Время в Баку - 03:05

САМОЕ ЧИТАЕМОЕ

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində ABŞ-da təqdimat mərasimində iştirak edənlərlə görüş kecirilib


Ötən şənbə günü “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində qurumun Şimali Koliforniyadakı Azərbaycan Mədəniyyət Mərkəzi “Elm və təhsil” Nəşriyyatında “Azərbaycan” qəzeti, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz) kitabının təqdimatı mərasimində iştirak edənlərlə görüş kecirilib. Mərasimdə bildirilib ki, bu kitabın çapdan çıxması respublika ictimaiyyətinə və xarici ölkələrin oxucularına mötəbər nəşrin sayları ilə tanış olmaq imkanı yaradıb. Topluda qəzetin Təbrizdə işıq üzü görən bütün 370 sayının yer alması oxucuları, alimləri təhqiqatçıları bunun üçün arxivlərə baş çəkmə qayğılarından azad edəcəkdir. Kitabın nəşrini maliyyələşdirən Şimali Koliforniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin xeyirxahlığı onların işini asanlaşdırıb. Hələlik birinci hissəsi nəşr olunan kitabda “Azərbaycan”ın 5 sentyabr -11 dekabr 1945-ci ildə çıxmış 90 sayı toplanıb. Onun ilk oxucuları da həmin ştatda yaşayan soydaşlarımız olublar. Təqdimat mərasimini cəmiyyətin sədri Rəhim Hüseynzadə aciq elan etdi . O, öz adından qonaqları salamlayıb,kitab haqqinda öz fikirlərini söylədi. Sonra “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi sədrinin birinci müavini Firidun İbrahimiyə söz verildi. O, öz növbəsində Şimali Koliforniyanın San Xose şəhərindəki Saratoga Libraru kitabxanasında keçirilmiş möhtəşəm bir tədbir kecirilməsindən danişdi. Mənsub olduğu təşkilat və onun rəhbərliyi adından tədbir iştirakçılarına xoş duyğularını yetirdiyini deyib. O bildirib ki, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, cəmiyyətin üzvü Səməd Bayramzadənin tərtibçisi və məsul redaktoru olduğu kitab özündə şərəfli tarixi yaşantıları hifz edən irsin ictimailəşdirilməsi baxımından nəsillərə misilsiz yadlgardır. Oradakı yazılardan həm də “21 Azər” Hərəkatının iştirakçısı olmuş minlərin, o cümlədən şəhid babamın, əmimin və atamın fikir və duyğuları boylanır. İranlı Mühcirlər Cəmiyyəti bunu Şimali Koliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin tarixi irsimizin təbliğinə göstərdiyi müstəsna xidmət saydığından qurumu xüsusi diplomu ilə mükafatlandırılmasından danişdi. O. diplomu və Milli Hökumətin baş prokuroru olmuş Firidun İbrahiminin “Azərbaycanın qədim tarixindən” kitabını H. Azəriyə təqdim edib. F. İbrahimi eyni zamanda İMC-nin müasir fəaliyyət istiqamətləri barədə sualları da cavalandırıb. Kitabın məsul redaktoru S. Bayramzadə qəzetin azərbaycanlıların milli-demokratik hərəkatına rəhbərlik etmiş Azərbaycan Demokrat Firqəsinin təşkilatlanmasında, geniş maarifçilik işi aparmasında, öz səhifələrində müxtəlif məsələləri sadə, anlaqlı ana dilində kütlələrə çatdırmasında, həmçinin İran xalqlarının demokratiya və azadlıq tələblərinə hər sayında yer ayırmasında misilsiz xidmətlərindən soydaşlarimiza catdirilmasindan danişdi. Təhqiqatçı alim qeyd edib ki, “Azərbaycan” qəzeti cənubi azərbaycanlıların milli şüurunun formalaşması və inkişafında əvəzsiz rol oynayıb: “Azərbaycan” qəzetinin 1945-1946-cı illərdə nəşr edilmiş bütün saylarının kolleksionunu dörd cilddə yenidən çap etməkdə məqsəd Azərbaycan Milli Hökumətinin birillik fəaliyyəti dövründəki olayları, çoxşaxəli islahatları və azadlıq yolunda göstərilmiş qəhrəmanlıq və fədakarlıqları ilk mənbədə oxuculara, o dövrü tədqiq edənlərə və gənc nəslə çatdırmaqdır. Bu məqsəd çərçivəsində də yaxın gələcəkdə əski əlifba ilə çap edilmiş bu qəzetin mövcud olan bütün saylarının latın əlifbasında müasir Azərbaycan ədəbi dilinin qrammatik normalarına uyğun bir şəkildə oxuculara təqdim edilməsinə, eyni zamanda da fars dilində getmiş yazıların Azərbaycan dilinə çevrilməsinə cəhd göstəriləcək”
НОВОСТНАЯ ЛЕНТА