Время в Баку - 11:09

САМОЕ ЧИТАЕМОЕ

Ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi


Güntəkin Nəcəfli

AMEA Tarix İnstitutunun

 “Qarabağ tarixi” şöbəsinin müdiri,

Dövlət Mükafatı laureatı, dosent

 

 

1826-1828-ci illər müharibəsi nəticəsində Qacarlar İranı üzərində qələbədən ruhlanan rus ordusu 1828-ci il iyunun 14-ə Paskeviçin komandanlığı altında Gümrü yaxın­lığından 12 minlik qoşunla Arpaçayı keçərək, Şərqi Anadoluda işğallara baş­la­dı və iyunun 23-də Qars qalasını ələ keçirdi. Hücumu genişləndirən rus qo­şun­ları iyulun 24-də Axalkələyi, avqustun 15-də Ahıskanı, 22-də Ərdəhanı, 28-də Bayazidi tutdular. 1829-cu ilin yazında müharibənin yenidən qızışması nə­ticəsində rus ordusu Ərzurumu, daha sonra Muşu, Oltunu və Bayburtu iş­ğal etdi.[1] Avqustun 20-də Ərirnənin təslim olması ilə İstanbul üzərinə yol açılmış oldu.

Yeri gəlmişkən, birinci və ikinci Rusiya-İran müharibələri nəticəsində İrə­­­van xan­lığının ərazisindən – öz ata-baba yurdlarından didərgin salınan az­ər­­baycanlılar əsa­sən Şərqi Anadoluda sığınacaq tapmışdılar. Rusların Şərqi Ana­­doluya hü­cu­mu zamanı qırğınlara və yenidən köçkün düşməyə məruz qa­lan­ların ək­sə­riy­yəti yenə də azərbaycanlılar idilər. Bu dəfə onlar Türkiyənin iç­ərilərinə doğru köç­­məyə məcbur oldular.[2]

1828-1829-cu illər Rusiya-Osmanlı dövlətləri arasında getmiş müharibəsinin gedişində ermənilər yaşadıqları dövlətə xəyanət edərək Rusiyanın tərəfinə keçdilər.  Şərqi Anadolunun işğalı zamanı ermənilərin yüz illər boyunca ərazisində yaşadıqları dövlətə – Osmanlı dövlətinə etdikləri xəyanətlər haqqında erməni keşişi T.Kiğam­yansın əsərində çox sayda etiraflar mövcuddur. Osmanlı dövlətinin əlinə silah verib dövlətin ordu sıralarına qəbul etdiyi ermənilər Qars və Ərdahan qala­la­rının alınmasında rus qoşunlarına yaxından kömək etdilər. Hətta, Qarsın qala divarlarına qalx­maqda belə ruslara bələdçilik etdilər.[3] Bəyazidin rus qoşunları tərəfindən mühasirəsi zamanı ermənilər 500 nəfərlik hərbi dəstə düzəldərək yol və keçidlərə bələdçilik edir, osmanlı ordusunun sayı, hərbi vəziyyəti barədə rus koman­­danlığına dəqiq məlumatlar şatdırır və kürd ağalarını rusların tərəfinə çəkir­dilər.[4] Məhz bu səbəbdəndir ki, bir qədər sonra, Paskeviç 1829-cu ilin oktyab­rında çara məlumat vermişdi ki, Bəyaziddə 2 min erməni bizim əsgərlərin sırasında vuruşurdu.[5]

Ərzurumu ələ keçirən general Paçkeviç şəhəri və müsəlman əhalini öz nəza­rətində saxlamaq üçün ermənilərdən bələdçi dəstəsi təşkil etdi. Ərzurumun bir daha türklərə qayıtmayacağına əmin olan bu dəstə müsəlmanlara qarşı misli görün­mə­miş təhqiramiz hərəkətlərə yol verdilər. “Onlar gecələr məscidlərin divar­la­rını nə­cis ilə suvayaraq müsəlmanların dini və dünyəvi duyğularına qarşı alçaq si­fət­lər­də bulun­dular”.[6] Türkiyədə yaşayan ermənilərin hərbi əməli­yatlar za­manı rus qoşun­la­rının tərəfinə keçməsini rus tarixçiləri də etiraf edirlər.[7] T.Kiğam­yans bu haqda yazır: “Türkiyə erməniləri müharibənin bütün dövrü müd­dətində ruslara bə­ləd­çilik edib yol və keçidləri göstərir, onları ayin və dualarla qarşı­layıb, qabaq­larında qur­banlar kəsir, həm özlərinin, həm də dövlətin anbarlarından rus əsgər­lə­rinə ər­zaq paylayır, Osmanlı ordusunun silah-sursat anbarlarının yerini ruslara xəbər ver­məklə yanaşı, dəstələr düzəldib rusların sırasında öz dövlətinə qarşı vuruşur­du­lar”. [8]

Dövrün qaynaqlarından məlum olur ki, “Rus ordusunun işğallarına arxayın olan xristian təbəələri xeyli azğınlaşmış yerli mqsəlman əhaliyə işgəncə etmək­dədir”. Bu cür hadisələrin qarşısının alınması üçün Hüseyn paşanın sərən­ca­mına lazımi miq­darda hərbi qüvvə verilmişdir.[9] Digər sənəddə “general Pankratyev Ər­zurum qala­sının alınmasına xüsusi önəm verirdi. Rusiya əsgərləri Ərzurumun kəndlərini çapıb-talayıb əmlakını Ərzuruma göndərdikləri zaman bəzi yerli xris­ti­anlar da müsəl­man əhaliyə qarşı hücum edir, təcavüzə qalxırdılar” yazıl­mış­dır.[10] Eyni za­man­da sənədlərdə “Rusiyanın təsirinə düşən Ərzurumdakı erməni Qara­başının (erməni keşişi) iyrənc və layiqsiz hərəkətlərə cəsarət edə­rək, xalqa əziyyət et­məsini” və ümumiyyətlə, Osmanlı dövlətinə qarşı Rusiya ilə əlaqəyə girən ermənilərin Şərqi Anadolunun əksər kəndlərində yerli müsəlman əhaliyə işgəncə verməsi haqqında çoxsaylı məlumatları izləmək mümkündür.[11]

Osmanlı imperiyasında yaşayan ermənilərin hərbi xəyanəti imperiyanın məğ­lu­biyyətində müəyyən rol oynadı. 1829-cu ilin avqustunda rus ordusu Balkan cəb­hə­sindən İstanbula ya­xın­laşdıqda II Sultan Mahmud Rusiyaya barışıq təklif etdi və sentyabrın 2-də (14)-də Ədirnədə sülh müqaviləsi imzalandı. Yeni təyin olunan rus-türk sərhəddinə görə Axalkələk qalası və Ahıska şəhəri Rusiyaya ilhaq olundu, müharibə zamanı ruslar tərəfindən zəbt edilmş Qars, Trabzon, Bayazid və Ərzurum pa­şa­lıqları isə Türkiyəyə qay­ta­rıl­dı.[12]

Rus qoşunlarının Qars, Ər­də­han, Bayazid, Ərzurum və digər bölgələrdən geri çəkilməsi hərbi əmə­liy­yat­lar zamanı ərazisində yaşadıqları Türkiyəyə xəyanət edən erməniləri çıxılmaz vəziyyətə saldı. Buna görə də Rusiya tərəfinin tələbi ilə Ədirnə müqaviləsinə ermənilərin Rusiya hüdudlarına köçməsinə icazə verən maddələr daxil edildi. Ədirnə müqaviləsinin XIII maddəsinə əsasən Türkiyənin işğal olun­muş əra­zilərindəki ermənilərə 18 ay müddətində daşınan əmlakları ilə birlikdə Ru­siyanın təbəəliyinə keçmək hüququ verildi. Bununla da, Osmanlı imperiyası əra­zi­sin­də yaşayan er­mə­ni­lərin kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürülməsi rəsmiləşdirildi.[13]

14 sentyabr 1829-cu il tarixli rəsmi sənəddə isə artıq Rusiyaya təslim edilən Osmanlı ərazilərindən bütün hərbi sursatın və xristian təbəələrin Rusyanın yenicə hakimiyyəti altında keçmiş torpaqlara (Şimali Azərbaycan ərazisi nəzərdə tutulur – G.N.) köçürülməsinə başlanılması haqqında məlumat verilmişdir.[14]

Rus qo­şun­larının komandanlığı İran erməniləri kimi Türkiyə ermənilərini də yenicə işğal edilmiş Şimali Azərbaycan torpaqlarına köçürmək və bununla da Türkiyə ilə sərhəd boyu ərazilərdə də ermənilərin say üstünlüyünü təmin etmək qərarına gəldi. Hələ oktyabrın əvvəlində topları və digər hərbi sursatları ilə bərabər Bayburd qalasını tərk edərək Ərzuruma geri çəkilən rus qoşunları buradakı erməniləri də özləri ilə götürmüşdü.[15]

