Время в Баку - 17:58

САМОЕ ЧИТАЕМОЕ

Maskalardan istifadəyə “YOX” deyirəm!


Mehriban Abdullayeva

Pedaqogika üzrə Fəlsəfə doktoru

 

Artıq səkkiz aydır bütün dünya əhalisi çox  çətin günlər yaşayır. Yeni, bugünədək elmə məlum olmayan təhlükəli xəstəlik — koronavirus  epidemiyası insanların həyatını həm maddi, həm mənəvi və həm də fizioloji cəhətdən çox pis günə salıb.  Bəşəriyyət yarandığı  tarixindən bu ilədək indiyədək belə böhranla qarşılaşmamış və bu həcmdə  karantin tədbirlərinə məruz qalmamışdı. Dünyada elə bir ölkə, ya inkişaf etçiş, ya da inkişafca zəif ölkələrin heç biri bu virusa tam qalib gələ bilməmişdir. Hətta bir çox KİV koronavirusla mübarizədnin bioloji müharibə olduğunu deməkdən çəkinmirlər. Çünki bütün dünyada bu gözəgörünməz bəla ilə hər cür vasitələrdən istifadə edərək mübarizə aparıldığına baxmayaraq hələ də istənilən nəticə alınmamışdır. Bəşəriyyət artıq 2020-ci ilin səkkizinci ayına qədəm qoydu, hələ də gərginlik davam edir, beynəlxalq sərhədlər bağlıdır, ölkələrin çoxunda karantin rejimi tətbir edilir. ÜST ilk gündən bütün ölkələrdə  genişmiqyaslı tədbirlər aparılsa da fövqəladə vəziyyət hələ də davam edir. COVID-19 yeni, bugünədək elmə məlum olmayan virus olduğundan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri ilə daim müraciətlər edir və öz tövsiyyələrini verir.

   COVID-19 necə yayılır? Virusun bir neçə yayılma şəraiti təsbit edilmişdir: hava-damcı yolları ilə – öskürəklə, asqırma ilə; gözə, ağıza və buruna çirkli əllə toxunmaqla; xəstələrlə sıx əlaqə ilə – toxunma, əl verməklə; n adir hallarda fekaliyalarla əlaqə ilə.

   Dünyanın ən inkişaf ölkələrində «COVID-19-dan özünü qorumaq üçün nə etmək lazımdır?» sualı çox primitiv məsləhətlərlə cavablandırılmışdır: əlləri  tez-tez  yumaq,  tənəffüs sisteminin gigiyenasına riayət etmək, təhlükəsiz məsafə saxlamaq, çirkli əllərlə gözlərinizə, burnununza və ağzınıza toxunmamaq, yalnız termal cəhətdən yaxşı işlənilmiş və qaynadılmış ət və süd məhsullarını qəbul etmək, yaşadığınız və işlədiyiniz mühitin havasını tez-tez dəyişmək, nəm təmizlik etmək, əşyaları və onların səthlərini dezinfeksiya etmək və sair.

   Bütün ölkələrdə bir çox dövlət qurumları koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə müəyyən tədbirlər görmüşlər. Bu mühüm məsləhətlərdən biri də tibbi maskalardan istifadənin vacibliyidir. Artıq koronavirusun dünyada səkkiz aydır yayılmasına baxmayaraq,  bu gün də maskalardan istifadə qəti şəkildə tətbiq edilir. Həkim, mikroloq, bioloq, infeksionist və s. tibbi ixtisaslara malik olmsam da, maskalardan istifadənin əleyhinəyəm. Çünki insanların tənəffüs sisteminə böyük zərbədir, uzun müddət maska daşıyıcısı maskadan ayrıldıqdan sonra tənəffüs yollarında müəyyən, bəlkə də ciddi, problemlər yaranacaq.

   Bilirik ki, Yerin atmosfer qatı 77% oksigen, 21% azot və 1% karbon və arqon qazlarının qarışığından ibarətdir. Bu qazlardan ən vacibi oksigendir, çünki insan və heyvan orqanizmində enerji əldə etmək üçün baş verən kimyəvi reaksiyaların çoxunda oksigen iştirak edir.

