Время в Баку - 13:27

САМОЕ ЧИТАЕМОЕ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Fuad Rauf oğlu Muradov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub.


Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrinin DOSYESİ

TURKTODAY.İNFO xəbər verir ki Fuad Muradov, eyni zamanda, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 4-cü sədridir. O, həmçinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Fuad Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində ” sənayesində ətraf mühitin qorunması” ixtisası üzrə magistr dərəcəsini alıb. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantıdır.

1999-2001-ci illərdə “Ümidli Gələcək” Gənclər Təşkilatının təsisçisi və vitse-prezidenti olub. 2000-2004-cü illərdə Azərbaycan Ekoloji Layihələr Mərkəzinin baş ekoloqu, 2003-cü ildə “Təşəbbüs” Xeyriyyə İctimai Birliyinin təsisçisi olub. 2003-2cü illərdə Avropa Gənclər Forumunun maliyyə-nəzarət komissiyasının sədri olub, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi vəzifələrində çalışıb.

2004-cü ilin mayından Gənclərin Sosial İnkişafı və Səmərəli Məşğulluğun Təmin Edilməsi Koalisiyasının koordinatorudur. 2004-cü ilin martından Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir. 2005-ci ildə Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi seçilmişdir. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.

2005-ci ildə Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü olmuşdurdür. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüd olmuşdur.

2006-cı ildə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun üzvü olmuşdur.

2008-ci ildən etibarən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının BMT Korrupsiyaya qarşı Konvensiyası üzrə Qlobal İşçi Qrupunun üzvüdür.

2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

2011-ci ildən “Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədridir.10 elmi əsərin və monoqrafiyanın müəllifidir 2010-cu ildə “Neftin ilkin emalı zamanı ətraf mühitə atılan tullantıların tərkibində radionuklidlərin analizi və paylanma qanunauyğunluqları” mövzusunda dissertasiya işini müdafiə etmişdir, kimya elmləri üzrə fəlsəfə doktorudur.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın layihəsini hazırlayan işçi qrupunun üzvüdür.

Bitərəfdir.

Evlidir, 2 övladı var.

TURKTODAY.İNFO saytı olaraq biz də Fuad Muradovu ürəkdən təbrik edirik. Ona Diasporla İş üzrə Dövlət Komitəsindəki fəaliyyətində uğurlar arzulayırıq.

Qeyd edək ki, bundan əvvəl DİDK-nin sədri Nazim İbrahimov olub.

НОВОСТНАЯ ЛЕНТА