Время в Баку - 03:45

САМОЕ ЧИТАЕМОЕ

Müasir Azərbaycan dövlətinin баниси, xilaskarı və qurucusu – Heydər Əliyev


Qafar ƏLİYEV, YAP Siyasi Şurasının üzvü

 

XX əsrdə dünya siyasəti tarixinə özünəməxsus parlaq səhifələr yazmış görkəmli dövlət xadimlərindən, məşhur siyasətçilərdən və nadir tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev olmuşdur. Adı qızıl hərflərlə tariximizə həkk olunmuş Heydər Əliyev dünya tarixində böyük rol oynamış və silinməz izlər qoymuş, təkcə öz xalqının və dövlətinin yox, bütövlükdə dünya xalqlarının taleyinə həlledici təsir göstərmiş böyük şəxsiyyətlərdən biridir.

Liderlər lideri

Heydər Əliyevin həyatı Azərbaycanın respublikaçılıq tarixinin yarıdan çoxunu əhatə edir. Azərbaycanın son 50 illik tarixinin hər bir səhifəsi Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Onun 1969-cu ilin 14 iyulunda Azərbaycan rəhbəri seçilməsindən sonra göstərdiyi titanik fəaliyyət Vətənimizin inkişafına, onun çiçəklənməsinə, dünya dövlətləri cərgəsində öz layiqli yerini tutmasına xidmət etmişdir.

Ulu öndəri təkcə Azərbaycan xalqı yox, bütün türk və müsəlman dünyası sevir və onunla fəxr edirdi. Fəqət, təkcə türk və müsəlman dünyasımı? Sovetlər Birliyi tərkibində olduğumuz dövrdə bütün SSRİ xalqları onun şəxsində öz gələcək dövlət başçısını və liderini görürdü. Amerika Birləşmiş Ştatlarında onu Corc Vaşinqtonla, Yaponiyada bu dövlətin qurucusu olan Siyaqunla, Almaniyada Konrad Adenauerlə, Fransada Şarl de Qolla, Böyük Britaniyada Uinston Çörçillə müqayisə edirdilər. Kiminlə, hansı tarixi şəxsiyyətlə müqayisə olunmasına baxmayaraq Heydər Əliyev bənzərsiz idi. Bəs onun bənzərsizliyi nədədir? Heydər Əliyev konkret olaraq bir siyasi sistemə sığışmayan lider idi. O, Sovet İttifaqı dövründə marksizm-leninizm ideologiyasının təsiri altında böyüyüb, sovet sisteminin qanun-qaydaları çərçivəsində işləyərək, bu ideyalara inanaraq və sədaqətlə xidmət edərək SSRİ–nin ən yüksək partiya və dövlət vəzifələrinə qədər yüksəldi. O, həmin sistemin müsbət cəhətlərindən Azərbaycan dövlətinin inkişafı, xalqımızın milli-mənəvi dəyərlərinin dünyada tanınması və təbliği naminə istifadə edə bildi. O, Azərbaycan xalqının keçmiş SSRİ məkanında mədəni, əməksevər, qonaqpərvər,

dünya şöhrətli şair və yazıçılar, alimlər, bəstəkarlar, müğənnilər, dövlət xadimləri və başqa sahələrdə istedadlı şəxsiyyətlər yetirmiş, qədim tarixi, zəngin mədəni irsi: musiqisi, incəsənəti, ədəbiyyatı və s. olan bir millət olduğunu sübut etmişdir.

Lakin Heydər Əliyev Sovet ideologiyasının başında duran M.S.Qorbaçov başda olmaqla o vaxtkı rejimin əsirinə çevrilmədi. O, kommunist ideologiyasının hər bir müddəasını öz zəngin və əzəmətli təfəkkür süzgəcindən keçirir, onları praktikada yoxlayır, elmi-siyasi baxımdan düzgün olanları saxlayır, onların yaxşı cəhətlərini götürüb dövlət və xalq naminə istifadə edir, pis tərəflərini isə atırdı. Bəzi sovet liderləri kimi o, öz dilini, dinini, milli mənsubiyyətini unudan, milli–mənəvi dəyərlərdən uzaq düşən kosmopolit siyasətçilərdən və dövlət xadimlərindən olmadı. Ona görə ki, Heydər Əliyev bir siyasi lider və tarixi şəxsiyyət kimi milli-mənəvi köklərə bağlı olan, milli ideyalara və bəşəri dəyərlərə söykənərək öz siyasi

təlimini yaradan, həmin ideologiya ilə milyonları öz ardınca apara bilən dühalardan idi.

Ona görə də SSRİ-nin son rəhbəri M.S.Qorbaçovun və onun yaxın ətrafının yeritdiyi dağıdıcı, səriştəsiz, mücərrəd “yenidənqurma” siyasəti nəticəsində keçmiş SSRİ məkanında siyasi, iqtisadi və mənəvi böhran yarananda bu siyasətə qarşı ilk çıxanlardan biri məhz Heydər Əliyev oldu. 1985-ci ildən sonra Sovet rəhbərliyi tərəfindən antimüsəlman və ermənipərəst mövqe tutularaq Azərbaycan, Özbəkistan, Qazaxıstan və digər türk və müsəlman respublikalarına qarşı ədalətsiz qərarlar qəbul ediləndə də ilk olaraq məhz o, Siyasi Büro üzvü kimi öz etiraz səsini qaldırdı. Heydər Əliyev SSRİ-nin dağılması prosesinin başlanması nəticəsində tarixi zərurət yarananda, həmin siyasi təlim və ideyalardan vaxtında uzaqlaşa bildi. O vaxtkı Sov.İKP MK və Siyasi Büro üzvlərini və rəhbər vəzifə tutmuş tarixi şəxsiyyətlərin hər birinin tərcümeyi-halını götürüb təhlil etsək, onların həmin siyasi sistemin və mövcud konkret tarixi dövrün qəhrəmanı, lideri olduğunun şahidi olarıq. Lenin, Stalin XX əsrin əvvəllərində inqilab edərək yeni dövlət quran inqilabçı liderlər idilər. N.S.Xruşşov, L.İ.Brejnev, Y.V.Andropov, M.S.Qorbaçov isə SSRİ-ni dinc dövrlərdə idarə edən rəhbərlər idi. Yalnız mənsub olduqları mövcud siyasi sistemin, ideologiyanın və şəraitin qəhrəmanı olan bu liderlərin bəziləri inqilabçı, bəziləri islahatçı-reformator, bəziləri konservator, bəziləri də diktator kimi tarixdə qaldılar. Amma Heydər Əliyevdə bu liderlərdən heç birinə

bənzəməyən xüsusiyyətlər var. Onun özünəməxsusluğu, bənzərsizliyi ondan ibarətdir ki, tarixi şəxsiyyət kimi, həm sovet dövrünün, həm də müasir dövrümüzün lideri və qəhrəmanı olub.

Necə olub ki, iki müxtəlif ictimai-siyasi quruluşda, müxtəlif baxışların hökmran olduğu dövrdə o, eyni məharət və bacarıqla, sevgi və istəklə öz xalqına və dövlətinə rəhbərlik edib, eləcə də bütün dünya liderləri və xalqları tərəfindən eyni dərəcədə qəbul olunub, sevilib və rəğbətlə qarşılanıb? Bunun əsas səbəbi bir siyasi lider kimi Heydər Əliyevi xarakterizə edən əsas xüsusiyyətlərdə özünü göstərir: Heydər Əliyev dünyagörüşü baxımından azərbaycançılıq ideologiyasına, İslam dininə, milli-mənəvi dəyərlərə bağlı, inamlı, təmiz əxlaqlı, vicdanlı, demokratik düşüncəli bir tarixi şəxsiyyət; sadə insanların hüquqlarının qorunması uğrunda barışmaz və ardıcıl mübarizə aparan demokrat; dövrünün görkəmli maarifçi filosofu; realist, praqmatik reformator, güclü dövlətçi, qeyri-adi təşkilatçılıq bacarığına, idarəçilik məharətinə malik bir dövlət rəhbəri; dünyada sülh, demokratiya və haqq-ədalət, ümumbəşəri, multikulturalizm ideyalarının daşıyıcısı olan, onları yorulmadan təbliğ edən, başqa millətlərə və dinlərə qarşı həqiqi tolerant olan beynəlmiləlçi idi.

Tədqiqatçılar Heydər Əliyevi bir siyasətçi, dövlət xadimi olaraq xarakterizə edərkən onun özünəməxsus lider kimi əsas xüsusiyyətlərindən, əbədiyaşar, ölməz ideyalarının müasir dövrə tətbiqinin vacibliyindən, qurub-yaratmaq bacarığından, dövlətçilik və idarəetmə təcrübəsindən, elmi-nəzəri, fəlsəfi baxışlarından nə qədər

bəhs etsələr də yenə azdır və bu mövzu daim aktual olaraq qalacaqdır. Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı, xilaskarı və qurucusudur.

Heydər Əliyev məktəbi

Bir sıra görkəmli dövlət xadimləri, alimlər, tarixçilər, filosoflar, jurnalistlər, politoloqlar və başqaları Heydər Əliyev ideyalarının və siyasi kursunun əsas müddəalarını, prinsip və xüsusiyyətlərini müxtəlif aspektdən işıqlandıran xeyli sayda sanballı əsər yazmışlar. Onlar Heydər Əliyev siyasi idarəetmə məktəbinin, iqtisadi idarəetmə məktəbinin, elmi-fəlsəfi məktəbinin mövcudluğundan bəhs etmişlər. Lakin bütöv halda “Heydər Əliyevçilik” siyasi kursunun konkret

olaraq nədən ibarət olduğunu dürüst şəkildə, elmi sistem halında təhlil edib, indiyə qədər yazılmış məqalələri təhlil edərək bir kitab halında yazıb ortaya qoyan bir akademiyaya hələ də ehtiyac var. Bir müəllifin görə bilməyəcəyi bu işi kollektiv şəkildə həyata keçirmək daha məqsədəmüvafiq olardı.

Bəs nədir “Heydər Əliyevçilik” siyasi kursu və dövlət idarəçiliyi məktəbi?

Bir dövlət xadimi kimi Heydər Əliyevin Azərbaycan dövlətinə istər sovet dövründə, istərsə də müstəqillik dövründə rəhbərlik etdiyi zaman söylədiyi fikirlər, müxtəlif yığıncaqlarda etdiyi nitqlər və məruzələr, verdiyi bəyanatlar “Heydər Əliyev siyasi kursu”nun əsas prinsip və xüsusiyyətlərini özündə əks etdirir. Bizim vəzifəmiz onları ardıcıl şəkildə oxumaqdan, sistemləşdirib vahid nəzəri sistem halında gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Əgər biz bu tarixi şəxsiyyətin yetirmələri və davamçıları olaraq, həmin məktəbin əbədiyaşar olmasını istəyiriksə, bunu etməliyik. Ona görə etməliyik ki, müstəqil Azərbaycanın qurulmasının və inkişafının elmi-nəzəri bazasının hansı prinsiplərə söykəndiyini gələcək nəsillər asanlıqla dərk edə bilsinlər.

Heydər Əliyevçilik – müstəqil, azad və müasir Azərbaycan dövlətini qurmaq, inkişaf etdirmək və əbədiləşdirmək üçün Azərbaycan xalqının milli-mənəvi potensialından, onun tarixi təcrübəsindən qaynaqlanan, milli dövlətçilik ənənələrini real şəkildə dirçəldən və gerçəkləşdirən, ona əbədiyyət qazandıran, müasir və qabaqcıl dövlətlərin təcrübəsindən və bəşər sivilizasiyasının nailiyyətlərindən istifadə edərək demokratik islahatlar və təkamül yolu ilə Azərbaycan xalqını və dövlətini daim müasirləşdirən və yeniləşdirən, bütün dünya azərbaycanlılarını vahid bir ideya ətrafında birləşdirən, sosial-ədalət və humanizm prinsiplərinə söykənərək dövlət daxilində ümummilli-mənəvi birliyə və sosial-iqtisadi rifaha doğru aparan, dünyanın bütün xalq və millətləri ilə sülh və əmin-amanlıq şəraitində yaşamağa önəm verən mükəmməl fəlsəfi- siyasi, milli-mənəvi və dövlət idarəçiliyinə aid zəngin və zəruri baxışlar sistemidir. Bu siyasi idarəetmə məktəbinin əsas prinsip və xüsusiyyətləri, zənnimizcə, aşağıdakılardan ibarətdir:

  1. Milli dövlətçilik, qanunçuluq və demokratiya.
  2. İslahatçılıq.
  3. Azərbaycançılığa və milli-mənəvi dəyərlərə bağlılıq.
  4. Sosial ədalət və humanizm.
  5. Beynəlmiləlçilik və bəşərilik.

Birinci prinsip haqqında danışarkən, ilk növbədə, ümummilli liderin belə bir fikrini yada salmaq istərdim: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir. Böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da böyük xoşbəxtlikdir”. Azərbaycan xalqı bu gün o xöşbəxtliyi yaşayır. Lakin bu xoşbəxtlik xalqımıza elə-belə, asan başa gəlməyib. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın azadlıq uğrunda apardığı qanlı mübarizənin, əzmkarlığının, döyüşkənliyinin və son anda müdrik seçimi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə dəvət etməsi sayəsində əldə olunub. 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikası parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı zaman xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdarkən ulu öndər bəyan etdi: “Mən ömrümün bundan sonra qalan hissəsini də Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.

Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində qısa zaman kəsiyində 1988-92-ci illərdə ölkəmiz düşdüyü xaosdan, vətəndaş müharibəsi təhlükəsindən, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin qətiyyəti və dövlətçilik əzmi sayəsində 1993-cü ilin iyununda Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi altında başlanmış etiraz aksiyaları dinc yolla, qansız-qadasız aradan qaldırıldı və ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. 1993-cü ilin sentyabrında Lənkəranda Əlikram Hümbətovun rəhbərliyi altında başlanmış separatçı “Talış-Muğan Respublikası”nın varlığına ulu öndərin cəsarəti və qətiyyəti sayəsində son qoyuldu, Simalda bədnam “Sadval” separatçı hərəkatı darmadağın edildi və beləliklə də, ölkəmizin bir neçə yerə parçalanmasının qarşısı alındı. 1994-cü ilin oktyabrında yenə ovaxtkı baş nazir Surət Hüseynovun rəhbərliyi altında planlaşdırılan dövlət çevrilişi cəhdinin, 1995-ci il 13-17 mart tarixlərində baş qaldıran Rövşən və Mahir Cavadov qardaşlarının dövlətçilik əleyhinə başladıqları qiyam cəhdlərinin qarşısı məhz onun cəsarəti, qətiyyəti və müdrik idarəetmə təcrübəsi sayəsində məharətlə alındı. Bununla da Azərbaycanı müxtəlif hissələrə parçalamaq, müstəqilliyinə son qoymaq, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, hakimiyyəti ələ keçirmək istəyən daxili və xarici qüvvələrin bədnam niyyətləri puç

oldu. Ulu öndər xalqın vətənpərvər, qeyrətli nümayəndələrinə: sadə insanlara, gənclərə, ziyalılara arxalanaraq müstəqilliyimizi xilas etdi. O demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Ulu öndər öz çıxışlarında vurğulayırdı ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır”. Azərbaycan dövlətçiliyi qanunçuluğun möhkəmləndirilməsi və hüquqi demokratik islahatların həyata keçirilməsi yolu ilə möhkəmlənməli və tədrici demokratik islahatlar yolu ilə inkişaf etməlidir.

Ulu öndərin söylədiyi bir fikir “Yaxşı hökumət o deyil ki, xalqını xoşbəxt görmək istəyir, yaxşı hökumət o hökumətdir ki, bunu hansı vasitələrlə etməyi bacarır”.– fikri hakimiyyətin fəaliyyətində əsas tezis, şüar kimi götürülməlidir. Bu fikri analoji olaraq XX əsrdə Azərbaycana rəhbərlik etmiş dövlət xadimlərinə də şamil etmək olar. Yaxşı dövlət başçısı o şəxs deyil ki, Azərbaycanı müstəqil, azad, demokratik və xoşbəxt görmək istəyir. O şəxsiyyətdir ki, bu məqsədlərə hansı vasitələrlə çatmağı, onu reallığa çevirməyi bacarır.

Azərbaycan Prezidenti Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasət və ölməz ideyaları Azərbaycanı işığa boyadı, “Əsrin müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, “Bakı-Tbilisi-Qars” və s. kimi layihələr isə bütün dünyanı heyran etdi.

Qanunçuluq prinsipi dövlətçiliklə sıx bağlıdır. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldiyi ərəfədə Azərbaycanda tam xaos, anarxiya hökm sürürdü və qanunçuluq barədə danışmaq belə mümkün deyildi. Ulu öndərin hakimiyyətə qayıdışı nəticəsində ölkədə qanunsuz əlisilahlı dəstələr dərhal tərk-silah olundu. Ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar oldu və real dövlət quruculuğu prosesi başlandı.1995-ci il noyabrın 12-də keçirilən parlament seçkiləri, ümumxalq səsverməsi ilə qəbul olunan yeni Konstitusiya, 1994-cü il 9 avqust tarixli “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında “Azərbaycan Respublikası Prezidentinin fərmanı, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmünün ləğvi haqqında fərman, 1998-ci ildə Azərbaycan

Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, 1998-ci il iyunun 18-də “Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” və s. kimi tarixi əhəmiyyətli sənədlər məhz ümummilli liderin zəkası və müdrik rəhbərliyi sayəsində qəbul edilmiş və bununla da ölkəmizdə hüquqi dövlət quruculuğunun möhkəm bünövrəsi qoyulmuşdur.

Heydər Əliyevin siyasi lider kimi özünəməxsus xüsusiyyətlərindən biri də onun dinc dövrdə, seçkilər yolu ilə hakimiyyətə gəlib dövləti məharətlə idarə edən, lakin ekstremal şəraitlərdə və böhran dövründə öz xalqının qabağında gedə bilməyən keçmiş sovet rəhbərlərindən fərqli bir lider olmasıdır. Belə ki, Heydər Əliyev Azərbaycanı tərk edib Moskvada SSRİ rəhbərliyinə – Sov. İKP MK Siyasi Bürosunun üzvü seçilməsindən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olunmasından sonra da bir an belə olsa, Azərbaycanla əlaqəsini kəsmirdi. O vaxtlar Moskvada və SSRİ-nin başqa yerlərində tez-tez Azərbaycan mədəniyyət günləri keçirilir, Mərkəzi telekanallarda, teatr səhnələrində Azərbaycanın ictimai-siyasi həyatı, “Koroğlu”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Min bir gecə” və s. kimi filmləri, opera, balet əsərləri, musiqisi nümayiş etdirilirdi.