Osmanlını dövləti ərazisindəki rus qoşunlarının baş komandanı general Paskeviç ermə­nilərinin yenicə işğal edilmiş Şimali Azərbaycan tor­paqlarına kö­çü­rül­məsi prosesində fəal iştirak edirdi. Bu məqsədlə də o, 1829-cu il oktyabrın 10-da imperator I Niko­la­ya məlumat yazıb Ərzurumda və Qarsda yaşayan er­mənilərdən 10 min nə­fə­ri­nin Gürcüstan və Şimali Azərbaycan ərazisində yenicə yaradılmış “Erməni vilayəti”ndə yerləşdirilməsinə icazə istədi.[16] 1829-cu il no­yabrın 18-də hərbi nazir Çernışev Paskeviçə bildirdi ki, imperator onun tək­lifini bəyənmişdir.[17]

Bundan xəbər tu­tan Paskeviç dərhal əməli fəaliyyətə başladı. O, dekabrın 3-də Gürcüstanın mülki qubernatoruna mək­tub­la xəbər göndərdi ki, Türkiyədə yaşayan və könüllü surətdə Gür­cüs­ta­na və Ru­siyaya məxsus olan digər vilayətlərə köçmək istəyən, bunun üçün mad­di yar­dım tələb etməyən ermənilərə yola düşmək üçün lazımi sənədlər verilməsi barədə yerli qoşun rəislərinə icazə verib və bun­dan istifadə edən bir çox erməni ailəsi dərhal yola düş­müş­dür.[18]

Paskeviç ermənilərin köçürülməsi və kö­çürülən erməni ailə­lə­rinin məs­kun­laş­dırılması işinə rəhbərlik etmək üçün xüsusi ko­mi­tə yarat­dı. Həmin komitənin fəaliy­yətini tənzimləmək üçün 12 mad­də­dən ibarət ümumi qay­dalar müəy­yən­ləşdirildi.[19]

Qars və onun ətraflarından köçürülən ermənilər yaşadıqları yerlərin iqlim şə­raitinə uyğun olan Ələyəz (Alagöz) dağı ətrafındakı boşaldılmış Azərbaycan kənd­lərində məskunlaşdırıldı. General Pankratyev Paskeviçə xəbər gön­dərdi ki, Loru dərəsində yerləşmək üçün 95 erməni ailəsinə sənəd verilmişdir. Ge­ne­ral-mayor Bere­man da Qarsdan Gümrüyə yola düşən 400 erməni ai­lə­si­nə sə­nəd verdiyini bil­dirirdi.[20] Ərdahan generalı Əli paşa tərəfindən Çıldır valisinə göndə­rilən bir məktubda Qars və Ərzurum rəiy­yət­lərindən olan bir neçə erməni ailəsinin də Gümrü ətraflarına köçürülməsi haqqında məlumat verilmişdir. [21]

1830-cu il yanvarın 22-də general Paskeviçin Çernışevə göndərdiyi məlumata görə Qars və ətrafından köçən 2500 erməni ailəsi onun sərəncamına əsasən ya­şadıqları yerin iqliminə uyğun olan Ələyəz (Alagöz) dağı yaxınlığında – Pəm­bək distansiyasındakı boşaldılmış Azərbaycan kəndlərində yerləş­dirilmişdi.[22]

Qeyd etmək lazımdır ki, erməniləri Rusiya tərəfindən işğal olunmuş Şimali Azərbaycan torpaqlara köçürərkən könüllülük prinsipi nəzərdə tutulsa da dövrün həm Osmanlı, həm də rusdilli qaynaqları bunun tam əksini sübut edir. Rusiya hakim dairələri ermənilərin köçürülməsi zamanı könüllülük deyil, məcbur etmə prinsipini əsas götürdü. Çar Rusiyasının məqsədi hansı yolla olursa-olsun Osmanlı dövləti və Qacarlar İranı sərhəddində bufer xristian zolağı yaratmaqdan ibarət idi.

Rusiya hakim dairələri ermənilərin məcburən köçürülməsi üçün ilk öncə Osmanlı dövləti ərazisində olan nüfuzlu rus hərbçilərdən istifadə etdi. Məsələn: Dövrün qaynaqlarında Ədirnə müqaviləsinin şərtlərinə əsasən Rusiya tərə­fin­dən boşaldılmalı olan Ərzurum, Qars, Bayəzid və Ələşgird kimi işgal olunmuş yerlərdə yaşayan ermənilərin rus hərbçiləri tərəfindən yoldan çıxararaq köçürmək istədiyi qeyd olunur. Bununla bağlı həmin bölgələrdən dövlətə müxtəlif ərizə və məktublar göndərilir. Osmanlı dövlət məmurları isə hər vasitə ilə bu prosesin qarşısını almağa çalışır.[23] Bundan başqa, şəxsən general Paskeviçin başçılığı ilə rus hərbçi­ləri Ərzurumda yaşayan erməni əhalisini qızışdıraraq Osmanlı dövlətinə qarşı qal­dır­mağa cəhd göstərmişdi.[24] Osmanlı dövlət nümayəndələri Ərzurum, Qars, Bay­əzid, Alaşgird və digər istila olunmuş yerlərdəki ermənilərin öz yerlərində qalmasına və bunun təminatına cəhd göstərsə də, Ərzurumda Kosaoğlundan və digər yerlərdən göndərilən məkrublarda rusların xristian əhalini təhrik və məcbur etməsi haqqında mə­lumatlar verilirdi.[25] General Paskeviç tərəfindən göndərilən şəxslər Qarsda kəndbə-kənd dolaşaraq köçmək üçün ermənilərin adlarını və rəsimlərini qeyd edir­dilər. Adları qeyd olunan təbəələrin coxunun artıq Gürcüstan ərazisinə köçürül­məsinə başlanilmışdı.[26] Sədrəzəm Rəşid paşanın məktubunda İslimye və Yanbolu sərhəddindəki təbəələrin də Rusiyaya aparılması haqqında məlumat verilmişdir.[27]

Şərqi Anadolu ərazisində yaşayan ermənilərin rus hərbçiləri tərəfindən məcburi şəkildə köçürülməsini Rusiya arxiv sənədlərində olan məlumatlar da təsdiqləyir. Məsələn: General-adyutant qraf Orlovun 1830-cu il mayın 9-da İstanbuldan verdiyi xəbərə görə, Ərzurum vilayətinin rəisi general-leytnant Pankratev Anadolu sərdarından məktub almışdı. Həmin məktubda sərdar Ərzurum erməni patriarxının qeyri-qanuni hərəkətlərində onun da günahkar olduğu bil­di­ri­lirdi. Çünki o, köçmək istə­məyən erməniləri də Rusiya tərəfə köçməyə məcbur etmişdi.[28] General-leyt­nant qraf Orlovun general-leytnant Pank­ratyevə 08.08.1830 tarixli məktubu da maraqlıdır. Məktubda yazılır: “Osmanlı dövlət məmurları Türkiyə sərhədlərindən xristianların bizim hakimiyyətimiz altında olan tor­paqlara köçürülməsini zorla həyata keçir­məyimizlə bağlı şikayət etmişdir”. [29]

Lakin çar Rusiyası öz gerçək niyyətini – Cənubi Qafqazın Osmanlı və İran sərhədlərində ermənilərin sayını çoxaltmaq niyyətini pərdələmək üçün çox zaman bu faktları gızlədir və çox da qabardılmamasına çalışırdı. General-feldmarşal qraf Paskeviç Erivanskinin general-adyutant knyaz Lvova 08 avqust 1830-cu il tarixli məktubunda “ruslarla getmək istəməyən ermənilərin məcbur köçürülməsi haqda Osmanlı dövləti nümayəndələrinin çoxsaylı şikayətlərindən” bəhs olunur. Osmanlı tərəfini sakitləşdirmək üçün general Paskeviç digər bir vasitəyə əl atır. O, özünə ya­xın olan erməni arximandriti Varfolameyin İstanbuldan Ərzuruma gələrək bu məlumatların doğru olub-olmadığını yoxlamasını xahiş edir. Bu yoxlamanın “nəticə­sindən” razı qalan Paskeviç öz məktubunda yazır: “arximandrit Varfolamey Osmanlı tərə­findən məmur Hacı Həsən paşa, qapıçılar kəndxudası Abdulla əfəndi də Ərzu­ruma gələrək general Pankratyevlə birgə Ərzurum vilayətinin ermənilər yaşayan bütün kəndlərini gəzmiş və Həsənqalaya gəlmişdir. Onlar burada minə qədər erməni ailəsinin köçməyə hazır olduğunun şahidi olmuşdur. Onlar Türkiyə hökumətinin hakimiyyəti altında qalmaq istəmirlər. Həmin ermənilərə köçmək üçün tam sərbəstlik verilmişdir”.[30]

