idi! Burada akademik Ramiz Mehdiyevin Heydər Əliyev haqqında fikirlərini xatırlamamaq mümkün deyil. Ramiz müəllim yazır: ”Heydər Əliyev öz xalqının psixologiyasını, xüsusiyyətini, mentalitetini çox gözəl bilən xarizmatik liderdir. Onun həyatında hadisələrin sanki öncədən müəyyənləşdirilmiş gedişini təkcə sözün gücü ilə dəyişdirə bildiyi hallar çox olmuşdur. O, sözə münasibətdə çox həssasdır, sözün həm yerini, həm də gücünü bilir. Öz zəmanəsinin ən yaxşı natiqlərindən biridir. Öz xalqının xarakterini dərindən öyrənmişdir. Bilir ki, ümummilli vəzifələrin həyata keçirilməsi üçün onun çox böyük qüvvəsini necə səfərbərliyə almaq lazımdır. Təbiət ona nadir keyfiyyətlər-iş qabiliyyəti, qətiyyət, özünün haqlı olduğuna əminlik, ətrafındakı adamların məziyyətlərini və imkanlarını müəyyənləşdirmək bacarığı kimi keyfiyyətlər bəxş edib. Onun fenomenal yaddaşı barədə rəvayətlər söylənilir, neçə illər əvvəl olmuş və çoxları üçün əhəmiyyətsiz görünmüş faktlar və hadisələri bütün təfərrüatı ilə xatırlaya bilir. Çoxdan və ötəri görüşdüyü adamların adları da yadındadır. Onun şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması on illərlə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb ümummilli problemlərin həlli yollarına işıq salır. Bir şəxsiyyət kimi Heydər Əliyev nə qədər açıq olsa da, müasirləri üçün sirr olaraq qalır. Heydər Əliyev Azərbaycan xalqının  milli sərvəti, onun bəxtinə düşmüş Tanrı payıdır. Azərbaycana məhz belə lider lazımdır!”

Uzun illər Heydər Əliyevlə çiyin-çiyinə işləmiş bir insanın-hörmətli akademikimizin  bu maraqlı fikirləri həm də çox ibrətamiz və düşündürücüdür. Düşünürəm ki, H.Əliyevi dərk etmək üçün hələ illər lazımdır.

H.Əliyev başqa sahələrdə olduğu kimi mətbuat işçilərinin də böyük dostu, məsləhət verəni, yol göstərəni idi. Yadımdadır, o vaxt jurnalistlərlə, televiziya işçiləri ilə necə səmimi davranırdı. O, həmişə azad mətbuatın tərəfində idi. Amma bəzən iddiası özündən böyük olan dayaz düşüncəli «qələm əhli»  onu kəskin tənqid də edirdilər. Həmin dövrlərdə mətbuat sahəsində çalışdıgımdan görkəmli şəxsiyyətə, dahi liderə qarşı nə qədər qərəzli, şər-böhtan dolu sifarişli yazılar yazıldıgının şahidiydim. Amma H.Əliyev hər zaman olduğu kimi, (yuxarıda qeyd etdiyim kimi, Moskvada yaşayanda da ona qarşı çox qərəzli və xəyanətkar hücumlar olmuşdu) bütün bunlara öz böyüklüyü, təmkini, duruşu, gülüşü ilə cavab verirdi. Onun bu halı mənim çox xoşuma gəlirdi. Hələ o vaxt düşünürdüm ki, İllahi, bu insan doğrudan fenomendir! Tənqidi necə gülüşlə qarşılayasan? Həqiqətən belə insanlar bəlkə də min ildən bir doğulurlar. Bir dəfə televiziyada tənqidə dözməyən yüksək çinli məmura belə dedi:”Məndən çox tənqid olunan, şər-böhtan yazılan varmı? Yoxdur. Amma mən bunlara əhəmiyyət vermirəm”.

Əsl böyüklük də elə budur!

Bəli.  Allah ucaltdıgını heç kim yıxa bilməz!