Ulu öndər Heydər Əliyev SSRİ-yə başçılıq edə biləcək ən real və perspektivli rəhbərlərdən biri idi. Lakin Sovet rəhbərliyində təmsil olunan bəzi millətçi və şovinist əhval-ruhiyyəli siyasətçilər tərəfindən müsəlman və türk mənşəli olduğuna görə ona imkan verilmədi. 1987-ci il oktyabrın 21-də Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək istəyən SSRİ rəhbəri M.S.Qorbaçov ilk öncə yolu üzərindən bu məqsədinə mane ola biləcək yeganə qüvvəni – Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırdı. Bundan az sonra Dağlıq Qarabağ məsələsi ortaya atıldı və Azərbaycan torpaqlarının işğalına start verildi. Bununla əlaqədar olaraq, Azərbaycanda kortəbii xalq hərəkatı başlandı. Bu hərəkat başlayarkən Azərbaycan xalqının lideri Heydər Əliyev Ümumittifaq əhəmiyyətli fəxri təqaüddə olsa da, Moskvada onun rəqibləri deyirdi ki, bütün bu xalq hərəkatının arxasında Heydər Əliyev durur. Ona görə də M.S.Qorbaçov öz yaxın ətrafının və Azərbaycanın yerli rəhbərləri olan Ə.Vəzirov, A.Mütəllibov, V.Hüseynov və başqalarının köməyi ilə var-gücünü “Əliyevçilik”lə mübarizəyə sərf edirdi.

Sovet rəhbərliyi və onların Azərbaycandakı əlaltıları xalqımızın gözünü qorxutmaq və genişlənməkdə olan xalq hərakatını yatırmaq məqsədi ilə 1990-cı ildə 20 Yanvar faciəsini törətdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni millətçiləri tərəfindən XX əsrin ən böyük və dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı törədildi. Lakin ovaxtkı Sovet rəhbərliyi və erməni millətçiləri torpaqlarımızın bir hissəsini işğal etsələr də, neçə-neçə digər faciələr törətsələr də, bir milyondan çox əhalimizi qaçqın və köçkün gününə salsalar da, öz məqsədlərinə nail ola bilmədilər. Onlar Azərbaycan xalqının iradəsinə qalib gəlməyi sadəcə bacarmadılar. Ona görə ki, Moskvanın planlarına qarşı çıxa biləcək güclü xalq hərəkatı və bu hərəkatın Heydər Əliyev tərəfindən vaxtilə müxtəlif peşə sahələrində yetişdirilmiş fəal nümayəndələri var idi.

1990-cı ilin Yanvar hadisələri zamanı Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, Sovet rəhbərliyini, onların Azərbaycanda müxtəlif vəzifələrdə olan yerli əlaltıları ilə birlikdə Azərbaycan xalqına qarşı faciə törətməsi haqqında bəyanat verdi və onları siyasi və hüquqi cəhətdən cinayət törətməkdə ittiham etdi.

Daha sonra Heydər Əliyev Azərbaycana – anadan olduğu doğma Vətəninin ayrılmaz bir parçası olan Naxçıvana gəldi. Beləliklə, 1990-cı il iyunun 18-də Heydər Əliyevin Azərbaycana qayıtması, daha sonra Naxçıvana getməsi, Sovet İttifaqı Kommunist Partiyası üzvlüyündən bəyanatla çıxaraq orada Naxçıvan MR Ali Məclisinin və Azərbaycan Ali Sovetinin deputatı və 1991-ci il sentyabrın 9-da Naxçıvan Ali Məclisinin sədri seçilməsi ilə Azərbaycanda 1988-ci ildə başlanmış kortəbii xalq hərəkatı 1991-ci ildən başlayaraq ardıcıl, müntəzəm və planlı milli azadlıq hərəkatı mərhələsinə qədəm qoydu. Heydər Əliyev Vətəni darda olan vaxt ölkəyə qayıtdı və o zaman yenicə vüsət alan xalq hərəkatına qoşuldu. Artıq qısa müddət keçəndən sonra bu hərəkatın lideri Azərbaycan xalqının vətənpərvər oğlu və əvəzolunmaz rəhbəri Heydər Əliyev idi.

Həmin vaxt Azərbaycanın paytaxtı Bakıda hakimiyyət uğrunda amansız mübarizə gedirdi, moskvapərəst A.Mütəllibov müstəqillik haqqında qətiyyən düşünmürdü. O, ölkəni faciələrlə, vətəndaş müharibəsi ilə üz-üzə qoyub Moskvaya qaçdı. Daha sonra Azərbaycanın müstəqilliyinə tərəfdar olan, lakin bu müstəqilliyi əldə etməyin və qoruyub-saxlamağın üsul və vasitələrini bilməyən,

hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin qarşısında aciz qalan Azərbaycan Xalq Cəbhəsinin sədri, xalq hərəkatının liderlərindən olan Əbülfəz Elçibəy də Azərbaycanın suverenliyini təmin edə bilmədi. Sonda o da öz vəzifəsini qoyub anadan olduğu Kələki kəndinə getməyə məcbur oldu.

Bu sözləri yazmaqda məqsəd Azərbaycanda “xalq hərəkatı”, “milli azadlıq hərəkatı” ifadələrini tez-tez dillərində əzbər edən, özlərini isə bu hərəkatın fəal iştirakçıları və rəhbərləri hesab edən, SSRİ-nin guya onlar tərəfindən dağıdıldığını və Azərbaycanın müstəqillik qazanmasını öz adlarına çıxan bəzi müxalifət nümayəndələrinə onu xatırlatmaqdır ki, onların özlərini lider adlandırması ilə xalqın əsl lider kimi qəbul etdiyi və tanıdığı şəxsiyyət arasında böyük fərq var. 1988-ci ildə başlanan xalq hərakatının da, 1990-cı il 20 Yanvardan etibarən başlanan milli azadlıq hərəkatının da əsl və həqiqi lideri Heydər Əliyev olmuşdur.

Heydər Əliyev dərin düşüncəyə söykənən müdrik fəaliyyəti ilə addım-addım, nəzərə çarpmadan Azərbaycanı milli müstəqilliyə doğru aparıb. SSRİ dağıldıqdan sonra isə yaranmış tarixi şəraiti nəzərə alaraq, müstəqillik bayrağını məhz özü ilk dəfə olaraq qaldırıb.

Heydər Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir və bu müstəqilliyin əldə edilməsində hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz. Bu səmimi sözlərin doğruluğunu qəbul etməklə bərabər, onu deməliyik ki, Azərbaycanın müstəqilliyinin qazanılması və qorunub-saxlanması uğrunda mübarizənin rəhbəri və bayraqdarı elə məhz Heydər Əliyevdir.

Ötən əsrin siyasi proseslərindən çıxarmalı olduğumuz ən əsas ibrət dərsi odur ki, dəfələrlə müstəqillik qazansaq da, onu qoruyub saxlaya bilməmişik. Mən bir daha ulu öndər Heydər Əliyevin belə bir fikrini vurğulamaq istəyirəm ki, Azərbaycanın müstəqilliyinin qorunub-saxlanması onun əldə edilməsindən çox-çox çətindir. Heydər Əliyev həm müstəqilliyimizin qazanılmasında, həm qurulmasında, həm də onun qorunub-saxlanılaraq möhkəmləndirilməsində əvəzsiz rol oynamış dövlət xadimidir.

Heydər Əliyev Azərbaycan xalqına xas olan mənəvi dəyərləri daim yüksək qiymətləndirmiş və onları bütün dünyaya tanıtmışdır. “Xalqımız nikbindir, başını heç vaxt aşağı tutmayıb, sınmayıb, əyilməyib, heç vaxt diz çökməyib”, – deyən ulu

öndərin gücünün, qüdrətinin mənbəyi də məhz elə öz xalqı olub. Heydər Əliyev heç bir zaman öz xalqına kütlə və yaxud “obıvatel” kimi yanaşmayıb. Əksinə, o, həmişə öz xalqının milli qürurunu uca tutub və “xalqımız qəhrəman xalqdır”, – deyib. O, öz millətinə və xalqına inandığı kimi, Azərbaycan xalqı da məhz ona inanıb, ona etimad göstərib və bütün taleyini ona etibar edib.

Böyük siyasətin uğurlu davamı

Bu gün müasir Azərbaycan dövlətçiliyini möhkəmləndirən, onu güclü edən iki mühüm əhəmiyyətli faktor var: Heydər Əliyev ideyaları və xalq-iqtidar birliyi. Əbədiyaşar Heydər Əliyev ideyaları və bu ideyaların və siyasi kursun ən layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında iqtidarla xalqın birliyi, həmrəyliyi ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin qorunub saxlanmasının, milli həmrəyliyin və sosial-iqtisadi inkişafın təminatıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il mayın 26-da “Buta” sarayında 28 May – Respublika Günü münasibəti ilə keçirilən rəsmi qəbulda etdiyi nitqində demişdir:

“Sabitliyin əsl mahiyyəti ondadır ki, xalq dövlət siyasətini dəstəkləsin, xalq vəziyyətlə razı olsun, xalq inkişafla qürur duysun. Biz, bax bu sabitliyi yaratmışıq və Azərbaycanda möhkəm sürən sabitliyin təməlində bu amillər dayanır: xalq-iqtidar birliyi, bizim siyasətimiz və əldə edilmiş uğurlar. Ən yaxşı təbliğat vasitəsi real həyatdır. Bu gün Azərbaycan çoxşaxəli şəkildə inkişaf edir və bütün istiqamətlərdə böyük uğurlar qazanıb”. (Bax: “Xalq qəzeti”, 27 may 2017-ci il, №113, səh.2.).

Son 20 il müddətində Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya qoyulmuş, böyük infrastruktur layihələri həyata keçirilmişdir. Yeni-yeni yollar, körpülər, binalar, yaşayış massivləri, aeroportlar, limanlar tikilmiş, müasir Azərbaycanın siması tamamilə dəyişmişdir. Azərbaycanın valyuta ehtiyatları 2010-cu ildə 28 milyard, 2017-ci ildə 40 milyard,2020-ci ilin yanvar ayına isə 51 milyard ABŞ dollarına bərabər olmuşdur.

ÜDM 2010-cu ildə 40 milyard dollardan 60 milyard dollara, dövlət büdcəsi 2010-cu ildə 15 milyard dollardan 2014-cü ildə 25 milyard dollara çatmışdır. 2014-cü ildən sonra baş verən iqtisadi böhran nəticəsində bu rəqəmlərdə bir qədər azalma baş vermişdir.

Azərbaycanda son 15 ildə 30-dən çox elektrik stansiyası tikilmişdir. 2004-cü ildən 2017-ci ilədək 11 min kilometr yeni yollar çəkilmişdir. Sosial siyasət sahəsində son illərdə 600-dən artıq xəstəxananın, 3 mindən artıq orta məktəbin tikilməsi və ya təmir edilməsi nəticəsində əhaliyə göstərilən tibbi xidmətin, təhsilin səviyyəsi xeyli yüksəlmişdir. 2016-cı ildə 5 milyondan artıq Azərbaycan vətəndaşı pulsuz tibbi müayinədən keçmişdir. Məcburi köçkünlər üçün son illər ərzində 200-ə yaxın qəsəbə salınmışdır.

2019-cu il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər, böyük sərmayə qoyuluşu və valyuta ehtiyatlarımızın artımı bunu bir daha təsdiqləyir ki, Azərbaycan iqtidarı düzgün yoldadır və bu yolla qətiyyətlə irəli gedəcək.

Sabitliyin və dinamik inkişafın digər mühüm şərti iqtisadi müstəqillikdir. Azərbaycan prezidenti qeyd etmişdir ki, 2020-ci ilin yanvar ayını nəzərə alsaq, bizim valyuta ehtiyatlarımız artıq 52 milyard dollara çatıbdır, təkcə 2020-ci il yanvar ayı ərzində 1 milyard dollar artmışdı. Bu, bizim strateji ehtiyatımızdır. Bu, bizim iqtisadi müstəqilliyimizi və böyük dərəcədə siyasi müstəqilliyimizi təmin edir.

Regionlarda həyata keçirilən siyasətin əhəmiyyətinə toxunan Azərbaycan prezidenti deyib: ”2004-cü ildə qəbul edilmiş birinci proqram tarixi hadisə idi. O vaxt o proqram mənim seçkiqabağı proqramımın tərkib hissəsi idi. O vaxt ilk dəfə prezident vəzifəsinə seçilən zaman vətəndaşlara demişdim ki, əgər mənə etimad göstərilərsə, o cümlədən regionların inkişafı ilə ciddi məşğul olacağam”.

Azərbaycan prezidenti qeyd edib ki, 2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, dünyada rekord göstəricidir. Bütün statistik məlumatlar araşdırıla bilər, inanmıram ki, buna bənzər artım tempi olsun. Bu 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. Bizim valyuta ehtiyatlarımız 27 dəfə artmışdır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi, keçən ilin yekunlarına görə 51, indi isə 52 milyard dollara çatmışdır. Yəni, bu, özlüyündə böyük bir göstəricidir. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşmüşdür. Bu da onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər düşünülmüş şəkildə və ədalətli bölünmüşdür. Azərbaycan prezidenti bildirib ki, biz bu gəlirlərdən istifadə edərək ölkəmizin bütün əsas infrastruktur problemlərinin böyük hissəsini həll etdik, eyni zamanda, vətəndaşların rifah halını yaxşılaşdırdıq. Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artmışdır, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilmişdir. Yəni, bu böyük sosial proqramlar böyük vəsait tələb edir. Təsəvvür edin, 300 min insan üçün evlər, mənzillər tikilib. Biz bu illər ərzində təxminən Sumqayıt, yaxud Gəncə boyda şəhər tikmişik. Bunu etmək üçün həm siyasi iradə, düşünülmüş siyasət, eyni zamanda, imkanlar olmalı idi.

İnfrastruktur layihələrinə gəldikdə, 2003-cü ildən bu günə qədər, bu illər ərzində 33 elektrik stansiyası tikildi, onların generasiya gücü 3 min meqavatdır. Əgər bu stansiyalar tikilməsəydi, bu gün ölkəmizin yarısını qaranlıq bürüyərdi, biz elektrik enerjisini yenə də idxal edərdik və buna böyük pullar verərdik. Amma biz bu stansiyaları tikməklə, 3 min meqavat generasiya gücünü əldə etməklə bu gün elektrik enerjisini ixrac edirik. Keçən il bu ixracdan ölkəmizə təqribən 60-65 milyon dollar vəsait daxil olubdur.

2003-cü ildən Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faizdən 96 faizə çatıbdır. Elə rayon yoxdur ki, orada qaz olmasın. Elə rayon yoxdur ki, orada qazlaşdırma təqribən 70 faizdən aşağı olsun. Rayonlarda 100 faiz, 95 faizdir. 16 min 700 kilometr avtomobil yolu tikilmişdir. Bizi bütün qonşu ölkələrlə müasir avtomobil magistralları birləşdirir. Yüzlərlə (bəlkə də mindən çox) kəndin yolu abadlaşdırılıb.

Azərbaycanda 2004-cü ildən başlayaraq, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən 4 dövlət proqramlarının icrası ölkəmizin tərəqqisində önəmli rol oynayıb. Bu proqramların icrası respublikamızın hərtərəfli inkişafının təmin edilməsinə, paytaxtla bölgələr arasında fərqin azalmasına səbəb olub. Təsadüfi deyil ki, proqramların qəbulundan sonra regionlarda onlarla kiçik, orta və böyük həcmli müəssisələr istifadəyə verilib, müasir infrastruktur yaradılıb, turizm inkişaf edib, aqrar sektorda məhsul istehsalı dəfələrlə artıb.

Onu da qeyd edək ki, hazırda Azərbaycanda aparılan islahatlar, həyata keçirilən mühüm tədbirlər ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla izlənilir və müxtəlif beyin mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Düşünülmüş addımların nəticəsidir ki, ölkəmiz “Doing Business – 2019” hesabatında dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib. Həmçinin Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Bu hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox dövlətlərini geridə qoymaqla, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

2020-ci il fevralın 3-də keçirilmiş “2019-2023-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 2019-cu ilin iqtisadi baxımdan “uğurlu il” olduğunu qeyd edib və son bir ildə əldə edilən iqtisadi uğurları sadalayıb. Ölkə prezidenti öz giriş nitqində qeyd edib ki, dördüncü regional Dövlət Proqramının ici iş yeri yaradılıb. Bu, məşğulluq səviyyəsinin yüksəlməsinə, işsizliyin azalmasına müsbət təsir göstərib.

2019-cu ilin göstəriciləri də çox uğurlu idi.Ötən il ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub ki, bu da ölkə iqtisadiyyatının həm xarici, həm də daxili investorlar üçün cəlbedici olduğundan xəbər verirdi. İl ərzində makroiqtisadi vəziyyət sabit qalıb. İnflyasiya 2,5 faiz təşkil edib, əhalinin gəlirləri isə 7,4 faiz artıb. Bu dövrdə valyuta ehtiyatları 6,4 milyard dollar artaraq ilin sonuna rekord həddə – 51 milyard dollara çatmışdı.

Ölkə rəhbəri sosial məsələlərin həllinə hər zaman böyük diqqət ayırıb. Təkcə 2019-cu ildə Azərbaycanda 4,2 milyon insanı əhatə edən sosial paketin gerçəkləşdirilməsi ilə respublika əhalisinin rifahı xeyli dərəcədə yaxşılaşıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəziləri isə 2 dəfə artırılıb.

Su təchizatının yaxşılaşdırılması üçün bölgələrdə 13 min kilometr uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modultipli sutəmizləyici qurğu quraşdırılıb, 706 min nəfər əhali içməli su ilə təmin edilib.

Ötən il ərzində ölkədə 1300 kilometr avtomobil yolu salınıb ki, bu da əvvəlcədən nəzərdə tutulandan 300 kilometr çoxdur. Cəmi 1000 km yol çəkilməsi nəzərdə tutulmuşdu. Ancaq il ərzində rayonlara səfərlərim zamanı mənə edilən müraciətlər, sonra vətəndaşlar tərəfindən ünvanlanan məktublar əsasında biz əlavə 300 kilometr yolun çəkilişinə nail olduq. Dünya ekspertlərinin qiymətləndirmələrinə görə, respublikamız avtomobil yollarının keyfiyyəti reytinginə əsasən dünya ölkələri arasında 27-ci yerdə qərarlaşıb. Azərbaycan bu göstəriciyə görə, hətta bir sıra inkişaf etmiş ölkələrdən irəlidədir.