Rusiya hakim dairələri ermənilərin məcburən köçürülməsi üçün ikinci vasitə kimi erməni keşişlərindən istifadə etdi. Rusiya tərəfi müharibədən əvvəl Türkiyədə yaşayan ermənilər arasında böyük nüfuza malik olan erməni din xadimlərini ələ alaraq müharibə zamanı onların Rusiyanın tərəfində olmalarına nail oldu. Sonralar ermənilərin Rusiyanın zəbt etdiyi torpaqlara köçürülməsində də bu din xadim­lə­rin­dən istifadə edildi. Rus generalı Pankratyev erməni din xadimlərindən yararlanaraq ermənilərin məcburi köçürülməsinə başladı. Məsələn, Rusiya ilə iş birliyinə girən erməni Qarabaş (qara keşiş – G.N.) özü ermənilərə təzyiq edirdi. “Rusiyaya getmək istəyənlər Qarabaşın dəftərinə, istəməyənlər isə məhəllə imamlarının dəftərinə yazılsınlar” – desə də, “məhəllə imamının dəftərinə yazılanların malları talan ediləcək, evləri isə yandırılacaqdır” təhdidi ilə onları köçməyə məcbur etdirirdi. Mənbənin məlumatına görə, “təhdidə rəğmən getmək istəməyənlər şid­dətli bir şəkildə döyülərək zülm və əziyyətə düçar olmuşlar. Bu surətlə erməni rahibləri vasitəsilə Qarabaş adına Ərzururmun bir sıra kəndlərində  həyata keçirilən hər müxtəlif təbliğat və qorxu ilə ermənilər Qarabaşın dəftərinə qeydiyyata düşürdülər”.[31]

Bundan baş­qa, rus qoşunları Ədirnə və onun ətrafından geri çəkilərkən burada yaşayan ermə­nilərin özlərinin içərisindən seçilmiş xüsusi adamlar və rus əsgərlərinin təzyiqi ilə yaşadıqları əraziləri tərk etməyə məcbur edilirdi. Hətta xristian təbəələrin bir qismi bu təzyiqə müqavimət göstərmişdir.[32] “Ərzurumdakı rus generalı da reayanı təhrik etmiş və Rusiyanın təsirinə düşən erməni keşişi xalqı ruslar tərəfindən yeni işğal olunmuş ərazilərə köçməyə məcbur etmişdir”.[33]

“Ruslarla getmək istə­mə­yən Ərzurum reayası erməni rahiblər tərə­findən təhdid edilirdi”. Osmanlı dövlət mə­murları bu haqda rus generalına müraciət etsə də bir nəticə verməmişdir.[34] General Paskeviçin Tiflisdən yazdığı məlumata görə Ərzurum erməniləri artıq Rusiya tərəfinə keçməyə qərar vermişlər.[35]

Göründüyü kimi, Osmanlı dövləti ərazisində yaşayan ermənilərin Rusiya sərhədlərinə köçürülməsinin qarşısını almağa hər cür cəhd göstərsə də, Rusiya hərbçiləri və onların əlaltısı olan yerli erməni keşişləri hər vasitə ilə onları köçməyə məcbur edirdi.

Osmanlı dövləti də Qacarlar İranı kimi onun ərazisində səpələnmiş halda ya­şa­yan ermənilərin ruslar tərəfindən köçürülüb sərhəd boyunca ərazilərdə kompakt şəkildə yerləşdirilməsindən ehtiyat edirdi. Ona görə də Osmanlı hö­ku­mə­ti bu köçürmənin qarşısını almaq məqsədilə Rusiya işğalları zamanı ermə­ni­lərin öz dövlətinə etdiyi xəyanəti, törətdikləri vəhşilikləri bağışlamaq barədə qərar verdi və 1830-cu il fevralın 17-də yerlərdəki ermənilərə “Əfvnamə”lər göndərdi.[36] Hətta Ərzurumun Xınıs bölgəsində “bəzi təşviş içində olan şəxslərin bağışlandığı və hər kəsin öz yerinə qayıdıb iş-gücü ilə məşğul olması haqqında” Osmanlı dövləti tərəfindən göndərilən fərman bütün əhalinin qarşısında elan edilmiş və bu fərmanın yerinə yetirilməsinə nəzarəti dövlət öz üzərinə götürmüşdü.[37]

Bu məqsədlə bəzi məmurlar öz vəzifəsindən kənarlaşdırıldı. Məsələn, “Bayəzid reayasını yetərincə təmin etmədiyi üçün” mütəsərrif Əbdülhəmid paşa yerli bəyzadələrindən Bəhlul paşa ilə əvəz olunmuşdu.[38] Bundan əlavə, Osmanlı dövləti tərəfindən katolik ermənilərin keçmiş günahları əfv edilərək, onlara kilisə tikilməsinə icazə, öz aralarından bir yepiskop seçilməsi və satılan əmlaklarından bəzilərinin geri qaytarılması haqqında fərman verildi.[39]

Türkiyə tərəfi, eyni zamanda, ermənilərin köçürülməsinin qarşısını almaq məqsədilə işğala məruz qalan, lakin Ədirnə müqaviləsinin şərtlərinə əsasən Rusiya tərə­fin­dən boşaldılmalı olan Ərzurum, Qars, Bayazid, Ələşgird və s. bölgələrə öz nü­mayəndələrini göndərirdi.[40] Osmanlı nümayəndələri hətta bəzi bölgələrdə müəy­yən qədər bu köçürmələrin qarşısını ala bilmişdi. Məsələn Ələşgird qəzasında köçməkdə işrarlı olan 17 erməni ailəsindən başqa digər erməniləri köçmə­yib öz yerlərində qalmağa razı sala bimiş,[41] Qozlucaya gələn xristian təbəələrdən iki yüz ailənin də buranı tərk etməyərək qalmağa razı sala bilmişdi.[42] Osmanlı dövlət nümayəndələri Ərzurumda yaşayan ermənilərin də Rusiyaya getməməsi üçün lazım gələn bütün tədbirləri görmüş, rus ordusunun Ərzurumdakı topları Rusiyaya aparmaması və ermənilərin köçürülməsinin qarşısını almaq üçün divan katibi Hüseyn əfəndi general Paskeviçin yanına göndərilmişdi.[43]

Bundan başqa Ərzurumun işğalı zamanı müsəlmanlara zülm edən bəzi xristian təbəələri Ərzurumun Osmanlı ordusu tərəfindən geri qaytarılmasından sonra burada qalmağa qorxaraq Rusiyaya köç etməyə başlamış və digər rəiyyəti də qorxudaraq köçməyə məcbur etmişlərdi. Lakin yola çıxanların bir qismi Osmanlı dövlətinin mərhəmətinə sığınaraq peşman olaraq geri qayıtmışdır.[44]

Hətta, Ağyolu, Misivri və Berqos qəzalarına yenidən naib təyin olunmuş Samakocuq naziri Vəcihi paşa Qırx kilsə, Pınarhisar, Vizey, Midyə və digər yerlərə şəxsən özü getmiş, digər yerlərə isə öz nümayəndələrini göndərərək xristian əhalinin bəzi hissələrinin geri qayıtmasını təmin etmişdir.[45] Lakin bu da kütləvi köçür­mənin qarşısını ala bilmədi.

İki dövlət arasındakı traktata görə Osmanlı dövləti Rusiya tərəfə köçmək istəyən erməniləri dayandıra onlara mane olma bilməzdi. Xınıs sancağı başçısı İbrahim bəy 500 nəfərlik silahlı dəstə toplayıb köçməkdə olan ermənilərə mane olmuşdu. Daha çox sayda erməninin köçürülməsində maraqlı olan Rusiya imperiyası bu hadisədən sonra dərhal köçürülən erməniləri qorumaq üçün tədbirlər görmüşdu. Belə ki, Ərzurum vilayəti rəisi erməniləri qorumaq üçün Kabardin piyada polkunu 7 kazakla bərabər Güllü kəndinə göndərmişdi.[46]

Rusiya imperiyası həm köçürdüyü və həm də Rusiya tərəfə köçmək istəyən ermənilərə tam sərbəstlik verilmişdi. Cənab kollej-assesoru kavaler Bezaka verilən 4 bənddən ibarət təlimatda Rusiya imperiyasının köçürdüyü ermənilərə verilən güzəşt və hüquqlardan bəhs olunur. Ermənilər öz əmlakını və digər mallarını sərbəst şəkildə sata bilərdilər.[47]

