Время в Баку - 04:25

САМОЕ ЧИТАЕМОЕ

15 iyun tariximizin qurtuluşunun zirvəsidir


“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından

«Modern İnkişaf və Ailə» İctimai Birliyinin sədri    

                                                      Zərifə Rzaqulu qızıQuliyeva

                                                     Azərbaycan, Bakı 

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun 1993-cu il ölkəmiz və xalqımız üçün çox dəyərlidir. Azərbaycan Respublikasının rəsmi bayramlarından olan Milli Qurtuluş günü xalqımızın taleyini müəyyənləşdirən yeni bir dövrün başlanğıcı oldu. Milli Qurtuluş günü sadəcə təqvimdə göstərilən bayram deyil. O həmçinin böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir tarixdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 İyun əsl Qurtuluş tarixi,Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir.

Bu tarixi yaradan isə Azərbaycanın inkişafında,müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxa-dayaq olan dahi şəxsiyyət — Heydər Əlirza oğlu Əliyevdir. Azərbaycan xalqının çağırışı və dəvəti ilə hakimiyyətə gələn Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı.

Bu gün Azərbaycan xalqı əmindir ki, Azərbaycanın gələcəyi işıqlı və firavandır. Çünki, müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi  varisi, Əliyevlər ocağının ən layiqli yetirməsi cənab İlham Əliyevin əlindədir.

Biz Azərbaycan xalqı Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanın daha yüksək zirvələrini cənab İlham Əliyevlə fəth ediləcəyini görürük və buna qəlbən inanırıq.

Dövlətçiliyimizin qoşa qanadı  və irəliyə doğru quruculuğumuzun etibarlı təminatçıları olan möhtərəm Prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkəmizi qətiyyətlə növbəti yüksəkliklərə aparırlar. Bütün Azərbaycan xalqının və tərəqqimizin qarantı olan bu birliyə, dövlətçiliyimizə güc verən bu bütövlüyə, dövlətçiliyimizin sabahını etibarlı edən  bu vəhdətə ürəkdən qoşulur və alqış deyirik!

15 İyun — Milli Qurtuluş günü münasibətilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya doğma Azərbaycanımızın çiçəklənməsi və tərəqqisi naminə apardıqları ağır və şərəfli işdə böyük uğurlar arzulayırıq!

 

   

НОВОСТНАЯ ЛЕНТА