Son illərdə müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində respublikada sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlət başçısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşib. Təkcə 2019-cu il ərzində sözügedən istiqamətdə ölkə rəhbərinin iştirakı ilə həyata keçirilən tədbirlərə qısa nəzər salmaqla bunu aydın görmək olar. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ötən il Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR karbamid”, yüksəksıxlıqlı polietilen, Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodları, Bakıda “Şimal-2” elektrik stansiyası istifadəyə verilib.

Keçən il ən mühüm hadisələrdən biri də Trans-Anadolu boru kəməri (TANAP) qaz kəmərinin istismara verilməsi olub. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bildirib: “2019-cu ildə TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra “Şahdəniz-2” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilib. Əgər TANAP imzalanmasaydı, “Şahdəniz-2”nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi, doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90 faizi keçib. Əminəm ki, biz bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik”.

Xatırladım ki, TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.2019-cu ildə bəzi müavinətlər 50 faiz, bəzi isə 2 dəfə artırılıb, tələbələrin təqaüdləri artırılıb, şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilib, bundan əlavə, şəhid ailələrinin və məcburi köçkünlərin aylıq müavinətləri artırılıb. Azərbaycan prezidenti deyib:”… bütün bunlar böyük vəsait tələb edən məsələlərdir və bir neçə milyard manata başa gəlir. Ancaq biz bunu edirik. İlk növbədə, ona görə ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İkincisi, ona görə ki, buna imkanımız var. Əgər istəyimiz olsaydı, imkanımız olmasaydı, bunu necə etmək olardı? Bax, iqtisadi gücümüzü toplayaraq bugünkü reallığı təmin etdik ki, biz bunu edə bilirik. Deyə bilərəm ki, yaxın ətrafda bu cür sosial təşəbbüs göstərən ikinci ölkə yoxdur. Əgər varsa, qoy mənə desinlər, yoxdur. Biz bunu ona görə edirik və hesab edirik ki, bu, düzgündür. Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik. Ona görə sosial sahədə görülmüş bu işlər bir daha bizim siyasətimizi əks etdirir, bizim gücümüzü göstərir və bundan sonra da bu sahə daim diqqət mərkəzində olacaqdır”.

Azərbaycanda 2004-cü ildən başlayaraq, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramları da ölkəmizin tərəqqisində önəmli rol oynayıb. Bu proqramların icrası respublikamızın hərtərəfli inkişafının təmin edilməsinə, paytaxtla bölgələr arasında fərqin azalmasına səbəb olub. Təsadüfi deyil ki, proqramların qəbulundan sonra regionlarda onlarla kiçik, orta və böyük həcmli müəssisələr istifadəyə verilib, müasir infrastruktur yaradılıb, turizm inkişaf edib, aqrar sektorda məhsul istehsalı dəfələrlə artıb.

Son illərdə müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində respublikada sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlət başçısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşib. Təkcə 2019-cu il ərzində sözügedən istiqamətdə ölkə rəhbərinin iştirakı ilə həyata keçirilən tədbirlərə qısa nəzər salmaqla bunu aydın görmək olar. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ötən il Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR karbamid”, yüksəksıxlıqlı polietilen, Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodları, Bakıda “Şimal-2” elektrik stansiyası istifadəyə verilib.

Həyata keçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində 2019-cu ildə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım prosesləri sürətlənib və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olub.

Bu illər ərzində regionlarda 58 min kilometr uzunluğunda yeni qaz xətləri, su təchizatının yaxşılaşdırılması üçün bölgələrdə 13 min kilometr uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modul tipli sutəmizləyici qurğu quraşdırılıb, 706 min nəfər əhali içməli su ilə təmin edilib. Uzunluğu 16 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib.

Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində son 16 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Ötən ildə qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub. 2019-cu ildə Regionların sosial-iqtisadi inkişafının dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib, eyni zamanda, Prezidentin imzaladığı sərəncamlarla əlavə olaraq 1 milyard manata yaxın vəsait ayrılıb. 2020-ci il fevralın 3-də keçirilmiş “2019-2023-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 2019-cu ilin iqtisadi baxımdan “uğurlu il” olduğunu qeyd edib və son bir ildə əldə edilən iqtisadi uğurları sadalayıb. Ölkə prezidenti öz giriş nitqində qeyd edib ki, dördüncü regional Dövlət Proqramının icrasının birinci ilində qeyri-neft sektorunun sistemli inkişafı nəticəsində 98 min yeni iş yeri yaradılıb. Bu, məşğulluq səviyyəsinin yüksəlməsinə, işsizliyin azalmasına müsbət təsir göstərib.

2019-cu ilin bütün göstəriciləri də çox uğurlu idi. Həmin il ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub ki, bu da ölkə iqtisadiyyatının həm xarici, həm də daxili investorlar üçün cəlbedici olduğundan xəbər verirdi. İl ərzində makroiqtisadi vəziyyət sabit qalıb. İnflyasiya 2,5 faiz təşkil edib, əhalinin gəlirləri isə 7,4 faiz artıb. Bu dövrdə valyuta ehtiyatları 6,4 milyard dollar artaraq ilin sonuna rekord həddə – 51 milyard dollara çatmışdı.

Ölkənin on bölgəsində sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri yaradılıb. Ötən ildə bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb. Qeyd etmək lazımdır ki, sənaye zonalarında istehsal olunan məhsulun 80 faizindən çoxu Sumqayıt Kimya Sənaye Parkının payına düşür. Balaxanı Sənaye Parkının fəaliyyəti isə genişlənərək ikinci mərhələyə daxil olub. Bu baxımdan digər sənaye zonalarında da fəaliyyətin səmərəsinin artırılmasına nail olunması vacibdir. İndiyədək verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, 28 minədək yeni iş yerinin açılmasına səbəb olacaq. Bu layihələrin 87 faizi regionların payına düşür. Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi işləri davam etdirilir. Qeyd etməliyəm ki, bu prosesin dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi üçün kreditləşdirmə geri qaytarılan vəsaitlər hesabına təmin edilir. 2019-cu ildə bunun hesabına 1573 sahibkarlıq subyektinə 175 milyon manat məbləğində güzəştli kredit verilib.

İxracın təşviqi və qeyri-neft məhsullarının ixracı zamanı çəkilən xərclərin bir hissəsinin qaytarılması mexanizmi çərçivəsində keçən il də yerli ixracatçılara 9 milyon manata yaxın vəsait qaytarılıb. Hazırda İqtisadi İnkişaf Nazirliyi tərəfindən Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirmək imkanları araşdırılır. Əsas məqsəd isə yalnız rəqabətqabiliyyətli və yüksək keyfiyyət standartlarına malik yerli məhsullara milli keyfiyyət nişanı olan “Made in Azerbaijan” brendini verməklə onların xarici bazarlara çıxışını genişləndirməkdir. Dövlət proqramlarının uğurlu icrası nəticəsində əvvəlki illə müqayisədə 2019-cu ildə kənd təsərrüfatı emal müəssisələrinin ixracı ümumilikdə 14 faiz artıb. Kənd təsərrüfatında artımla bağlı bəzi rəqəmləri də qeyd etmək olar: Beləliklə,2019-cu ildə barama istehsalı 25, pambıq 26, yumurta 9, günəbaxan 43, kartof 12, tərəvəz 12, bostan məhsulları 11, meyvə və giləmeyvə 9, yaşıl çay yarpağı 7, üzüm 20 faiz artmışdır. İxrac da əhəmiyyətli dərəcədə artıb.

Ölkənin aqrar sektorunun inkişafında böyük rol oynayan 33 rayonunda 51 aqropark və yerli fermer təsərrüfatının yaradılması ilə bağlı planlar çərçivəsində 2019-cu ildə 16 aqropark və ya fermer təsərrüfatında işlər başa çatıb.

Bu gün ən qabaqcıl texnologiyaya, silahlara, yüksək vətənpərvərlik ruhuna malik olan, istənilən vəzifəni layiqincə yerinə yetirməyə və işğal altındakı torpaqlarımızı Ermənistan silahlı birləşmələrinin təcavüzündən azad etməyə qadir olan güclü Azərbaycan Ordusu var. 2016-cı ilin Aprel döyüşləri ordumuzun real gücünü bütün dünyaya sübut etdi. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerdədir. Azərbaycan bu gün dünya miqyaslı böyük nəqliyyat və enerji layihələri, o cümlədən, “Cənub” qaz dəhlizi, “Şahdəniz-2”, “Trans-Anadolu Qaz Kəməri–TANAP”, “Trans-Adriatik Kəməri–TAP”, “Bakı-Tbilisi-Qars” dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Limanı və s. layihələri uğurla həyata keçirməkdədir.

Heydər Əliyev ideyalarının və siyasi kursunun davam etdirilməsinin zəruriliyini hesab edən Azərbaycan xalqı 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində bir daha ulu öndərə olan sonsuz hörmət və məhəbbətini nümayiş etdirmiş, öz səsini YAP sədri İlham Heydər oğlu Əliyevə vermişdir. İlham Əliyev 3.946.439 seçici səslərinin mütləq böyük hissəsini, 86,02% -ni və ya 3.394.898 səs qazanmış, bu nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 aprel 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuşdur. Beləliklə, Əliyev İlham Heydər oğlu yenidən 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilmiş və 18 aprel 2018-ci ildə and içmişdir.

2018-ci il aprelin 11-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev ölkəmizin bütün sferalarını, o cümlədən sosial-iqtisadi sahəni əhatə edəcək yeni islahatlar paketini açıqlamışdır. Bu islahatların məntiqi nəticəsi olaraq 2020-ci il fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirilmiş, yeni parlament formalaşmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin yeritdiyi iqtisadi siyasətin mahiyyəti, ölkəmizin dinamik iqtisadi inkişafına nail olmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri neft sektorunun inkişaf etdirilməsi, rəqabətədavamlı məhsulların istehsalı və xarici bazarlara çıxarılmasından ibarətdir.

2020-ci il fevralın 3-də keçirilən “Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci illiyinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir:”Azərbaycan bu gün dünyada sayı o qədər də çox olmayan o ölkələrdəndir ki, tam müstəqil siyasət aparır. Müstəqil siyasət aparmaq üçün bir çox amillər olmalıdır — ölkələrin ərazisi, onların potensialı, ümumi daxili məhsulu, hərbi qüdrəti və s. Biz bilirik ki, dünyada güc mərkəzləri hansı ölkələrdir. Əlbəttə, Azərbaycan öz həcminə və coğrafi ərazisinə görə böyük ölkələrlə rəqabət apara bilməz, belə fikri də yoxdur. Ancaq buna baxmayaraq, müstəqil siyasət aparmaq üçün bizdə kifayət qədər imkanlar var. Bunların başlıcası xalqın dəstəyidir, bizim siyasətimizə göstərilən dəstək və etimaddır. Əlbəttə ki, iqtisadi göstəricilərimiz, siyasi arenadakı fəaliyyətimiz bizim gücümüzü artırır və Azərbaycan ildən-ilə daha da güclənir və güclənəcəkdir”.

Bildiyiniz kimi, 2018-ci ilin prezident seçkilərindən sonra ölkəmizdə islahatların yeni mərhələsi başlamışdır. Bu islahatları yeni mərhələsinin başlandığını Azərbaycan prezidenti cənab İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində bəyan etmişdi. Keçən müddət ərzində Azərbaycan prezidenti başda olmaqla yeni təşkil olunmuş hökümət tərəfindən həmin islahatlar ardıcıl olaraq icra edilir.

2020-ci ilin yanvar ayının 7-də Ümumdünya Səhiyyə Təşkilatı dünya üzrə yeni qorxunc virusun yayıldığını bildirərək Koronavirus-19 pandemiya elan etdi. Həmin dövrdən etibarən Covid-19 virusunun dünya üzrə sürətlə yayılması səbəbindən ölkələr arasında sərhədlər bağlandı,gəliş-gediş kəsildi, sanki yeni bir dövr, era başlandı. Eyni zamanda dünya bazarlarında neftin qiymətində

kəskin eniş başladı, əvvəl bir barelə görə 40 ABŞ dollarına, daha sonra 20 ABŞ dollarına, hətta 2020-ci ilin aprelin 20-də isə xam neftin qiyməti sıfırın altına düşdü.

Dünyanın bütün dövlətlərini bürüyən böhran Azərbaycandan da yan keçmədi. Lakin ümummilli lider Heydər Əliyevin parlaq zəkası və ölməz ideyaları əsasında formalaşmış siasi kursun layiqli davamşısı olan hazırkı prezident cənab İlham Əliyevin yeritdiyi ardıcıl, düzgün və çevik siyasət nəticəsində möhkəm və dayanaqlı iqtisadi bazaya malik olan Azərbaycan dövləti bu əsl müharibəyə bərabər olan vəziyyətdən çıxmaq imkanına qadir olduğunu sübut etdi. Son 3 ay ərzində dövlətimizin həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmiz pandemiyanın mənfi təsirinin aradan qaldırılması istiqamətində nümunəvi ölkələrdən biri olmuşdur. Pandemiya dövründə Azərbaycan hakimiyyəti üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi təşkil etmişdir. Bu istiqamətdə atılan addımlara toxunan dövlət başçısı İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur.

İşsiz və işaxtaran kimi qeydə alınmış 200 min insan üçün nəzərdə tutulan proqramın əhatə dairəsi dövlət başçısının humanist siyasəti nəticəsində 3 dəfə genişlənərək 600 minə çatdırıldı. Artıq 600 min şəxsə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, onun da 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödəniş edilib. Birdəfəlik ödəmə proqramı pandemiya dövründə birbaşa o şəxslərə yönəlib ki, o insanlar işsiz və heç bir qazanca, gəlirə malik deyillər, dövlətdən hər hansı sosial ödəniş almırdılar. Məqsəd ondan ibarət idi ki, ilk növbədə məhz həmin köməksiz, dəstəksiz qalmış insanlar müdafiə olunsunlar, onlara dövlət öz köməkliyini etsin. Daha sonra ünvanlı sosial yardım alan ailələrin sayı 90-minə qədər, ictimai işə cəlb olunan ailələrin də sayı isə 70 minə qədər artırılıb.

Pandemiya ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlər tək ölkə daxilini əhatə etmir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən 2020-ci ilin martın 23-də Azərbaycan prezidentinə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmiş, Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Ölkəmiz dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar könüllü maliyyə yardımı ayırmışdır. Bu vəsait pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün ayrılmış və bizimlə razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulmuşdur. Bundan əlavə, koronovirus pandemiyası ilə mübarizədə Azərbaycan Respublikası keçmiş sovet respublikalarından biri kimi çətin iqtisadi durumda olan Tacikistana da dostluq və qardaşlıq münasibətlərinin göstəricisi olaraq yardım göstərmişdir. Bu, Azərbaycan Respublikasının dünyada iqtisadi güc və nüfuz sahibi kimi öz sözünü deməyə qadir olduğunu göstərir və onu sübut edir ki, dövlətimizin beynəlxalq nüfuzu yüksək səviyyədədir.

Qeyd edək ki, koronavirus pandemiyası dövründə bir çox məsul beynəlxalq tədbirlərin Azərbaycan prezidenti c. İlham Əliyevin sədrliyi ilə keçirilməsinə ölkəmizin mənəvi haqqı çatır. Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bu tədbirin əhəmiyyəti ondan ibarət idi ki, Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirən ilk beynəlxalq təşkilat olmuşdu. 2020-ci il mayın 4-də isə Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü təşkil olundu. Ölkəmiz artıq son illərdə dünyanı narahat edən problemlərin, münaqişə və konfliktlərin, separatizm, terrorizm, dini ayrıseçkilik, islamafobiya, ksenofobiya və s. kimi antihumanizm meyllərinə və hərəkatlarına qarşı səsləndirilən əsas fikir və bəyanatların, çağırışların mərkəzlərindən birinə çevrilib. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun bir daha artdığını təsdiq edir.

Bütün bu uğurların və qələbələrin təməlində, şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin ölməz dövlətçilik və müstəqillik ideyaları dayanır. Müstəqillik bizim üçün ən böyük sərvətdir, biz bu suverenliyi qoruyuruq və daim göz bəbəyi kimi qoruyacağıq.

 

 

Tarixi qayıdış və xalqın qurtuluşu

 

“… Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycanın bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm… Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm… Ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. Bu fikri ulu öndər Heydər Əliyev 1993-cü il 15 iyununda Azərbaycan parlamentinin tarixi iclasında sədr seçildikdən sonra öz çıxışında səsləndirib.

1993-cü il 15 iyun tarixi müasir Azərbaycan Respublikasının tarixinə Qurtuluş günü kimi daxil olub. Azərbaycan xalqı və dövləti həqiqətən də həmin gün xilaskar Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində parşalanmaq, vətəndaş müharibəsi, torpaqlarımızın daha böyük hissəsinin işğal olunması və s. kimi təhlükələrdən, bir sözlə məhv olmaqdan xilas oldu və qurtuldu. Haqlı olaraq, 1997-ci ildən bayram kimi qeyd olunan həmin günə 1998-ci ildən dövlət statusu verilmişdir.