RİXSA-dan əldə etdiyimiz 1831-ci ilin əvvəllərinə dair “məxfi” qrifi altında saxlanılan sənədlərin arasında 13 yanvar 1831-ci il tarixli “Cənab kollej-assesoru kavaler Bezakaın əlahəzrət A.P.Butlerevə təlimatı” adlanan bir sənəd olduqca diqqəti cəlb edir: “general-feldmarşal qraf Paskeviç Erivanskinin Nazirliyə verdiyi məlumata görə onun siyahısında olan ermənilər indi İstanbulda yaşayırlar. Onlar iddia edirlər ki, vaxtilə Naxçıvan əyalətindən bura gəlmişlər. Bu ermənilər indi “öz vətənləri” adlandırdığı Rusiyanın tərkibinə qatılmış Naxçıvan əyalətinə köçmək istə­yirlər. Onları qəbul edin və qorumanız altında Naxçıvana köçürün!”. [48] Bundan əlavə, sənəddə Ədirnə müqaviləsinin 13-cü mad­dəsinə əsasən, Türki­yənin işğal olun­muş əra­zilərindəki ermənilərə 18 ay müddətində daşınan əmlakları ilə birlikdə Ru­siyanın təbəəliyinə keçmək hüququnun verildiyi xatırlanır. “Və bu müddət başa çatmamış İstanbuldakı er­mə­ni­lərin Naxçıvan əyalətinə köçürülməsi başa çatma­lıdır. Çünki onların vaxtilə Naxçıvan əyalətindən gəlmə olmasını sübut etmək çox çətindir”.[49] Göründüyü kimi, dəfələrlə erməni yalanlarının şa­hidi olan general Paskeviç ermənilərin düzgün danışmadığını bilsə də, onların tezliklə Naxçıvana köçürülməsinə çalışırdı.

General-feldmarşal qraf Paskeviç Erivanskinin qraf Karl Vasiliyeviç Nessel­roda 19 yanvar 1831-ci il tarixli məktubunda Türkiyə ərazisində yaşayan ermənilərin Cə­nubi Qafqaz ərazisinə yüksək səviyyədə köçürülməsini təmin etmək üçün Türkiyə sərhədinə xüsusi məmurlar göndərilməsinin zəruriliyini vurğulayırdı. Bu məmurlar Türki­yənin müxtəlif yerlərindən, həmçinin, İstanbuldan ermənilərin Rusiya sər­həd­lərinə köçürülməsini təmin etməlidirlər.[50] Bundan başqa, general Paskeviç 27 yanvar 1831-ci il tarixli məktubunda Gür­cüs­tandakı baş komandan M.Q.Qraqar İvan Fyodoroviçə də İstanbulda yaşayan ermə­nilərin Cənubi Qafqaza köçürülməsi haq­qında təlimat vermişdi.[51]

Görünür, Rusiya imperiyası qarşısına qoyduğu məqsədinə nail olmaq üçün hətta, Ədirnə müqaviləsinin XIII maddəsində razılaşdırılmış şərtləri belə pozmağa hazır idi. Çünki köçmək hüququ yalnız “Rusiya imperiyası tərəfindən Ali Portaya (Osmanlı imperiyası) qaytarılan vilayətlərdə yaşayan təbəələrə” verilmişdi.[52]

Rusiya imperiyası hakim dairələri Qacarlar İranından köçürdüyü ermənilər kimi Osmanlı Türkiyəsindən də köçürdüyü erməniləri “yenicə ələ keçirilmiş torpaqlar” adı altında tarixi Azərbaycan torpaqlarında yerləşdirirdi. İrəvan xan­lı­ğına, Gən­cəbasara, Qara­bağa və digər Azərbaycan tor­paq­la­rı­na, həmçinin Gür­cüs­tana köçürülən ermə­nilər yerli müsəlman əha­linin tor­paq­larında – təbii gözəlliyi, yaxşı iqlimi, saf suyu ilə fərqlənən dağ­ətəyi böl­gə­lər­də və şəhərlərdə yığcam şəkildə yerləşdirildi. Hətta, Sər­dar­abad qala­sın­da olan 270 ev belə həmin vaxt ermənilər tərəfindən tutul­muşdu.[53]

General Paskeviç İrəvan xanlığının işğalından bir il sonra, 1828-ci ilin noyabrında özünün “çox məxfi” adlandırdığı məlumatında yazırdı: “Mən əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən, 10 min mü­səlman, yalnız 3 min erməni ailəsindən ibarət olan İrəvan vilayətinə getməyə çalışıram. Çünki burada ermənilər müsəlmanlar üzərində pis təsir yaratmışlar. Bununla bağlı müsəlmanlar mənə çox sayda şikayətlər etmişlər. Bütün bunlar üçün tədbir görmək lazımdır”.[54]

Köçürülən ermənilərin yerli türk-müsəlman əhaliyə elə ilk gündən fəlakət gətirməsi haqda İ.Şopen də məlumat verirdi, müəllif bu barədə yazır: “Azər­bay­canda (Cənubi Azərbaycan nəzərdə tutulur – G.N.) yaşayan ermənilərə bi­zim ərazilərimizə köçməyə şərait yaradılanda onlar dəstələrlə Araz çayını keçib yollarının üstündə rast gəldikləri müharibə nə­ti­cəsində əhalisi qaçıb getmiş yerli müsəlman əhalinin boş qal­mış kəndlərdəki evlərini, torpaqlarını, bağlarını, dəyirmanlarını və başqa mülklərini zəbt etdilər. Sülh və əmin-amanlıq ya­ra­nan­dan sonra, 1829-cu ildə əvvəlki sakinlər geri qayıdanda baş­qalarının onların evlərinə yiyələndiyini gör­dükdə, bu kənd­lə­rin arasındakı ən əlverişsiz torpaqlarda yerləşməyə razı salmaq üçün ermənilərə yalvarıb-yaxarıb özlərinə ev tikməyə başladılar. Əvvəl­ki sakin­lərin bir çoxu isə dağlara çəkilərək yeni kəndlər sa­lıb ömür­lük oralarda məs­kunlaşdılar. Beləliklə, vilayətin Sərdara ən çox gəlir verən torpaqları ermənilərin əlinə keçdi”.[55]

Gürcüstana köçürülən ermə­nilər əsasən azərbaycanlılar yaşayan bölgələrə yerləşdirilirdi. Qraf Karl Vasilyeviçə A.Botutinin 07 aprel 1831-ci il tarixli məktu­bun­dan bəlli olur ki,Gürcüstandakı baş komandan, ştabs kapitan Voynikov Türkiyədən Rusiyaya çox sayda ermənilərin köçürülməsini müşahidə etmək üçün Ərzuruma yerləşmişdir. Lakin fevralın 16-da başlayaraq, köçürülənlərin əmlakının satıl­ması ilə bağlı vəziyyət çətinləşmişdir”. Məktubda bu çətinliklərin aradan qaldırıl­ması xahiş olunur.[56] General-feldmarşal qraf Paskeviç Erivanskinin vitse kanslerə 26 aprel 1831-ci il tarixli məktubunda Ərzurumdan Ahalsıq paşalığına köçü­rülən ermənilərin əmlakının satılması və bundan əldə olan pulun onlara çatdırılması xahiş olunur. Məktubda bu çətinliklərin aradan qaldırilması üçün Ərzurum paşalığına nümayəndə göndərildiyi də qeyd olunurdu.[57]

A.Botutinin qraf Karl Vasiliyeviç Nesselroda 06 may 1831-ci il tarixli məktubunda həmin il yanvarın 13-də ermənilərin Naxçıvan əyalətinə köçmək istədiyi məsələsi xatırlanır. Paskeviçdə olan 8 saylı siyahıda adları olan və özlərinin soy-kökünün Naxçıvandan olduğunu bildirən ermənilərin İstanbuldan Naxçıvana köçmək istədiyi bir daha xatırladılır. Bu məsələ ilə bağlı A.Botutinin yazır:mən onların (ermənilərin – G.N.) dediklərinin düzgünlüyünə inan­mıram və bu məsələyə ehtiyatla yanaşıram”.[58]

Ədirnə müqaviləsində verilmiş 18 ay müddətin bitməsinə baxmayaraq çar Ru­siyası ermənilərin köçürülməsi prosesini hələ də davam etdirirdi. General-feld­marşal qraf Paskeviç Erivanskinin 24 noyabr 1832-ci il tarixində Qraf Karl Vasili­yeviç Nesselroda[59] və qraf Nikolay Dmitriyeviçə göndə­rilmiş olduğu Ərzurumdan Ahalsıq paşalığına köçürülən ermə­nilərin himayə edilməsi xahiş olunurdu.[60]

Yuxarıda qeyd etdiyimiz kimi, Osmanlı im­periyası ərazisindən köçürülən ermənilər əsasən Rusiya tərəfindən işğal olunmuş tarixi Azərbaycan torpaqlarında – Pəmbək-, “Erməni vilayəti” və Gürcüstanın Ahısqa bölgəsində yerləş­dirildi.

