Время в Баку - 20:58

САМОЕ ЧИТАЕМОЕ

Heydər Əliyev-Böyük Şəxsiyyət, İftixar və Qürur Mənbəyimizdir.


“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından

Sara Zeynal qızı Məmmədova,

əməkdar müəllimə, “El gücü” Beynəlxalq

Humanitar  Assosiasiyası İctimai Birliyinin sədri

 

                                                      Mən həyatda yalnız üç şeyə arxalanıram:

                                                      Yaradanıma, zəhmətimə və birdə xalqıma

                                                       Bəlkə də ən çox xalqıma

                         Heydər Əliyev

 Hər əsrdə dünya öz azadlıqsevər, mübariz oğullarını yetişdirib. Tarixdə belə şəxsiyyətlərin xüsusi yeri və rolu vardır.  Bu gün öz fəaliyyəti, işi və əməli ilə cəmiyyətin tərəqqisini, ictimai inkişafını sürətləndirən, bəzən elə mənsub olduğu xalqın qısa zaman keşiyində əsrlərə bərabər inkişaf yolu keçməsinə yardımçı olan qeyi-adi, nadir zəka, qabiliyyət sahiblərinin adı bu gün də bəşəriyyətin yaddaşında qalmaqdadır. Bu, mənim Böyük İnsana olan hədsiz sevginin təzahürüdür. Həmin əsərlər arasında  general Həsən Şirinovun  “Sönməz, əbədidir Heydər Əliyev” kitabı əlimə keçəndən, həmin kitabdakı rəsm və poeziya nümunələri ilə tanış olandan sonra bildim ki, Azərbaycan xalqının öz əbədi abidəsini yaratmış Heydər Əlirza oğluna rəğbətini, məhəbbətini ifadə etmək istəyənlərdən heç biri bu istəyin reallaşmasına  Sizin qədər müvəffəq  ola bilməmişdir.  Müəllifi olduğunuz əsər Heydər Əliyevin 80 illik yubileyi münasibətilə işıq üzü görmüşdüsə də, 10 may 2003-cü il  tarixdən üzü bəri müdrik və əbədi rəhbərimizə olan istək və məhəbbətinizə yeni, hansı çalarların əlavə olunduğunu öyrənmədən həmin əsərə münasibət bildirməyi özümə borc bildim…

Dünyaca məşhur sərkərdə və dövlət başçılarından Mustafa Kamal Atatürk, Əmir Teymur, Makedoniyalı İsgəndər, Ruzvelt, Çörçill, Şarl de Qoll, və Azərbaycan Xalqının Əbədi Lideri Heydər Əliyevdir.

“Heydər Əlieyev-   görəsən, dunyada ikinci belə bir şəxsiyyət varmı ki, öz ömrü ilə  milyon-milyon ömrə səadət, xoşbəxtlik gətirsin? İkinci belə şəxsiyyət varmı ki, ömrü insanlara məhəbbət və hörmətlə keçsin, bütün insanların arzu və istəklərini yüksək tutsun, özü haqqında heç düşünməsin?

Odlar yurdunun əvəzsiz Lideri sinəsində elə bir ürək gəzdirib ki, o ürək hər an, hər dəqiqə vətən eşqi, xalq sevgisi ilə döyünmüş, müstəqil Respublikanın sabahı naminə vurmuşdur. Xalqımız xoşbəxtdir ki, taleyinin  keşməkeşli, sınaqlı illərində hakimiyyət sükanı arxasında Heydər Əliyev kimi qüdrətli, təcrübəli və qətiyyətli rəhbər olmuşdur.