Xalq Heydər Əliyevin yolunu çoxdan gözləyirdi

Üstündən 27 il ötməsinə baxmayaraq hələ indiyə qədər də 1993-cü il 4 iyun Gəncə hadisələrinə və Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı tarixinə ayrı-ayrı qələm sahibləri, iqtidar yönümlü siyasi partiyaları və radikal müxalifət nümayəndələri tərəfindən müxtəlif rakursdan baxılır və qiymətləndirilir. Bu günün özünə qədər də o vaxtkı AXC-Müsavat hakimiyyətinin mənsubları bu tarixi hadisənin əsl mahiyyətini ya başa düşmür, ya da qəsdən müxtəlif yanlış mövqelərdən izah etməklə öz məğlubiyyətlərinə haqq qazandırmağa, bu və ya digər üsul və vasitələrlə günahı başqalarının və yaxud da bir-birinin üzərinə atmaqla öz günahlarını ört-basdır etməyə, özlərini sudan quru çıxarmağa cəhd edirlər. Əsl həqiqətdə isə bu hadisələr o dövrdə ölkəmizdə olan anarxiyanın, başıpozuqluğun, hakimiyyətsizliyin, özbaşınalığın məntiqi nəticəsindən doğmuşdu.  SSRİ dağılan ərəfədə istər hakimiyyətdən qovulan keçmiş kommunist partnamenqlatura mənsubları, istərsə də onların yerinə hakimiyyətə gəlmiş və cəmi bir il sonra 1993-cü il Gəncə hadisələri zamanı hakimiyyətini itirən AXC-Müsavat cütlüyü bir həqiqəti anlamaq istəmirlər ki, onlar dövrün, zamanın tələbindən, dünyada baş verən tarixi hadisələrin mahiyyətindən bixəbər idilər. Bir anlığa təsəvvür edək ki, 1993-cü ilin 15 iyun hadisələri baş verməyəydi. Onda belə çıxır ki, AXC-Müsavat cütlüyü indiyə qədər də hakimiyyətdə olacaq, hakimiyyəti bir-birinə ötürə-ötürə, bu günə qədər də bir-biri ilə didişə-didişə hakimiyyəti idarə edəcək, ölkəmizdə isə bu günə qədər anarxiya, özbaşınalıq davam edəcək, sabitlik olmayacaq, xarici investisiyalar cəlb edilməyəcək,  neft müqavilələri bağlanmayacaq, hazırkı inkişafdan və tərəqqidən söhbət belə gedə bilməyəcəkdi. Belə vəziyyəti təsəvvür etmək belə adama dəhşətli gəlir.

Bu çox yanlış fikirdir ki, əgər Gəncə hadisələri baş verməsəydi, AXC-Müsavat cütlüyü hakimiyyətdən getməyəcəkdi. Xeyr, gec, ya tez o hakimiyyəti xalq özü ayağa qalxaraq silib-süpürüb atacaqdı… Ona görə ki, istər keçmiş partnomenklatura kommunistlərini və onların bərbad  idarəçiliyini, istərsə də AXC-Müsavat iqtidarının səriştəsiz rəhbərliyini xalq qəbul etmirdi.

Birinciləri, yəni Ə.R.Vəzirov və Ayaz Mütəllibov komandasının üzvlərini xalq ona görə qəbul etmədi ki, onlar SSRİ dağılan ərəfədə dünyada gedən proseslərin mahiyyətini dərk etmirdilər. Bir tərəfdən SSRİ-nin sonuncu rəhbəri M.S.Qorbaçovun xeyir-duası ilə Dağlıq Qarabağ və ona bitişik torpaqlarımız Ermənistan Respublikası tərəfindən işğal olunurdu, onların gözü isə yenə də Moskvada idi və oradan buyruq gözləyirdilər. 1988-ci ildən sonra respublikamızda baş verən hadisələri qısaca olaraq bir daha xatırlasaq görərik ki, 1991-ci ilin oktyabrında Azərbaycan Respublikası keçmiş SSRİ-nin dağılması ərəfəsində öz dövlət müstəqilliyini yenidən bərpa etdiyi ərəfədə respublikamızda çox böyük çaxnaşmalar baş verdi, bu müstəqillik elə-belə ucuz başa gəlmədi. İlk öncə, 1988-ci ilin fevralından başlayaraq qonşu Ermənistan Respublikası tərəfindən keçmiş SSRİ rəhbəri M.S.Qorbaçov başda olmaqla sovet rəhbərliyinin himayəsi ilə Azərbaycanın qədim torpağı və tarixi ərazisi olan Dağlıq Qarabağa qarşı ərazi iddiaları irəli sürməklə Dağlıq Qarabağ probleminin başlanmasına rəvac verildi. Daha sonra Ermənistan Respublikasında yaşayan 250 mindən artıq azərbaycanlılar tarixi Qərbi Azərbaycan torpaqları olan İrəvan və digər bölgələrdən qovulub çıxarıldı. Bununla da kifayətlənməyən düşmən dövlətlər və xarici qüvvələr müstəqilliyini bərpa etmək istəyən Azərbaycanı cəzalandırmaq, onu ayrı-ayrı hissələrə parçalamaq məqsədi ilə Sumqayıt, 20 Yanvar, Xocalı və s. kimi yeni-yeni düşünülmüş ssenarilər əsasında hadisələr törədərək Azərbaycanın daxilində tam ictimai-siyasi, iqtisadi və hərbi böhran şəraiti yaratdılar. Vəziyyəti xüsusilə təhlükəli edən səbəblərdən biri də bu idi ki, həmin dövrdə nə ölkəyə rəhbərlik edən Ə.Vəzirov, A.Mütəllibov, E.Qafarova kimi yerli sovet və kommunist rəhbərləri, nə də yenicə siyasi meydana çıxmış və hakimiyyətə can atan Xalq Cəbhəsi fəalları birləşərək ölkəni bu vəziyyətdən qurtara bilmədilər. Xocalı faciəsi (1992-ci il fevralın 26-sı) baş verdikdən və Şuşa şəhəri işğal olunduqdan (1992-ci il 8 may) sonra Ayaz Mütəllibovun rəhbərlik etdiyi keçmiş sovet kommunist rəhbərliyinin hakimiyyətinə son qoyuldu. Hakimiyyətə müstəqillik tərəfdarı olduqlarını bəyan edən, lakin heç bir idarəçilik təcrübələri olmayan Xalq Cəbhəsi fəalları gəldikdən sonra vəziyyət daha da ağırlaşdı. Qısa müddət ərzində AXC-Müsavat iqtidarının səriştəsiz kadr siyasəti, iqtisadiyyat və xarici siyasət və bir çox başqa sahələrdə yol verdikləri səhvlər nəticəsində Azərbaycanda tam şəkildə hakimiyyət boşluğu, anarxiya və özbaşınalıq yarandı.

Artıq bütün Azərbaycan xalqı Xocalı hadisələrindən sonra yaxşı dərk edirdi ki, Azərbaycanı bu ağır bəlalardan xilas etmək üçün yeganə bir şəxsiyyət – dünya şöhrətli siyasətçi və dövlət xadimi olan Heydər Əliyev hakimiyyətə gəlməlidir. Lakin vəziyyətdən istifadə edərək hakimiyyəti ələ alan Xalq Cəbhəsi-Müsavat iqtidarı qısa müddət ərzində xalqın bəzi hissəsinin də ümidlərini puç etdi və onlara da anlatdı ki, Azərbaycanı belə ağır bir durumdan çıxarmaq yenicə hakimiyyətə gələn, torpaqlarımızın işğalının qarşısını ala bilməyən Xalq Cəbhəsi-Müsavat cütlüyünün də bacaracağı bir iş deyil. Ölkədə həmin vaxt mövcud olan ikitirəliyin, siyasi böhranın əsas göstəricisi Azərbaycan Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin 1993-cü ilin fevralında Fərəc Quliyevin imzası ilə yayılan  bəyanatında tam çılpaqlığı ilə ortaya qoyulmuşdu. Həmin vaxtı, yəni 1993-cü ilin aprelində Kəlbəcərin işğalından sonra bütün Azərbaycan xalqının ümidi və pənahı yalnız bir şəxsə — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi (1969-1982), Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi  Bürosunun  üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini (1982-1987) vəzifələrində çalışmış, 1987-ci ilin oktyabrın 25-də Moskvada bütün vəzifələrdən istefa verdikdən sonra doğma Vətənə qayıdaraq 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyət göstərən Heydər Əlirza oğlu Əliyevə qalmışdı.

Məhz belə bir vaxtda, yəni ölkə tam mənəvi, siyasi, iqtisadi və hərbi böhran vəziyyətində olduğu bir zaman, Gəncədə 1993-cü ilin 4 iyun hadisələri baş verdi, ölkədə mitinqlər başlandı, döyüş bölgələrindəki silahlı qüvvələr geri çağırıldı. Vəziyyəti düzəltmək üçün Gəncəyə ezam edilmiş Prezident Aparatının ovaxtkı ərazi orqanları ilə iş üzrə şöbə müdiri və dövlət müşaviri olan Arif Hacıyev isə AXC İK-nin bəyanatını səhv adlandırdı. Söz yox ki, Arif Hacıyev tərəvindən verilən bu açıqlama hakimiyyət daxilində ayrı-ayrı qruplaşmaların olmasından xəbər verir, hakimiyyətdaxili  qarşıdurmanı kəskinləşdirməyə xidmət edirdi. Belə də oldu. Beləliklə, hakimiyyətdaxili düşmənçiliyin məntiqi nəticəsi olaraq, 1993-cü il 4 iyun hadisələri baş verdi. Ona görə də 1993-cü ilin iyun hadisələrinin baş verməsinə görə ovaxtkı hakimiyyəti idarə edənlər də Sürət Hüseynovun dəstəsi ilə bərabər şəkildə məsuliyyət daşıyırdılar.

Beləliklə, ölkədə siyasi böhranın günbəgün dərinləşdiyi, Dağlıq Qarabağdan əlavə, ətaf rayonların, o cümlədən  Kəlbəcərin işğalından bir az sonra  Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi ilə dövlət çevrilişinə cəhd olundu və hərbi qiyam başlandı. AXC-Müsavat iqtidarı şok vəziyyətində idi. Hadisələrin sürətlə cərəyan etməsi fonunda dövlət orqanlarının çaş-baş qalması, AXC rəhbərliyinin isə ümumiyyətlə, iflic vəziyyətdən çıxa bilməməsi qabarıq şəkildə özünü büruzə verirdi. DİN və AXC informasiya mərkəzinin yaydığı məlumatlarda vəziyyət reallığa uyğun qiymətləndirilmir, hadisələrə görə bütün cavabdehlik S.Hüseynovun üzərinə atılırdı. 1993-cü il iyunun 5-də xalqa müraciətində sabiq prezident Əbülfəz Elçibəy gəncləri səbirli olmağa və vətəndaş sülhünü bərpa etməyə çağırırdı. Bununla da ən yüksək səviyyədə etiraf olunurdu ki, ölkədə vətəndaş qarşıdurması mövcuddur. Hadisələrin qarşısını almaq gücündə olmayan AXC-Müsavat iqtidarı 2 gün sonra, iyunun 7-də Prezident Aparatında (PA) müşavirə keçirmək qərarına gəldi. Lakin bu müşavirə nəinki vəziyyəti düzəltdi, əksinə onu daha da ağırlaşdırdı. Həmin müşavirədə Müsavat partiyasının hazırkı sədri Arif Hacılı Gəncənin bombalanması kimi “ dahiyanə”  təkliflə çıxış etmişdi. Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin  nitqindəki qarmaqarışıqlıq da hakimiyyətin düşdüyü çaşqınlığı əyani şəkildə göstərirdi. Orada verilən  təkliflərin  də heç biri ağlabatan deyildi. Müdafiə naziri D.Rzayevin məsələyə aydınlıq gətirmək cəhdi, daxili işlər naziri A.Abdullayevin nitqinin son ümidləri alt-üst etməsi Fəhmin Hacıyev kimi avantüristlərin məsuliyyətsiz fikirlər söyləməsinə şərait yaradırdı. O həmin vaxt müşavirədə belə demişdi: «Bu gündən etibarən konkret hərbi qüvvələrə icazə verilsin ki, Gəncə şəhərindən əhalinin çıxarılmasına və orada hərbi əməliyyatın keçirilməsinə imkan verilsin». Bir qədər əvvəl müxalifətə müraciətdə «biz tank üstündə hakimiyyətə gəlmişik, bacarırsınız, siz də gəlin», — deyən spiker İsa Qəmbərin kresloda düşdüyü ağır durum göz qabağında idi. Sonrakı günlərdə, iyunun 8-9-da Milli Məclisdə keçirilən iclaslar ölkənin hansı vəziyyətə salındığını, AXC-Müsavat hakimiyyətinin mahiyyətini bütün qabarıqlığı ilə göstərdi. Qarşılıqlı ittihamlar, söyüş, hədə-qorxu, şantaj — bu iqtidarın hansı vasitələrdən istifadə edərək hakimiyyətə gəldiyini ortaya qoydu.

Həmin vaxt ölkədə digər bir siyasi qüvvə isə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədri Etibar Məmmədov və onun tərəfdarları idi. Hadisələrin qızğın çağında AMİP də AXC-Müsavat hakimiyyətini müdafiə etmədi  AMİP sədri Etibar Məmmədov belə demişdi: «… İsa bəy, sizin əliniz qana batıb! Ona görə də bu qanı boynunuzdan atmaq istəyirsiniz». İsa Qəmbər isə ona belə cavab vermişdi: «Etibar bəy, 709-cu briqadanın müdafiə nazirinə tabe olmamasında sizin də əliniz var. Qardaş qırğınına səbəb olan şəxslərdən görünür biri də sizsiniz və qardaş qırğınını vətəndaş müharibəsinə çevirmək cəhdi də sizin çıxışlarınızdan açıq-aydın görünür».

Etibar Məmmədov bir daha onun fikrinə belə reaksiya vermişdi: «İsa bəy, həyasızcasına yenə bu işi davam etdirirsiniz, bəsdir də! Nə qədər olar bu milləti dolamaq!» Ovaxtkı iqtidar  onlara qarşı müxalifətdə olan digər şəxslərə, o cümlədən də Rəhim Qazıyev, Nemət Pənahlı və başqalarına da kömək barədə müraciər etmişdi. Lakin onların  düşdüyü  bu çətin vəziyyətdən çıxmaq üçün uzatdığı əlləri havada qaldı və öz keçmiş hərəkat yoldaşları tərəfindən onlara heç bir kömək olunmadı.

Bu deyilənlər parlamentdə nələrin baş verdiyini açıq-aydın göstərirdi. Ölkədə faktiki ikinci şəxs hesab olunan parlamentin sədri İ.Qəmbərin baş verənlərin ictimaiyyətin diqqətinə çatdırılmasını əngəlləmək istəməsi isə AXC-Müsavat iqtidarının öz hakimiyyətini qoruyub-saxlamaq cəhdi idi. Spiker nəinki MM-in sessiyasını televiziya vasitəsilə yayımlanmasını əngəlləyirdi, hətta Gəncədən qayıtmış ağsaqqallardan ibarət komissiyanın MM-ə gəlib açıqlama verməsinin qarşısını alırdı.

Dövlət müşaviri Arif Hacıyev belə bəhanə gətirirdi ki, guya «Komissiya üzvləri bildiriblər ki, həmin adamlar (MM qarşısında piket keçirənlər — Q.Ə.) oradan getsinlər, sonra biz gəlib iştirak edək».

Gəncə kimi qarşıdurma olan yerə getməkdən qorxmayan şəxslər indi MM-in qarşısındakı piketdən qorxurdular. Məsələyə aydınlıq gətirən komissiya üzvü, vaxtilə Azərbaycan Respublikasının rəhbəri olmuş İmam Mustafayev deyirdi: «Prezident 5 saat bizi öz otağında saxladı. Beş saatda bizim xəbərimiz yox idi ki, Milli Məclis (MM) bizi gözləyir. Burada da xəbər yayıblar ki, guya biz qorxuruq bura gəlməyə».

Parlamentin sessiyasındakı maraqlı məqamlar bununla yekunlaşmır. Artıq iyunun 8-də MM bəzi qərarları qəbul etməyə müvəffəq olur. Lakin iyunun 9-da AXC İK-nin sədri F.Quliyev söz alaraq çox maraqlı bəyanat verir. Gəncədəki qeyri-qanuni silahlı dəstələrin tərksilah olunmasını və S.Hüseynovun saxladığı girovların buraxılmasını tələb kimi parlamentin qarşısına qoyan Fərəc Quliyev deputatların girov götürüləcəyini və onların binadan çıxmasına imkan verilməyəcəyini bəyan edir. Beləliklə, AXC-Müsavat hakimiyyəti sınaqdan keçmiş metoda əl ataraq 15 may 1992-ci ildə Ayaz Mütəllibovun devrilməsi zamanı baş verən hadisələri təkrarlamaq istəyirdi. Ancaq zaman o zaman deyildi.

AXC-Müsavat iqtidarının hakimiyyəti tam itirdiyi  göz qabağında idi. İş o yerə çatmışdı ki, hətta prezident Əbülfəz Elçibəyin Gəncəyə göndərdiyi dövlət komissiyasının üzvləri Fərəməz Maqsudov və Sabir Rüstəmxanlı da xüsusi azğınlıqla təhqir olunmuşdular və gecəyarı zalı tərk edərkən fiziki təzyiqə məruz qalaraq döyülmüşdülər.

Belə bir zamanda hakimiyyətə gəldiyi ilk dövrlərdə ölkədəki digər siyasi qüvvələrə qarşı qərəzli mövqe tutan, onlarla güc dili ilə danışan AXC-Müsavat hakimiyyəti vəziyyətin idarəolunmaz dərəcəyə gəlib çıxdığını görərək müxalifətə üz tutmağa, nüfuzlu şəxslərdən kömək ummağa başladı.

Həmin vaxt iqtidarda olan AXC-Müsavat hakimiyyəti əsasən iki qüvvəyə — Yeni Azərbaycan Partiyasının (YAP) sədri və Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri  Heydər Əliyevə və AMİP sədri Etibar Məmmədova müraciət etdi. Lakin E.Məmmədovun kifayət qədər ovaxtkı hakimiyyətə qarşı daha radikal və barışmaz olduğunu anlayan hakimiyyət nümayəndələri Heydər Əliyevlə əməkdaşlıq etmək qərarını verdilər. Ancaq bu yerdə də Xalq Cəbhəsi-Müsavat hakimiyyəti öz maraqlarına uyğun siyasət yürütməyə başladı.

Sonrakı günlərdə də — 1993-cü il iyunun 8-9-da Milli Məclisdə keçirilən iclaslarda ölkənin hansı vəziyyətə salındığı, AXC-Müsavat hakimiyyətinin ölkəni idarə etmək iqtidarında olmadığı bütün qabarıqlığı ilə görsənirdi. Bu iclasların ana xəttini qarşılıqlı ittihamlar, söyüş, hədə-qorxu, şantaj və s təşkil edirdi. Bütün bunlar həm də ovaxtkı  iqtidarın hansı vasitələrdən istifadə edərək hakimiyyətdə qalmaq istədiyini  ortaya qoyurdu. Artıq 1993-cü il iyunun 8-də Milli Məclis bəzi qərarları qəbul etməyə müvəffəq olsa da, Gəncədəki qeyri-qanuni silahlı dəstələrin tərksilah olunmasına və S.Hüseynovun saxladığı girovların buraxılmasına nail ola bilmədi.