Köçürülən ermənilərin qoyub getdikləri əmlak və torpaqların satılması mə­sələsi Rusiya imperiyasının diqqət mərkəzində idi. Qarsdan və Ərzurumdan Rusiyaya köçürülən ermənilərin əmlak məsələlərini həll etmək üçün Paskeviç tərəfindən göndərilən rus nümayəndəsi mayor Vannikov Osmanlı tərəfi təmsil edən Arslan bəy ilə danışıqlar apardı. Danışıqlarda Rusiya tərəfi nəinki ermə­nilərin qoyub getdiyi əra­ziləri, Qarsdan Türkiyənin digər bölgələrinə köçməyə məcbur olan müsəlmanların və sipahilərin də qoyub getdikləri ərazilərin Rusiyaya verilməsini iddia etdi.[61]

Yeri gəlmişkən, erməni kəndlərinin əksəriyyəti əvvəllər onlara məxsus deyildi. Həmin kəndlər bir qədər əvvəl, yəni müharibə zamanı təh­lükəsiz yerlə­rə köçməyə məc­bur olan müsəlmanların tərk etdiyi kəndlər idi. ermənilər bu yolla təkcə Qars bölgə­sində 80 kəndə tamamilə, 15 kəndin isə ya­rısına yiyələnmişdilər. Digər tərəfdən, Rusiyanın işğal etdiyi ərazilərdən (əsasən Ahal­kələk və Ahıska bölgə­lərindən) Türkiyənin digər bölgələrinə qa­çan türk­lərin qoyub get­dik­ləri əmlak və torpaqları, onların boşaltmağa məc­bur olduqları kənd­lə­rin tale­yi Rusiya tərəfini əsla maraqlandırmırdı.[62]

Bir qədər keçdikdən sonra M.Vıladıkin ermə­ni­lə­rin bura köçürülməsi barəsində yazırdı: “İrəvan quberniyasında yaşayan ermənilərin əksəriyyəti buranın yerli sakinləri olmayıb, 1828-1829-cu illər müharibəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər”.[63]

Ədirnə müqaviləsi ilə müəyyən edilən müddətin başa çatması ərə­fə­sin­də, yə­ni 1831-ci il aprelin 3-nə qədər tərtib edilən sənəddə Türkiyədən köçü­rü­lən erməni ailələrinin təxmini sayı və məskunlaşdıqları ərazilər göstərilmişdir. Tür­ki­yə­dən köçürülən ermənilər əsasən Ahısqa, Pəm­­bək-Şö­rəyel və “Er­mə­ni vilayə­ti”ndə yerləş­­dirildi.[64] Həmin sənəddən məlum olur ki, Türkiyə paşa­lıqlarından Ru­siya hüdudlarına (yəni Ahıska paşalığı, Borçalı dis­tan­siya­sı, Pəmbək və Şörəyelə, Talın mahalı, Göyçə gölü ətrafı və Baş Abarana) 14044 erməni ailəsi köçürülmüşdür. Ərzu­rumdan köçürülən 7298 erməni ailəsin­dən 5000-ni, eləcə də Ərdahandan 67 erməni ailəsi Ahıska pa­şalığı* əra­zi­sində, 1050 ailə Borçalı distan­siyasında və Çalqa ətrafında, qalan 1248 ailə isə Pəm­bək və Şörəyel dis­tan­siya­larında məskun­laşdırılmışdı. Qars­dan köçürülən 2464 ailədən 2264-ü Pəmbək və Şörəyel dis­tan­siya­larında, 200-ü isə Talın ma­ha­lında, Bəyaziddən köçürülən 4215 ailə Göyçə gölü ətra­fında və Baş Apa­randa məs­kun­laş­dırılmışdı.[65] Hə­min sənədə aid əlavə qeyddə gös­tərilir ki, tam və dəqiq he­sa­bat təqdim edil­mədiyi üçün Türkiyədən neçə nə­fərin köçü­rül­düyü dəqiq gös­təril­məmişdir. Lakin he­sab­la­ma komis­siya­sı­nın təx­mi­ni sayına görə Osmanlı dövləti ərazisindən 84 min nə­fər­dən artıq er­mə­ni və yunan köçürüldüyü mə­lu­m olur.[66] Lakin 1831-ci il ap­­relin 24-də qraf Paskeviçin adına verilmiş Əla­həz­rətin buy­ru­ğun­da Türkiyə vi­l­a­yətlərindən köçürülmüş xris­ti­anlar, yəni erməni və yu­nan­lar­dan iba­rət 14 min­dən çox ailə (90 min nəfərə qədər) üçün 380 min rubl gümüş pul ayrıldığı bil­­dirilirdi.[67]

General Pas­ke­viçin məlumatında Osmanlı imperiyasından Rusiya tərəfindən ələ keçirilən torpaqlara (əsasən keçmiş Azərbaycan xanlıqları – G.N.) köçü­rülən­ ermənilərin sayı 90 min­dən ar­tıq,[68] dıgər erməni müəllifinin məlumatında isə 100 min nəfərə ya­xın olduğu gös­tə­ril­ir.[69]

Osmanlı im­pe­­ri­yası ərazisindən Gür­cüs­tana köçürülən er­mənilər əsasən Azərbaycan və Mə­hsəti türklərinin yaşadığı bölgələrdə yer­ləş­dirildi. Bu faktı gürcü müəllifləri də öz əsərlərində təsdiq edir. B.Arveladze Ədir­nə mü­qa­vi­lə­sindən sonra 106 mindən çox er­məninin Ahıs­qa tor­pa­ğında məskunlaşmaq üçün ge­ne­ral Paskeviçə müraciət etdiyini yazır. Müəllif köçürmənin birinci böyük axınının Ahıs­­qa­ya, ikincisinin isə Kve­mo Kartliyə (Borçalı – G.N.) olduğunu bildi­rirdi.[70] Y.Axiaşvili (Mixateli) isə ge­­ne­ral Paskeviçin Ər­zu­­rumdan kö­çürülən 100 min ermənini Ahalkələk və Ahısqa böl­­gə­lə­ri­nə yer­ləş­dir­diyini qeyd edir.[71] Digər gürcü müəlliflərinin məlumatına görə, qraf Paskeviç 40 mindən çox er­mə­nini Gür­cüs­tana köçürmüşdü… buna görə də, artıq 1832-ci ildə Ahısqa əhalisinin əksə­riy­yətini er­mə­ni­lər təşkil edirdi. Digər gürcü müəllifinin məlumatına görə Ru­si­­ya tərəfindən köçürülən 20 min erməni ailəsi isə məhz Cavaxetidə (Ahısqa – G.N.) yer­ləş­­­­diril­di.[72]

Ümumiyyətlə, Tür­kiyə­dən keçmiş İrəvan xanlığı ərazisinə kö­çü­rü­lən er­mə­ni­lər şə­hərlərdə yerləşmək istəmədiyindən özləri üçün ya­şayış məskəni ola­raq – Göyçənin cənubunu və qərbini, Dərəçiçək, Abaran, Sür­məli və Talın ma­hal­­la­rını seçdilər.[73] Beləliklə, yeni köçürülənlərin ək­sə­riy­yəti İrəvan vilayətinin şi­mal və mər­­­kəzi hissələrində və demək olar ki, bü­tün­lüklə Pəmbək-Şörəyeldə yer­lə­ş­dirildi­lər. Bunun nəticəsində Pəmbək və Şörəyeldə ermənilər 96 %-ə çatdırıldı.[74]

Ermənilərin İrandan Şimali Azərbaycan torpaqlarına köçürülməsi zamanı fəallıq göstərən hərbçilər və din xa­dimləri mükafatlandırıldıqları kimi, Türkiyədən də ermənilərin köçürülməsi zamanı da xid­mə­ti olanlara yüksək mükafatlar verildi.

