Время в Баку - 11:03

САМОЕ ЧИТАЕМОЕ

—> BİZİM YARADICI İNSANIMIZ ENLİL İSMƏ BARƏDƏ AVROPA ALİMLƏRİNİN UYDURDUQLARI HALLUSİNASİYALAR


26166988_1497558200281926_2818495220798317402_n

Rəsmi ədəbiyyata nəzər salaq və görək şeriləri ilk dəfə onun yazdığı öz dilində səsləndirilən Enlil barədə mövcud mənbəələr nə yazırlar. Aşağıdakı şəkildə (1) keçi ayaqları və uzun inək quyruğu ilə nədənsə şlyapada nümayiş etdirilən guya Enlildir, yanındakı isə, yəqin namusuna təcavüz etdiyi Ninlildir. Bizim gerçək var olmuş müdrik ulularımız barədəki qıllı yalanlar beləcə “tarixi dəlillərlə” “sübuta yetirlir”. Bizim кitabda 3 iri fəsil, yalnız hərtərəfli biliyə malik Enlil yaradıcılığına həsr edilib.

Halbuki gil yazılardan tərcümədə rəsmi Avropa ədəbiyyatı sözün əsil mənasında onu rüsvay edib, üstünə olmazın çamur atır. Oxuyub da özünüz qərar verin. Və görün doğrudanmı, Enlil yarıkeçi, yarıinək, yarı- adam idimi və bununla belə, allah idi və həm də şorgöz olub İlahə İştarın oynaşı da sayılırdı. Və bəzi miflərə görə həm də anunla izdivacdan guya yaranmış “taleləri kəsən”, “özəlləşdirən”, “sahibəsinin sözünü eşidən” Namtarın atası idi. Enlil allahın İştar (İstər) İlahə ilə izdivacına bəlkə də bərat qazndırmaq olar. Amma sən demə, bu namussuz, həyasız allah Ninlil adlı balaca yaşlı qızı da zorlayan şeytan olub.
“Şumer” allah və ilahələri barədəki fantastik nağıllar “Şumer allahları” adlandırılan bir şəbəkə saytda toplanıb. Hər maraqlanan kəs ədəbiyyatın uyduruduğu bu ağlagəlməz nağıllarla tanış ola bilər. Bunun üçün Google`da «Sumerian gods» sözlərini yazmaq kifayətdir.

Mən, burada, bizim antik ŞAİR, FİLOSOF, RİYAZİYYATÇI VƏ ASTRONOM ENLİL barədə ədəbiyyatın uydurduğu dəlillərədən bəzi nümunələr gətirəcəm ki, Azərbaycanın türkdilli oxucusu əsasən yunan əsatirlrəi səmtində yozulmuş küt, gicbəsər, ağılsız, sərxoş beynin məhsulu kimi səslənən nağıllarla tanış olub, əlimizdən alınmış müəlliflərimizi necə ələ saldıqlarının şahidi olsun. Ulu yaradıcı Əcdadımız Enlil barədə ingilis dilindəki məlumatı bu linkdən də ala bilər hər kəs: (http://www.crystalinks.com/sumergods.html):

Orada deyilir: “Enlil Mesopotamiya atmosfer allahı və akkadlarda Anu (şumerlərdə An), akkadlarda Ea`nın da (şumerlərdə Enki) daxil olduqları triada (üçlük) allahlar birliyinin üzvü idi. Lap «Politbüronun üzvü» kimi səslənir. Enlil Küləklər hökmdarı sayılırdı: həm tufanla əsən küləklər, həm sərin mehlər ya onun əmri ilə, ya da sözü ilə onun ağzından çıxan nəfəsi sayılırdı. Onu bəzən “Hava Allahı” da adlandırırdılar.
Əgər aşağıdakı yazacağım məlumatlar «Britanika Ensiklopedia» kimi milyonların inanc yeri olan tutarlı nəşrdə əks olunursa, daha kim cəfəngiyyat da olsa, bu deyilənlərə inanmaz ki?:

“Vavilon inancında allahların allahı sayılan Enlil adı, güman ki, onun çoxsaylı adlarından biri idi. Belə ki, akkadlarda o, sonradan Ellil kimi səslənirdi. Nağıllara inansaq, ad şumer mənşəəli olub, bu dildə “küləklər lordu” anlamını verir. Halbuki, hərfi mənada “Komanda Lordu” kimi yozulmalıdır.
Enlil küləklər allahı və ya göylə yer və cənnət arasındakı allah idi. Nağıllardan biri təsdiq edir ki, o, cənnət allahı Anla Yer ilahəsi Ki arasında baş vermiş sevgi izdivacından o anda törəyib ki, u anda An artıq seksdən üzülüb əldən düşmüşdü (!!!-T.A.). Digər bir nağılda oxuyuruq ki, o və onun bacısı Ninhursag/Ninmah/Aruru “Yerin allahı (lordu)” olan naməlum Enkidən (bu, daha məşhur olan o Enki deyil) yox, “Yerlərin Sahibi” Ninkinin törəməsidir”.