Yalnız və yalnız bir şəxsiyyət, Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyev heç bir şəxsi ambisiya güdmədən ölkəni düşdüyü bu ağır vəziyyətdən xilas etmək üçün ovaxtkı prezident Əbülfəz Elçibəyin çağırışına müsbət cavab verdi. Ümumiyyətlə, Heydər Əliyev Moskvadan Bakıya qayıtdıqdan və Azərbaycan Ali Sovetinin deputatı və Naxçıvan Ali Məclisinin sədri seçildikdən, Yeni Azərbaycan Partiyasını yaratdıqdan sonra etdiyi bütün çıxışlarında o, həmişə iqtidarla konstruktiv əməkdaşlığa hazır olduğunu bəyan etmişdi. 1992-ci il oktyabrın 24-də  “Səs” qəzetində çap olunmuş “91-lərin müraciətinə verdiyi cavabda” da Heydər Əliyev bütün sağlam qüvvələri  vahid dövlətçilik və azərbaycançılıq ideologiyası ətrafında birləşərək gənc, müstəqil və yeni Azərbaycan dövlətinin quruculuğuna töhfə verməyə çağırmışdı. Həmin dövrdə də Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycanın fəlakətinə biganə qala bilməzdi. Məhz bu amil onun 1993-cü ilin iyunun 9-da qəti qərar qəbul edərək Bakıya gəlməsini şərtləndirdi.

Ümummilli lider Heydər Əliyevin əsas məqsədi Azərbaycanı bu və buna bənzər saysız-hesabsız fəlakətlərdən  qurtarmaq idi. Beləliklə, Azərbaycanın qurtuluşuna səbəb olan bir möhtəşəm addım atıldı.

Lakin dahi siyasətçi kimi Heydər Əliyev AXC-Müsavat cütlüyünün bu cür «yumşalmasının» arxasında nəyin dayandığını da yaxşı başa düşürdü. O bilirdi ki, AXC-Müsavat hakimiyyətinin əsas məqsədi heç də ölkəni çətin vəziyyətdən çıxarmaq yox, hakimiyyət kürsüsünü qoruyub-saxlamaqdır. Ona görə də həmin dövrdə hakimiyyət nümayəndələri və hakimiyyətə can atan digər qüvvələr tərəfindən ona qarşı hansısa yeni-yeni  sürprizlər hazırlana biləcəyini də unutmurdu. Beləliklə, bir tərəfdən  Dağlıq Qarabağ problemi ilə əlaqədar torpaqları işğal olunmaqda olan, Yanvar, Xocalı yaraları sağalmamış, digər tərəfdən də vətəndaş müharibəsi ərəfəsində olan Azərbaycan Heydər Əliyevin yolunu gözləyirdi. Xalqın böyük əksəriyyətinin “milli xilas günü”, “milli qurtuluş günü”, “Böyük qayıdış” və s. adlandırdığı həmin tarixi gün belə baş tutdu.

Xilaskar Heydər Əliyev tarixi missiyasını yerinə yetirmək üçün Bakıya gəldi

1993-cü ilin iyunun 9-u saat 15:00-da Heydər Əliyevi Bakıya gətirən təyyarə Binə Hava Limanında yerə endi. Heydər Əliyev Bakıya gəldiyi ilk saatlardan yaranmış ağır vəziyyətlə əlaqədar bir an vaxt itirmədən fəal şəkildə müxtəlif səviyyəli görüşlər keçirərək real vəziyyəti araşdırdı. Əvvəlcə prezident Ə.Elçibəylə ilk məsləhətləşmələr apardıqdan sonra o, Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin binasında elm xadimləri, tanınmış ziyalılarla görüşdü. Həmin görüşdə Heydər Əliyev bildirdi ki, o, Bakıya respublika prezidenti Ə.Elçibəyin təkidli xahişi ilə gəlib və yaranmış vəziyyətdən ağılla çıxmağın yollarını arayır. O, ölkənin ağır vəziyyətində bütün imkanlarından istifadə edəcəyinə və hamını bir araya gətirəcəyinə söz verdi.

Heydər Əliyev orada qətiyyətlə bildirdi: «…Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına daim xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm. Buna heç kəsin şübhəsi olmasın. İkincisi, mən heç vəchlə bir daha Azərbaycanın başqa bir dövlətin tərkibinə daxil olmasına öz imkanlarım daxilində yol verməyəcəyəm və Sovetlər İttifaqı bir daha bərpa oluna bilməz».

Bu fikri ilə Heydər Əliyev vaxtilə Sovetlər İttifaqının başında duran şəxslərdən biri kimi imperiyanın bərpasına çalışan qüvvələrə qəti sözünü dedi və Bakıya qayıdışının məqsəd və məramını açıqlamış oldu. Heydər Əliyev AEA-da çıxışı zamanı iyunun 9-da bəzi deputatların döyülməsinə etirazını bildirdi və belə hadisələrin nə Milli Məclisə, nə də hakimiyyətdə olan qüvvələrə hörmət gətirməyəcəyini qeyd etdi: «Həyatda, cəmiyyətdə heç bir xidməti olmayan adam böyük iddialarla gəlib Azərbaycanın müstəqilliyini yalnız onun qoruduğunu, Azərbaycanın müstəqilliyinin sahibinin yalnız onun olduğunu, Azərbaycanın müstəqilliyinin monopoliyasının yalnız onun əlində olduğunu deyərək alimə hörmətsizlik edirsə, bu dəhşətdir».

1993-cü il iyunun 13-də Milli Məclisin növbədənkənar iclası keçirildi. Bir gün əvvəl isə televiziya vasitəsilə elan olunmuşdu ki, parlamentdə MM-in sədri İ.Qəmbərin istefası məsələsi müzakirə olunacaq. Artıq İsa Qəmbərin istefası bir zərurət kimi ortaya çıxmışdı. AXC-Müsavat iqtidarının ikinci adamının istefasını vətəndaş müharibəsi təhlükəsindən yan keçmək istəyən hakimiyyət nümayəndələri də razılıqla qarşılayırdı. İyunun 13-də keçirilən iclasın əvvəlində vaxt itirilmədən və geniş müzakirə açılmadan İsa Qəmbərin istefası qəbul edildi.

Sonra MM-in iclasında Ali Sovetin yeni sədrinin seçilməsi məsələsi gündəliyə qoyuldu. Bu vəzifəyə kimin seçiləcəyi də aydın idi — hamı Heydər Əliyevin seçilməsini səbirsizliklə gözləyirdi. Bu vəzifəyə təkcə Heydər Əliyevin namizədliyi qoyulmuşdu.

 

Heydər Əliyev isə bu məsələnin hələ müzakirəyə çıxarılmamasını xahiş edərək Gəncədəki vəziyyətlə tanış olmadığını və məsələni birbaşa yerindəcə aydınlaşdırmaq üçün ora getmək istədiyini bildirdi. Heydər Əliyevin bu addımı mövcud iqtidarın buraxdığı səhvlər nəticəsində yaranmış vəziyyəti aradan qaldırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki vəziyyətlə yerindəcə tanış olmadan, S.Hüseynovun məqsədini aydınlaşdırmadan hər hansısa real addımlar atmaq olduqca çətin idi. Beləliklə, iyunun 13-də axşam saat 6-da Heydər Əliyev, o cümlədən müxtəlif xarici və yerli KİV nümayəndələri Gəncəyə yola düşdülər.

Səfər gözlənildiyi kimi olduqca çətin şəraitdə həyata keçirildi. Qrup Gəncəyə gecə saat 12 radələrində çatdı. Ancaq gözlənildiyinin əksinə olaraq şəhərdə tam sakitliyin olduğu üzə çıxdı və qadağan saatını həyata keçirən əsgərlər onların hərəkətinə heç bir maneə törətmədilər.

1993-cü il iyunun 14-ü səhər saat 8:00-da Heydər Əliyevlə S.Hüseynov arasında gecədən başlamış danışıqlar davam etdirildi.

Orada Heydər Əliyev həlak olanlarla əlaqədar gəncəlilərə başsağlığı verdi və bildirdi: «İndiyədək olduğu kimi, bundan sonra da Gəncədə baş vermiş hadisələrin yalnız ədalət prinsipi ilə araşdırılması, günahkarların müəyyənləşdirilməsi, qardaş qanı tökülməsində iştirak edənlərin, onun təşkilatçılarının qanun qarşısında cavab verməsi üçün bütün tədbirlər görüləcək».

Gəncəyə səfər ərəfəsində iqtidar nümayəndələri ilə aparılan danışıqlarda hakimiyyət tərəfindən irəli sürülən təkliflərin mahiyyəti bundan ibarət idi ki, Heydər Əliyev qiyama mənfi münasibətini heç olmasa ümumi şəkildə bildirməklə, Ə.Elçibəylə əməkdaşlığa getdiyini bəyan etməli və Ə.Elçibəylə birlikdə xalqa, öz tərəfdarlarına müraciət edərək dövlətçiliyi müdafiə etməyə çağırmalı idi. Göründüyü kimi, hətta ən ağır məqamda AXC-Müsavat iqtidarı reallığı düzgün qiymətləndirə bilmir, kürsü maraqlarını dövlətçilik maraqlarından üstün tutduğunu gizlətmirdi.

1993-cü ilin iyunun 15-də Heydər Əliyevin Gəncəyə səfəri ilə əlaqədar təxirə salınmış MM-in fövqəladə iclası davam etdirildi. Yuxarıda qeyd olunduğu kimi, iclasın gündəliyində yalnız bir məsələ — istefa vermiş İsa Qəmbərin yerinə Ali Sovetin sədrinin seçilməsi qoyulmuşdu. Lakin elə ilk andan Ali Sovet sədrinin müavini Tamerlan Qarayev bu məsələnin müzakirəyə çıxarılmasını əngəlləməyə başladı. Onun təklifinə görə, ilk öncə respublikada yaranmış vəziyyətlə əlaqədar güc nazirlərinin məlumatlarının dinlənilməsi, son günlər yaranmış ictimai-siyasi vəziyyət və ondan çıxış yolları, Heydər Əliyevin Gəncə səfəri və onun S.Hüseynovla apardığı danışıqlar, eləcə də digər məsələlər müzakirə olunmalı idi. Hamıya aydın idi ki, Tamerlan Qarayev Heydər Əliyevin Ali Sovetin sədri seçilməsinə mane olmaq istəyir. Heydər Əliyevin bu məsələyə münasibəti kəskin oldu. O bildirdi ki, Gəncəyə gedib topladığı məlumatları söyləyəcəyini kimsəyə söz verməyib, iyunun 13-dəki iclas isə onun xahişi ilə təxirə salınıb. Yəni əgər bu xahiş olmasaydı, gündəlikdə duran əsas məsələ elə iyunun 13-də də reallaşacaqdı.

Arqumentlərin tutarlılığına baxmayaraq T.Qarayev bildirirdi ki, İ.Qəmbərin istefası ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı olan məsələdir. Buna görə də əvvəlcə bu məsələlər müzakirə olunmalı, sonra isə sədrin seçilməsi məsələsi gündəliyə qoyulmalıdır. Bunun üçün o bildirdi ki, Heydər Əliyev S.Hüseynovla apardığı danışıqlar barədə məlumat verməlidir. Heydər Əliyev isə haqlı olaraq qeyd etdi ki, gərginlik yarandığı dövrdən kimsə ora getməyib və bütün bu dövr ərzində burada oturub məsələni müzakirə ediblər. Axı Ali Sovetdə oturub hansı çıxış yollarını müzakirə etmək olardı?

Heydər Əliyev bu yolların çox olduğunu bildirərək müzakirə etməyin yox, tədbir görməyin vaxtı olduğunu bildirdi. Tədbirləri isə səsvermə yolu ilə görmək olmaz. Bunu yalnız səlahiyyətli adamlar görə bilər. Yəni əgər AXC-Müsavat iqtidarı Heydər Əliyevi köməyə çağırıbsa, lakin bunun üçün ona heç bir səlahiyyət vermirsə, hansı köməkdən söhbət gedə bilər və Heydər Əliyev səlahiyyəti olmadığı halda onlara necə kömək edə bilər?

Arqumentlərin əsaslı olduğunu hamı başa düşürdü. Heydər Əliyev son dərəcə hiddətlənmiş halda dedi: «Vaxt qalmayıb, siz Ali Sovetin rəhbərisiniz. Ayın 4-də hadisələr olub. Niyə getməmisiniz ora? Kim sizin qabağınızı alıbdır?.. Siz indi mənə deyirsiniz ki, siz təklif etdiniz ki, mənimlə bir başqa qrup da getsin. Hər bir qrup gedə bilərdi, o cümlədən siz də, Ali Sovetin sədri də və başqa adamlar da gedə bilərdi. Kim sizin qabağınızı almışdı?.. Gəncə hadisələri… Ondan çıxış yolları burada, bu gün müzakirə oluna bilməz. Birinci ona görə ki, deputat-istintaq komissiyası işləyir, bu işi o aparmalıdır. İkincisi, bu məsələ geniş müzakirə oluna bilməz. Bu məsələdən indi çıxış yollarını tapmaq lazımdır, onu da müəyyən bir qrup səlahiyyətli adam apara bilər. Ona görə də siz məni bu məsələlərə çəkməyin. Siz istəyirsiniz, neçə dənə təklifə səs verə bilərsiniz. Ancaq bilin ki, mən bu işlərə qarışmayacağam».

Nəhayət, T.Qarayevin oyunbazlığından təngə gələn prezident Əbülfəz Elçibəy də dilə gəlib həqiqətən də, Heydər Əliyevin onun xahişi ilə Bakıya gəldiyini və köməklik göstərmək üçün ona səlahiyyətlərin verilməsinin zəruri olduğunu bildirdi. Ə.Elçibəy yaxşı başa düşürdü ki, Heydər Əliyevin yüksək səviyyədə bu məsələyə müdaxiləsi olmasa, Azərbaycanda vətəndaş qırğınının qarşısını almaq mümkün olmayacaq. Heydər Əliyevə səlahiyyət vermədən ondan nə isə istəmək də mümkün deyildi. Axı heç bir səlahiyyəti olmayan Heydər Əliyev nə edə bilərdi?

T.Qarayev son addımı atdı — o, bilə-bilə ki, yeganə namizəd Heydər Əliyevdir, alternativ variantları da irəli sürməyə imkan yaratdı. Ancaq kim Heydər Əliyevin alternativi ola bilərdi? Beləliklə, Heydər Əliyevin namizədliyi irəli sürüldü və böyük əksəriyyətin səs çoxluğu ilə (lehinə 34 nəfər, əleyhinə 3 nəfər, bitərəf 1 nəfər, səs vermədi 1 nəfər, iştirak edirdi 39 nəfər) Azərbaycan parlamentinin sədri seçildi.

Uğursuzluqdan məyus olan T.Qarayev iclası davam etdirə bilməyib zaldan çıxmağa məcbur oldu. Sonra iclasa sədrlik edən Afiyəddin Cəlilov sözü Heydər Əliyevə verdi.

Heydər Əliyev Milli Məclisin sədri seçildikdən sonra etdiyi çıxışında dedi: «Mənə bu gün böyük etimad göstərdiyinə görə, Milli Məclisin üzvlərinə minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycanın bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm… Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm… Ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək».

Daha sonra yaranmış vəziyyətin mürəkkəbliyini bir daha xatırladaraq Heydər Əliyev bildirdi: «Güman edirəm ki, hamılıqla bu vəziyyətdən çıxa biləcəyik. Sizin hamınızı bu yolda birliyə dəvət edirəm».

Heydər Əliyevin böyük qayıdışı xalqımıza nə verdi?

Ümummilli Liderin belə bir fikrini bir daha yada salmaq istərdim: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir. Böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da böyük xoşbəxtlikdir”.

Azərbaycan xalqı bu gün o xoşbəxtliyi yaşayır. Lakin bu xoşbəxtlik xalqımıza elə-belə, asan başa gəlməyib. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın azadlıq uğrunda apardığı qanlı mübarizənin, əzmkarlığının, döyüşkənliyinin və son anda müdrik seçimi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə dəvət etməsi sayəsində əldə olunub. 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikası parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı zaman xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdarkən Ulu Öndər bəyan etdi: “Mən ömrümün bundan sonra qalan hissəsini də Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.

Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində qısa zaman kəsiyində 1988-92-ci illərdə ölkəmiz düşdüyü xaosdan, vətəndaş müharibəsi təhlükəsindən, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin qətiyyəti və dövlətçilik əzmi sayəsində 1993-cü ilin iyununda Gəncədə polkovnik S.Hüseynovun rəhbərliyi altında başlanmış qiyam cəhdi və etiraz aksiyaları dinc yolla, qansız-qadasız aradan qaldırıldı və ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Onun ardınca, 1993-cü ilin sentyabrında Lənkəranda Əlikram Hümbətovun rəhbərliyi altında başlanmış separatçı “Talış-Muğan Respublikası”nın varlığına da Ulu Öndərin cəsarəti və qətiyyəti sayəsində son qoyuldu. Simalda bədnam “Sadval” separatçı hərəkatı darmadağın edildi və beləliklə də, ölkəmizin bir neçə yerə parçalanmasının qarşısı alındı.

1994-cü ilin oktyabrında yenə o vaxtkı baş nazir Surət Hüseynovun rəhbərliyi altında planlaşdırılan dövlət çevrilişi cəhdinin, 1995-ci il 13-17 mart tarixlərində Rövşən və Mahir Cavadov qardaşlarının dövlətçilik əleyhinə başladıqları qiyam cəhdlərinin qarşısı məhz onun cəsarəti, qətiyyəti və müdrik idarəetmə təcrübəsi sayəsində məharətlə alındı. Bununla da Azərbaycanı müxtəlif hissələrə parçalamaq, müstəqilliyinə son qoymaq, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, hakimiyyəti ələ keçirmək istəyən daxili və xarici qüvvələrin bədnam niyyətləri puç oldu.

Ulu Öndər xalqın vətənpərvər, qeyrətli nümayəndələrinə: sadə insanlara, gənclərə, ziyalılara arxalanaraq müstəqilliyimizi xilas etdi. O demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Heydər Əliyev öz çıxışlarında vurğulayırdı ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır”.

Azərbaycan dövlətçiliyi qanunçuluğun möhkəmləndirilməsi və hüquqi demokratik islahatların həyata keçirilməsi yolu ilə möhkəmlənməli və tədrici demokratik islahatlar yolu ilə inkişaf etməlidir.