 

 

   İnsanlar və heyvanlar fasiləsiz olaraq oksigeni qəbul edir və onlar üçün zəhərli olan karbon qazını xaric edirlər. Bitkilər isə bu prosesin əksini həyata keçirirlər, karbon qazını həyatverici oksigenə çevirərək canlı aləmin həyatda qalmasında böyük rol oynayırlar. Bu yolla hər gün milyardlarla ton oksigen bitkilər tərəfindən istehsal edilərək atmosferə buraxılır. Əgər bitkilər, heyvanlar və insanlar eyni reaksiyanı həyata keçirsə idilər, dünya çox qısa bir müddətdə yaşanılmaz planetə çevrilərdi.

   Tənəffüs etdiyimiz havadakı oksigen nisbətinin çox həssas tarazlıqlara bağlı olması olduqca düşündürücüdür. Oksigen nisbətinin tarazlığı barədə bəzi alimlərin fikirlərini diqqətinizə çatdırmaq istəyirəm. Dünyaca məşhur alim Maykl Denton demişdir: “Atmosferdə daha çox oksigen ola və buna baxmayaraq həyat davam edə bilərdimi? Xeyr! Oksigen çox reaktiv elementdir. Hal-hazırda atmosferdə mövcud olan oksigenin 21 faizlik nisbəti həyatın davam etməsi üçün dəyişilməsi təhlükəli olan ideal nöqtədədir. Bu nisbətin hər 1 faizlik artımı ildırımın meşə yanğınına səbəb olma ehtimalını 70 faiz artırır”. İngilis biokimyaçı Ceyms Lavlok: “Əgər oksigenin miqdarı 25 faizdən çox olsa idi, hal-hazırda qida mənbəyi kimi istifadə etdiyimiz bitki növlərinin əksəriyəti, bütün tropik meşələr və arktik tundralar böyük meşə yanğınlarından yox olardı… Atmosferdə hal-hazırkı oksigen təhlükənin və faydanın mükəmməl şəkildə tarazlandığı nisbətdədir”.

   Alimlərin bu maraqlı fikirləri olduqca maraqlıdır və düşündürücü faktlara əsaslanır. Lakin Yaradan  canlı aləmin  tarazlığını çox qeyri-adi qaydada bəşəriyyətə bəxş etmişdir. Buna görə də atmosferdəki həssas oksigen nisbəti canlı həyat üçün ən ideal ölçüdədir. Əgər oksigenin bu nisbəti   az da olsa pozularsa, Yer üzündə tənəffüs pisləçər, canlılar arasında  getdikcə kəskin surətdə kütləvi qırğın baş verərdi.

İnsan orqanizmi  elə mükəmməl şəkildə tənzimlənmişdir ki, tənəffüs prosesi insanların heç bir hərəkəti olmadan rahatlıqla yerinə yetirilir.  İnsan hərəkət etdikdə də, durğun halda da  tənəffüs sistemi avtomatik tənzimlənir ağ ciyərlər, ürək  buna uyğun işləyirlər.

   İnsanlar nəfəs aldıqda  ağ ciyərlərdə olan təxminən 300 milyon kiçik alveollara oksigen daxil olur. Alveolların divarlarını əhatə edən kapillyarlar dərhal oksigeni alır və əvvəlcə ürəyə, sonra isə bədənin hər yerinə daşıyırlar. Kapillyarlar oksigeni alarkən, eyni zamanda, atılacaq karbon qazını verirlər. 0,5 saniyədən də az davam edən bu əməliyyat nəticəsində ağ ciyərlərə daxil olan təmiz havanı kirli hava olaraq xaric edirlər. Belə bir prosesdə, tənəffüs sisteminin tənzimlənməsində oksigenin çox mühüm rolunu bilərək maskadan istifadənin insane orqanizminə nə dərəcədə zərər verəcəyi heç bir ümüumdünya təşkilatını narahat etmirmi? Maskalardan istifadə qadağaları ləğv edildikdən sonra insanların respirator sistemində fəsadlar yaranacağını kimsə düşünmürmü? Zənnimcə, bu sualların cavabını yalnız hələ də COVID-19 virusu ilə bağlı milyonlarla sualı cavabsız qoyan Ümumdünya Səhiyyə Təşkilatı daha dürüst bilir…

 

Moskva

 

НОВОСТНАЯ ЛЕНТА