Və heç şübhəsiz ki, Milli mətbuatımızın bərqərar olmasında Həsən bəy Zərdabinin adını iftixarla çəkdiyimiz kimi, müstəqil Azərbaycan mətbuatının tərəqqisində Heydər Əliyevin xidmətlərini də unutmaq olmaz!

O, doğrudan da bizim dostumuz idi! Və mən fəxr edirəm ki, H.Əliyevlə bir dövrdə yaşamış, onu görmüşəm, verilən suallara təmkinli cavablarını dinləmişəm. Və heyran qalmışam.  Bu, bilirsiz nə deməkdir? Bu, hər jurnalistə, yazıçıya, qələm sahibinə nəsib olmayan bir qismətdir, taledir!Üstəlik, Əliyevlə  bir dövrdə partiya işində işləmiş atamın söhbətlərini dinləmişəm, beynimdə analiz etmişəm hər şeyi. Onun başına nələr gəlmədi? Bakıya buraxmırdılar, İclaslarda sözünü kəsirdilər. Elə bilirdilər ki, hər şey bitib. Amma Allah o qədər adildir ki, haqsızlıgı qətiyyən götürmür. Haqq—ədalət öz yerini tapdı.

Əliyevin gəlişiylə ölkədə vətəndaş müharibəsinin qarşısı alındı. O illəri yaxşı xatırlayıram. Ölkə nə gündə idi? Sürətçilər öz azgınlaşmış  dəstəsiylə Bakıya yaxınlaşırdılar: mövcud prezidenti (Əbülfəz Elçibəyi) devirmək və nə qədər acınacaqlı olsa da deməliyəm, hətta asmaq üçün gəlirdilər…

Lakin Naxçıvandan Bakıya yenicə gələn Heydər Əliyev buna imkan vermədi. Bu tarixdir! Bunları yaddan çıxarmaq olmaz!

Və yuxarıda qeyd etdiyim kimi, H.Əliyevin gəlişiylə  hər sahədə olduğu kimi, milli mətbuatımızda da irəliləyişlər baş verdi. Azərbaycan söz və mətbuat azadlığının təmin olunması ilə əlaqədar mövcud olan beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu. Jurnalistlər məhz həmin illərdə KİV-ə geniş meydan verildi. 1999-cu ildə Heydər Əliyevin atdığı ən böyük addımlardan biri də KİV haqqında qanunun imzalaması oldu. Və məhz bu sənədlə də Azərbaycan mətbuatında dövlət qeydiyyatı ləgv olundu və yeni mətbu orqanlarının yaranması proseduru xeyli asanlaşdı.

2001-ci il dekabrın 18-də Prezident sarayında KİV işçiləri ilə görüşən ( böyük fəxrlə qeyd edim ki, o görüşdə mən də iştirak edirdim) dövlət başçısı belə demişdi:”Biz  mətbuat üçün hər şey edirik və  edəcəyik!”

2002-ci ildə martın 22-də “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi  “Jurnalistlərin dostu” mükafatına layiq görüləndə dahi şəxsiyyətin üzündəki təbəssümü yəqin ki, həmin vaxt orda olan jurnalistlər yaxşı xatırlayırlar. Heydər Əliyev dedi: “Sizi əmin edirəm ki, mən keçmişdə olduğu kimi bu gün də jurnalistlərin dostuyam və həmişə dostu olacağam!”

Bəli, biz jurnalistlərin, yazarların bütün bunları unutmağa mənəvi haqqımız yoxdur!

Deyirlər, hara getsəydi, özüylə Azərbaycanın böyük xəritəsini götürərdi. Beynəlxalq tribunalarda əlində çubuq sanki cografiyadan bütün dünyaya dərs keçirdi.  Azərbaycanın ərazi bötövlüyünü dünya ictima siyasət korifeylərinə çatdırırdı. Bu xəritədə Azərbaycanın işğal edilmiş ərazilərini göstərərdi.