Ulu Öndərin söylədiyi bir fikir, “Yaxşı hökumət o deyil ki, xalqını xoşbəxt görmək istəyir, yaxşı hökumət o hökumətdir ki, bunu hansı vasitələrlə etməyi bacarır”– fikri hakimiyyətin fəaliyyətində əsas tezis, şüar kimi götürülməlidir. Bu fikri analoji olaraq XX əsrdə Azərbaycana rəhbərlik etmiş dövlət xadimlərinə də şamil etmək olar. Yaxşı dövlət başçısı o şəxs deyil ki, Azərbaycanı müstəqil, azad, demokratik və xoşbəxt görmək istəyir. O şəxsiyyətdir ki, bu məqsədlərə hansı vasitələrlə çatmağı, onu reallığa çevirməyi bacarır.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin siyasi kursun uğurla həyata keçirilməsi nəticəsində bu gün tam müstəqil, azad və demokratik Azərbaycan Respublikası qurulmuşdur.

Ulu Öndərin müdrik siyasəti və onun ölməz ideyaları nəticəsində Azərbaycan Respublikası dinamik inkişaf yoluna qədəm qoydu. “Əsrin müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, “Bakı-Tbilisi-Qars” və s. kimi layihələr həyata keçirildi və əldə olunan nailiyyətləri ilə ölkəmiz bütün dünyanı heyran etdi. Azərbaycan qazının Avropa bazarlarına çıxarılacağı günə az qalır. «Cənub Qaz Dəhlizi”nin sonuncu seqmenti olan TAP layihəsi üzrə görülən işlərin icra göstəricisi artıq 92 faizə çatıb. Yeddi ölkənin — Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliyanın iştirak etdiyi və Avropa İttifaqının dəstək verdiyi «Cənub Qaz Dəhlizi”nin tam gücü ilə işə salınmasından sonra respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mövqeləri daha da güclənəcək və ölkəmizin maliyyə-iqtisadi qüdrəti daha da artacaq.

Son 17 ildə, 2003-2018-ci illərdə Azərbaycanın regionlarının inkişafı ilə əlaqədar olaraq üç Dövlət Proqramı icra olunub və dördüncü proqramın icrasına başlanılıb. Nəticədə ölkəmizdə ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə, qeyri-neft sənayesi 2,6 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. Azərbaycanın iqtisadi uğurlarını Dünya Bankı, Davos Ümumdünya İqtisadi Forumu, öz hesabatlarında qeyd edirlər. 2019-cu ildə Dünya Bankının verdiyi qiymətə görə, “biznes mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci yerə, “ Doinq Bizness-2020” reytinqində 34-cü yerə layiq görülüb. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerdədir.

Son 20 il müddətində Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya qoyulmuş, böyük infrastruktur layihələri həyata keçirilmişdir. Yeni-yeni yollar, körpülər, binalar, yaşayış massivləri, aeroportlar, limanlar tikilmiş, müasir Azərbaycanın siması tamamilə dəyişmişdir.

Azərbaycanın valyuta ehtiyatları son 17 ildə 27 dəfə artmışdır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar, 2010-cu ildə 28 milyard, 2017-ci ildə 40 milyard, 2019-cu ilin yekunlarına görə 51, 2020-ci ilin mart ayına isə 52 milyard dollara çatmışdır.

Azərbaycanda islahatların yeni mərhələsi və pandemiya dövrü:

Azərbaycan xalqı əldə edilən bütün bu nailiyyətlərə görə Heydər Əliyev ideyalarının və siyasi kursunun davam etdirilməsinin zəruriliyini vacib hesab edərək 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində bir daha ulu öndərə olan sonsuz hörmət və məhəbbətini nümayiş etdirmiş, öz səsini YAP sədri İlham Heydər oğlu Əliyevə vermişdir. Bildiyiniz kimi, 2018-ci ilin prezident seçkilərindən sonra ölkəmizdə islahatların yeni mərhələsi başlamışdır. Bu islahatları yeni mərhələsinin başlandığını Azərbaycan prezidenti cənab İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində bəyan etmişdir. Keçən müddət ərzində Azərbaycan prezidentinin rəhbərliyi altında yeni təşkil olunmuş hökümət tərəfindən həmin islahatlar ardıcıl olaraq icra edilir.

2020-ci ilin yanvar ayının 7-də Ümumdünya Səhiyyə Təşkilatı dünya üzrə yeni qorxunc virusun yayıldığını bildirərək Koronavirus-19 pandemiya elan etdi. Həmin dövrdən etibarən Covid-19 virusunun dünya üzrə sürətlə yayılması səbəbindən ölkələr arasında sərhədlər bağlandı, gəliş-gediş kəsildi, sanki yeni bir dövr,era başlandı. Eyni zamanda dünya bazarlarında neftin qiymətində kəskin eniş başladı, əvvəl bir barelə görə 40 ABŞ dollarına, daha sonra 20 ABŞ dollarına, hətta 2020-ci ilin aprelin 20-də isə xam neftin qiyməti sıfırın altına düşdü. Dünyanın bütün dövlətlərini bürüyən böhran Azərbaycandan da yan keçmədi. Lakin ümummilli lider Heydər Əliyevin parlaq zəkası və ölməz ideyaları əsasında formalaşmış siasi kursun layiqli davamşısı olan hazırkı prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hökümətin yeritdiyi ardıcıl, düzgün və çevik siyasət nəticəsində möhkəm və dayanaqlı iqtisadi bazaya malik olan Azərbaycan dövləti bu əsl müharibəyə bərabər olan vəziyyətdən çıxmaq imkanına qadir olduğunu sübut etdi. Son 3 ay ərzində dövlətimizin həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmiz pandemiyanın mənfi təsirinin aradan qaldırılması istiqamətində nümunəvi ölkələrdən biri olmuşdur. Pandemiya dövründə Azərbaycan hakimiyyəti üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi təşkil etmişdir. Bu istiqamətdə atılan addımlara toxunan dövlət başçısı İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur.

Pandemiya dövründə işsiz və işaxtaran kimi qeydə alınmış 200 min insan üçün nəzərdə tutulan proqramın əhatə dairəsi dövlət başçısının humanist siyasəti nəticəsində 3 dəfə genişlənərək 600 minə çatdırıldı. Artıq 600 min şəxsə 2020-ci ilin aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, onun da 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödəniş edilib. Birdəfəlik ödəmə proqramı pandemiya dövründə birbaşa o şəxslərə yönəlib ki, o insanlar işsiz və heç bir qazanca, gəlirə malik deyillər, dövlətdən hər hansı sosial ödəniş almırdılar. Məqsəd ondan ibarət idi ki, ilk növbədə məhz həmin köməksiz, dəstəksiz qalmış insanlar müdafiə olunsunlar, onlara dövlət öz köməkliyini etsin. Daha sonra ünvanlı sosial yardım alan ailələrin sayı 90-minə qədər, ictimai işə cəlb olunan ailələrin də sayı isə 70 minə qədər artırılıb.

Pandemiya ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlər tək ölkə daxilini əhatə etmir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən 2020-ci ilin martın 23-də Azərbaycan Prezidentinə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmiş, Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.

Azərbaycan iqtidarı müxalifətə yenə dialoq təklif edir:

1993-cü ildə indiki radikal müxalifət, ovaxtkı AXC-Müsavat iqtidarı Heydər Əliyev dühasına və ideyalarına məğlub oldu. Həmin məğlubiyyətin üstündən 27 il keçməsinə baxmayaraq hələ də onlar öz məğlubiyyətləri ilə barışmır, gecə-gündüz bu iqtidara qarşı şər-böhtan atmaqla onu xalqın və beynəlxalq aləmin gözündən salmağa cəhd edirlər. Bir sözlə, bu radikal müxalifət nümayəndələri heç bir vaxt real siyasətlə məşğul olmayıblar, real proqramlar və ümummilli problemlər barəsində digər milli qüvvələrlə bir stol arxasında oturaraq məsələ müzakirə etməyiblər və dövlət quruculuğu prosesinə qatılmayıblar.

Bildiyimiz kimi, Azərbaycanda 2018-ci ilin 11 aprelində keçirilən prezident seçkilərindən sonra islahatların yeni mərhələsi başlamışdır. Bu gün islahatlar ardıcıl olaraq icra edilir və həyatda öz əksini tapır. 2020-ci il martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söylədiyi nitqində 2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin ölkəmizin həyatında önəmli hadisə olduğunu, altıncı çağırış Milli Məclisin çoxpartiyalı məclis olduğunu, bir daha ölkədə bütün siyasi qüvvələrə və partiyalara dialoq təklif edildiyini, bir çox siyasi qüvvələrin seçkilərdə iştirak etdiyini, həmin siyasi qüvvələrin iştirak etdiyi seçkilərin nəticəsində çoxpartiyalı parlamentin formalaşdığını, Azərbaycanda demokratiyanın inkişafında önəmli addımlar atıldığını qeyd edib. Bildiyiniz kimi, həmin seçkilərdə Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Baxmayaraq ki, Yeni Azərbaycan Partiyası Milli Məclisdə çoxluğa sahib olub, Azərbaycan prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə müxtəlif partiyaların, o cümlədən müxalifət partiyalarının nümayəndələri də altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunmuşlar. Bu günə qədər belə bir hal olmamışdı və əvvəlki çağırışlarda Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq Azərbaycan Prezidenti Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək, ümumi maraqlar naminə digər partiyalarla Yeni Azərbaycan partiyasının əməkdaşlığına ehtiyac olduğunu qeyd etmişdir.

 

 

 

 

 

 

 

 

 

 

O N L A Y N   i C T i M A i  — S i Y A S i   Q Ə Z E T

 

16 İyun 2020 Çərşənbə axşamı mail@yeniazerbaycan.com

 

ANA SƏHIFƏ »  XƏBƏR LENTI »  TARİXİ QAYIDIŞ VƏ XALQIN QURTULUŞU

A+   Yenilə  A-

 

TARİXİ QAYIDIŞ VƏ XALQIN QURTULUŞU

…“Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycanın bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm… Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm… Ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. Bu fikri Ulu Öndər Heydər Əliyev 1993-cü il 15 iyununda Azərbaycan parlamentinin tarixi iclasında sədr seçildikdən sonra öz çıxışında səsləndirib.

1993-cü il 15 iyun tarixi müasir Azərbaycan Respublikasının tarixinə Qurtuluş Günü kimi daxil olub. Azərbaycan xalqı və dövləti həqiqətən də həmin gün xilaskar Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində parçalanmaq, vətəndaş müharibəsi, torpaqlarımızın daha böyük hissəsinin işğal olunması və s. kimi təhlükələrdən, bir sözlə, məhv olmaqdan xilas oldu və qurtuldu. Haqlı olaraq, 1997-ci ildən bayram kimi qeyd olunan həmin günə 1998-ci ildən dövlət statusu verilmişdir.
XALQ HEYDƏR ƏLİYEVİN YOLUNU ÇOXDAN GÖZLƏYİRDİ

