Время в Баку - 23:33

САМОЕ ЧИТАЕМОЕ

Azərbaycanım


   

 Nəsibə İsrafilqızı

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, şairə publisist ,

AYB-nin və AJB- nin üzvü, ,,Qızıl Qələm,, media mükafatçısı,

MBT yanında Ümumdünya Sülh Federasiyasının ,,Sülh səfiri,, mükafatı laureatı, ,, Vedibasar,, qəzetinin redaktoru.

 

       

                       

Sən dünyaya gələndə məmləkətim ,məkanım,

Kim qoyubdur adını, mənim Azərbaycanım ?!

Nə qədər məna vardır dörd hecalı adında

Canı sənə can deyir doğmanın da, yadın da.

 

Azər-in, Baycan-ın var, səndən götürülüb adlar,

Xəzansız gülüstansan, sənə göz dikər yadlar.

Zülmətlərə nur verən, “Ay” yazılıb sözünə,

Sonra da “Can” kəlməsi yer alıbdı özünə.

 

Dilimizin  “ay can” i səndən alıb “Aycan” i,

Adıyla tanıyıbdı, dünya Azərbaycanı.

“Ər” sözü var sinəndə, ərlik özü var səndə,

Milyonların gizlənib “ər”ə birləşən “zər”də.

 

Azərin, Aycanın va,r Baycanın “Azərbaycan”ın var,

Səndən gözəli varmı, cənnət misallı diyar.

Adın ilkdi, əzəldi, “ər” in, “zər” in gözəldi,

Bütün aləm yığılıb, sənin seyrinə gəldi.

Vətənimin adısan, nə söyləyim, bilmirəm,

Hər kəs özü oxusun, artıq heçnə demirem.

Sənlə nəfəs alıram, həqiqəti nə danım ,

Damardan axan qanım, doğma Azərbaycanim!

 

 

НОВОСТНАЯ ЛЕНТА