Время в Баку - 17:41

САМОЕ ЧИТАЕМОЕ

Azərbaycan təhsil sistemində ulu öndər Heydər Əliyev


 

“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından

Elmira İsmayılova

Pedaqogika üzrə fəlsəfə doktoru

 

Bildiyiniz kimi, məktəb gənc nəslin təlim-tərbiyəsi ilə məşğuldur,mətbuat isə ictimai fikri formalaşdırır.Bunların biri cəmiyyətin çox mühüm dayaqlarıdır.Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu üçün mətbuatın hər bir təhsil müəssisəsi ilə sıx əməkdaşlığı çox vacibdir.Bu əlaqələr obyektiv və qərəzsiz olanda, tərəflər  bir-birinə hörmət, inam, etibar bəsləyəndə, təbii ki,bunun cəmiyyətimizin tərəqqisinə faydası olur.

Təhsildəki uğur və problemlərin, nöqsan və çətinliklərin obyektiv və qərəzsiz işıqlandırılması vacibdir.Bəli, təhsil sistemi mətbuatın üzünə açıqdır. Təhsil müəssisələrinin rəhbərləri təhsilimizin mövcud vəziyyəti, inkişaf istiqamətləri, üzləşdiyi qayğı və problemlər,eləcə də çətinliklər barədə ictimai maraq doğuran  hər bir informasiyanı mətbuat orqanları vasitəsi ilə cəmiyyətin müzakirəsinə təqdim etməyə hazırdır.

Mətbuat təhsil problemlərinin  həllinə həsr olunan ciddi araşdırmaların məhsulu olan analitik yazılarla da  məktəbə kömək edə bilər. Milli təhsilimizdə aparılan uğurlu islahatlardan,təhsil prosesindəki qabaqcıl təcrübədən, gənc nəslin təlim-tərbiyəsi üçün fədakarcasına çalışan pedaqoqlarımızdan yazan jurnalistlər insafən, az deyil. Lakin bəzi müxalifət və reket qazetlərin yazarlarının Azərbaycan məktəbinin aşkar uğurlarını görməzliyə qoyub təhsilimizin ünvanına daim böhtanlar  yağdırması yalnız hiddət doğurur. Başa düşmək lazımdır ki,  təhsil çox həssas sahədir, reket və müxalifət qəzetlərindən məktəbin, onun direktorunun, müavinlərinin, eləcə də pedaqoqlarının ünvanına söylənilən haqsız, qərəzli tənqid təkcə həqiqəti təhrif etmir, həm də həmin mətbuat orqanını hörmətdən salır.

Biz özümüzü konstruktiv və obyektiv tənqiddən də sığortalamaq fikrində deyilik.Təlim və tədris prosesində müəyyən səhf və nöqsanların da olduğunu heç kəs  inkar etmir. İş olan yerdə səhvlər də olur. Əsas odur ki,tənqid həqiqətən təhsilimizin inkişafına xidmət etsin, nöqsanların aradan qaldırılmasına, bir daha təkrar olunmamasına kömək etsin.

Bu məqamda Azərbaycan dövlətçiliyin banisi milli iftixarımız Heydər Əliyevin təhsilə verdiyi çox qiymətli sözləri xatırlatmağı özümə borc bilirəm.Ulu öndər demişdir : “Təhsil nə sənayedir,nə ticarətdir,nə də kənd təsərrüfatıdır. O, cəmiyyətimizin intellektual səviyyəsini əhatə edən fəaliyyət sahəsidir. Təhsil sisteminə çox diqqətlə yanaşılmalıdır.Bu sistemə  münasibət cox həssas olmalıdır ”.

Xüsusi qurur hissi ilə qeyd edim ki, 2002-ci ilin 2 sentyabr Ə.A.Eyvazov adına 275 nömrəli tam orta  məktəbin həyatında olduqca əlamətdar bir hadisə baş vermişdir.Həmin gün ümummilli liderimiz Heyder Əliyev məktəbdə olmuş, şagird və müəllim kollektivi ilə görüşmüş və onların qarşısında dərin məzmunlu çıxış etmişdir. Dahi siyasətçi Heydər Əliyevin  təhsillə bağlı tövsiyyələrini biz öz gündəlik fəaliyyətimizdə daim rəhbər tuturuq. Yeri gəlmişkən, ümummilli liderin həyatı və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş  “Ulu öndər və Azərbaycan məktəbi” mövzusunda geniş tədbirlər keçirildi. Bu mühüm tədbirdə məktəbin pedaqoji kollektivi ilə bərabər şagirdlər də çox böyük həvəslə çıxış etdilər.

Məktəb 1993-cü il Füzuli uğrunda gedən ağır döyüşlərdə qəhrəmancanına həlak olmuş məzun  Ələkbər Eyvazovun adını daşıyır.Məktəbin foyesində onun şanlı döyüş yoluna həsr olunmuş gözəl güşə yaradılıb. Orada daim tər çiçəklər,güllər düzülür.Şəhidin anası Əminə xanım Novruz bayramı ərəfəsində oğlunun adına səməni gətirmişdi. Ağbirçək ana Ələkbərin adına qoyulmuş  xonçanı görüb kövrəldi və bu görüşdə iştirak edən uşaqlar da çox təsirləndilər. Belə görüşlər uşaqların yaddaşında dərin iz qoyur.