İ.Şopenin apardığı siyahıyaalınmanın nəticələrinə görə, ümumiyyətlə, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra ”Erməni vilayəti”nə Türki­yədən 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürd köçü­rülmüşdür. Köçürülən ermənilər əsasən keçmiş İrəvan xanlığının Qırx­bu­laq, Sür­məli, Talın, Körpübasar, Abaran, Dərəçiçək və Göyçə mahalları­nın 129 kən­dində yerləşdirildi.[75] Qeyd olunmalıdır ki, Şimali Azərbaycana məxsus olan Şörəyel və Lori-Pəmbək bölgələri 1801-1805-ci illərdə Gürcüstana birləşdirildiyin­dən, “Erməni vilayəti”nə daxil edilməmiş və Gürcüstanın tərkibində qalmışdı. 1829-cu ilədək (yəni Rusiya-Türkiyə müharibəsindən sonra ermənilərin rəsmi surətdə köçü­rülməsinə qədər) Şörəyel-Pəmbək distansiyasına 1536 erməni ailəsi (5425 nəfər kişi cinsi) kö­çü­rül­müşdü. Sonra isə Türkiyədən 3148 ailə (10575 nəfər kişi cinsi) kö­çürüldü. 1832-ci ilin sonu, 1833-cü ilin əvvəlində Türkiyədən Zalqayaya köçü­rülən er­mə­nilərdən 182 ailə (674 nəfər kişi cinsi) ye­nidən Şö­rə­yel-Pəmbək distansiyasına gətirildi. Köçürülənlərin arasında 169 nəfər yu­nan və 963 nəfər erməni katoliki də var idi.[76] Smirnova görə  isə, Türkmənçay və Ədirnə müqa­vilə­lə­rinin onlara ver­diyi hüquqdan yarar­la­nan ermənilər İrandan 90 min nəfər, Tür­ki­yədən isə təxminən 75 min nəfərədək köçərək Azərbaycan ərazində məskun­laş­dılar.[77] Q.A.Qaloyan isə köçürməyə ayrılmış 18 ay müddətində Qars və Ərzurum paşalığından 90 min nəfərə qədər yunan və erməninin Rusiyanın ələ keçirdiyi torpaqlara köçürüldüyünü yazır.[78] Hətta erməni mənşəli amerikan tarix­çisi C.Bor­no­utyan da “İrəvan xanlığı Qacarlar idarəçiliyi dövründə” adlı əsərində İrəvan xanlığının Rusiya imperiyası tərəfindən işğalından sonra xanlığın ərazisinə xeyli sayda erməni əhalisinin köçürülüb gətirilməsini, azərbaycan­lıların ata-baba yer adlarının erməniləş­diril­məsini etiraf etməli olmuşdur. Müəllif Göyçə mahalının mərkəzi Kəvərin Os­man­lı impe­riya­sın­dan köçü­rü­lən ermə­nilər tərəfin­dən dəyiş­dirilərək Nor Bayazid ad­lan­dırıldığını qeyd edir. [79]

Ru­siya imperiyası tərəfindən həyata keçirilən bu məqsədyönlü siyasət nəti­cə­sin­də İrəvan xanlığında etnodemoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişdirildi.

Ermənilərin İrandan və Türkiyədən keçmiş İrəvan xanlığı ərazisinə köçü­rülməsi işğal­dan sonra da uzun müddət da­vam etdirildi. Matenadaranda saxlanılan sənədlərə görə İrandan İrəvan bölgəsinə köçürülən ermənilərin sayı artıq 8510 ailə idi.[80] Rusiya arxiv sənədlərində Türkiyənin Bəyazid paşalığı ərazisindən İrəvan böl­gəsinə ermənilərin sonrakı illərdə də köçürülməsinin davam etməsini təsdiq edən çoxsaylı təkzibedilməz faktlar vardır.[81] 1832-ci ildə Türkiyənin Ərzurum və Qars vilayətlərindən ermənilərin İrəvan bölgə­sinə köçürülməsinin davam etməsini Türkiyə arxiv sənədləri də təsdiq edir.[82]

Bəzi Azərbaycan kəndlərinin boşaldılması, yerli əhalinin doğma torpağını tərk etməsi üçün Rusiya hərbçiləri və ermənilər onlara hər cürə təzyiq göstər­mək­dən çəkinmir və hər cür vasitələrə əl atırdılar. Ermənilərin köçürülməsi ilə bağlı olaraq azərbaycanlı əhalinin təqib olun­ma­sı və sıxışdırılması nəticəsində 1828-ci ildə İrəvan və Naxçı­van­dakı mü­səl­man­lar açıq və ya gizli şəkildə vətənlərini tərk edib xarici ölkələrə pənah apar­maq­­da davam edirdilər.[83] Bu cür vəziyyət Ru­siya işğalçılarını və gəlmə erməniləri tamamilə təmin edirdi. Belə ki, 1828-ci ilin apre­lində Paskeviçin verdiyi əmrə görə İrəvan əya­lətini tərk edən mü­səl­man köçkünlər Rusiya hüdudlarına (yəni öz vətənləri olan İrəvan xanlığı ərazisinə – G.N.) yalnız onun xüsusi ica­zə­si əsasında qayıda bilərdilər.[84] Məhz bu səbəbdəndir ki, N.Voronov qeyd edirdi ki, köçürülənlər yerləşdirilərkən Ru­siya hö­kuməti ermə­niləri bu ərazilərə yerləşdirməklə müsəlman elementinin əhə­miyyətini azaltmağa çalışırdı.[85]

Şimali və Qərbi Azərbaycana köçürülən ermənilərin böyük hissəsi döv­lət kəndliləri olan azərbaycanlıların torpaqlarında yerləşdirilirdi. Bu tor­paq­ların sahib­ləri yay aylarında yaylaqlarda olduqlarına görə ilk vaxtlar gəl­mə ermənilərin bu torpaqlarda yerləşdirilməsi əməliyyatı sakit bir şəraitdə ge­dir, elə bir münaqişə baş vermirdi. Lakin sonralar müsəlman əhali yaylaqdan qa­yıt­dıqdan sonra bu prosesin daimiləşdiyini görən müsəlmanların ciddi na­ra­zı­lıq dövrü başlandı. Rus diplomatı İ.Qriboyedov bu məsələ ilə əlaqədar olaraq ya­zırdı: “Ermənilərin ilk dəfə bura­xıldıqları torpaqlara əbədi sahib duracaqlarından müsəlmanlar içərisində yara­nan vahiməni aradan qaldırmaq və so­nun­cu­la­rın düşdükləri ağır vəziyyətin uzun sürməyəcəklərini bildirməklə onları sakit­ləş­dirmək məsələsini biz dəfələrlə götür-qoy etmişik”.[86] Maraqlıdır ki, Ru­siya səfirinin təklifinə əsasən müsəlmanlara er­mə­nilərin on­ların torpaqlarında məskunlaşdırılması barədə yalan məlumatlar ve­ri­lir­di. Qriboyedov yazırdı ki, indi biz müsəlmanları düşdükləri bu çətin vəziyyətlə barışdırmalı və onları inandırmalıyıq ki, ermənilər bu torpaqlarda müvəqqəti qalacaqlar. Çünki, azərbaycanlılarda belə bir fikir yaranıb ki, “ermənilər ilk dəfə ayaq basdıqları torpaqlara həmişəlik yiyələnirlər”. Biz müsəlmanları bu fikir­dən daşındırmalıyıq.[87]

Köçürmə Komissiyasının İrəvan müvəqqəti idarəsinə verdiyi təlimata görə yeni salınan xristian-erməni kəndləri müsəl­man-azərbaycanlı kəndlərindən ayrı olmalı, xristianlar-ermənilər xüsusi dairə və mahallarda yerləşdirməli idi. [88]

Eyni zamanda Naxçıvan ərazisinin məqsədyönlü surətdə erməniləşdirilməsi siyasəti həyata keçirilirdi. İran və Türkiyədən ermənilər Azərbaycanın qədim tor­paqlarına, o cümlədən Naxçıvana köçürülür, əhalinin etnik tərkibi qəsdən dəyiş­dirilirdi. Lakin Naxçıvanın türk-müsəlman əhalisi bu qəddar siyasətə qarşı qəhrəmanlıqla mübarizə aparır, ermənilərin doğma Vətən torpaqlarında möhkəm­lənməsinə yol vermirdilər. [89]

Arxiv məlumatlarına görə Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində Naxçıvan dairəsinin mahalları üzrə 1830-cu illərdə əhalinin etnik tərkibi aşağıdakı kimi idi. [90]

 

sıra N-simahalların adıkəndlərin

ümumi

sayı

azərbaycanlılar1830-cu ildən əvvəl köçürülüb gətirilən

ermənilər

 

1830-cu ildən sonra köçürülən

ermənilər

 

 1Əlincə      24         400   120120
 2Dərələyəz       —         1283    58731
 3Naxçıvan      59         1884    3091207
 4Xok       9          29243
 5Naxçıvan ş.       —          905    56269

 

Cədvəldən aydın olur ki, ermənilərin kütləvi surətdə köçürülüb gətirilmələrinə baxmayaraq Naxçıvan əhalisinin əksəriyyəti yenə də azərbaycanlılardan ibarət idi. Ordubad dairəsi və Şərura aid olan məlumatlar da təsdiq edir ki, göstərilən bütün cəhdlərə baxmayaraq, Naxçıvan əhalisinin etnik tərkibini ermənilərin xeyrinə dəyişdirmək mümkün olmamışdı. [91]

1839-cu il məlumatına görə, Naxçıvan əyalətində Kəngərli tayfasının məxsus 1270 ailə yaşayırdı. [92]

