Время в Баку - 06:00

САМОЕ ЧИТАЕМОЕ

Azərbyacan Respublikasının Xarici İşlər Naziri cənab Ceyhun Bayramova


Hörmətli nazir!

Sizə müraciət etməkdə əsas məqsədim Azərbaycanın Qırğızıstandakı Fövqəladə və salahiyyətli səfiri Hidayət Orucovun xəyanəti haqqında sizə məlumat verməkdir.
Əvvəlcə onu nəzərinizə çatdırım ki, Hidayət Orucov super intriqaçı olduğu üçün burada özü kimi bir neçə şərəfsizi ətrafına toplayaraq onlara mənim haqqımda şər-böhtanlar yağdıramağa təlimat verəcək. Ona görə də mən istəyirəm ki, dediyim məlumatların burada mənim iştirakımla yoxlanması mütləq təmin edilsin.
1.Hidayət Orucov Qırğızıstan Respublikasının “KQB”-nə yazaraq Heydər Əliyev irsinin öyrənilməsi, Azərbaycan və Qırğızıstan dövlətlərinin tarixinin öyrənilməsi üçün vətəndaşların istifadəsinə pulsuz verdiyimiz pavilyonda yerləşdirdiyimiz guşəni bağlatdırıb. Diqqətinizə çatdırım ki,həmin guşənin aşılışında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov iştirak etmişdir. Pavilyonun açılış mərasimini Qırğızıstanın bütün dövlət televiziya kanalları yayımlamışdır. Ancaq H. Orucov səfir vəzifəsinə təyin ediləndən sonra o, pavilyonun divarına dovşan şəkli çəkdirərək, fotosunu bəzi yaramazların əli ilə mətbuatda dərc etdirmişdir. Gərək, mən də həmin şəkilin altından “Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov” sözünü yazıb mətbuatda yayaydım. Təəssüf ki, bunu etmədim. Belə alçaq hərəkətlərlə “KQB”yə yazaraq pavilyonu bağlatdırdı. Sözügedən pavilyonun açılışını bu linkdən oxumaq olar: https://vecherka.kg/2008/01/09/panorama/5.html
2.Həmin pavilyonun yanında, kirayəyə yer götürüb Heydər Əliyevin və İlham Əliyevin 1,5 X 2 metrlik portretlərini yerləşdirmişdik. Gecələr portretlərin hər iki tərəfi işıqlanırdı. Bişkek şəhərinin ən mərkəzi küçəsi olduğu üçün gəlib-gedən hər kəs o portreti görürdü. Hətta şəhər nəqliyyatından istifadə edən sərnişinlər sürücülərə “Heydər Əliyevin portretinin yanında saxlayın” deyirdilər. Portret Den Syaopin və Kustanay küçəsinin kəsişməsində yerləşirdi.
Maraqlıdır, Orucov onu da “KQB”yə yazaraq sökdürdü. QR “KQB” nin idarə rəisi İ. Biybosunovun imzası ilə Qırğız Respublikasının Baş prokurorluğuna göndərdiyi № 5\34939 18.12.2014 məktubu və məktuba əlavə olunan sənədləri sorğu edərək Baş Prokurorluqdan tələb etsəniz dediklərimin təsdiqini görərsiniz. Həmin sənədləri Baş Prokuratura mənim tələbimlə KQB dən sorğu edərək alıb. Hazırda sənədlər Baş Prokuraturanın arxivində saxlanılır. Surətləri də məndədir.
3.Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “İki dahi şəxsiyyət…” adlı film çəkdirmişdik. Filmi Qırğızıstanın İctimai TeleRadio kompaniyası olan ELTR-a təqdim etdik. 