Bu hadisəni ona görə qeyd edirəm ki, mətbuat məktəblərdə hərbi-vətənpərvərlik mövzusuna da diqqəti artırmalıdır.Axı bizim Qarabağımız düşmən pəncəsindədir. Savadlı, bilikli, vətənpərvər  oğulları tərbiyə etmək məktəblə bərabər ailənin,bütün cəmiyyyətin vəzifəsidir. Dahi şəxsiyyət Heydər Əliyevin təbirincə desək “Vətənpərvərlik ali, bəşəri bir hissdir”.  Bu istiqamətdə də məktəblə mətbuatın faydalı əməkdaşlığı vacibdir.

Sözümün məğzi odur ki, bu gün hər bir pedaqoq, eləcə də hər bir jurnalist özündə əsl vətəndaşlıq təəssübkeşliyi hiss edərək cəmiyyətimizin tərəqqisi üçün əlindən gəlini etməyə borcludur…

Bir iki  kəlmə öz ana dilimiz və onun keçdiyi yollara nəzər salaq.  Azərbaycan dilinin təkmilləşməsində  Azərbaycan sərkərdələrinin  və ictimai xadimlərin dəyərli fikirləri  olmuşdur. Bu haqda saatlarla danışmaq və yazmaq olar.

Heç təsadüfü deyildir ki, hələ XV əsrdə Azərbaycanı birləşdirib qüvvətli bir dövlət yaratmış, Azərbaycan dilini də dövlət dili elan etmiş Şah İsmayıl Xətai zamanından başlayaraq Azərbaycan dilinin nüfuz dairəsini artırmış,rəsmi dillər sırasında xüsusi yer tutmuş və inkişaf etmişdir.Şah İsmayıl Xətai  çox sadə, ahəngdar bir dildə “Dəhnamə”, “Nəsihətnamə” və həm də onun müasirləri “Leyli və Məcnun”, M.P.Vaqifin qoşmaları kimi əsərlər yaradaraq bədii dilimizin özülünü qoymuşlar.

Məhz XVI əsrdə Məhəmməd Füzuli də bu yolu davam etdirmiş, xüsusi ustalıq nəticəsində  Azərbaycan sözləri və Azərbaycan dilinin qrammatik quruluşu əsasında dilimizin klassik nümunələrini yaratmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan Dili haqqında gördüyü misilsiz işlər haqqında söhbət açmaq istərdim.

Hər il 21 fevral bütün dünyada Beynəlxalq Ana dili Günü kimi qeyd olunur.YUNESKO-nun təsis etdiyi  bu gündə dünyada dillərin qorunması məqsədilə hər il  keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək,onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, eyni zamanda, dil millətin simasını səciyyələndirən amillərdən biri,bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü,onun milli sərvəti,qan yaddaşıdır. Bu mənada, dilimizin dövlət dili statusu qazanması,həqiqətən, qürür gətirən tarixi hadisədir.Bu gün dilimiz dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi saflığı uğrunda misilsiz xidmətlər göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir.Şəxsən mən öz ana dilimi çox  sevir və bu dili danışmağımla fəxr edirəm” deyən ümummili lider Heydər Əlirza oğlu Əliyevə minnətdar olmalıyıq. Ona görə minnətdar olmalıyıq ki,bir zamanlar öz dilində danışmağı ar bilən kəsləri, hətta rəsmi dairələrdə belə ana dilində — öz doğma dilində danışmağa məcbur etdi.Onları,başa saldı ki, hər bir kəs əvvəl öz dilini incəliyinə qədər bilməli, duymalı, sevməli və sevdirməyi bacarmalıdır.

Dünyanın ana dili uğrunda belə qətiyyətlə mübarizəyə qalxması çox mühüm əhəmiyyət kəsb etdiyindən, həm nitqimizdə,həm də yazılarımızda ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin müqəddəs müəllimlik və vətəndaşlıq borcumuzdur.Dil insanın mənəvi aləminin əks-sədasıdır.Ulu tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətidir.Dil hər bir millətin varlığı deməkdir.Öz doğma dilimiz olan Azərbaycan dili isə bizim üçün mövcud olan dillərin sırasında ən möhtəşəmidir.Ona görə də  dilin şirinliyi, təbiiliyi bu gün də qorunub saxlanılmaqdadır. Heç şübhəsiz, əgər müəllim olmasa, heç kəs cəmiyyətdə tutduğu yeri tuta bilməz, fəaliyyət göstərə və dilimizi qoruyub saxlaya bilməz.