Ümumiyyətlə, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən sonra kütləvi köçürmələr zamanı “Erməni vi­layəti”nə — İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İran və Türkiyədən 57226 nəfər erməni (10631 ailə) köçürüldü. Köçürülmələrdən əvvəl həmin əra­zidə cəmisi 25151 nəfər (4428 ailə) erməni yaşayırdı ki, onlar da bundan əv­vəlki müharibələr zamanı köçürülmüşdü. Müharibələr nəticəsində İrə­van və Naxçıvan xanlıqlarının əra­zi­sindən Azərbaycan türklərinin xeyli his­sə­si qaç­qın düşmüş, orada yalnız 81749 nəfər (16078 ailə) azərbaycanlı qal­mış­dı. Küt­ləvi köçürmələrdən sonra “Erməni vilayətin”də ermənilərin sayı 82377 nəfərə (15059 ailə) çatdı. Nəticədə vilayətdə erməni əhalisi müsəlmanları cüzi olsa da say­ca üstələdi. [93]

N.N.Şavrov çar Rusiyanın Cənubi Qaf­qaz­da həyata keçirdiyi bu məqsədyönlü siyasəti haq­qın­da yazır: “1826-1828-ci illər mü­ha­ri­bəsinin qurtarmasından son­rakı iki il ərzində – 1828-ci ildən 1830-cu ilədək Cə­nubi Qafqaza 40 min İran və 84 min Türkiyə ermənisi köçürdük və onları er­mə­ni əhalisinin cüzi ol­du­ğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı döv­lət torpaqlarında yer­ləşdirdik. Onları həmçinin Tiflis quberniyasının Borçalı, Ahıska və Ahal­kə­lək qəzalarında yerləşdirdik. Onların yerləşdirilməsi üçün 200 min des­ya­tin­dən ar­tıq dövlət torpağı ayrıldı, müsəl­manlardan 2 milyon rubldan artıq məb­ləğ­də xü­susi mülkiyyət torpaqları satın alındı. Yelizavetpol quberniyasının dağ­lıq his­səsi (Dağlıq Qarabağ – G.N) və Göyçə gölü­nün sahili həmin ermənilərlə məs­kun­laş­dırıldı. Nə­zərə almaq lazımdır ki, rəsmi köçü­rülən 124 min nəfər er­mə­ni ilə ya­naşı, qeyri-rəsmi şə­kil­də köçənlər də çox olmuşdur və ümumiyyətlə, kö­çürülən­lə­rin sayı 200 min nəfərdən xeyli artıqdır”. [94]

Faktlardan göründüyü kimi, həm Qacarlar İranından, həmdə Osmanlı dövlətindən köçürülən ermənilərin əsas istiqaməti Cənubi Qafqaza yönəl­mişdi. N.Şavrov 1911-ci ildə Peterburqda nəşr olunmuş “Cənubi Qafqazda Rusiya mənafeyinə yeni təhlükə” adlı kitabında yazırdı ki: “hazırda Cənubi Qaf­qaz­­da yaşayan 1 milyon 300 min erməninin bir milyondan çoxu diyarın yerli əhalisinə məxsus deyil, və bizim tərəfimizdən köçürülmüşdür”. [95]

Beləliklə, XIX əsrin əvvəllərində Qacarlar İranı və Osmanlı dövlətini məğlubiyyətə uğradaraq Cənubi Qafqazı işğal edən Rusiya imperiyası zor gücünə regionun etnik mənzərəsini dəyişdi. İran və Türkiyəyə qarşı yeni müharibələrə hazırlaşan çar Rusiyası Cənubi Qafqazda yeni xristian – bufer xətti yaratmaq üçün kütləvi surətdə erməniləri İran və Türkiyədən yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına – keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə və digər yerlərə köçürdü. Bununla da Rusiya imperiyası Türkiyə ilə Azərbaycan arasında süni surətdə xristian səddi yaratmış oldu.

Beləliklə, XIX əsrin 20-30-cu illərindən başlayaraq Cənubi Qafqazın etnik xəritəsində yeni toplum – erməni toplumu peyda oldu. İran və Osmanlı döv­lətinə qarşı müharibələrdə daim Rusiyaya hər cür xidmət göstərən və Azər­bay­can, Gürcüstan, Türkiyə əraziləri hesabına özünə dövlət yaratmağa çalı­şan ermənilər Cənubi Qafqazda daimi gərginlik ocağı yaratdılar. Bütün Cə­nu­bi Qafqazda və Şərqi Anadoluda ermənilərin və onların havadarlarının əli ilə törədilən soyqırımları və deportasiyalar dövrü başlandı. Bu qanlı siyasətin əsas hədəfi isə Azərbaycan və Türkiyə oldu.

Çar Rusiyası XIX əsrin 20-30-cu illərindən başlayaraq erməniləri Cə­nubi Qafqazdakı Azərbaycan torpaqlarına köçürüb gətirməklə bu regionun qədim tarixi dövrlərdən bəri davam edən ənənəvi etnik-siyasi və dini mən­zə­rə­sini zorla dəyişdirdi. Şimali Azərbaycanın İran və Türkiyə ilə sərhəd tor­paq­la­rında Cənubi Qafqaz üçün tamamilə yad olan yeni xristian etnosu yerləşdirdi.

Sənədlərin təhlilindən göründüyü kimi, Azərbaycanın Arazdan şimaldakı tor­paqlarını işğal edən Ru­siya im­periyası erməniləri kütləvi şəkildə “Rusiya təbəəli­yin­də olan torpaqlar” adı altında Azərbay­ca­nın keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində və Gürcüs­ta­nın məhz azərbaycanlılara məxsus torpaqla­rında yerləşdirdi. Rusiya imperi­ya­sının həyata keçirdiyi bu qanlı siyasət Azər­baycanın qədim tarixi torpaqların­da gələ­cəkdə ermənilərə dövlət yaradılması məqsədi daşıyırdı.

Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bütövlükdə Cənubi Qafqaz regionu və bütün dünyada sülh üçün ən ciddi təhlükədir, gərginlik mənbəyidir. Bu isə ermə­nilərin Cənubi Qafqaza köçürülməsi ilə birbaşa bağlıdır.

[1] BOA HH, 1013/42478C; BOA HH, 1013/42478G; BOA HH, 822/37386G; BOA HH, 1013/42478B.

[2] İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, 2009, 391.

[3] Kiğamiyans T. Erməni hərəkatının tarixçəsi (erməni dilindən tərcümə edən M.F.İs­mi­xa­no­v). Bakı, 1917. // Əski Azərbaycan əlifbasından müa­sir latın əlifbasına çevirəni Q.Camalov. AMEA Tarix İnstitutunun Elmi Arxivi, İnv: AXC /4152, s.33-34.

[4] Kiğamiyans T. Göstərilən əsəri, s.34.

[5] История арм­ян­­ского на­ро­да. (под.ред. М.Г.Нерсисян), Ереван, 1980, с.195, 200; Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və nəşrləri üzrə (Ön söz: Tale Heydərov. Tərtibçi-müəlliflər: T.K.Heydərov, T.H.Bağıyev, K.K.Şükürov), I cild. 1724-1904. Bakı, 2010, s.16-17.

[6] Kiğamiyans T. Göstərilən əsəri, s.37-38.

[7] Bax: Сухотин Н.Н. Периоды войн, не вошедших в 1.2 и 3 части обзора войн России от Петра Великого до наших дней. Спб., 1879.

[8] Kiğamiyans T. Göstərilən əsəri, s.38.

[9] BOA HH, 1079/43962.

[10] BOA HH, 1025/42741E.

[11] Nəcəfli G.C. “Ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına məqsədyönlü şəkildə köçürülməsi (yeni qaynaqlar işığında)” // Geo-Strategiya (Aylıq ictimai-siyasi, elmi-populyar jurnal), №06(30) noyabr-dekabr, Bakı, 2015, s.26.

[12] Bax: Kurat A.N. Türkiye ve Rusiya: XVIII yüzyıl sonundan Kurtuluş savaşlarına kadar Türk-Rus iliş­ki­leri (1798-1919). Ankara, 1970, s.53-59; Смирнов Н.А.­По­ли­ти­ка России на Кавказе XVI-XIX веках. Москва,1958, 180; Qafqazda “erməni məsələsi”.., s.177-186.

[13] Договоры России с Востоком: политические и торговые. (Собрал и из­дал Т.Юзефович), СПб., 1869, с.78-79; Qafqazda “erməni məsələsi”. s.16-17,177-186.

[14] BOA HH, 1075/43938J.

[15] BOA HH, 1033/42894K; Nəcəfli G.C. Ermənilərin Osmanlı imperiyasından.., s.27.

[16] АКАК, т.VII, док. 818, c.830; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin.., s.391.

[17] АКАК, т.VII. док.819, c.830-831.

[18] АКАК, т.VII. док.820, c.831.