30 noyabr 2018-ci il tarixdə saat 17:35-də film həmin telekanalda nümayiş edilməli idi. Ancaq filmin nümayiş edilməsinə bir gün qalmış, yəni noyabr ayının 29-da Ulu Öndər Heydər Əliyevə düşmən münasibət bəsləyən, Azərbaycanın dövlət maraqlarına xəyanət edən səfir Hidayət Orucov öz şəxsi imzası ilə şikayət yazaraq filmin nümayişinin proqramdan çıxarılmasını tələb edir. O, məktubunda göstərib ki, guya filmdə Heydər Əliyev haqqındakı faktlar təhrif olunub. Nəticədə filmi telekanalın proqramından çıxarırlar. Baxmayaraq ki, film Qırğızıstanın dövlət kanalı olan KTRK-nın Bədii Şuranın qərarı ilə kanallarda nümayişi təsdiqlənmişdi. Səfir Hidayət Orucovun işə qarışması ilə KTRK-da da filmin nümayişi dayandırıldı. Filmə bu linkdən baxmaq olar: https://www.youtube.com/watch?v=EZm3KHr8N1I&t=77s
4.2004-cü ildən min bir əzab əziyyətə sinə gərərək Heydər Əliyev Parkının salınması üçün torpaq sahəsinin ayrılmasına nail olduq. Səfir bu dəfə də məkirini ortaya qoymuş oldu.Yüz cürə yalanlara əl ataraq onu da əlimizdən aldı. Cənab nazir, artıq bunların qarşısının alınmasının vaxtıdır. Orucovun əməlləri ilə bağlı dəfələrlə nazirliyə müraciət etməyimə baxmayaraq, heç bir tədbir görülməyib. Görünən odur ki, Azərbaycan Respublikası Prezident Adminstrasiyasında şöbə müdiri işləyən bacısı oğlunun xatirinə heç kəs ona heç nə deyə bilmir. Dövlət rəsmilərinin belə hərəkətləri Ulu Öndərimiz Heydər Əliyevin ruhuna xəyanətdir, Prezidentimiz İlham Əliyevə xəyanətdir, xalqımızın, dövlətimizin milli maraqlarına xəyanətdir. Artıq bütün sənədləri Azərbaycan Respublikası Prezident Adminstrasiyasına və Diasporla İş üzrə Dövlət Komitəsinə təqdim etmişəm. Cənab nazir,bu biabırçılığa son qoyulsun!
5.Mir Cəlalın Qırğız dilinə tərcümə etdirib nəşr etdirdiyimiz “Seçilmiş əsərləri”nin üçcildliyindən “Dirilən adam” romanı əsasında senari yazdırmışdıq. Əsərin səhnədə oynanılmasına da səfir Hidayət Orucov mane oldu, qoymadı. Cənab nazir, bu faktlar çox dərindən və ciddi şəkildə araşdırılmalı, Hidayət Orucov təcili geri çağrılmalı və onun Qırğızıstandakı fəaliyyətinə hüquqi qiymət verilməli, Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb edilməlidir.
Onu da nəzərinizə çatdırım ki Qazağıstanın Petropavlovsk şəhərindəki “Северный Университет Казахстана» Ali təhsil ocağında Azərbaycanın təhrif olunmiş tarixi tədris edilirdi. Bu haqda, bu il iyun ayının 9 da AR Diasporla iş üzrə Dövlət komitəsinə və Azərbaycanın Kazaxstandakı səfirliyinə xəbər verdim. Dəhşətlisi o idi ki həmin “Tarixi” xaricdən olan tələbərə də öyrədirdilər. Azərbaycanın Kazaxstandakı səfirliyinin operativ işə qarışması nəticəsində həmin “tədris” vasitəsi saytdan götürüldü. Universitetdən verilən məlumata görə bundan sonra Azərbaycanın həqiqi tarixi tedris ediləcək. Bu hadisədə operativ iştirakına görə Azərbaycanın Qazaxıstandakı səfirliyinin hər bir əməkdaşına,- başda səfir olmaqla, — öz dərin minnətdarlığımı bildirirəm. Çox təəssüflər olsun ki, AR Diasporla iş üzrə Dövlət Komitəsi bu biabırçılığa hələ də cavab verməyib.

Dərin hörmətlə, Nüsrət Məmmədov

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun və
“Azərbaycanlıların və digər türkdilli xalqları İttifaqı”
İctimai Birliyinin Prezidenti

НОВОСТНАЯ ЛЕНТА