Время в Баку - 22:19

САМОЕ ЧИТАЕМОЕ

Fəal ictimaiyyətçi Dünyaxanım Əliyeva nümayəndə təyin olundu


27459089_911275842391273_4857521283181232147_n

“Dünya Ana və Uşaq” İctimai Birliyinin və  Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qadınlar Şurasının sədri Dunyaxeber.info saytin tesiscisidi. Dünyaxanım Əliyeva Türkiyədə fəaliyyət göstərən Dünya Eşitmə və Engəllər (fiziki məhdudiyyətli şəxslər) Federasiyasının Azərbaycan təmsilçiliyinin sədr müavini təyin olunub. 

Federasiyadan verilən məlumata görə, D.Əliyeva həmçinin Anadolu Azərbaycan Mədəniyyət Sənət Dünyası Yardımlaşma və Danışma Dərnəyinin təmsilçisi kimi də fəaliyyət göstərəcək.

QEYD: Dünyaxanım Əliyeva 90-ci illərdən ölkənin ictimai həyatında fəallığı ilə seçilib. 1992-2003 cü illərdə “AMAY” MMC-nin sədr müavini olub. Dünyaxanım Əliyeva  müxtəlif istiqamətlərdə maarifləndirmə və xeyriyyəçilik işini də əhatə edib. Yurd-yuvasından didərgin düşmüş, çadır şəhərciyində məskunlaşmış ailələrin dərdinə şərik olmaq üçün onlarla görüşə gedərək yaşayış şəraitləri ilə tanış olmuş, ehtiyaclarını imkan daxilində ödəyərək, onları ərzaq, geyim, ev əşyaları ilə təmin etmişdir. Ümumilikdə, bu fədakar qadın 2000 ailəyə müxtəlif yardımlar göstərmişdir. Məsələn, Saatlı rayonundakı çadır şəhərciyində 1 saylı Fizuli rayon uşaq bağçasının maddi-texniki bazası zəif olduğundan tam fəaliyyət göstərə bilmirdi. Dünyaxanım həmin bağçanı öz himayəsinə götürərək hamilik etmiş və uşaqlara həm maddi, həm də mənəvi dəstək göstərmişdir uşaqlarının yay istirahətlərini Masallı rayonunda keçirmələri üçün bütün lazımi tədbirləri görmüşdür. Dünyaxanımın Amerika və Yaponiyadan gələn jurnalistlərin müxtəlif bölgələrdə yerləşdirilmiş qaçqınlarla görüşlərini təşkil etmmişdi.  Dünyaxanım Azərbaycanın 9 rayonunda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə yardım göstərmiş və həkim briqadası təşkil edərək çadır şəhərciyi sakinlərinin tibbi müayinəsini təşkil etmişdir. Çadırlarda yaşayan işsiz qadınlar üçün iş yeri açmaq məqsədi ilə toxuculuq sexi yaratmışdır. Dünyaxanım cəbhə bölgələrindəki əsgərləri də unutmur, onlara tez-tez baş çəkir və ana sovqatları ilə onları sevindirirdi. Fizuli bölgəsində “N” saylı hərbi hissənin “Fəxri əsgəri” seçilməsi də onun vətənin keşiyində durmuş gənclərə olan qayğısının bir təcəssümü idi. Bu xeyirxah insanın gördüyü savab və xeyirli işləri bu yazımızda onlardan yalnız bir qismini sadalamağa çalışacağıq. Belə ki, Dünyaxanım hələ vaxtilə Mərdəkan qəsəbəsində və “Qızılqum” sanatoriyasında məskunlaşmış məcburi köçkün və qaçqınlara yardım etmişdi. O, 1992-ci ildən 2003-cü ilə kimi Pirşağıda yerləşdirilmiş Xocalıdan olan 48 ailəyə maddi və mənəvi dəstək göstərmişdir. Xocalıdan olan şəhid ailələrinə göstərdiyi köməyə, hər il faciənin ildönümü münasibəti ilə onlar üçün tədbirlər keçirdiyinə görə “Alı Hacıyev” Qəhrəmanlıq mükafatı ilə təltif olunmuşdur. 