[19] АКАК, т.VII. док.822, c.835-836; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.391-392.

[20] Российский Государственный Военно-Исторический Архив (РГВИА), ф.52, оп.1/194, дело 265: АКАК, т.VII. док.820, c.831.

[21] BOA HH, 1088/44264N.

[22] АКАК, т.VII. док.830, c.847; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.393.

[23] Bax: BOA HH, 1039/43022.

[24] BOA HH, 1039/43022I .

[25] BOA HH, 1039/43022B .

[26] BOA HH, 1039/43022C.

[27] BOA HH, 1077/43950B.

[28] Архив Внешней Политики Российской Империи (АВПРИ), ф. 343 “Армянские дела”, оп.46, дело 5, л.2.

[29] АВПРИ, ф. 343 “Армянские дела”, оп.46, дело 5, л.4-4ob; Nəcəfli G.C. “Ermənilərin Osmanlı imperiyasından.., s.28.

[30] АВПРИ, ф. 343 “Армянские дела”, оп.46, дело 5, л.5-5ob.

[31] BOA HH, 777/36432.

[32] BOA HH, 1085/44179.

[33] BOA HH, 777/36432B.

[34] BOA HH, 777/36432F.

[35] BOA HH, 1090/44293.

[36] Beydilli K.1828-1829 Osmanlı-Rus savaşında Doğu Anadoludan Rusiyaya köçürülen erme­niler. Türk Tarih Kurumu Belgeler Dergisi, cilt XIII, sayı 17, Ankara, 1988, s.386-387; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.393.

[37] BOA HH, 1043/43153I; Nəcəfli G.C. “Ermənilərin Osmanlı imperiyasından.., s.29.

[38] BOA HH, 1043/43153C.

[39] BOA HH, 1235/48043.

[40] BOA HH, 1025/42741; BOA HH, 1030/42863A.

[41] BOA HH, 1039/43022D.

[42] BOA HH, 1048/43239G.

[43] BOA HH, 1030/42863.

[44] BOA HH, 1046/43194A.

[45] BOA HH, 1039/43027.

[46] АВПРИ, ф. 343 “Армянские дела”, оп.46, дело 5, л.2ob., 3.

[47] АВПРИ, ф. 343 “Армянские дела”, оп.46, дело 5, л.л.6-6ob., 7-7ob.

[48] АВПРИ, ф. 343 “Армянские дела”, оп.46, дело 5, л.л.10-10ob. Nəcəfli G.C. “Ermənilərin Osmanlı imperiyasından.., s.30.

[49] АВПРИ, ф. 343 “Армянские дела”, оп.46, дело 5, л.л.11-12,20-20ob.

[50] АВПРИ, ф. 343 “Армянские дела”, оп.46, дело 5, л.14.

[51] АВПРИ, ф. 343 “Армянские дела”, оп.46, дело 5, л.15.

[52] Bax: Договоры России с Востоком: политические и торговые. (Собрал и из­дал Т.Юзефович), СПб., 1869, с.78-79; Qafqazda “erməni məsələsi”…, 184-185.

[53] Bax: ОРВЗ (Составил Лекгобытов). ч.IV. СПб., 1836, c.291; Məmmədova İ. XIX əsrin əvvəllərində.., s.95.

[54] РГВИА, ф.846 (ВУА), оп.16. дело 4329, ч.5, л.290; Nəcəfli G.C. “Ermənilərin Osmanlı imperiyasından.., s.30.

[55] Шопен И. Исторический памятник состояния Армянской области в эпоху присо­единения к Российской империи. СПб., 1852, c.1217.

[56] АВПРИ, ф. 343 “Армянские дела”, оп.46, дело 5, л.16.

[57] АВПРИ, ф. 343 “Армянские дела”, оп.46, дело 5, л.л.17-17ob; Nəcəfli G.C. “Ermənilərin Osmanlı imperiyasından.., s.31.

[58] АВПРИ, ф. 343 “Армянские дела”, оп.46, дело 5, л.19.

[59] АВПРИ, ф. 343 “Армянские дела”, оп.46, дело 5, л.л.25-25ob, 26-26ob.

[60] АВПРИ, ф. 343 “Армянские дела”, оп.46, дело 5, л.л.27-27ob.

[61] BOA HH, 1047/43212.

[62] Arzumanlı V, Mustafa N. Tarixin qara səhifələri.., s.38; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.393-394.

[63] Bax: Владыкин М. Путешествие по Кавказу. (Путеводитель и собеседник в путешествие по Кавказу). ч.I, изд. II, Москва, 1885, s.11; Məmmədova İ. XIX əsrin əvvəllərində.., s.95.

[64] Bax: АКАК, т.VII. док.821, c.833.

*Ahıska paşalığı indiki Gürcüstan Respublikasının Cavaxeti bölgəsidir. XX əsrin ortalarında Stalin rejimi bölgənin yerli əhalisi olan Məhsəti türklərini zorla Mərkəzi Asiyaya köçürdükdən sonra yenidən, ikinci dəfə bu bölgəyə erməniləri yerləşdirdi. Qonşulara qarşı saxta torpaq iddialarından çəkinməyən er­mənilər müasir dövrdə Cavaxeti (Məhsəti) bölgəsinə də ərazi iddiası irəli sürürlər.

[65] Bax: АКАК, т.VII. док.830, c.847; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.394.

[66] Bax: АКАК, т.VII. док.830, c.847; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.394-395.

[67] Bax: Собрание актов, относ­ящих­ся к обоз­ре­нию истории Армянского народа, ч.I, Москва, 1833, c.61; АКАК, т.VII. док.832, c.847; İrəvan xanlığı. Rusiya işğalı və ermə­nilərin…, s.394-395.

[68] АКАК, т.VII. док.832, c.847.

[69] Тавакалян Н.А. Переселение армян.., с.37.

[70] İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.394-395.

[71] İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.395.

[72] İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.395.

[73] Воронов Н.И. Данные об армянском население в России А.Д.Еритсова. // ИКОИРГО, т.VII,  Тифлис, 1882-1883, c.93; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.395.

[74] ОРВЗ (Составил Лекгобытов). ч.I. СПб., 1836, c.303-304; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.395.

[75] Şopen İ.İ. Göstərilən əsəri.., c.636-642; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.395-396.

[76] İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.396.

[77] Smirnov N.A. Göstərilən əsəri.., c.180; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.396.

[78] Галоян Г.А. Россия и народы Закавказья. Москва 1976, c.176.

[79] Bournoutian G.A. The khanate of Erevan under Qajar rule 1795-1828, Mazda Publishers in as­sociation with Bibliotheca Persica, Costa Mesa, California and New York: 1992, p.37-38; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.396.

[80] Тавакалян Н.А. Переселение армян из..,  с.33.

[81] АВПРИ, ф. 343 “Армянские дела”, оп.46, 1854 г.

[82] BOA HH, 794/36840 – Xristian əhalinin Rusiyaya köçürülməsinə dair Ərzurum və Qarsdan göndərilən 1832-ci il tarixli məktub; Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). II cild. Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri. (Ön söz: Y.M.Mahmudov. Tərtibçi: G.C.Nəcəfli).  Bakı, 2012, s.83-88.

[83] АКАК, т.VII. док.622,c.646; АКАК, т.VII. док.623,c.647; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.398.

[84] АКАК, т.VII. док.437, c.490; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.398.

[85] Воронов Н.И. Данные об армянском население в России А.Д.Еритсова. // ИКОИРГО, т.VII,  Тифлис, 1882-1883, c.92; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.400.

[86] Грибоедов А.С. Записка о переселении армян из Персии в наши области // Соч. в двух томах, т.II. Моск­ва, 1971, c.341. İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.401-402.

[87] Грибоедов А.С. Записка о переселении.., c.341.

[88] Собрание актов, относящихся к обозрению истории Армянского народа, ч.II, Москва, 1838, c.159.

[89] Mahmudov Y. Şükürov K. Naxçıvan: tarixi və abidələri. Bakı, 2007, s.41.

[90] ARDTA, f.379, siy. 3, iş.5901,s.5; Mahmudov Y. Şükürov K. Naxçıvan: tarixi.., s.42.

[91] Mahmudov Y. Şükürov K. Naxçıvan: tarixi.., s.43.

[92] Колониальная политика Российского царизма в Азербайджане в 20-60-х гг. XIX в. ч.I. Москва-Ленинград, 1936, c.153.

[93] Şopen İ.İ. Göstərilən əsəri.., c.642; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.398.

[94] Шавров Н.Н. Новая угроза русскому делу и Кавказье: предстояшая распродажа Мугани инородцам. Баку, 1990 (переизд.), 63; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.404.

[95] Şavrov N.N. Göstərilən əsəri.., 63; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.405.

НОВОСТНАЯ ЛЕНТА