Üstündən 27 il ötməsinə baxmayaraq, hələ indiyə qədər də 1993-cü il 4 iyun Gəncə hadisələrinə və Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı tarixinə ayrı-ayrı qələm sahibləri, iqtidaryönümlü siyasi partiyalar və radikal müxalifət nümayəndələri tərəfindən müxtəlif rakursdan baxılır və qiymətləndirilir. Bu günün özünə qədər də o vaxtkı AXC-Müsavat hakimiyyətinin mənsubları bu tarixi hadisənin əsl mahiyyətini ya başa düşmür, ya da qəsdən müxtəlif yanlış mövqelərdən izah etməklə öz məğlubiyyətlərinə haqq qazandırmağa, bu və ya digər üsul və vasitələrlə günahı başqalarının və yaxud da bir-birinin üzərinə atmaqla öz günahlarını ört-basdır etməyə, özlərini sudan quru çıxarmağa cəhd edirlər. Əsl həqiqətdə isə bu hadisələr o dövrdə ölkəmizdə olan anarxiyanın, başıpozuqluğun, hakimiyyətsizliyin, özbaşınalığın məntiqi nəticəsindən doğmuşdu.
Bu çox yanlış fikirdir ki, əgər Gəncə hadisələri baş verməsəydi, AXC-Müsavat cütlüyü hakimiyyətdən getməyəcəkdi. Xeyr, gec, ya tez o hakimiyyəti xalq özü ayağa qalxaraq silib-süpürüb atacaqdı… Ona görə ki, istər keçmiş partnomenklatura kommunistlərini və onların bərbad idarəçiliyini, istərsə də AXC-Müsavat iqtidarının səriştəsiz rəhbərliyini xalq qəbul etmirdi. Birinciləri, yəni Ə.Vəzirov və A.Mütəllibov komandasının üzvlərini xalq ona görə qəbul etmədi ki, onlar SSRİ dağılan ərəfədə dünyada gedən proseslərin mahiyyətini dərk etmirdilər. Bir tərəfdən SSRİ-nin sonuncu rəhbəri M.S.Qorbaçovun xeyir-duası ilə Dağlıq Qarabağ və ona bitişik torpaqlarımız Ermənistan Respublikası tərəfindən işğal olunurdu, onların gözü isə yenə də Moskvada idi və oradan buyruq gözləyirdilər.
1988-ci ildən sonra respublikamızda baş verən hadisələri qısaca olaraq bir daha xatırlasaq görərik ki, 1991-ci ilin oktyabrında Azərbaycan Respublikası keçmiş SSRİ-nin dağılması ərəfəsində öz dövlət müstəqilliyini yenidən bərpa etdiyi ərəfədə respublikamızda çox böyük çaxnaşmalar baş verdi, bu müstəqillik elə-belə ucuz başa gəlmədi. İlk öncə, 1988-ci ilin fevralından başlayaraq qonşu Ermənistan Respublikası tərəfindən keçmiş SSRİ rəhbəri M.S.Qorbaçov başda olmaqla sovet rəhbərliyinin himayəsi ilə Azərbaycanın qədim torpağı və tarixi ərazisi olan Dağlıq Qarabağa qarşı ərazi iddiaları irəli sürməklə problemin başlanmasına rəvac verildi. Daha sonra Ermənistan Respublikasında yaşayan 250 mindən artıq azərbaycanlı tarixi Qərbi Azərbaycan torpaqları olan İrəvan və digər bölgələrdən qovulub çıxarıldı. Bununla da kifayətlənməyən düşmən dövlətlər və xarici qüvvələr müstəqilliyini bərpa etmək istəyən Azərbaycanı cəzalandırmaq, onu ayrı-ayrı hissələrə parçalamaq məqsədi ilə Sumqayıt, 20 Yanvar, Xocalı və s. kimi yeni-yeni düşünülmüş ssenarilər əsasında hadisələr törədərək Azərbaycanın daxilində tam ictimai-siyasi, iqtisadi və hərbi böhran şəraiti yaratdılar. Vəziyyəti xüsusilə təhlükəli edən səbəblərdən biri də bu idi ki, həmin dövrdə nə ölkəyə rəhbərlik edən Ə.Vəzirov, A.Mütəllibov, E.Qafarova kimi yerli sovet və kommunist rəhbərləri, nə də yenicə siyasi meydana çıxmış və hakimiyyətə can atan Xalq Cəbhəsi fəalları birləşərək ölkəni bu vəziyyətdən qurtara bilmədilər. Xocalı faciəsi (1992-ci il fevralın 26-sı) baş verdikdən və Şuşa şəhəri işğal olunduqdan (1992-ci il 8 may) sonra Ayaz Mütəllibovun rəhbərlik etdiyi keçmiş sovet kommunist rəhbərliyinin hakimiyyətinə son qoyuldu. İqtidara müstəqillik tərəfdarı olduqlarını bəyan edən, lakin heç bir idarəçilik təcrübələri olmayan Xalq Cəbhəsi fəalları gəldikdən sonra vəziyyət daha da ağırlaşdı. Qısa müddət ərzində AXC-Müsavat iqtidarının səriştəsiz kadr siyasəti, iqtisadiyyat və xarici siyasət və bir çox başqa sahələrdə yol verdikləri səhvlər nəticəsində Azərbaycanda tam şəkildə hakimiyyət boşluğu, anarxiya və özbaşınalıq yarandı.
Artıq Xocalı hadisələrindən sonra xalq yaxşı dərk edirdi ki, Azərbaycanı bu ağır bəlalardan xilas etmək üçün yeganə bir şəxsiyyət — dünya şöhrətli siyasətçi və dövlət xadimi olan Heydər Əliyev hakimiyyətə gəlməlidir. Məhz belə bir vaxtda, yəni ölkə tam mənəvi, siyasi, iqtisadi və hərbi böhran vəziyyətində olduğu bir zamanda Gəncədə 1993-cü ilin 4 iyun hadisələri baş verdi, ölkədə mitinqlər başlandı, döyüş bölgələrindəki silahlı qüvvələr geri çağırıldı. Vəziyyəti düzəltmək üçün Gəncəyə ezam edilmiş Prezident Aparatının o vaxtkı ərazi orqanları ilə iş üzrə şöbə müdiri və dövlət müşaviri olan Arif Hacıyev isə AXC İK-nın bəyanatını səhv adlandırdı. Söz yox ki, Arif Hacıyev tərəfindən verilən bu açıqlama hakimiyyət daxilində ayrı-ayrı qruplaşmaların olmasından xəbər verir, hakimiyyətdaxili qarşıdurmanı kəskinləşdirməyə xidmət edirdi. Belə də oldu. Beləliklə, hakimiyyətdaxili düşmənçiliyin məntiqi nəticəsi olaraq 1993-cü il 4 iyun hadisələri baş verdi. Ona görə də 1993-cü ilin iyun hadisələrinin baş verməsinə görə o vaxtkı hakimiyyəti idarə edənlər də Surət Hüseynovun dəstəsi ilə bərabər şəkildə məsuliyyət daşıyırdılar. Beləliklə, ölkədə siyasi böhranın günbəgün dərinləşdiyi, Dağlıq Qarabağdan əlavə, ətraf rayonların, o cümlədən Kəlbəcərin işğalından bir az sonra Gəncədə polkovnik S.Hüseynovun rəhbərliyi ilə dövlət çevrilişinə cəhd olundu və hərbi qiyam başlandı. AXC-Müsavat iqtidarı şok vəziyyətində idi. Hadisələrin sürətlə cərəyan etməsi fonunda dövlət orqanlarının çaş-baş qalması, AXC rəhbərliyinin isə ümumiyyətlə, iflic vəziyyətdən çıxa bilməməsi qabarıq şəkildə özünü büruzə verirdi. DİN və AXC informasiya mərkəzinin yaydığı məlumatlarda vəziyyət reallığa uyğun qiymətləndirilmir, hadisələrə görə bütün cavabdehlik S.Hüseynovun üzərinə atılırdı.
1993-cü il iyunun 5-də xalqa müraciətində sabiq prezident Əbülfəz Elçibəy gəncləri səbirli olmağa və vətəndaş sülhünü bərpa etməyə çağırırdı. Bununla da ən yüksək səviyyədə etiraf olunurdu ki, ölkədə vətəndaş qarşıdurması mövcuddur. Hadisələrin qarşısını almaq gücündə olmayan AXC-Müsavat iqtidarı 2 gün sonra, iyunun 7-də Prezident Aparatında (PA) müşavirə keçirmək qərarına gəldi. Lakin bu müşavirə nəinki vəziyyəti düzəltdi, əksinə onu daha da ağırlaşdırdı. Həmin müşavirədə Müsavat partiyasının hazırkı sədri Arif Hacılı Gəncənin bombalanması kimi “dahiyanə” təkliflə çıxış etmişdi. Azərbaycan prezidenti Əbülfəz Elçibəyin nitqindəki qarmaqarışıqlıq da hakimiyyətin düşdüyü çaşqınlığı əyani şəkildə göstərirdi. Orada verilən təkliflərin də heç biri ağlabatan deyildi. Müdafiə naziri D.Rzayevin məsələyə aydınlıq gətirmək cəhdi, daxili işlər naziri A.Abdullayevin nitqinin son ümidləri alt-üst etməsi F.Hacıyev kimi avantüristlərin məsuliyyətsiz fikirlər söyləməsinə şərait yaradırdı. O, həmin vaxt müşavirədə belə demişdi: “Bu gündən etibarən konkret hərbi qüvvələrə icazə verilsin ki, Gəncə şəhərindən əhalinin çıxarılmasına və orada hərbi əməliyyatın keçirilməsinə imkan verilsin”.
Bir qədər əvvəl müxalifətə müraciətdə “biz tank üstündə hakimiyyətə gəlmişik, bacarırsınız, siz də gəlin”, — deyən spiker İsa Qəmbərin kresloda düşdüyü ağır durum da göz qabağında idi.
Sonrakı günlərdə, iyunun 8-9-da Milli Məclisdə keçirilən iclaslar ölkənin hansı vəziyyətə salındığını, AXC -Müsavat hakimiyyətinin mahiyyətini bütün qabarıqlığı ilə göstərdi. Qarşılıqlı ittihamlar, söyüş, hədə-qorxu, şantaj — bu iqtidarın hansı vasitələrdən istifadə edərək hakimiyyətə gəldiyini ortaya qoydu.
Həmin vaxt ölkədə digər bir siyasi qüvvə isə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədri Etibar Məmmədov və onun tərəfdarları idi. Hadisələrin qızğın çağında AMİP də AXC-Müsavat hakimiyyətini müdafiə etmədi. AMİP sədri Etibar Məmmədov belə demişdi: “… İsa bəy, sizin əliniz qana batıb! Ona görə də bu qanı boynunuzdan atmaq istəyirsiniz”. İ.Qəmbər isə ona belə cavab vermişdi: “Etibar bəy, 709-cu briqadanın müdafiə nazirinə tabe olmamasında sizin də əliniz var. Qardaş qırğınına səbəb olan şəxslərdən, görünür, biri də sizsiniz və qardaş qırğınını vətəndaş müharibəsinə çevirmək cəhdi də sizin çıxışlarınızdan açıq-aydın görünür”.
E.Məmmədov bir daha onun fikrinə belə reaksiya vermişdi: “İsa bəy, həyasızcasına yenə bu işi davam etdirirsiniz, bəsdir də! Nə qədər olar bu milləti dolamaq!”
O vaxtkı iqtidar onlara qarşı müxalifətdə olan digər şəxslərə, o cümlədən də Rəhim Qazıyev, Nemət Pənahlı və başqalarına da kömək barədə müraciət etmişdi. Lakin onların düşdükləri bu çətin vəziyyətdən çıxmaq üçün uzatdığı əlləri havada qaldı və öz keçmiş hərəkat yoldaşları tərəfindən heç bir kömək olunmadı.
Bu deyilənlər parlamentdə nələrin baş verdiyini açıq-aydın göstərirdi. Ölkədə faktiki ikinci şəxs hesab olunan parlamentin sədri İ.Qəmbərin baş verənlərin ictimaiyyətin diqqətinə çatdırılmasını əngəlləmək istəməsi isə AXC-Müsavat iqtidarının öz hakimiyyətini qoruyub-saxlamaq cəhdi idi. Spiker nəinki MM-in sessiyasını televiziya vasitəsilə yayımlanmasını əngəlləyirdi, hətta Gəncədən qayıtmış ağsaqqallardan ibarət komissiyanın MM-ə gəlib açıqlama verməsinin qarşısını alırdı.
Dövlət müşaviri Arif Hacıyev belə bəhanə gətirirdi ki, guya “Komissiya üzvləri bildiriblər ki, həmin adamlar (MM qarşısında piket keçirənlər — Q.Ə.) oradan getsinlər, sonra biz gəlib iştirak edək”.
Gəncə kimi qarşıdurma olan yerə getməkdən qorxmayan şəxslər indi MM-in qarşısındakı piketdən qorxurdular. Məsələyə aydınlıq gətirən komissiya üzvü, vaxtilə Azərbaycan Respublikasının rəhbəri olmuş İmam Mustafayev deyirdi: “Prezident 5 saat bizi öz otağında saxladı. Beş saatda bizim xəbərimiz yox idi ki, Milli Məclis bizi gözləyir. Burada da xəbər yayıblar ki, guya biz qorxuruq bura gəlməyə”.
Parlamentin sessiyasındakı maraqlı məqamlar bununla yekunlaşmır. Artıq iyunun 8-də MM bəzi qərarları qəbul etməyə müvəffəq olur. Lakin iyunun 9-da AXC İK-nın sədri F.Quliyev söz alaraq çox maraqlı bəyanat verir. Gəncədəki qeyri-qanuni silahlı dəstələrin tərk-silah olunmasını və S.Hüseynovun saxladığı girovların buraxılmasını tələb kimi parlamentin qarşısına qoyan F.Quliyev deputatların girov götürüləcəyini və onların binadan çıxmasına imkan verilməyəcəyini bəyan edir. Beləliklə, AXC-Müsavat hakimiyyəti sınaqdan keçmiş metoda əl ataraq 15 may 1992-ci ildə Ayaz Mütəllibovun devrilməsi zamanı baş verən hadisələri təkrarlamaq istəyirdi. Ancaq zaman o zaman deyildi.
AXC-Müsavat iqtidarının hakimiyyəti tam itirdiyi göz qabağında idi. İş o yerə çatmışdı ki, hətta prezident Əbülfəz Elçibəyin Gəncəyə göndərdiyi dövlət komissiyasının üzvləri Fərəməz Maqsudov və Sabir Rüstəmxanlı da xüsusi azğınlıqla təhqir olunmuşdular və gecəyarı zalı tərk edərkən fiziki təzyiqə məruz qalaraq döyülmüşdülər.
Belə bir zamanda hakimiyyətə gəldiyi ilk dövrlərdə ölkədəki digər siyasi qüvvələrə qarşı qərəzli mövqe tutan, onlarla güc dili ilə danışan AXC-Müsavat cütlüyü vəziyyətin idarəolunmaz dərəcəyə gəlib çıxdığını görərək müxalifətə üz tutmağa, nüfuzlu şəxslərdən kömək ummağa başladı və əsasən iki qüvvəyə — Yeni Azərbaycan Partiyasının (YAP) Sədri və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə və AMİP sədri Etibar Məmmədova müraciət etdi. Lakin E.Məmmədovun kifayət qədər o vaxtkı hakimiyyətə qarşı daha radikal və barışmaz olduğunu anlayan hakimiyyət nümayəndələri Heydər Əliyevlə əməkdaşlıq etmək qərarını verdilər. Ancaq bu yerdə də Xalq Cəbhəsi-Müsavat hakimiyyəti öz maraqlarına uyğun siyasət yürütməyə başladı. Sonrakı günlərdə də — 1993-cü il iyunun 8-9-da Milli Məclisdə keçirilən iclaslarda ölkənin hansı vəziyyətə salındığı, AXC-Müsavat hakimiyyətinin ölkəni idarə etmək iqtidarında olmadığı bütün qabarıqlığı ilə görsənirdi. Bu iclasların ana xəttini qarşılıqlı ittihamlar, söyüş, hədə-qorxu, şantaj və s. təşkil edirdi. Bütün bunlar həm də o vaxtkı iqtidarın hansı vasitələrdən istifadə edərək hakimiyyətdə qalmaq istədiyini ortaya qoyurdu. Artıq 1993-cü il iyunun 8-də Milli Məclis bəzi qərarları qəbul etməyə müvəffəq olsa da, Gəncədəki qeyri-qanuni silahlı dəstələrin tərk-silah olunmasına və S.Hüseynovun saxladığı girovların buraxılmasına nail ola bilmədi. Yalnız və yalnız bir şəxsiyyət, Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində işləyən Heydər Əliyev heç bir şəxsi ambisiya güdmədən ölkəni düşdüyü bu ağır vəziyyətdən xilas etmək üçün o vaxtkı prezident Əbülfəz Elçibəyin çağırışına müsbət cavab verdi.
Ümumiyyətlə, Heydər Əliyev Moskvadan Bakıya qayıtdıqdan və Azərbaycan Ali Sovetinin deputatı və Naxçıvan Ali Məclisinin Sədri seçildikdən, Yeni Azərbaycan Partiyasını yaratdıqdan sonra etdiyi bütün çıxışlarında O, həmişə iqtidarla konstruktiv əməkdaşlığa hazır olduğunu bəyan etmişdi. 1992-ci il oktyabrın 24-də “Səs” qəzetində çap olunmuş “91-lərin müraciətinə verdiyi cavabda” da Heydər Əliyev bütün sağlam qüvvələri vahid dövlətçilik və azərbaycançılıq ideologiyası ətrafında birləşərək gənc, müstəqil və yeni Azərbaycan dövlətinin quruculuğuna töhfə verməyə çağırmışdı. Həmin dövrdə də Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycanın fəlakətinə biganə qala bilməzdi. Məhz bu amil Onun 1993-cü ilin iyunun 9-da qəti qərar qəbul edərək Bakıya gəlməsini şərtləndirdi.
Ümummilli Lider Heydər Əliyevin əsas məqsədi Azərbaycanı bu və buna bənzər saysız-hesabsız fəlakətlərdən qurtarmaq idi. Beləliklə, Azərbaycanın qurtuluşuna səbəb olan bir möhtəşəm addım atıldı.
Lakin dahi siyasətçi kimi Heydər Əliyev AXC-Müsavat cütlüyünün bu cür “yumşalmasının” arxasında nəyin dayandığını da yaxşı başa düşürdü. O bilirdi ki, AXC-Müsavat hakimiyyətinin əsas məqsədi heç də ölkəni çətin vəziyyətdən çıxarmaq yox, hakimiyyət kürsüsünü qoruyub saxlamaqdır. Ona görə də həmin dövrdə hakimiyyət nümayəndələri və hakimiyyətə can atan digər qüvvələr tərəfindən Ona qarşı hansısa yeni-yeni sürprizlər hazırlana biləcəyini də unutmurdu. Beləliklə, bir tərəfdən Dağlıq Qarabağ problemi ilə əlaqədar torpaqları işğal olunmaqda olan, Yanvar, Xocalı yaraları sağalmamış, digər tərəfdən də vətəndaş müharibəsi ərəfəsində olan Azərbaycan Heydər Əliyevin yolunu gözləyirdi. Xalqın böyük əksəriyyətinin “milli xilas günü”, “milli qurtuluş günü”, “Böyük qayıdış” və s. adlandırdığı həmin tarixi gün belə baş tutdu.

XİLASKAR HEYDƏR ƏLİYEV TARİXİ MİSSİYASINI YERİNƏ YETİRMƏK ÜÇÜN BAKIYA GƏLDİ

1993-cü il iyunun 9-u saat 15:00-da Heydər Əliyevi Bakıya gətirən təyyarə Binə Hava Limanında yerə endi. O, Bakıya gəldiyi ilk saatlardan yaranmış ağır vəziyyətlə əlaqədar bir an vaxt itirmədən fəal şəkildə müxtəlif səviyyəli görüşlər keçirərək real vəziyyəti araşdırdı. Əvvəlcə prezident Ə.Elçibəylə ilk məsləhətləşmələr apardıqdan sonra Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin binasında elm xadimləri, tanınmış ziyalılarla görüşdü. Həmin görüşdə Heydər Əliyev bildirdi ki, O, Bakıya respublika prezidenti Ə.Elçibəyin təkidli xahişi ilə gəlib və yaranmış vəziyyətdən ağılla çıxmağın yollarını arayır. O, ölkənin ağır vəziyyətində bütün imkanlarından istifadə edəcəyinə və hamını bir araya gətirəcəyinə söz verdi və qətiyyətlə bildirdi: “…Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına daim xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm. Buna heç kəsin şübhəsi olmasın. İkincisi, mən heç vəchlə bir daha Azərbaycanın başqa bir dövlətin tərkibinə daxil olmasına öz imkanlarım daxilində yol verməyəcəyəm və Sovetlər İttifaqı bir daha bərpa oluna bilməz”.
Bu fikri ilə Heydər Əliyev vaxtilə Sovetlər İttifaqının başında duran şəxslərdən biri kimi imperiyanın bərpasına çalışan qüvvələrə qəti sözünü dedi və Bakıya qayıdışının məqsəd və məramını açıqlamış oldu. Heydər Əliyev AEA-da çıxışı zamanı iyunun 9-da bəzi deputatların döyülməsinə etirazını bildirdi və belə hadisələrin nə Milli Məclisə, nə də hakimiyyətdə olan qüvvələrə hörmət gətirməyəcəyini qeyd etdi: “Həyatda, cəmiyyətdə heç bir xidməti olmayan adam böyük iddialarla gəlib Azərbaycanın müstəqilliyini yalnız onun qoruduğunu, Azərbaycanın müstəqilliyinin sahibinin yalnız onun olduğunu, Azərbaycanın müstəqilliyinin monopoliyasının yalnız onun əlində olduğunu deyərək alimə hörmətsizlik edirsə, bu dəhşətdir”.
1993-cü il iyunun 13-də Milli Məclisin növbədənkənar iclası keçirildi. Bir gün əvvəl isə televiziya vasitəsilə elan olunmuşdu ki, parlamentdə MM-in sədri İ.Qəmbərin istefası məsələsi müzakirə olunacaq. Artıq İsa Qəmbərin istefası bir zərurət kimi ortaya çıxmışdı. AXC-Müsavat iqtidarının ikinci adamının istefasını vətəndaş müharibəsi təhlükəsindən yan keçmək istəyən hakimiyyət nümayəndələri də razılıqla qarşılayırdı. İyunun 13-də keçirilən iclasın əvvəlində vaxt itirilmədən və geniş müzakirə açılmadan İsa Qəmbərin istefası qəbul edildi. Sonra MM-in iclasında Ali Sovetin yeni sədrinin seçilməsi məsələsi gündəliyə qoyuldu. Bu vəzifəyə kimin seçiləcəyi də aydın idi — hamı Heydər Əliyevin seçilməsini səbirsizliklə gözləyirdi. Bu vəzifəyə təkcə Heydər Əliyevin namizədliyi qoyulmuşdu.
Heydər Əliyev isə bu məsələnin hələ müzakirəyə çıxarılmamasını xahiş edərək Gəncədəki vəziyyətlə tanış olmadığını və məsələni birbaşa yerindəcə aydınlaşdırmaq üçün ora getmək istədiyini bildirdi. Heydər Əliyevin bu addımı mövcud iqtidarın buraxdığı səhvlər nəticəsində yaranmış vəziyyəti aradan qaldırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki vəziyyətlə yerindəcə tanış olmadan, S.Hüseynovun məqsədini aydınlaşdırmadan hər hansısa real addımlar atmaq olduqca çətin idi. Beləliklə, iyunun 13-də axşam saat 6-da Heydər Əliyev, o cümlədən müxtəlif xarici və yerli KİV nümayəndələri Gəncəyə yola düşdülər.
Səfər gözlənildiyi kimi, olduqca çətin şəraitdə həyata keçirildi. Qrup Gəncəyə gecə saat 12 radələrində çatdı. Ancaq gözlənildiyinin əksinə olaraq şəhərdə tam sakitliyin olduğu üzə çıxdı və qadağan saatını həyata keçirən əsgərlər onların hərəkətinə heç bir maneə törətmədilər.
1993-cü il iyunun 14-ü səhər saat 8:00-da Heydər Əliyevlə S.Hüseynov arasında gecədən başlamış danışıqlar davam etdirildi. Heydər Əliyev həlak olanlarla əlaqədar gəncəlilərə başsağlığı verdi və bildirdi: “İndiyədək olduğu kimi, bundan sonra da Gəncədə baş vermiş hadisələrin yalnız ədalət prinsipi ilə araşdırılması, günahkarların müəyyənləşdirilməsi, qardaş qanı tökülməsində iştirak edənlərin, onun təşkilatçılarının qanun qarşısında cavab verməsi üçün bütün tədbirlər görüləcək”.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Gəncəyə səfəri ilə əlaqədar təxirə salınmış MM-in fövqəladə iclası davam etdirildi. Yuxarıda qeyd olunduğu kimi, iclasın gündəliyində yalnız bir məsələ — istefa vermiş İsa Qəmbərin yerinə Ali Sovetin sədrinin seçilməsi qoyulmuşdu. Lakin elə ilk andan Ali Sovet sədrinin müavini Tamerlan Qarayev bu məsələnin müzakirəyə çıxarılmasını əngəlləməyə başladı. Onun təklifinə görə, ilk öncə respublikada yaranmış vəziyyətlə əlaqədar güc nazirlərinin məlumatlarının dinlənilməsi, son günlər yaranmış ictimai-siyasi vəziyyət və ondan çıxış yolları, Heydər Əliyevin Gəncə səfəri və onun S.Hüseynovla apardığı danışıqlar, eləcə də digər məsələlər müzakirə olunmalı idi. Hamıya aydın idi ki, Tamerlan Qarayev Heydər Əliyevin Ali Sovetin sədri seçilməsinə mane olmaq istəyir. Heydər Əliyevin bu məsələyə münasibəti kəskin oldu. O bildirdi ki, Gəncəyə gedib topladığı məlumatları söyləyəcəyini kimsəyə söz verməyib, iyunun 13-dəki iclas isə onun xahişi ilə təxirə salınıb. Yəni əgər bu xahiş olmasaydı, gündəlikdə duran əsas məsələ elə iyunun 13-də də reallaşacaqdı.
Arqumentlərin tutarlılığına baxmayaraq, T.Qarayev bildirirdi ki, İ.Qəmbərin istefası ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı olan məsələdir. Buna görə də əvvəlcə bu məsələlər müzakirə olunmalı, sonra isə sədrin seçilməsi məsələsi gündəliyə qoyulmalıdır. Bunun üçün o bildirdi ki, Heydər Əliyev S.Hüseynovla apardığı danışıqlar barədə məlumat verməlidir. Heydər Əliyev isə haqlı olaraq qeyd etdi ki, gərginlik yarandığı dövrdən kimsə ora getməyib və bütün bu dövr ərzində burada oturub məsələni müzakirə ediblər. Axı Ali Sovetdə oturub hansı çıxış yollarını müzakirə etmək olardı?
Heydər Əliyev bu yolların çox olduğunu bildirərək müzakirə etməyin yox, tədbir görməyin vaxtı olduğunu bildirdi. Tədbirləri isə səsvermə yolu ilə görmək olmaz. Bunu yalnız səlahiyyətli adamlar görə bilər. Yəni əgər AXC-Müsavat iqtidarı Heydər Əliyevi köməyə çağırıbsa, lakin bunun üçün ona heç bir səlahiyyət vermirsə, hansı köməkdən söhbət gedə bilər və Heydər Əliyev səlahiyyəti olmadığı halda onlara necə kömək edə bilər?
Arqumentlərin əsaslı olduğunu hamı başa düşürdü. Heydər Əliyev son dərəcə hiddətlənmiş halda dedi: “Vaxt qalmayıb, siz Ali Sovetin rəhbərisiniz. Ayın 4-də hadisələr olub. Niyə getməmisiniz ora? Kim sizin qabağınızı alıbdır?.. Siz indi mənə deyirsiniz ki, siz təklif etdiniz ki, mənimlə bir başqa qrup da getsin. Hər bir qrup gedə bilərdi, o cümlədən siz də, Ali Sovetin sədri də və başqa adamlar da gedə bilərdi. Kim sizin qabağınızı almışdı?.. Gəncə hadisələri… Ondan çıxış yolları burada, bu gün müzakirə oluna bilməz. Birinci ona görə ki, deputat-istintaq komissiyası işləyir, bu işi o aparmalıdır. İkincisi, bu məsələ geniş müzakirə oluna bilməz. Bu məsələdən indi çıxış yollarını tapmaq lazımdır, onu da müəyyən bir qrup səlahiyyətli adam apara bilər. Ona görə də siz məni bu məsələlərə çəkməyin. Siz istəyirsiniz, neçə dənə təklifə səs verə bilərsiniz. Ancaq bilin ki, mən bu işlərə qarışmayacağam”. Nəhayət, T.Qarayevin oyunbazlığından təngə gələn prezident Əbülfəz Elçibəy də dilə gəlib həqiqətən də, Heydər Əliyevin onun xahişi ilə Bakıya gəldiyini və köməklik göstərmək üçün Ona səlahiyyətlərin verilməsinin zəruri olduğunu bildirdi. Ə.Elçibəy yaxşı başa düşürdü ki, Heydər Əliyevin yüksək səviyyədə bu məsələyə müdaxiləsi olmasa, Azərbaycanda vətəndaş qırğınının qarşısını almaq mümkün olmayacaq. Heydər Əliyevə səlahiyyət vermədən ondan nə isə istəmək də mümkün deyildi. Axı heç bir səlahiyyəti olmayan Heydər Əliyev nə edə bilərdi?
T.Qarayev son addımı atdı — o, bilə-bilə ki, yeganə namizəd Heydər Əliyevdir, alternativ variantları da irəli sürməyə imkan yaratdı. Ancaq kim Heydər Əliyevin alternativi ola bilərdi? Beləliklə, Heydər Əliyevin namizədliyi irəli sürüldü və böyük əksəriyyətin səs çoxluğu ilə (lehinə 34 nəfər, əleyhinə 3 nəfər, bitərəf 1 nəfər, səs vermədi 1 nəfər, iştirak edirdi 39 nəfər) Azərbaycan parlamentinin sədri seçildi. Uğursuzluqdan məyus olan T.Qarayev iclası davam etdirə bilməyib zaldan çıxmağa məcbur oldu.
HEYDƏR ƏLİYEVİN BÖYÜK QAYIDIŞI XALQIMIZA NƏ VERDİ?