Tale Azərbaycan xalqına bu xoşbəxtliyi iki dəfə nəsib etmişdir. Birinci dəfə SSRİ-nin dövründə: 15 müttəfiq  respublikalardan biri  olan Azərbaycana rəhbərlik etdiyi dövrdə  Heydər Əliyev ölkəmizi ittifaq miqyasında tanınan, sayılıb seçilən respublikalardan birinə çevirdi. 1993-cü ildə ikinci dəfə xalqın arzu və tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəni vətəndaş müharibəsi alovundan, parçalanmaq təhlükəsindəın xilas etdi, baş alıb gedən xaosa, anarxiyaya, özbaşınalığa son qoydu, silahlı qruplaşmaları ləğv etdi, ciddi nizam-intizam, qayda-qanun yaratdı, müstəqilliyimizi dönməz və əbədi prosesə çevirdi. Onun respublikamıza ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkəmizin səmasında sanki bir günəş doğdu, hər tərəf işıqlandı, həyat canlandı, xalqımız gələcəyə ümidlə baxmağa başladı. Məhz buna görə də qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycanın azadlıq və xoşbəxtlik günəşidir…

Heydər Əliyev Ermanistanla sazış imzaladı. Cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırıldı. Bu da ölkəmizdə ordu quruculuğunda beynəlxalq aləmə inteqrasiyada , xarici şirkətlərin sərmayə yatırımında böyük rol oynadı. Məhz bundan sonra dünyanın iri şirkətlərinin Azərbaycana cəlb olunması istiqamətində qətiyyətli addımlar atıldı, “Əsrin Müqaviləsi” imzalanaraq  reallaşdı.

Müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmlənməsində və beynəlxalq aləmdə əlaqələrinin genişlənməsində müstəsna rol oynamış, “Əsrin Müqaviləsi”nin imzalanmasıdan sonra anti- milli qüvvələrin yuxusu sanki ərşə çəkildi…

Azərbaycanda başlamış uğurlu işlər xarici aləmdəki tərəfdaşlarımızda inam və sevinc yaratdığı kimi respublikamızın inkişafını istəməyən daxili və xarici düşmənlərdə  qısqanclıq yaratdı.  Azərbaycan dövlətçiliyinə qarşı olan qüvvələr müxtəlif xarici dövlətlərin təsiri və köməyi ilə qanuni höküməti devirməyə, vətəndaş qarşıdurması yaratmağa cəhd göstərir, hökümət rəhbərlərinə qarşı sui-qəsdlər  edirdilər. Özünün dediyi kimi həmişə çətin məqamlarda xalqa arxalanan Ulu Öndər Heydər Əliyev 1993-il oktyabrın 4-də axşamdan xeyli keçmiş Azərbaycanın müstəqil dövlətçiliyini müdafiə etmək üçün radio və televiziya ilə xalqa birbaşa müraciət etdi. Gecədən xeyli keçməsinə baxmayaraq Ulu Öndərin çağırışı bütün xalqı ayağa qaldırdı. Oktyabrın  4-dən 5-nə  keçən gecə minlərlə insan Prezident sarayı qarşısına toplaşdı. Bakı  sakinləri ilə yanaşı dövlətçiliyin müdafiəsinə rayonlardan axın-axın insanlar gəlirdi. Bunu görən dövlət çevrilişi cəhdinin təşkilatçıları Prezident sarayına hücuma cəsarət etmədilər. Ulu Öndərin  operativ tədbirləri xəyanətkar qüvvələrini birləşdirməyə imkan vermədi.

Gəncədəki çevriliş cəhdi də baş tutmadı. Oktyabrın 5-də “Azadlıq”  meydanında təxminən 1 milyona yaxın insanın iştirak etməsi ilə keçirilən izdihamlı mitinq xalqla Prezindentin həmrəyliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyevin qətiyyətli, müdrik daxili və xarici siyasəti, “Heydər-Xalq” sarsılmaz birliyi,onların Azərbaycanda silah gücünə dövlət çevrilişi etmək cəhdlərini puça çıxardı. Ulu Öndərin müdrikliyi, müstəqil Azərbaycan dövlətinin qüdrəti və gücü dövlət çevrilişinin qarşısını aldı. Bütün bunlar xalqımızın müstəqil dövlətçiliyinə inamını, müstəqillik uğrunda mübarizə əzmini və qətiyyətini bir az da möhkəmləndirdi.

Azərbaycan dövləti özünün möhkəmliyini, etibarlğlığını, qanunçuluğunu və vətəndaşların təhlükəsizliyini hər şeydən yüksək tutduğunu bütün dünyaya nümayiş etdirdi. Danılmaz həqiqətdir ki, əsrlərin ölməz şəxsiyyətləri zamanın üfüqlərində indi də məğrur zirvələr kimi ucalır və şöhrətləri ilə yaşadıqları əsrə əbədiyyət qazandırırlar. Elə ona görə də əsrlərdir yaşatdıqları dahi şəxsiyyətlərin adını iftixarla daşıyır.