2003-cü il- ömrünün son ili. Moskvada infarkt keçirmiş, gecəsi-gündüzü olmayan, saatlarla çıxış edən, lakin yorulmayan dahi lider sarayda  hərbiçi kursantların qarşısında çıxış edərkən yıxılır. Baxmayaraq 7 qabırgası sınır, yenidən səhnəyə aqayıdır. Yenə yıxlır və az sonra yenə səhnəyə qayıdır. Bu bir möcüzəydi! Sanki ulu Öndər bununla hərçilərə məglubedilməzlik, igidlik nümunəsi göstərirdi. İnsanın ən heyran qaldıgı fakt da budur ki, dahi lider hər səhnəyə qayıdanda, sözü hardan qurtarmışdı, ordan da başlayırdı. Nə qədər böyük iradə, güc, zəka, intellekt sahuibi olasan ki, bunu bacara biləsən. Bu Azərbaycan əsgərinə necə nümunə oldugunu göstərən əsl  məglubedilməzlikdir! Bu, gözümüzün qabagında baş verən inanılmaz  bir möcüzəydi! Və bunu heç kim bacara bilməzdi. O bacardı. Çünki O Heydər Əliyev idi!

Və… H.Əliyev inanılmaz bir iradəylə xalqla vidalaşmağa özündə gec tapır…

Mən bu sətirləri ürəyimdə böyük bir ağrı, qəhərlə  yazıram. Sözlə ifadə edilməyəcək bir qəhərlə. İndiyə qədər ürəyimdə saxladıqlarımı bu yazıda qələmə alıram və deyirəm: «Mən sizi bütün ruhumla, qəlbimlə sevirəm, H.Əliyev!»

Bu yazı mənim bir yazıçı, bir vətəndaş kimi son nəfəsimə qədər unuda bilməyəcəyim o böyük şəxsiyyətin-dahi Liderin ruhuna kiçik də olsa, bir töhvəmdir.

Həyat davam edir. Bu gün onun yolunu oğlu -olduqca humanist, sadə qəlbli, savadlı, bacarıqlı insan olan İlham Əliyev davam etdirir.

Dahi insanlar cismən bizdən ayrılsa da, ruhən həmişə xalqın üzərindədi. Heydər Əliyev həmişə bizimlədir!  Hər dəqiqə, hər an bizimlədir! Ətrafımızdadır. O da bizə: “Mən sizi bütün qəlbimlə sevirəm!”-deyir.

Vaxtilə Onunla bir cərgədə addımlamış polis general-mayoru Həsən  Şirinovun  dahi liderə həsr etdiyi «Xilaskar» kitabından çox ibrətamiz bir cümləni xatırlatmaq burada yerinə düşər: Həsən müəllim yazır:  «Mən xoşbəxtəm ki,   uca Tanrı müasir və müstəqi Azərbaycan dövlətinin banisi ulu öndər H. Əliyevin- siyasi güc və qüdrət rəmzi olan o böyük şəxsiyyətin rəhbərliyi altında çalışmaq, onun müsəlləh əsgəri olmaq şərəfini mənə də nəsib etmişdir».

Şübhəsiz,  Heydər Əliyevlə bir yerdə çalışmış, onun böyüklüyünü dərk edərək ideallarına, qoyub getdiyi müstəqil dövlətə, dövlətçiliyə  hər zaman sadiq qalan bu cür təmiz əqidəli, vətənpərvər insanlar alqışa layiqdirlər.

Biz kimi itirmişik? Bunu dərk etmək üçün düşünmək lazımdır. Biz hələ bilmirik kimi itirmişik. Uzaqdan dagın böyüklüyü görünmür. Yaxınlaşdıqca onun əzənmətini, böyüklüyünü görür və heyran qalırsan. İllər əsrlər keçdikcə zamana tərs mütanasib olaraq O-Heydər Əliyev  bizə daha da yaxın olur, qəlbimizə hakim kəsilir. Onu zaman keçdikcə daha çox sevəcəyik.

Saglıgında hamımızın bir Heydər Əliyevi vardısa, indi hər bir azərbaycanlının, hər birimizin qəlbində öz Heydər Əliyevi yaşayır. Nə qədər ki, Azərbaycan xalqı var, H.Əliyev də yaşayacaq!

 

 

НОВОСТНАЯ ЛЕНТА