“Himn və dualarda Enlili vəhşi öküzlə və uğuldayan küləklə müqayisə edirlər”. Mətnlərdə onun insanlara nifrəti barədə tez-tez məlumatlar verilir. Belə ki, Dünya Subasmasında digər allahlara nisbətən Enlil daha çox günahkar sayılır. Onu insanların həyat səs-küyləri özündən çıxarır, və bəşər üstünə hər cür bəlalar – vəba, quraqlıq – toprağın duzlaşması və nəhayət, yenə də subasmalar (Atraxasis eposuna bax) göndərir. Ningal İlahə, Enlili və Anı Ur şəhərinin məhv olmasında günahkar sayır (“Ur şəhərinin viranə qoyulmasına ağı” mətnini oxu). Enlil qeyzə gələrək Qilqameşi və Enkidunu sidr (cedar, кедр) meşələrinin gözətçisi Xuvavanı öldürdüklərinə görə cəzalandırmağa hazırlaşırdı (Bax: “Qilqameş və ölümsüzlərin dağı)”.

Enlil gənc allah olanda balaca qız Ninlili zorladığına görə allahların evi Dilmundan cəmiyyətin ən aşağı səviyyəli üzvləri, nadanlar yaşayan Kur`a qovulmuşdu. Ninlil onun ardınca göstərilən ən kasıb cəmiyyətin içinə gəldi və orada ona ilk Ay allahı Sin adlı oğul doğdu. Aşağı cəmiyyətə məxsus üç allah atası olandan sonra, ona (Enlilə) Dilmuna qayıtmağa icazə verdilər.

Enlil həm də şumerlərin ən sevdikləri alət olan toxanı (alaqkeşi) və bitgilərin sürətlə böyüməsini təmin edən maddə icad etmiş allah kimi də məşhur idi. Enkiyə daha etibarlı qorunması üçün içərək sərxoş olub həmən Me`ni İnannada itirənə kimi о ən müqəddəs Me`nin də sahibydi.

Enlil faktiki olaraq bütün dünyanın idarəedicsi sayılırdı.
Enlil Ay allahı Nannanın (akkadlarda Sin) və həmçinin anası Enlilin arvadı Ninlil və Sud olan və haqqında artıq söhbət getmiş Ninurtanın (və ya Ningirsunun) atası idi. Enlili bəzən Nergal`ın və ya bəzən Ninurta, bəzən isə Enbilulu ilə bərabər tutulan buğda ilahəsi Nisab`ın və Pabilsaq`ın da atası hesab edirlər. Ereşkiqal`a görə, Enlil Namtar`ın atası idi.» BAX BELƏ…

******************************************
İnsanın alın təri ilə yoğrulmuş gil lövhəli müdrik mətnlər bütün tərcümələrdə bax beləcə ağlasığmaz çərənnəmələrin məhsulu kimi “tərənnüm edilir”. Halbuki ENLİL İSMƏ, şerilərində isə Enlil İsmə Dağan kimi yazılan varlıq fiziki şəxs olub yerdə öz şeri, elmi kəşfləri ilə insan cəmiyyətini sevndirən tədqiqatçını Avropa müəllifləri beləcə ələ salıb, insan zəkasını havayı sözlərlə göyə sovururlar. Enlil babamız da lap bizim kimi zəhmətkeş insan idi, sadə, əmək adamlarının içərisində yaşayırdı, yeyirdi, içirdi, gəzirdi, valideynlərini yad edirdi, anasının ölümünə ağı yazırdı, övladlarını sevirdi, böyüdürdü, dan yeri ağarandan bəzən dan yeri ağarana kimi də özünü öz observatoriyasına həsr edirdi. O, bəlkə də bəşər tarixində ilk dəfə Ay tutulmasını müşahidə edir və onun sxemini bu günkü elmin diliylə gil lövhəyə qazıyırdı:

[34] [d]E a an-ni-tu she-me-shu zik-ra it-ta-mi ana libb ishu
Model.: E a annitu shemeshu zikra ittami ana libb ishu

Аз: Ye[r], ay yannıtu şəməşü (günəşə), zikra — çığrı it damı ana, libb ışı.

(Yer və Ay günəşə yannıtu (birgə yan alcaq), çığrı (göy qübbəsi) anu (ayı) itələyir dama (tələyə) [ona görə] ayın parıltısı (ışı-ışıltısı) kəsilir (libb).

СХЕМА ЛУННОГО ЗАТМЕНИЯ ПО НАБЛЮДЕНИЯМ АНТИЧНОГО АСТРОНОМА ЭНЛИЛЯ, РАСКАЗАННАЯ ИМ 6000 ЛЕТ ТОМУ НАЗАД

Как только земля и луна приближаются к солнцу, небесная сфера толкает ее (луну) в капкан (dam), поэтому-то прекращается блеск (происходит затмение луны).

***********************************
Şəkil 1 — Avropa alimlərinin bəzədikləri inək quyruqlu «Bütün dünyanın idaredici allahı Enlil» yəqin ki, zorladığı kiçik yaşlı qızcığaz Ninllilə.
Şəkil 2. Bizim gil yazılardan tanıdığımız və obrazını yaratdığımız astronom Enlil İsmə.
Şəkil 3. Enlilin təsvir etdiyi Ay tutulmasının sxemi
Şəkil 4. Müasir elmə görə Ay tutulmasının sxemi. 6000 il bundan öncə yaşamış Enlilin təsvirindən heç nəyi ilə fərqlənmir.

Фото Tariyel Azerturk.
Фото Tariyel Azerturk.
Фото Tariyel Azerturk.
Фото Tariyel Azerturk.
НОВОСТНАЯ ЛЕНТА