Время в Баку - 01:18

САМОЕ ЧИТАЕМОЕ

“Lider” qrupu üzvlərinin müraciəti


İyulun 12 də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücum etməyə cəhd göstərib. Düşmənin xain hücumu zamanı dörd əsgər və zabitimiz qəhrəmancasına şəhid olub.

Düşünürük ki, Ermənistan bu təxribatla yeni münaqişə zonaları yaratmaq istəyir.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, yayılmış videolardan da göründüyü kimi, düşmənin texnikası və çoxlu sayda canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası düşməndən artıqlaması ilə alınıb.

Ermənistanın bu hücum cəhdi və silahlı təxribatı Azərbaycan ictimaiyyəti eləcə də dünya azərbaycanlıları  tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirsə də, digər tərəfdən onun ifadə forması bir sıra narahatçılıq doğurdu. Biz hamımız yaxşı anlayırıq ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu gün Azərbaycan, Ali Baş Komandanımız İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Dünyanın 50 ən güclü ordusu sırasında yer alan  güclü orduya malikdir və ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır və buna qadirdir.

Bu gün bizi ciddi narahat edən digər bir məsələ Ermənistanın informasiya məkanında törətdiyi təxribatla bağlıdır. Düşmən tərəfindən azərbaycanlı adı və soyadı ilə yaradılmış yüzlərlə sosial şəbəkə hesablarından dövlətimizə qarşı informasiya müharibəsi aparan, ölkəni xaosa sürükləyən, xalqımızın və ordumuzun döyüşkən ruhuna mənfi təsir etməyə çalışan çağırışların şahidi oluruq. Düşmənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı təşkil olunmuş informasiya müharibəsinə onların daxildəki və xaricdəki uzantıları da fəal dəstək verirlər.

Təklif edirik ki Dünya azərbaycanlılarının aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələri cəbhədə baş vermiş olaylara daha çox diqqət yetirməlidir.  Onlar əsasən rəsmi məlumatların yayılmasına üstünlük verməlidirlər, yaxud əldə etdikləri bilgilərin rəsmi təsdiqinə nail olmalıdırlar. Ancaq təəssüflə onu da bildirməliyik ki, cəbhə xəttində yaşanan gərginlik müəyyən KİV-lər, eləcə də sosial şəbəkə profilləri tərəfindən spekulyasiya predmetinə də çevrilməkdədir. Bəzən mövcud müstəvidəki bir sıra paylaşımlarda və təqdimatlarda əsl həqiqətlər təhrif olunmaqla Milli Ordumuzda guya kütləvi tələfat olduğuna dair fikirlər qabardılır, insanlarda ruh düşkünlüyü yaradılmasına cəhd göstərilir, dövlətimizə və ordumuza qarşı inamsızlıq aşılanır, habelə digər siyasi motiv daşıyan fikir və düşüncələr dövriyyəyə buraxılmaqla respublikamızdakı asayiş və əminamanlıq mühiti şübhələndirilir.

Onu da bildirməliyik ki, erməni xüsusi xidmət orqanlarının təmsilçiləri müxtəlif sosial şəbəkə profillərində cəbhədəki vəziyyətlə əlaqədar həqiqəti əks etdirməyən fikirlər paylaşırlar. Bəzən bu fikirlər azərbaycanlı adı daşıyan profillər vasitəsilə yayılır. Bilməyərəkdən, hisslərə qapılaraq bu paylaşımlara istinad edən KİV-lər və jurnalistlər də var. Hər bir halda məsələ ən azı qeyri-peşəkarlıqdır. Ancaq nəzərə alaq ki, burada hüquqi zəmində diqqət yetirilməli cəhətlər də meydana çıxa bilər. Media resursları olan Dünya azərbaycanlıları bunu da düşünməlidirlər. Lider qrupu bütün bunları nəzərə alaraq bir daha kütləvi informasiya vasitələrinə, ümumən dünyanın müxtəlif ölkələrində təmsil olunduğumuz ictimai birliklərin və elektron medianın imkanlarından yararlanaraq yaranmış durumun həssaslığını peşə prinsipləri baxımından qiymətləndirərək, operativ informasiya verək dünya ictimaiyyətini məlumatlandırmalıdır.