Öz zəhmətkeşliyi ilə ürəklərdə dərin iz buraxan, ulu millətin yeni səlnaməsini yazan “Azərbaycanın müstəqilliyi uğrunda lazım gələrsə həyatımı,canımı belə qurban verməıyə hazıram”, deyən ümumilli Liderimiz Heydər Əliyev bizim mənəvi-əxlaqi meyarımızdır. Çünki Azərbaycan elmi, incəsənəti, səhiyyəsi, təhsili, memarlığı, mədəniyyəti daim  bu nəhəng şəxsiyyətin qayğısını, mənəvi dayağını hiss etmişdir, onun ana dilimizin inkişafı ilə əlaqədar fəaliyyətini nəzərdən keçirsək fikrimizi bir daha təsdiq etmiş olarıq.

Heydər Əliyev Azərbaycan dilinin  yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi zəngin mədəniyyəti, müasir dünyada müəyyən mövqeyi olan bir xalqın mənəvi sərvəti kimi düşünür, cəmiyyətin mənəvi-əxlaqi sağlamlığına xüsusi diqqət yetirir; elmi-pedoqoji  sahələrdə ana dilinin inkişafına qayğı göstərirdi.

Heydər Əliyev Azərbaycan əbədi dil tarixində diplomatiya üslubunun əsasını qoymuşdur. Azərbaycan dili məhz onun nitqində dünyanın ən yüksək kürsülərində səslənirdi. Bəli,Cənab Heydər Əliyevin gərgin əməyi və xidmətləri sayəsində bu gün Azərbaycan dili özünün ikinci ömrünü yaşayır. Əvvəllər dilimizin qətiyyən tədbiq edilmədiyi informatika, hərbi iş, diplomatiya və digər bu kimi sahələrdə bu gün zəngin terminlər yaranmışdır. Dil yaşayırsa, inkişaf edirsə deməli, millət də yaşayır və inkişaf edir. Ümumilli Liderimiz Heydər Əliyev nahaqdan deməyib ki, Dilimizi sevmək Azərbaycanı sevmək, Azərbayccançılıq hissini özündə tapmaq deməkdir.

“Tarixdən heçnəyi silmək olmaz, onun hər bir mərhələsi xalqın səlnaməsi, həyat yoludur”.Heydər Əliyevin bu müdrik sözlərini tamamilə onun özünün fəaliyyətinə şamil etmək mümkündür. Heydər Əliyev irsi hər bir azərbaycanlının həyat dərsliyidir. Zamanın sərt sınaqlarından üzü ağ çıxmaq üçün bu kitabı hamı oxuyub öyrənməlidir, Ulu Öndərimizin müstəqillik siyasətinin çeşməsindən su içib, işığından nurlanmalıdır. Çünki onun keçdiyi keşməkeşli, çətin, lakin gələcək nəsillərə örnək ola biləcək mənalı həyat yolu, şərəfli və şanlı ömür-gün səlnaməsi  hamımız  üçün böyük tərbiyə, təmiz əxlaq, mənəviyyat mənbəyi və məktəbidir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qurulmuş iqtisadı, ictimaı siyasi idieologiyaları bu gün də Heydər Əliyev iqtisadi siyasi kursunun ən layiqli davamçısı olan Heydər Əliyev məktəbində dərs almış dünyanı öz əməli fəaliyyəti, ağlı, zəkası, bacarığı, idarəçiliyi ilə fəth edıən xalqının hörmət və məhəbbətini qazanmış, beynəlxalq aləmdə xüsusi nüfuzu, çəkisi olan  ölkə prezindetimiz cənab İlham Əliyev və öz fəaliyyətində mllii-mənəvi dəyərlimizə xüsusi yer ayıran Azərbaycan xanımlarına örnək olan xanım — I-ci Vitse  Prezident Mehriban Əliyeva uğurla davam etdirirlər.  Deməli Heydər Əliyev ideologiyası yaşayır və qalib gəlir.

 

 

 

НОВОСТНАЯ ЛЕНТА