Ümummilli Liderin belə bir fikrini bir daha yada salmaq istərdim: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir. Böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da böyük xoşbəxtlikdir”.
Azərbaycan xalqı bu gün o xoşbəxtliyi yaşayır. Lakin bu xoşbəxtlik xalqımıza elə-belə, asan başa gəlməyib. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın azadlıq uğrunda apardığı qanlı mübarizənin, əzmkarlığının, döyüşkənliyinin və son anda müdrik seçimi ilə Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət etməsi sayəsində əldə olunub. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdarkən Ulu Öndər bəyan etdi: “Mən ömrümün bundan sonra qalan hissəsini də Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində qısa zaman kəsiyində 1988-92-ci illərdə ölkəmiz düşdüyü xaosdan, vətəndaş müharibəsi təhlükəsindən, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin qətiyyəti və dövlətçilik əzmi sayəsində 1993-cü ilin iyununda Gəncədə polkovnik S.Hüseynovun rəhbərliyi altında başlanmış qiyam cəhdi və etiraz aksiyaları dinc yolla, qansız-qadasız aradan qaldırıldı və ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Onun ardınca, 1993-cü ilin sentyabrında Lənkəranda Əlikram Hümbətovun rəhbərliyi altında başlanmış separatçı “Talış-Muğan Respublikası”nın varlığına da Ulu Öndərin cəsarəti və qətiyyəti sayəsində son qoyuldu. Şimalda bədnam “Sadval” separatçı hərəkatı darmadağın edildi və beləliklə də, ölkəmizin bir neçə yerə parçalanmasının qarşısı alındı.
1994-cü ilin oktyabrında yenə o vaxtkı baş nazir Surət Hüseynovun rəhbərliyi altında planlaşdırılan dövlət çevrilişi cəhdinin, 1995-ci il 13-17 mart tarixlərində Rövşən və Mahir Cavadov qardaşlarının dövlətçilik əleyhinə başladıqları qiyam cəhdlərinin qarşısı məhz Onun cəsarəti, qətiyyəti və müdrik idarəetmə təcrübəsi sayəsində məharətlə alındı. Bununla da Azərbaycanı müxtəlif hissələrə parçalamaq, müstəqilliyinə son qoymaq, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, hakimiyyəti ələ keçirmək istəyən daxili və xarici qüvvələrin bədnam niyyətləri puç oldu.
Ulu Öndər xalqın vətənpərvər, qeyrətli nümayəndələrinə: sadə insanlara, gənclərə, ziyalılara arxalanaraq müstəqilliyimizi xilas etdi. O demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Heydər Əliyev öz çıxışlarında vurğulayırdı ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır”. Azərbaycan dövlətçiliyi qanunçuluğun möhkəmləndirilməsi və hüquqi demokratik islahatların həyata keçirilməsi yolu ilə möhkəmlənməli və tədrici demokratik islahatlar yolu ilə inkişaf etməlidir.
Ulu Öndərin söylədiyi “Yaxşı hökumət o deyil ki, xalqını xoşbəxt görmək istəyir, yaxşı hökumət o hökumətdir ki, bunu hansı vasitələrlə etməyi bacarır”- fikri hakimiyyətin fəaliyyətində əsas tezis, şüar kimi götürülməlidir.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin siyasi kursun uğurla həyata keçirilməsi nəticəsində bu gün tam müstəqil, azad və demokratik Azərbaycan Respublikası qurulmuşdur.
Ulu Öndərin müdrik siyasəti və Onun ölməz ideyaları nəticəsində Azərbaycan Respublikası dinamik inkişaf yoluna qədəm qoydu. “Əsrin müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, “Bakı-Tbilisi-Qars” və s. kimi layihələr həyata keçirildi və əldə olunan nailiyyətləri ilə ölkəmiz bütün dünyanı heyran etdi. Azərbaycan qazının Avropa bazarlarına çıxarılacağı günə az qalır. “Cənub Qaz Dəhlizi”nin sonuncu seqmenti olan TAP layihəsi üzrə görülən işlərin icra göstəricisi artıq 92 faizə çatıb. Yeddi ölkənin — Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliyanın iştirak etdiyi və Avropa İttifaqının dəstək verdiyi “Cənub Qaz Dəhlizi”nin tam gücü ilə işə salınmasından sonra respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mövqeləri daha da güclənəcək və ölkəmizin maliyyə-iqtisadi qüdrəti daha da artacaq.
Son 17 ildə, 2003-2018-ci illərdə Azərbaycanın regionlarının inkişafı ilə əlaqədar olaraq üç Dövlət Proqramı icra olunub və dördüncü proqramın icrasına başlanılıb. Nəticədə ölkəmizdə Ümumi Daxili Məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə, qeyri-neft sənayesi 2,6 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. Azərbaycanın iqtisadi uğurlarını Dünya Bankı, Davos Ümumdünya İqtisadi Forumu, öz hesabatlarında qeyd edirlər. 2019-cu ildə Dünya Bankının verdiyi qiymətə görə, “biznes mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci yerə, “ Doing Business-2020” reytinqində 34-cü yerə layiq görülüb. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerdədir.
Son 20 il müddətində Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya qoyulmuş, böyük infrastruktur layihələri həyata keçirilmişdir. Yeni-yeni yollar, körpülər, binalar, yaşayış massivləri, aeroportlar, limanlar tikilmiş, müasir Azərbaycanın siması tamamilə dəyişmişdir.
Azərbaycanın valyuta ehtiyatları son 17 ildə 27 dəfə artmışdır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar, 2010-cu ildə 28 milyard, 2017-ci ildə 40 milyard, 2019-cu ilin yekunlarına görə 51, 2020-ci ilin mart ayına isə 52 milyard dollara çatmışdır.

AZƏRBAYCANDA İSLAHATLARIN YENİ MƏRHƏLƏSİ VƏ PANDEMİYA DÖVRÜ:

Azərbaycan xalqı əldə edilən bütün bu nailiyyətlərə görə Heydər Əliyev ideyalarının və siyasi kursunun davam etdirilməsinin zəruriliyini vacib hesab edərək 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində bir daha Ulu Öndərə olan sonsuz hörmət və məhəbbətini nümayiş etdirmiş, öz səsini YAP Sədri İlham Heydər oğlu Əliyevə vermişdir. Bildiyiniz kimi, 2018-ci ilin prezident seçkilərindən sonra ölkəmizdə islahatların yeni mərhələsi başlamışdır. Bu islahatları yeni mərhələsinin başlandığını Azərbaycan Prezidenti cənab İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində bəyan etmişdir. Keçən müddət ərzində Azərbaycan prezidentinin rəhbərliyi altında yeni təşkil olunmuş hökumət tərəfindən həmin islahatlar ardıcıl olaraq icra edilir.
2020-ci ilin yanvar ayının 7-də Ümumdünya Səhiyyə Təşkilatı dünya üzrə yeni qorxunc virusun yayıldığını bildirərək koronavirusu pandemiya elan etdi. Həmin dövrdən etibarən COVİD-19 virusunun dünya üzrə sürətlə yayılması səbəbindən ölkələr arasında sərhədlər bağlandı, gəliş-gediş kəsildi, sanki yeni bir dövr, era başlandı. Eyni zamanda dünya bazarlarında neftin qiymətində kəskin eniş başladı, əvvəl bir barelə görə 40 ABŞ dollarına, daha sonra 20 ABŞ dollarına, hətta 2020-ci ilin aprelin 20-də isə xam neftin qiyməti sıfırın altına düşdü.Dünyanın bütün dövlətlərini bürüyən böhran Azərbaycandan da yan keçmədi.

Lakin Ümummilli Lider Heydər Əliyevin parlaq zəkası və ölməz ideyaları əsasında formalaşmış siyasi kursun layiqli davamşısı olan hazırkı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hökumətin yeritdiyi ardıcıl, düzgün və çevik siyasət nəticəsində möhkəm və dayanıqlı iqtisadi bazaya malik olan Azərbaycan dövləti bu əsl müharibəyə bərabər olan vəziyyətdən çıxmaq imkanına qadir olduğunu sübut etdi. Son 3 ay ərzində dövlətimizin həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmiz pandemiyanın mənfi təsirinin aradan qaldırılması istiqamətində nümunəvi ölkələrdən biri olmuşdur. Pandemiya dövründə Azərbaycan hakimiyyəti üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi təşkil etmişdir. Bu istiqamətdə atılan addımlara toxunan dövlət başçısı İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur.
Pandemiya dövründə işsiz və işaxtaran kimi qeydə alınmış 200 min insan üçün nəzərdə tutulan proqramın əhatə dairəsi dövlət başçısının humanist siyasəti nəticəsində 3 dəfə genişlənərək 600 minə çatdırıldı. Artıq 600 min şəxsə 2020-ci ilin aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, onun da 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödəniş edilib. Birdəfəlik ödəmə proqramı pandemiya dövründə birbaşa o şəxslərə yönəlib ki, o insanlar işsiz və heç bir qazanca, gəlirə malik deyillər, dövlətdən hər hansı sosial ödəniş almırdılar. Məqsəd ondan ibarət idi ki, ilk növbədə məhz həmin köməksiz, dəstəksiz qalmış insanlar müdafiə olunsunlar, onlara dövlət öz köməkliyini etsin. Daha sonra ünvanlı sosial yardım alan ailələrin sayı 90 minə qədər, ictimai işə cəlb olunan ailələrin də sayı isə 70 minə qədər artırılıb.
Pandemiya ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlər tək ölkə daxilini əhatə etmir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən 2020-ci ilin martın 23-də Azərbaycan Prezidentinə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmiş, Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.

AZƏRBAYCAN İQTİDARI MÜXALİFƏTƏ YENƏ DİALOQ TƏKLİF EDİR:

1993-cü ildə indiki radikal müxalifət, o vaxtkı AXC-Müsavat iqtidarı Heydər Əliyev dühasına və ideyalarına məğlub oldu. Həmin məğlubiyyətin üstündən 27 il keçməsinə baxmayaraq, hələ də onlar öz məğlubiyyətləri ilə barışmır, gecə-gündüz bu iqtidara qarşı şər-böhtan atmaqla onu xalqın və beynəlxalq aləmin gözündən salmağa cəhd edirlər. Bir sözlə, bu radikal müxalifət nümayəndələri heç bir vaxt real siyasətlə məşğul olmayıblar, real proqramlar və ümummilli problemlər barəsində digər milli qüvvələrlə bir masa arxasında oturaraq məsələ müzakirə etməyiblər və dövlət quruculuğu prosesinə qatılmayıblar.
Eyni zamanda, ölkəmizdə dərin islahatlar prosesinə start verilmiş, rüşvətxorluğa və korrupsiyaya qarşı amansız cəbhə açılmışdır. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisin Aparatında, Baş Prokurorluqda, Ali Məhkəmədə, digər mərkəzi və yerli hakimiyyət orqanlarında struktur və kadr islahatları aparılmış və bu proses davam etdirilməkdədir. Prezident Administrasiyasının yeni yaradılmış siyasi partiyalar və qanunvericilik hakimiyyəti orqanları ilə iş şöbəsinin vasitəsilə son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirilmiş, prezidentə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilmişdir. Bütövlükdə, cəmiyyət radikalizmdən və qarşıdurmadan bezib. Xalqın yeni siyasət barədə ilkin rəyi müsbətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev belə hesab edir və əmindir ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar da mütləq aparılmalıdır. Prezidentin fikrincə, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz, bir partiya — hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoyulmadan həyata keçirilir.
Çox təəssüflə qeyd etmək lazımdır ki, 1993-cü ildə hakimiyyətini itirən AXC-Müsavat nümayəndələri bu gün yenə də islahatlar prosesindən kənarda qalaraq bu görüşlərdən və dialoqdan imtina etdi. Bununla da onlar bir daha özlərini tarixi proseslərdən və yeni mərhələdə siyasi, iqtisadi, dövlət quruculuğu proseslərindən kənarda qoymuş oldular.
Lakin Azərbaycan dövləti və xalqı müstəqillik yolu ilə, iqtisadi inkişaf, tərəqqi və sabitlik yolu ilə qətiyyətlə irəliləyir. Bütün bu uğurların və qələbələrin təməlində, şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin ölməz dövlətçilik və müstəqillik ideyaları dayanır. Müstəqillik bizim üçün ən böyük sərvətdir, biz bu suverenliyi qoruyuruq və daim göz bəbəyi kimi qoruyacağıq.

Qafar ƏLİYEV,
YAP Siyasi Şurasının üzvü

 

  • Oxunub: 1080  |
  • Tarix: 14-06-2020  |
  • Çap et   |

 

 

Qəzetin PDF formatı — Arxiv

 

 

Xəbər lenti — Arxiv

 

15 İyun 15:51
YENİ SİYASİ TARİXİN, YENİ MƏRHƏLƏSİ — QURTULUŞUN 27-Cİ İLİ
14 İyun 20:53
Prezident İlham Əliyevin rəsmi “facebook” səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
14 İyun 20:51
Elçin Əhmədov: İşğalçılıq siyasəti yürüdən Ermənistan dünya birliyinin iradəsinə tabe etdirilməlidir
14 İyun 18:34
Ədliyyə Nazirliyi tərəfindən səmərəli probasiya nəzarəti həyata keçirilir
14 İyun 16:48
Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi
14 İyun 14:16
Tural Gəncəliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edib VİDEO
14 İyun 12:45
Jurnalistlərin binasında dezinfeksiya işləri aparılıb
14 İyun 00:02
TARİXİ QAYIDIŞ VƏ XALQIN QURTULUŞU

 

НОВОСТНАЯ ЛЕНТА