Həyat göstərir ki, Heydər Əliyev bütün ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyyüklü məsələsi  kimi yanaşaraq,onu sevməklə bərabər,keşiyində mərdliklə dayanaraq nüfuzunu qaldırdı,tərəqqisi üçün illərlə mübarizə apardı və istəyinə nail oldu. Dərk etdirdi ki,sözün qədrini bilmək, hər sözü yerində işlətmək,az sözlə bütöv bir fikri ifadə etmək mümkün və daha gözəldir. Necə ki,Səfəvi hökmdarı qüdrətli Şah İsmayıl Xətai bir qoşmasında sözün qüdrətini tərif edir, xalq arasında çox yayılmış və yerində işlənmiş hikmətli sözlərin qədrini bilməyə çağırırdı.

Sözünü bir söyləyənin,

Sözünü edər sağ bir söz,

Pir nəfəsin dinləyənin ,

Yüzünü edər ağ bir söz .

Söz var kəsdirirər başı,

Söz vardır kəsər savaşı.

Söz vardır ağulu aşı,

Bal ilən edər yağ bir söz.

Ana dili anamızın dili, müqəddəs varlığımızın dilidir. Bu dildə yazılmış gözəl əsərlərimizi oxumağı, mütaliə etməyi və  öyrənməyi gənc nəslə tövsiyə edirik. Ana dilindən bəhs edən əsər həmişə müasirdir.Ana dilimizi lazımsız söz axınından qorumaq lazımdır.

Ulu öndər Heyder Əliyevin sözlərini onların yadına salıram: “Musiqi də, ədəbiyyat da,ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma milllətin milliliyini təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyatda olmaz, Azərbaycan dili olmasa,Azərbaycan dilində mahnılar da olmaz, musiqi də olmaz”.Bütün bunları qoruyub göz bəbəyimiz kimi saxlamaq, yadlara verməmək, öz milli adət-ənənələrimizi yaşatmaq gənc nəslin üzərinə düşür.

Azərbaycan dilinin ahəngdarlığı,poetik vüsəti təkcə azərbaycanlılar tərəfindən deyil, qədirbilən digər xalqlar tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, gürcü şairi Georgi Leonidzenin Səməd Vurğun haqqında dediyi sözləri xatırlamaq kifayətdir:

“Səməd Vurğun Azərbaycan poeziyasının balı və südü, duzu və çörəyidir, öz xalqının canlı təcəssümüdür.Onun parlaq, qüdrətli istedadı önündə baş əyirəm. Səməd Vurğunun adı bizim hamımıza yaxın və əzizdir. Onun poeziyasının sönməz şəfəqi Azərbaycan və gürcü xalqlarının nəhayətsiz dostluğu yolunda əbədi şölə saçacaqdır”.

Bu sözlər Səməd Vurğunun poetik dilinə -Azərbaycan dilinə verilmiş yüksək qiymətdir. Bu yüksək qiyməti saxlamaq isə bizim mənəvi borcumuzdur.

Azərbaycan dili milli sərvətimiz, milli mənliyimizin əsası olduğu üçün bu qədər qərarlar, sərəncamlar verilir. Biz də dilimizin keşiyində mətin durmalı, iri addımlarla Azərbaycanımız naminə irəli getməliyik.

Sonda məqaləmi doğma dilimizə həsr etdiyim şeirlə bitirmək istərdim:

 

 

MƏNİM DİLİM
Qayaların sərt qəlpəsi,
Zirvələrin şəlaləsi.
Bəzən cəngi sədasıdır,
Bəzən yanıq ney naləsi
Mənim dilim…

Yaşıl çəmən, sıx meşədir,
Tarixlərə güzgü tutan,
Bir güzgüdür, bir şüşədir.
Qar altında boy qaldıran
Ətir saçan bənövşədir,
Mənim dilim…

Qobustanda daşa dönmüş
Tarixləşən, insan ömrü,
Qanad açıb quşa dönmüş
Milyon illik cahan ömrü,
Bir bəşəri sərvətimdir,
Mənim dilim…

Dədəm Qorqud qopuzunda
Dilləndikcə cilalanan,
Neçə kərə dərdə düşən, odda qalan
Yaddaşlardan silindikcə yadda qalan,
Ən kəsərli qılınclara meydan açan
Mənim dilim…

Yağılara baş əyməyən Qız qalası,
Naxçıvanda Əlincədir,
Savalanda Bəzz qalası.
Vətən üçün döyüşçüdür,
Millət üçün söz qalası
Mənim dilim.

Nə yaxşı ki, bu dünyanın
Dərbəndi var, Təbrizi var.
Nə yaxşı ki, vətənimin
Bu dünyada öz sözü var.

Bu söz səndən gəlib keçir
Kəlmə-kəlmə mənim dilim.
Minbir xalı toxuyursan
İlmə-ilmə mənim dilim.

Sən anamın laylasısan,
Sən ruhumun mayasısan.
Səndən mənə candı gələn,
Səndən mənə qandı gələn,
Səni duyan vəcdə gəldi
Çox elədi heyrət dilim,
Şərəf dilim, qeyrət dilim!
Ana dilim…

        

НОВОСТНАЯ ЛЕНТА