1998-ci ildə xeyirxah işlərinə görə o, Hacı Zeynalabdin Tağıyev adına fəxri mükafatin lauryyati adina layiq görülmüşdür. Bu cəsur el qızımız haqqında çox yazılar yazılmışdır. O cümlədən, Vüsal Zeynalovun “Azərbaycan ziyalıları”, Nəzakət Ələkbərqızının “Ziyalılıq zirvəsi”, Məleykə Göyçaylının “XX-XXI əsrin yaradıcı və ziyalı insanları”, ensiklopedik toplu “Azərbaycan qadınları”, “Vektor” Beynəlxalq Elmi Mərkəzinin “Azərbaycanının tanınmış xanımları” və sair kitablarda, habelə dövri mətbuatda onun haqqında çox dəyərli fikirlər söylənilmişdir. Musa Quluzadə və Həvva Məmmədovanın “Dünya yaxşılarındır” kitabında isə Dünyaxanım Əliyevanın xeyirxahlıq və insanpərvərlik işi haqqında müfəssəl məlumat verilmişdir. Bu işləri ilə bərabər o, həm də xəstə və kimsəsizlərin, ahıl insanların ümid yeri olmuşdur. Bakı özəl məktəbinin,  Dünyaxanım öz xeyriyyəçilik işi ilə gəclərin idman sahəsində nailiyyətlər qazanmasına da kömək göstərməyə çalışmışdır. 2008-ci ildə yeniyetmələr, gənclər və böyüklərarası TSU ŞİN GEN Karate üzrə I açıq Bakı çempionatının keçirilməsinə göstərdiyi köməkliyə görə onun fəxri fərmanla təltif edilməsi dediklərimizin bariz nümunəsidir. Onu da qeyd edək ki, D.Əliyeva “Vektor” Beynəlxalq Elmi Mərkəzinin Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış xanımları”, beynəlxalq layihəsinin qalibi olmuş”, “XXI əsrin tanınmış xanımı” Beynəlxalq diplomuna, “Avropa” Nəşr Mətbu evinin müəyyənləşdirdiyi 2005-ci ilin “Ən yaxşı vətənpərvər və xeyriyyəçi” diplomuna layiq görülmüşdür. Qətiyyətlə deyə bilərik ki, aslan qeyrətli bu xanım bütün bu təltif və mükafatları öz alın təri, halal zəhməti və əsl vətəndaş mövqeyi sayəsində qazanmışdır. Dünyaxanım Əliyeva bildirdi ki, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qadınlar Şurasının və “Dünya Ana və Uşaq” ictimai birliyinin sədridir. Dövlətçiliyin inkişafı, qüdrətləndirilməsi və dünya azərbaycanlılarının həmrəyliyinin təşkili sahəsində göstərdiyi xidmətlərinə görə Dünya Azərbaycanlılarının Həmrəyliyi Cəmiyyətinin fəxri fərmanı, milli dövlətçiliyin, ümummilli liderimiz Heydər Əliyevin ideyalarının təbliğində və gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində səmərəli fəaliyyətinə görə Şakir Əhmədli baş redaktoru olduğu “Mərhəmət elçisi” jurnalının redaksiya heyətinin qərarına əsasən “VƏTƏNƏ Sədaqət” diplomu ilə təltif olunmuşdur.O, bir çox təltiflərə layiq görülmüş və səmərəli fəaliyyəti fəxri fərmanlarla dəyərləndirmişdir. Bunlar içərisində “XX əsrin Azərbaycan qadını” (2001) medalı ilə təltif edilməsi onu xüsusilə çox sevindirmişdir. 2012-ci ildə “Azərbaycan diaspor təşkilatının formalaşmasında, Güney Azərbaycanla bağlı ictimai işlərin təşkilində” fəal iştirakına görə ona Uluslararası Güney Azərbaycan Konseyi Təşkilat Komitəsi tərəfindən diplom təqdim edilmişdir. Həmişə olduğu kimi bu gün də Dünyaxanım Əliyeva – saf və incə duyğulara, geniş ürəyə, gözəl qəlbə sahib olan, şirin təbəssümü çöhrəsinə nur verən bu xeyirxah ziyalı xanım öz insanlıq borcunu sevə-sevə yerinə yetirməkdən xüsusi zövq almaqdadır. Fəaliyyət məqsədləri xoş məram və niyyətdən ilham alan bu Azərbaycan xanımına Allahdan can sağlığı və uzun ömür diləyir, ona başladığı işləri sona çatdırmaq üçün iradə möhkəmliyi və yaradıcılıq uğurları arzulayırıq.

НОВОСТНАЯ ЛЕНТА