Biz, Lider qrupu olaraq cəmiyyətimizi, xüsusilə, mətbuat nümayəndələrini, QHT sektorunu, sosial şəbəkə iştirakçılarını, xaricdə yaşayan soydaşlarımızı, hər bir vətəndaşımızı və bütün ictimai fəalları bu cür təxribatların qarşısını almağa və onları anındaca ifşa etməyə və onlara akekvat cavab verməyə  çağırırıq.  İnformasiya müharibəsi çərçivəsində səfərbər olmalıyıq.

Biz, düşmənlə müharibə şəraitində olan müdrik xalqımızı, vətəndaşlarımızı təmkinli, səbrli olmağa, təxribatlara uymamağa və belə həssas və ağır zamanda bütün Dünya azərbaycanlılarını  ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, ordumuza dəstək olmağa çağırırıq!

Əminik ki, tezliklə torpaqlarımız Ali Baş Komandanın əmri, xalqımızın dəstəyi və qəhrəman ordumuzun gücü ilə erməni işğalçılarından azad olunacaqdır!

Vətən uğrunda canlarını fəda edən bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Tanrı Dövlətimizi, Xalqımızı, Müstəqilliyimizi və Ordumuzu qorusun!

  1. Zərifə Quliyeva – Respublika YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri
  2. Nüşabə Məmmədova-Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, Tarix elmləri namizədi
  3. Abbasqulu Nəcəfzadə — Sənətşünaslıq elmləri doktoru, AMK-nın professoru,
  4. Vəfa Quliyeva- Tarix elmləri doktoru
  5. Leyla Gərayzadə — Filologiya elmləri doktoru, BDU Rus ədəbiyyatı tarixi kafedrasının professoru, “Əsgər anaları” Şurasının sədri
  6. Xədicə Zeynalova- Sənətşünaslıq üzrə fəlsəfə doktoru bəstəkar və müsiqişünas- Almaniya
  7. İnqilab Şirinbəyli (Şirinov) – Jurnalist-pedaqoq,http://kanal32.az/ saytının rəhbəri, məcburi köçkün
  8. Qiyas Xəlilov iqtisad elmləri namizədi, professor
  9. Mehriban Abdullayeva — Pedaqogika üzrə fəlsəfə doktoru, “KİV və Diplomatiya Mərkəzi” ictimai birliyinin Prezidenti
  10. Q. Ə. Pirquliyeva — t. ü. f. d., dosent, BDU-nun
  11. Güntəkin Nəcəfli – t.ü.f.d – AMEA Bakıxanov adına tarix İnstitutunun dosenti
  12. Nəsibə İsrafilqızı — Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, şairə publicist
  13. Elmira İsmayılova- Pedaqogika üzrə fəlsəfə doktoru
  14. Sara Zeynal qızı Məmmədova- əməkdar müəllimə, “El gücü” Beynəlxalq Humanitar  Assosiasiyası İctimai Birliyinin sədri
  15. Nüsrət Məmmədov – Beynəlxalq Çingiz Aytmatov Akademiyasının akademiki
  16. Zenfira Ağayeva- “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri, iş adamı
  17. Sehranə Ələsgər qızı Kasimi-AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  18. Fəridə Nizamiqızı, jurnalist
  19. Seyfullah Türksoy — İpekyolu Stratejik Araştırmalar Merkezi Başkanı
  20. Dr. Kerem KARABULUT-Atatürk Üniversitesi, İktisadi ve İdari Bilimler Fakültesi, İktisat Bölümü.
  21. Akif Mikailov – RF, Komi
  22. Burkan Özkoşar- Fransa
  23. Vəli Əkbər
  24. Həsən İsrafilov — i.e.d. professor
  25. Gülyanaq Məmmədova- AR xalq artisti
  26. Həmidov Qoşqar Vaqif oğlu
  27. Hacıyev Səftər
  28. Hüseynov İbad – “Azərbaycan bayrağı” ordenli Qarabağ qazisi
  29. Şikarov Daşqın
  30. Məmmədov Ülvi
  31. Rüstəmov Nübar
  32. Kərimov İlqar
  33. Səyyad Alizada
  34. Qafar Çaxmaqlı
  35. Abdullayev Seyid
  36. İsmayıl Rəhimov
  37. Naib Paşayev- Sakt Peterburq

 

 

 

НОВОСТНАЯ ЛЕНТА